Dərslikdə Bakı Dövlət Universitetinin Coğrafiya



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə14/66
tarix30.04.2018
ölçüsü2,79 Kb.
#40545
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   66

Tullantısız  texnologiyanın  inkişafının  əsas  istiqamətləri 
aşağıdakılardır:  tullantıların  utilləşdirilməsi,  xammal  və 
minerallardan kompleks istifadə edilməsi, qapalı siklli istehsalın 
təşkil  edilməsi,  çirkab  suların  atılması,  zərərli  maddələrin 
atmosferə buraxılması və s. Hazırkı dövrdə ekoloji istehsalın əsas 
vəzifələri  gücləndirilərək  insan  fəaliyyətinin  zərərli  nəticələrini 
neytrallaşdırmalı,  sağlamlıq  zonaları  və  ekoloji  təmiz  olan  süni 
ekosistemlər yaratmağa istiqamətləndirilməlidir. 
2.3.6.
 
Atmosferin mühafizəsi 
Daim hərəkətdə olan hava yerdən qalxan qaz, tüstü, toz 
hahndakı  tulantılarm  yüngül  hissəsini  uzun  müddət  özündə 
saxlayıb onları dünyanın müxtəlif rayonlarında tədricən çökdürür. 
İnsanların  sağlamlığına,  torpağa,  su  mənbələrinə,  heyvanat 
aləminə,  bitki  örtüyünə  mənfi  təsir  edir.  Belə  proses  kənd 
təsərrüfatı 
bitkilərinin 
məhsuldarlığını 
azaldır, 
metal 
quraşdıncılarda  korroziyanı  şiddətləndirməklə,  maşınların, 
avadanlıqların, elektrik ötürücü dirəklərin ömrünü xeyli qısaldır. 
Havaya qalxan tullantiarm miqdarını azaltmaq və onların 
tərkibini zərərsizəşdirmək əsasən iki yolla həyata keçirilə bilər: 
1.
 
Tükənməyən enerji sərvətlərinin  - külək, günəş,  yeraltı 
istiliyin, su enerjisinin geniş istifadəsi, onsuz da məhdudlaşmaqda 
olan üzvi yanacağın (neft, qaz, daş kömür, torf, yanar şist, antrasit 
və s.) enerji balansında xeyi azaldılması. 
2.
 
Daxili  mühərriklərdə,  elektrik  stansiyalarında  və  bütün 
sənaye  müəssisələrində,  məişətdə  istifadə  edilən  yanacağın 
tərkibindəki zəhərli maddələrin çıxarılması və xeyi azadılması. 
Son  zamanlar  hava  mühitini  təmizləmək  və  ona  nəzarət 
etmək üçün müasir elektron sistemlərindən, havam 
42 


asılı  vəziyyətdə  olan  (toz)  hissəciklərdən  təmizləmək  üçün, 
elektrofiltrlərdən  istifadə  edilir.  Toz  hissəciklərini  udma 
qabiliyyətlərinə görə toz tutan qurğular tozçökdürən kameralara, 
inersiyah  tozayıranlara,  yağlı  və  çoxqath  fıltrlə,  elektrofiltrlərə 
ayrılırlar. 
Elektrofiltrlər 
havada 
toz 
qarışıqlarının 
təmizlənməsində ən səmərəli qurğular olmaqla, tüstülü qazlarda 
sıxlığı çox olan yüksək toz və kül qatışıqlarmın təmizlənməsində 
geniş istifadə edilir. Onların təmizləmə dərəcəsi 90-95% olmaqla, 
başqa növ toztutan qurğulardan çox üstündürlər. 
Ətraf  hava  mühitimi  tərkibinə  nəzarət  sistemində  ən 
mühüm yerli-hava hövzəsində qazların toplanması və azalmasını 
xəbər verən qaz indikatorları və müasir elektron qaz-analizatorları 
istilik kimyəvi və fotokalometrik üsulla işləyən və hava mühitində 
müxtəlif  qazların  miqdarını  təyin  edən  cihazlardır.  Beləliklə, 
istilik  kimyəvi  analizatorlar  katalizatorun  köməyi  ilə  havanın 
oksigenində  təyin  olunan  komponentdə  kimyəvi  reaksiyanın 
istilik effektini qiymətləndirir. 
Günəş  şüaları  yer  səthimi  heç  yerlərində  şaquli 
düşmədiyi üçün vahid sahəyə düşən radiasiyanın miqdarı coğrafi 
enlikdən  asılıdır  (məsələn,  qütblərdə  ekvatora  nisbətən  soyuq 
olar). Nəticəsi  də qütblərdə və ekvatorda havanın xüsusiyyətləri 
fərqlidir. Lakin Yer səthindən temperaturun üfüqi paylanmasının 
enlikdən  asılı  olması  tanı  vacib  deyil,  çünki  hava  kütləsi  daim 
hərəkətdə  olur  və  onun  soyuq  kütləsi  cənuba,  isti  hissəsi  isə 
şimala  hərəkət  edir.  Beləliklə,  atmosferdə  temperaturun  üfüqi 
məsafəsi,  şaquli  məsafədən  çoxdur,  onda  şaquli  qradyent  də 
adətən üfüqi qradiyentdən artıqdır. Bu halda ki, şaquli qradiyent 
daha  çoxdur  və  nisbətən  sabitdir  və  şaquli  istiqamətdə  hava 
mübadiləsi demək olar ki, nisbətən zəifdir. 
43 


2.4. Litosferin ekoloji xüsusiyyətləri və mühafizəsi 
Yer  kürəsinin  və  onu  təşkil  edən  qitələrin,  dənizlərin, 
heyvanat və bitkilərin inkişaf 
tarixi 
mürəkkəb 
ekosistemlərdən ibarət olub, müəyyən mərhələləri keçmişdir. 
Yer  kürəsinin  hər  hansı  bir  sahəsinin  məruz  qaldığı 
dəyişikliklər və onun inkişafı burada baş verən geoloji proseslərlə 
sıx əlaqədardır. Odur ki. Yer kürəsinin ərazisinin geoloji inkişaf 
tarixini şərh etmək üçün Yer qabığının ayrı- ayrı hissələrində baş
 
vermiş 
geoloji 
prosesləri 
aydınlaşdırmaq  lazım  gəlir.  Tarixi  geologiyaya  dair  tədqiqatlar 
Yerin  və  eləcə  də  litosferin  genetik  inkişafına  dair  qiymətli 
məlumatlar verir. Həmin sənədlər keçmiş geoloji dövrlərdə əmələ 
gəlmiş  suxurlar,  minerallar,  heyvan  və  bitki  qalıqlarından  və  s. 
ibarətdir.  Bu  sənədləri  «oxumaq»  və  onların  əsasında  tarixi 
ardıcıllıq  yaratmaq  üçün  geoloqlar  aktualizm  deyilən  metoddan 
istifadə  edirlər.  Bu  proses  yer  üzərində  hazırda  baş  verən 
proseslərin  və  onların  nəticəsində  əmələ  gələn  məhsulların 
öyrənilməsinə  əsasən  müqayisəli  mülahizələr  yürütmək 
metodudur.  Məs.  müasir  dənizlərdə,  göllərdə  arası  kəsilmədən 
müxtəlif  çöküntülər-lillər,  qumlar  və  s.  toplanırsa,  deməli  biz 
hazırda bu çöküntülər əmələ gəlmiş süxurları tapdığımız yerlərdə 
vaxtilə dəniz,göl və ya başqa su hövzəsi olduğunu söyləyə bilərik. 
Ümumi tarix yaratmaq üçün isə əvvəlcə həmin sahələrin müəyyən 
inkişaf  mərhələsində  necə  olduqlarını  bilmək  və  onları 
tutuşdurmaqla ümumi fiziki-coğrafi şəraiti bərpa etmək lazımdır. 
İndi  yer  qabığını  təşkil  edən  süxurların  daha  doğrusu,  onların 
əmələ  gəldikləri  təbəqələrin  yaşı  müəyyən  edilmiş  və 
ümumdünya  geoloji  yaş  (geoxronoloji)  cədvəli  düzəldilmişdir. 
Lakin bu cədvəl mütləq yaş cədvəli yox, nisbi yaş cədvəlidir, yəni 
burada qatların, lay və təbəqələrin yaşları, biri-digərinə nisbətən, 
yəni nisbi olaraq müəyyən edilir. Dördüncü dövr yer 
44 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə