Dərslikdə Bakı Dövlət Universitetinin Coğrafiya



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə7/66
tarix30.04.2018
ölçüsü2,79 Kb.
#40545
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   66

sistemdə qəbul edirikcə onda insan, onun xüsusi və ümumiləşmiş 
əmək  fəaliyyəti,  təbiət  və  onun  maddiləşmiş  ehtiyatları,  təbii 
vasitələri  yarımsistem  kimi  qəbul  edilməlidir.  Təbiidir  ki,  belə 
halda göstərilən komponentlərin sistemliyi və müəyyən mənada 
fərqli  eəhətləri  təbiət-cəmiyyət  münasibətlərində  daima  diqqət 
mərkəzində  olmalıdır.  Təbii  tarazlığı,  ekoloji  müvazinəti 
saxlamada  deyilənlərin  böyük  əhəmiyyəti  vardır.  İndiyə  qədər 
klassik  ideyalara  toxunulmaz  münasibətlər  bəslənilməsi  onların 
əsil mahiyyətinin açılmasında böyük maneələr yaratmışdır. 
«Ətraf mühiti mühafizə» və «Təbii ehtiyatlardan səmərəli 
istifadə»  bir-birinə  yaxın  anlayış  olmaqla  əlaqəli  proseslərə 
malikdirlər. Göstərilənlər arasındakı qarşılıqlı əlaqə mürəkkəb və 
çoxsahəlidir.  Bu  mürəkkəbliyin  başlıca  cəhəti  aşağıdakılardan 
ibarətdir: 
birincisi, cəmiyyətin 
təbiətdən ayrılmazlığının dərk olunması ilə yanaşı, cəmiyyətin bir 
çox  cəhətləri  ilə  təbiətə  qarşı  qoyulmasıdır;  ikincisi,  təbiətin  və 
cəmiyyətin 
qanunlarının 
ayrılıqda, 
eyni 
zamanda 
təbiətin-cəmiyyətin  birgələşmiş  qanunlarının  öyrənilməsi 
səviyyəsinin həyatı tələblərdən geri qalmasıdır. 
Əlbəttə,  ətraf  mühitdə,  bir  qədər  dəqiqliklə  ifadə  etsək 
materiyada  (biosferdə,  litosferdə,  hidrosferdə,  atmosferdə  və  s.) 
gedən proseslərin fiziki, kimyəvi, bioloji, geoloji və s. qanunları, 
qanunauyğunluqları  barədə  bir  çox  kəşflər  məlumdur.  Ancaq 
həmin  proseslərin  planetar  mahiyyəti  ilə  sosial  nəticələri 
arasındakı əlaqələrin tədqiqi olduqca aşağı səviyyədədir. 
Predmetin nisbətən cavan, əhatə dairəsinin mürəkkəb və 
çoxsahəli  olması  ətraf  mühit  və  təbiətdən  səmərəli  istifadə 
edilməsi  məsələlərinin  təkmilləşdirilməsini  tələb  edir.  Hər  iki 
anlayış  bir  çox  halda  «ekoloji  mühitdən  istifadə»,  «ekoloji 
gərginlik  yaradan sahə»  kimi də qiymətləndirilir. Daha doğrusu 
bəzi  hallarda  təbiəti  mühafizə  və  ondan  istifadə  edilməsi  kimi 
formaca başqa 
21 


görünən ifadələri təhlil edərkən ekoloji mənbələrə və axtarışlara 
müraciət edilir. 
2.2.
 
Ekoloji biliklərin xüsusiyyətləri 
Təbii  mühit  insanın  həyatı  üçün  ayrılmaz  şəraitdir.  O, 
ictimai istehsala əsaslanan, insanın yaşayış yeri və ona lazım olan 
bütün ilkin xammal ehtiyatının mənbəyidir. 
Ekologiya  elminin  meydana  gəlməsi  XIX  -  əsrin  ikinci 
yarısında artıq müxtəlif canlı orqanizmlər və onların həyat tərzi 
haqqında kifayət qədər məlumat toplanmış olduğu bir vaxtda baş 
vermişdir.  Geniş  emprik  məlumatlar  insanlara  başa  düşməyə 
imkan yaratdı ki, yalnız orqanizmlərin quruluşu və inkişafı deyil, 
həm də onların yaşayış mühitindəki qarşılıqlı 
əlaqələri
 
müəyyən 
qanunauyğunluqlara tabedir. 
Ekologiya  elmi  uzun  bir  tarixi  yol  keçmişdir.  Bitki  və 
heyvanların  həyat  tərzi,  xarici  mühitdən  asılılığı,  yayılma 
xüsusiyyətləri haqqında məlumatların toplanmasından və istifadə 
edilməsindən başlanmışdır. 
XVIII əsrdə fransız təbiətşünas alimi J.Byuffon ilk dəfə 
olaraq  ətraf  mühitin  heyvanların  quruluşuna  bilavasitə  təsiri 
məsələsini öyrənmişdir. Elə bu vaxtlar J.B.Lamark  - evalyusiya 
haqda  ilk  anlayışın  müəllifi  belə  bir  fikrə  gəlir  ki,  «xarici
 
şəraitin təsiri» heyvan və bitki 
aləminin 
evolyusiyasmda,  orqanizmlərin  mühitə  alışma  prosesində  əsas 
səbəblərdən  biridir.  Ekoloji  dünyagörüşün  sonrakı  inkişafı  XIX 
əsrin  əvvəllərində  yaranmış  biocoğrafıyaya  təkan  vermiş  oldu. 
A.Humboltun,  K.Qlokerin,  T.Faberin  və  b.  əsərləri  bitkilərin 
coğrafiyasında  yeni  istiqamət  müəyyənləşdirdi.  Elmə  belə  bir 
anlayış  daxil  oldu  ki,  landşaftın  «fizionomiyası»  (xarakteri) 
bitkilərin  xarici  görünüşü  ilə  müəyyən  olunur.  Məlum  oldu  ki, 
oxşar  zonal  və  şaquli-qurşaq  coğrafi  şəraitlərində  müxtəlif 
taksonomik  qruplara  aid  olan  bitkilərdə  oxşar  «fizionomik» 
formalar da 
22 


yaranır.  Bu  formaların  yayılması  münasibətilə  fiziki-coğrafi 
mühit haqda fikir söyləmək mümkün olur. Ç.Darvinin «Növlərin 
təbii  seçmə  yolu  ilə  əmələ  gəlməsi  və  ya  yaşayış  uğrunda 
mübarizədə  əlverişli  cinslərin  saxlanması»  adlı  klassik  əsərinə 
canlı  orqanizmlərlə  ətraf  mühit  arasındakı  qarşılıqlı  əlaqələrin 
öyrənilməsinin bir növ başlanğıcı kimi baxmaq olar. 
XX 
əsrin 
əvvəllərində 
artıq 
hidrobioloqların, 
fitosenoloqlarm,  botaniklərin  və  zooloqların  ekoloji  məktəbləri 
mövcud  idi.  Onların  hər  birində  ekologiya  elminin  müəyyən 
istiqaməti  öyrənilirdi.  Elə  bu  vaxtlar  ekoloji  elmlər  fərdlərin 
ekologiyasına  (autekologiya)  və  cəmiyyətlərin  ekologiyasına 
(sinekologiya)  bölünməyə  başlayır.  Beləliklə,  ekologiya  elmi 
müxtəlif istiqamətlərdə yeni məlumatlarla zənginləşirdi. 
2.3.
 
Atmosferin ekoloji xüsusiyyətləri və mühafizəsi 
P^.3.1 . Atmosferin və iqlimin ekoloji xüsusiyyətləri 
Planetimizi  əhatə  edən  vahid  hava  okeanı  yer  üzərində 
həyata təminat yaradır və mühafizə edir. Dünya dövlətləri səmam 
öz  sərhədləri  daxilində  bölüşə  bilər,  lakin  daim  hərəkətdə  olan 
atmosfer bəşəriyyətin ümumi sərvətidir, bölünməz təbii şəraitdir. 
Təbii  mühitin  bir  komponenti  kimi  atmosfer  Kosmos,  Dünya 
Okeanı  ilə,  qurunun  suları  və  təbii  ekosistemlərlə  qarşılıqlı 
əlaqədədir. 
İqlim  təbiətin  əsas  amillərindən  biridir.  Xalq 
təsərrüfatının  müxtəlif  sahələrinin,  xüsusilə  kənd  təsərrüfatının 
iqlim məlumatlarına böyük ehtiyacı vardır. Buna görə də ayrı-ayrı 
rayonlar  üzrə  iqlim  və  hava  şəraitinin  öyrənilməsinə  ölkəmizdə 
böyük diqqət verilir. 
İqlimin ayrı-ayrı ünsürlərinin təsviri çoxillik meteoroloji 
müşahidə materiallarının işlənilməsi nəticəsində əldə edimiş orta 
rəqəmlərin əsasında verilir. Bununla 
23 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə