Dərslikdə Bakı Dövlət Universitetinin Coğrafiya



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə4/66
tarix30.04.2018
ölçüsü2,79 Kb.
#40545
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   66

Sözsüz  ki,  ilk  növbədə  ekoloqları  təbii  ekosistemlər 
maraqlandırır.  Təbii  ətraf  mühit  və  onun  komponentləri 
milyonlarla il ərzində təkamül prosesindən keçmişdir. Orqanizm 
yaşadığı ətraf mühitə daxil olduğu ekosistemə uyğunlaşır. 
Ekologiya  elminin  inkişaf  tarixi.  İnsan  tərəfindən 
yaradılan 
(antropogen)  ekosistemlər  təbii  şəraitə 
uyğunlaşdırılır.  Ekologiyanın 
müasir  bir  elm  kimi  inkişaf 
tarixi 4 - dövrdən ibarətdir. 
I
 
dövr. Bu dövr darvinizmə qədərki dövrü əhatə edir. 
II
 
dövr.  Ç.Darvinin  qalib  gəlməsi  ilə  başlayır.  1866-cı 
ildə E. Hekkel  orqanizmin mühitə uyğunlaşmasına dair bilikləri 
«Ekologiya»  adlandırır.  O  qeyd  olunduğu  kimi  göstərirdi  ki, 
Ç.Darvinin yaşamaq uğrunda mübarizə adlandırdığı münasibətləri 
ekologiya tədqiq etməlidir. 
III
 
dövr.  XX  əsrin  20-ci  illərində  başlayır.  Bu  dövrdə 
ekologiya  ümumbioloji  fundamental  elmlərdən  birinə  çevrilir. 
1935-ci  ildə  ingilis  alimi  A.Tensli  ekologiyaya  ekosistem 
anlayışını,  1942-ci  ildə  isə  V.N.Sukaçov  biogeosenologiya 
(biosferin  quru  sahəsinin  konkret  hissəsində  canlıların  öz 
aralarında  və  ətraf  mühitin  cansız  hissələri  olan  atmosfer,  dağ 
süxurları,  torpaq,  hidroloji  rejim  ilə  qarşılıqlı  əlaqədə  fəaliyyət 
sistemi) anlayışını daxil edirlər. 
IV
 
dövr.  XX  əsrin  80-cı  illərindən  başlandı.  Müxtəlif 
elmlərdə  ekoloji  istiqamətin  yaranması,  ekologiyanın  qlobal 
xarakter alması, o cümlədən insan ekologiyasının, sosial və qlobal 
ekologiyanın əmələgəlməsi və inkişafı bu dövrü səciyyələndirir. 
Ümumiyyətlə,  həmin  dövr  elmlərin  ekologiyalaşdırılması  ilə 
fərqlənmişdir.  Beləliklə,  ekologiya  elmi  eninə  və  dərinə  inkişaf 
etməyə  başladı.  Əlbəttə,  birinci  hal  daha  çox  nəzəri  cəlb 
etməkdədir. 
Ekologiyanın mərkəzində canlı sistem dayanır. Ona görə 
ekologiyanın  yaranmasının  əsas  səbəbi  canlılar  haqqında,  o 
cümlədən insanların özləri haqqında biliklər 


olmuşdur.  Təsadüfi  deyil  ki,  ekologiya  ümumi  bioloji 
mahiyyətinə daha çox istinad edir. 
Mədəni bitkilər və əhli heyvanlar ekologiyanın tədqiqat 
obyekti deyildir. Onları kənd təsərrüfatı öyrənir. Lakin yeni-yeni 
bitki  sortları  və  heyvan  cinsləri  yaradılarkən,  onları 
rayonlaşdırmaq  ekoloji  tədbirlər  tələb  edir.  Əhalinin  kənd 
təsərrüfatı  məhsulları  ilə  təmin  edilməsi  ekologiya  iiə  birbaşa 
əlaqədardır. 
1.3.
 
Ətraf mühit və onun optimallaşdıniması insanların 
ekoloji şəraiti üçün əlverişli təminatdır 
Ətraf  mühiti  mühafizə  ekologiya  proseslərinin 
öyrənilməsinin davamıdır. 
Göstərilən 
sahənin 
istiqamətləri 
aşağıdakılardan 
ibarətdir: ətraf mühit və onun funksiyalarından, mühitin mühafizə 
yollarından 
və 
onun 
təşkilindən, 
təbii 
ehtiyatların 
qiymətləndirilməsi  və  təbiəti  bərpadan.  Fənnin  daxili  quruluşu, 
elmlərarası əmək bölgüləri barədə artıq elmi, metodik istiqamətlər 
formalaşmışdır.  Bu  sahə  fənlərarası  mahiyyət  kəsb  etməklə 
sintetik əhəmiyyətə malikdir və qeyd edilmişdir ki, həmin sahənin 
coğrafi  təmayülü  daha  genişdir.  Ətraf  mühiti  mühafizə  və  təbii 
ehtiyatlardan səmərəli istifadə ekoloji proseslərin öyrənilməsinin 
davamı  olub,  bioloji,  iqtisadi,  texniki-texnoloji,  riyazi 
modelləşdirmə  və  s.  məsələlərlə  əlaqələndirilmişdir.  Bununla 
yanaşı həmin sahənin coğrafi aspektləri yuxarıda adları göstərilən 
sahələr üçün mühüm əhəmiyyətə malikdir. Ən başlıcası, mühitin 
öyrənilməsində  coğrafiyaşünas  və  coğrafi  anlayışsız  keçinmək 
çətindir. 
Ətraf  mühiti  mühafizənin  metodoloji  tədqiqi  tarixən 
təbiət  və  cəmiyyətin  qarşılıqlı  əlaqəsi,  cəmiyyətin  inkişafında 
coğrafi  mühitin  rolu,  təbiətin  dialektikası,  əhali  artımı  və  ərzaq 
problemi, torpaqların münbitliyi və iqtisadi 


qiymətləndirilməsi 
kimi 
problemlərin, 
eləcə 
də 
antropocoğrafiyaya  dair  bəzi  elmi  məsələlərin  tədqiqi  ilə  bağlı 
olmuşdur.  İndiyə  qədər  cəmiyyətin  inkişafında  coğrafi  mühitin 
rolu aspektində təbiət və cəmiyyətin qarşılıqlı əlaqəsi geniş tədqiq 
edilmişdir. 
Ətraf  mühitdən,  təbiətdən  kənar  cəmiyyətin  inkişafı, 
varlığı  qeyri-mümkündür.  İnsan  cəmiyyəti  yaranandan  təbiətlə 
qarşılıqlı əlaqədə olub və bu əlaqələrlə inkişaf etmişdir. Tədriclə 
təbiətlə  insan  arasındakı  əlaqənin  intensivliyi,  insanın  əmək 
fəallığını  artırmışdır.  Bu  prosesdə  istehsal  vasitələri  və  üsulları 
insanın təbiətə təsirinin əsas keçiricisi olmuşdur. 
Müasir  ekoloji  böhranı  ancaq  insanın  təbiəti  idarə  edə 
bilməməsi,  onun ixtiyarından kənar proses kimi  qələmə vermək 
düzgün  deyildir.  Bütün  canlıların  ekoloji  mühitinin  əsasını 
təbiətdə,  daha  doğrusu  biosferdə  gedən  proseslər  təşkil  edir. 
Biosferin  formalaşması  və  varlığı  isə  bütün  kosmik  aləmin, 
kainatın  hərəkəti  və  dinamikliyi  ilə  əlaqədardır.  Təbiətlə 
cəmiyyətin  qarşılıqlı  əlaqəsinin  inkişafında  təbii  şəraitlə  yanaşı 
antropogen,  yəni  insanın fəaliyyəti ilə  yaranmış  sosial  mühit də 
xüsusi  əhəmiyyət  kəsb  edilir.  Hər  iki  proses  həyatın  ekoloji 
şəraitini formalaşdırır. Təbii şərait əsasən tədriclə, sosial mühit isə 
sürətlə  dəyişərək  təbii  prosesləri  qabaqlayır,  bəzən  də  ona  qarşı 
durur. Sosial mühit bir çox halda sıçrayışla hərəkət edir, bununla 
da  bəzi  yerlərdə  təbiətin  rejimi  pozulur  və  gərginlik  yaranır. 
Təbiətin qanunları ilə hər zaman uzlaşdırılmayan insan fəaliyyəti 
təbiətə  qarşı  çevrilir.  Qədim  dünyanın  ən  qədim  şəhərlərinin 
maddi  mədəniyyət  abidələrinin  yerində  səhrahqlar  yaranması 
deyilənlərə  əyani  sübutdur.  Təbiətin  qanunlarını  dərk  etmək 
təbiətdə  baş  verə  biləcək  bir  çox  dəyişiklikləri  qabaqcadan 
müəyyənləşdirmək  üçün  kompleks  tədbirlər  hazırlamağa  imkan 
verir.  Bəşəriyyət  tarixində  bir  çox  hallarda  ekoloji  böhranlar 
ayrı-ayrı 
14 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə