Dərslikdə Bakı Dövlət Universitetinin Coğrafiya



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə8/66
tarix30.04.2018
ölçüsü2,79 Kb.
#40545
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   66

bərabər,  ayrı-ayrı  illərdə  havanın  çoxillik  dövrdəkinə  nisbətən 
dəyişilmisinə - isti və soyuq, quraq, yaxud yağıntılı keçən illərə də 
xüsusi diqqət verilir. 
İnsanın həyatında havanın rolu olduqca böyükdür. Kənd 
təsərrüfatı  bitkilərinin  məhsuldarlığı,  hər  cür  nəqliyyat 
vasitələrinin  hərəkəti,  açıq  havada  görülən  bütün  tikinti, 
təsərrüfat, mədəni və məişət işləri az və ya çox dərəcədə havanın 
vəziyyəti ilə əlaqədardır. Elm və texnikanın hazırki vəziyyətində 
insan hələlik havanın dəyişkənliklərinin qarşısını ala bilmir. Buna 
görə  o  atmosferin  “şıltaqlıqları”  ilə  hesablaşmalı  olur.  Lakin 
havanın  zərərli  təsirini  və  ya  onun  nəticəsini  tamamiə  aradan 
qaldırmaq  mümkündür.  Buna  görə  də  radio,  televiziya  və 
qəzetərdə hər gün gözləniləcək hava haqqında məlumat - havanın 
proqnozu  verilir.  Ayrı-ayrı  təşkilatlar  və  insanlar  isə  öz  işlərini 
həmin proqnoza əsasən təşkil edirlər. Əgər güclü külək əsəcəksə, 
gəmilər  yaxın  limanlara  çəkilir,  şiddətli  yağış  gözlənilirsə 
qurumaq üçün  yerə sərilən ot  və  ya pambıq tez  daldaya  yığılır, 
uzun  müddətli  qalın  qar  yağacaqsa,  qış  otlaqlarında  saxandan 
mal-qaranın  xilas  edilməsi  üçün  nəzarət  artırılır.  Beləliklə, 
təsərrüfata ziyan vura bilən bir atmosfer hadisəsinin gözlənildiyi 
haqqında  qabaqcadan  verilən  xəbər,  bəzən  milyon  manatarla 
itkinin qarşısını alcnağa imkan verir. 
İqlim  şəraiti  haqqında  dəqiq  və  hərtərəfli  məlumatların 
təsərrüfat əhəmiyyəti çox böyükdür. 
Panetimizi əhatə edən vahid “hava okean”-ı Yer üzərində 
həyatı qoruyur və saxlayır. Müasir dövrdə atmosferin çirklənməsi 
bəşəriyyətin,  cəmiyyətin  “bəlasına”,  “xəstəliyinə”  çevrimişdir. 
Bu  “bəla”  əsasən  insanın  sənaye  fəaliyyətinin  aktivləşməsi 
nəticəsində baş verir və insanın özünə, bütün canlılara, bitkilərə 
və  bütövlükdə  Biosferə  mənfi  təsir  göstərir.  Atmosferin 
çirklənməsi  ən  çox  sənayenin  inkişafı  ilə  əlaqədar  olub  fabrik, 
zavod, nəqliyyat  vasitələri, məişət  müəssisələri  cəmləşən, həyat 
tərzi yüksək 
24 


səviyyəyə çatan, yüksək milli gəlirə malik olan, enerjidən yüksək 
dərəcədə  istifadə  edən  ölkələrdə  baş  verir.  Bu  ökələrdə  havaya 
çoxlu  miqdarda  karbon  qazı,  müxtəlif  sənaye  qazları  və  tozları 
atılır. 
Atmosfer çirklənməsi həmçinin qlobal problem olub təbii 
və  dövət  sərhədlərini  tanımır,  onlarla  məhdudaşmır  və  hava 
intensiv  çirklənmiş  sıx  yerləşən  yaşayış  məntəqələrindən  və 
sənaye cəhətdən inkişaf etmiş rayonlardan daha uzaqlara - əhalisi 
az, havası təmiz olan yaşayış məntəqələrinə yayhr. 
Ətraf  mühitin  mühafizəsi  üçün  yaradılmış  kompleks 
proqramda aparıcı yerlərdən birini atmosfer havasının mühafizəsi 
təşkil  edr.  Elmi-texniki  inqilab  dövründə  nəhəng  sənaye 
kompleksləri  yaradılmış,  on  milyonlarla  nəqliyyat  vasitələri 
planetin  yer  və  dəniz  hissələrində  dolaşaraq,  atmosferin 
çirklənməsinə səbəb olmuşdur. 
Yerin  hava  hövzəsnin  öyrənilməsi  və  tədqiqinə,  onun 
sənayenin, nəqliyyatın və kənd təsərrüfatının intensiv inkişafı ilə 
əlaqədar  olaraq  böyük  əhəmiyyət  kəsb  edir.  Hazırda  atmosferin 
çirklənməsi  ilə  mübarizə  vacib  dövlət  əhəmiyyətli  problemə 
çevrilmişdir. 
Günəşin  şüalandırdığı  enerji  atmsoferdən  keçir  və  bu 
zaman  onun  müəyyən  hissəsi  udulur.  Atmosferin  bəzi  tərkib 
hissələri,  məsələn,  buludlar  günəş  enerjisini  başqalarından  çox 
udur.  Belə  ki,  onlar  günəş  şüalandırmasmm  spektrini  tamamilə 
buraxmır və yaxud spektri az buraxır və infraqırmızı şüaları isə 
keçə  bilmir.  Elə  buna  görə  də  özündən  günəş  enerjisini 
buraxarkən  atmosfer  qızır.  Bu  enerji  okeanın  səthinə  çatdıqda 
qismən udulur və suyun üst qatını qızdırır. İstiliyin bir qismi istilik 
ötürmək hesabına atmosferə qayıdır və onun isinməsinə təsir edir. 
Bu  hadisələrin  və  onun  həm  də  əks  olunma  və  səpələnmə 
proseslərinin  nəticəsində  atmosferdə  temperatur  şaquli  surətdə 
dəyişir. 
Yer səthinə gələn günəş radiasiyasının əsas hissəsi 
25 


okean  və  yerin  üst  səthini  qızdırır  ki,  oradan  da  öz  növbəsində 
Yerə  yaxın  hava  təbəqəsi  qızaraq  şaquli  qradiyenti  təmin  edir. 
Havanın stabilliyi və davamlılığı uzun müddət pozulmuşsa, onda 
atmosferin  çirklənməsi  üçün  əlverişli  şərait  yaranır.  Məsələn, 
havası  uzun  müddət  sabit  qalan  Los-Anjeles  rayonunda  havaya 
atılan hər hansı çirkləndirici (məsələn, qazlar) ətrafa yayıla bilmir 
və tez-tez smoq müşahidə olunur. 
Ozon qatının əhəmiyyəti 
Yer  üzərində  həyat,  min  illərlə  atmosferdəki  mühafizə 
qatı sayəsində qorunur. Ozondan ibarət olan bu qat Yeri Günəşin 
zərərli ultrabənövşəyi şüalarından mühafizə edir. Bu planetimizin 
nadir  xüsusiyyətidir.  Bu  mühafizə  qatının  dağıldığı  hallarda 
Günəşin  ultrabənövşəyi  şüalanması  Yerin  səthindəki  həyatın 
məhvinə təsir edir. 
İqlimin keçmişdə dəyişkənlikləri yaxın onilliklərdə və əsr 
üçün riyazi model hazırlayarkən nəzərə alınır. Amma real şəraitlə 
müqaysədə ryazi modellər lazımınca dəqiq olmurlar, çünki bütün 
amilləri  nəzərə  almaq  çətindir.  Belə  ki,  alimlər  tərəfindən 
Antarktidanın  üzərində,  stratosferin  üst  hissəsində  günəşin 
ultrabənövşəyi  şüalarının  filtrdən  keçirən  ozon  qatında  «dəlik» 
aşkar  edilmişdir,  baxmayaraq  ki,  freonlarm  ozon  qatının 
tükənməsinə  təsir  modellərinin  elektron  hesablama  maşınları 
tərəfindən 
yoxlanılması 
belə 
«dəliyin» 
olmasını 
proqnozlaşdırmamışdır.  Məlum  olmuşdur  ki,  modellərdə 
atmosferin yuxarı qatlarında üzən və ozon parçalanmasına şərait 
yaradan  çox  xırda  buz  kristalları  nəzərə  alınmamışdır.  Riyazi 
modelə  bu  yeni  fiziki  amil  daxil  edildikdən  sonra  Antakrtida 
üzərində ozon «dəliyi» müşahidə edilmişdir. 
Belə ki. Milli Aeronavtika Xidməti Agentlyinn (МАХА) 
1998-c  ilin  yazında  apardıqları  tədqiqatlara  əsasən,  şimal 
yarımkürəsində 1969-cu ildən 1986-cı ilə kimi 
26 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə