Dərslikdə Bakı Dövlət Universitetinin Coğrafiya



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə9/66
tarix30.04.2018
ölçüsü2,79 Kb.
#40545
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   66

ozonun  miqdarı  3%  azalmışdır.  Tibbi  məlumatlara  əsasən  isə 
ozonun  1%  azalması  hər  il  6%  insanın  dərisinin  xərçəng 
xəstəliyinə tutulmasına səbəb ola bilər. Freonun bir molekulu on 
minlərlə  ozon  molekulunu  parçalaya  bilər.  Deməli,  modellərin 
mükəmməlləşməsi yalnız daha geniş məlumatlara əsaslanmalıdır. 
Ozon nədir? Ozon tərkibində 3 ədəd oksigen atomu olan 
qazdır.  Günəşin  ultrabənövşəyi  şüaları  oksigen  niolekullarmı 
atomlara  parçalayır  ki,  bunlar  da  sonradan  digər  oksigen 
molekulları  ilə  birləşərək,  ozon  əmələ  gətirirlər.  Ozon  ilk  dəfə 
1839-cu  ildə  K.F.Şonbeyn  tərəfindən  elektrik  boşalmalarının 
müşahidəsi  zamanı  kəşf  edimişdir.  Yalnız  1950-ci  ildən  sonra 
ozonun atmosferin bir hissəsi oduğu aşkar olunmuşdur. Onun adı 
yunan dilindən alınmışdır və “kəskin iy” deməkdir. 
Ozon  qatı  nədir?  Ozon  əsasən  atmosferin  troposfer  və 
strotosfer  qatlarında  yerləşir.  Ozon  stabil  qaz  deyil  və  xüsusiə 
hidrogen, azot və xlora malik təbii komponentlərə qarşı həssasdır 
ki, bunlar da onun dağılmasına gətirib çıxarır. Strotosferdə ozon 
ən  çox  19-25  km  məsafədə  yerləşir.  Yerin  səthi  yaxınlığında 
(troposferdə)  ozon  özündə  fotokimyəvi  his  və  qələvi  yağışlar 
toplayan,  getdikcə  problemlər  yaradan  çirkləndirici  maddələr 
kimi təzahür edir. Lakin 11 km-dən 48 km-ə qədər Yer səthindən 
hündürlükdə olan təhlükəsiz strotosferdə, aşmdırıcı iyi olan maye 
qaz, oksigenin özü qədər həyat üçün  gərəklidir.  Ozon mühafizə 
qatı əmələ gətirir ki, bu da həddindən çox kövrək olmaqla bərabər, 
heyrətedici dərəcədə səmərəlidir. 
Ozonun atmosferdə miqdarı azdır. Belə ki, hər 10 milyon 
molekula  2  milyon  normal  oksigen  və  3  ozon  molekulu  düşür. 
Atmosferdə  olan  ozonu  Yer  səthinə  sərmək  mümkün  olsa  idi, 
onda qalınlığı 3 mm olan nazik qat alınardı. 
Xlorftorkarbohidrogenlər 
(XFK) 
ozon 
qatının 
yeyilməsinin ciddi səbəbi kimi göstərilir. Yuxarıda qeyd 
27 


olunduğu  kimi,  hər  yaz  fəsli  planetin  cənub  yarımkürəsində 
Antarktida üzərində ozon qatında “dəlik” əmələ gəlir ki, bunun da 
ölçüləri  Afrika  qitəsinin  sahəsinə  müvafiq  gəlir.  “Dəlik”  adi 
məlum dəliklər deyil, ozon qatının çox aşağı konsentrasiyası olan 
zonadır.  Antarktida  üzərindəki  atmosfer  qışda  yerdə  qalan 
aləmdən, qütb burulğanı adlanan küləyin təbii dövranı ilə təcrid 
ounur.  Qış  vaxtı,  soyuq  və  qaranlıq  olduqda  atmosferdə  qütb 
stratosfer  dumanları  əmələ  gəlir.  Təsirsiz  xlor,  bu  buludların 
səthində,  gün  işığının  təsiri  altında  ozonla  kimyəvi  reaksiyaya 
girməklə ozon qatını  yeyən formaya çevrilir. Bunun nəticəsində 
hər  payız,  günəş  cənuba  doğru,  yəni  Antarktidaya  doğru 
qayıdarkən  ozonun  tez  dağılması  baş  verir.  Antarktida 
strotosferinin  kifayət  qədər  qızdığı  və  beləliklə  də  onu  qalan 
dünyadan  təcrid  edən  qütb  strotosfer  buludlarını  dağıtdığı  və 
küləkləri  yardığı  vaxt  “dəlik”  yenidən  yox  olur.  Ozonla  zəngin 
olan  hava  Antarktida  üzərindəki  deşiyi  və  ya  dəliyi  dartışdırır. 
Küləyin dövranı, aşağı konsentrasiyalı ozon olan havanın şimala 
doğru  yerdəyişməsinə  səbəb  olaraq,  başqa  bölgələrdəki  ozon 
konsentrasiyasmı  onunla  qarışma  sayəsində  azaldır.  Beləliklə, 
problem  cənub  yarımkürəsinin  məntəqələrinə  yayıla  bilər.  Ən 
geniş  “dəliklər”  son  ilər  müşahidə  edilir.  Nazilmə,  xüsusilə,  15 
km-dən  30  km-ə  qədərki  hündürlükdə  baş  vermişdir  ki,  burada 
adətən ozonun konsentrasiyası ən yüksəkdir. Qeyd etmək lazımdır 
ki, XFK-nm ozon qatma təsiri, cənub qütbü ətrafında, çox soyuq 
təcrid olunmuş hava kütləsinin yaratdığı nadir meteoroloji şəraitin 
yarandığı bölgədə güclənir. 
Antarktida  üzərində  ozon  qatının  ən  çox  tükənməsi 
sentyabr-oktyabr  aylarında  olur,  noyabr  ayından  sonra  isə  ozon 
qatının  qalınlığı  mütəmadi  artır.  Antarktida  üzərində  maksmum 
ozon  1985-ci  ildə  qeydə  alınıb.  O  vaxtdan  onun  miqdarı  az 
artmışdır. 
Şimali Avropada ozon «dəliyi» cənub zonasına 
28 


nisbətən  kiçikdir,  tam  aydın  hiss  olunur  və  ozon  qarışığının 
azalması xeyli zəif gedirdi. 1987-ci ildə BMT-nin üzvi olan- 23 
sənaye ölkəsi, o cümlədən keçmiş SSRİ freon istehsalını azaltmaq 
(feronlarla refrijiratorlar, kondisionerlər, soyuducular və aerozol 
balonları  doldurulur),  onu  tərkibində  xlor  olmayan  maddələrlə 
əvəz etmək razılaşdırılmışdır. 
Nəzəriyyələrdən  birinə  əsasən,  karbonun  artdığı 
sürətlənən fotosintez prosesində bitgilər və planktonlar tərəfindən 
mənimsənilir ki, bunun nəticəsində xeyli CO

toplanmasına səbəb 
olur. Əgər bu belədirsə, onda meşələrin karbon qazının qarşısının 
aimmasmdakı rolu aydın olar və meşə qırılması, məhv edilməsi 
çox  böyük  təhlükə  kəsb  edir.  Q.Merlandm  hesablanmasına 
əsasən,  hər  il  qazıntı  yanacaqlarının  yandırılması  nəticəsində 
atmosferə  atılan  5  milyard  ton  COı-nin  udulması  üçün 
Avstraliyanın  ərazisinə  bərabər  sahədə  meşələrin  salınmasını 
tələb edir. 
Ozonun  ölçülməsi.  Ozon  qatının  miqdarını  Dobson 
vahidi ilə ölçürlər. Oturacağının sahəsi İsm- olan vertikal sutunda 
normal təzyiq və temperaturda olan ozonun miqdarı 300 Dobson 
vahidinə bərabərdir. Yer kürəsində ozonun orta miqdarı təxminən 
300 Dobson vahididir. Müxtəlif coğrafi sahələrdə onun qiyməti 
230-500 arasında dəyişir. 
Ozon  qatının  müşahidəsi  ilə  müntəzəm  olaraq  NASA, 
WHO,  Kanada,  Böyük  Britaniya,  Yeni  Zellandiyanm  və  s. 
çoxsaylı təşkilatları məşğul olurlar. Antarktida üzərində 1979-cu 
ildən 2000-ci ilə qədər bu “dəliyin” sahəsinin dəyişməsi qrafiki 
Yeni Zellandiyanm Milli Su və Atmosferin Tədqiqi İnstitutunun 
nəticələri  əsasında  verilmişdir.  Şimal  yarımkürəsi  üzərində  də 
ozon qatının müşahidə edilən nazilməsi bəzi meteoroloji amillər 
sayəsində geniş “deşiklərin” 
olmasına baxmayaraq. 
Antarktida bölgəsindən az 
narahatlıq doğurmur. 
Avropanın bir neçə şimal ölkələri, Rusiyanın şimal bölgələri 
29 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə