Dərslikdə Bakı Dövlət Universitetinin Coğrafiya



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə5/66
tarix30.04.2018
ölçüsü2,79 Kb.
#40545
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   66

dövrlərdə  də  yaranmış  və  müxtəlif  regionlarda  təbii  tarazlığı 
pozmuşdur. 
İnsan cəmiyyətləri bütün tarixi dövrlərdə istehsal alətləri 
və  vasitələrini,  istehsal  münasibətlərini  təkmilləşdirməklə 
özlərindən sonra meşələri qırılmış, dağıdılmış sahələr, eroziyaya 
uğramış  torpaqlar,  ehtiyatları  çıxarılmış  şaxtalar  qoyulmuşlar. 
Müasir  dövrdə  ictimai  quruluşundan  asılı  olmayaraq,  bütün 
ölkələr yerli və qlobal ekoloji böhranlara məruz qalmışlar. Təbii 
səhralaşma prosesi bütün ölkələrdə olduğu kimi bizim əraziləri də 
əhatə  etmişdir.  Antropogen  təsir  nəticəsində  bu  proses 
sürətlənməkdədir.  Bütün  təbii  zonalardakı  torpaqların  təbii 
məhsuldarlığı  aşağı  enməyə  başlamışdır.  Rusiyanın  Mərkəzi 
qaratorpaq  rayonunda  torpaqların  sıradan  çıxması  hamıya 
məlumdur. 
Cənubi Ural, xüsusilə Çelyabinsk vilayətinin ətraf mühiti 
dünyanın ən gərgin ekoloji rayonlarından biri sayılır. Azov, Aral, 
Xəzər  problemlərinin  yaxın  zamanlarda  həll  edilə  biləcəyinə 
güman yoxdur. 
Azərbaycanda  ətraf  mühitə  göstərilən  antropogen  təsir 
nəticəsində  respublikaya  hər  il  4  milyard  manatdan  çox  ziyan 
dəyir.  Əlavə  ölüm  zonaları  son  50-60  ildə  yaranmışdır.  Həmin 
əraziləri yaxın vaxtlarda sağlamlaşdırmaq mümkün deyil. 
1.4.
 
Təbiət və cəmiyyətin qarşılıqlı əlaqələrinin ekocoğrafi 
nəticələri 
^ Təbiətlə-cəmiyyətin qarşılıqlı fəaliyyəti mürəkkəb və əks 
mənalı xarakter daşıyır. Bu qarşılıqlı fəaliyyət insanın yarandığı 
ilk  gündən  yaranmış  bu  gün,  hazırda  özünün  ən  yüksək 
pilləsindədir.  Elmi-texniki  inqilab  cəmiyyətin  təbiətə  təsirini 
gücləndirmişdir ki, bu da təbii geosistemlərin bir çox sahələrinin 
dəyişməsi  və  onların  antropogen  modifikasiyası  əsasında 
yaranması ilə müşahidə olunur. Bu halda əks 


təsirin  mənası  artır,  yəni  təbiətdəki  dəyişmələr  və  yeniliklər  nə 
qədər  dərin  olsa  və  onlar  təbii  proses  və  hadisələri  daha  geniş 
dairədə əhatə etsə , bu dəyişmələr insana bir o qədər geniş təsir 
edər.  Təbii  şəraitin  antropogen  təsirlə  dəyişdirilməsi  insan 
cəmiyyətinin  ekoloji  və  iqtisadi  cəhətdən  təbiətdən  asılılığını 
daha da sürətləndirir. 
Son  onilliklərdə  təbii  ehtiyatların  elə  növünün  mühafizə 
olunması  zəruri  olub  ki,  yaxın  vaxtlara  kimi  onların  ehtiyatı 
tükənməz və dəyişməz hesab olunurdu. 
Atmosfer  havasının  keyfiyyətinə  antropogen  təsirin 
sürətlənməsi  nəinki  ekoloji,  həm  də  təsərrüfatlar  vasitəsilə  izlər 
qoya bilər. Son zamanlara qədər atmosfer havasının keyfiyyəti ilə 
əlaqədar problemə qarşı yalnız ayrı-ayrı sənaye mərkəzlərində və 
şəhərlərdə müəyyən ekoloji tədbirlər görülürdü. Hazırda yüzlərlə 
şəhərlərdə  və  sənaye  mərkəzlərində  texnoloji  proseslər  yenidən 
qurulur  və  çox  qiymətli  təmizləyici  qurğular  sistemi  yaradılır. 
Texnoloji  proseslərin  mürəkkəbləşməsi  və  nəqliyyatın  texniki 
göstəriciləri, sənaye və kənd təsərrüfatı istehsalın təbii ehtiyatlarla 
qarşılıqlı  əlaqələrinin  mürəkkəbləşməsi  nəticəsində  coğrafi 
mühitin  keyfiyyətcə  vəziyyətinə  istehsal  tələbləri  artır.  Belə  ki, 
bəzi  az  rast  gəlinən  mineralların,  elektron  və  optik  aparatların, 
antibiotiklərin  və  bəzi  kimyəvi  maddələrin  istehsalı  yüksək 
təmizliyə  malik  hava  və  su  olan  şəraitdə  mümkündür.  Hava  və 
suyun  azacıq  çirkli  olması  və  çirklənməsi,  ciddi  texnoloji 
çətinliklər yarada bilər. 
Biosferin  çirklənməsinin  sürətlənməsi  yerli,  regional 
(məhəlli) və geniş miqyaslı ekoloji şəraitin pisləşməsi ilə keçir və 
insan  həyatı  üçün  əlverişli  mühitin  parametrlərini  qorumaq  və 
bərpa etmək üçün xüsusi tədbirlər görməyi zəruri edir. 
İnsanların  fəaliyyəti  əvvəllər  təbiətdə  baş  verməyən  və 
məlum  olmayan  bəzi  mənfi  proses  və  hadisələrin  yaranmasına 
şərait yaratmışdır. İndi daha tez-tez bu mənfi 
16 


proses və hadisələrin qarşısını almaq və ya yumşaltmaq üçün və 
ona  uyğunlaşmaq  üçün  xüsusi  tədbirlər  tətbiq  edirlər.  Beləliklə 
elmi-texniki  inqilab  insanın  təbiətdən  asılılığının  bir  formasını 
azaldır  və  ya  yox  edir.  Lakin  onun  əvəzinə  yeni,  adətən  daha 
kəskin və mürəkkəb formalar irəli sürür. 
Təbiətlə  insanın  əlaqəsi  qədim  və  sonsuzdur.  İnsan 
cəmiyyətinin  tarixi  təbiətin  inkişaf  tarixinin  davamıdır.  İnsan 
ümumi  ekoloji  dövrana  daxil  edilmiş  biosferin  ayrılmaz  hissəsi 
olaraq  qalır.  İnsanın  mövcudluğunun  atmosferdə  oksigenin 
miqdarının  kifayət  qədər  olmasından,  günəş  işığından,  sudan 
asılılığı  onun  təbiətin  qanunlarından  nə  qədər  asılı  olduğunu 
göstərir. 
İnsanın  yarandığı  ilk  gündən  onun  başlanğıc  bioloji 
mahiyyəti  və  həyat  fəaliyyətinin  sosial  amilləri  əsasında  olan 
qarşılıqlı  münasibətləri  dəyişib.  Sonuncular  insan  ehtiyaclarını 
(sosial  uyğunlaşmanın  artırılması)  ödəmək  üçün  təbii  mühitin 
daha  dərindən  şəklini  dəyişməsinin  zəruriliyini  sürətləndiriblər. 
Bu proseslər müasir dövrdə  onunla xarakterizə olunur ki,  təbiət 
qanunauyğunluqlarını  nəzərə  almadan  ona  total  müdaxilə 
biologiya, psixologiya və insanın özünün irsiyyətinə mənfi təsir 
göstərən  proseslər  yaradıb.  İnsanı  əhatə  edən  və  ona  təsir  edən 
mühit (biotik, abiotik və sosial amillərin məcmusu) getdikcə onun 
adaptasiya imkanları çərçivəsindən çıxan xüsusiyyətləri daha çox 
əhatə edir. Bu imkanlar kifayət qədər məhduddur. Çünki insan ən 
yüksək ixtisaslaşmış bioloji növdür. Onun yaratdığı süni yaşayış 
mühiti  müəyyən  zamana  qədər  ekoloji  baxımdan  gərginləşmiş 
təbiətin  birbaşa  təsir  amillərini  nisbətən  ört-basdır  edir.  Bu 
təsirlərin  artması  nəticəsində  əhalinin  ümumi  xəstələnmə 
dərəcəsinin yüksəlməsini biruzə verməyə başlayır. İnsanla təbiət 
arasında mövcud qarşılıqlı əlaqə bir çox minilliklər boyu davam 
edir. Təbii mühit dəyişkənliyinin hər bir mərhələsinə bəşəriyyətin 
maddi- mədəni inkişafının müəyyən bir tarixi pilləsi uyğun eəlib.- 
17 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə