Dərslikdə Bakı Dövlət Universitetinin Coğrafiya



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə6/66
tarix30.04.2018
ölçüsü2,79 Kb.
#40545
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   66

II F 
ə 
S I L 
YERİN COĞRAFİ XÜSUSİYYƏTLƏRİ VƏ 
EKOCOĞRAFİ MAHİYYƏTİ 
2.1.
 
Müasir fəlsəfi dünya görüşlərdə «insan və təbiət» 
münasibətlərinin təbiili haqqında 
Təbiətlə  qarşılıqlı  münasibət  məsələləri  insanı  min  illər 
bundan əvvəl düşündürmüş və dövrün inkişaf xüsusiyyətlərindən 
asılı  olaraq həmin məsələyə müvafiq  münasibət bildirmişlər.  İlk 
insanların  meydana  gəldiyi  dövrdə  onlar  təbiət  hadisələrinin 
səbəblərini dərk etmirdilər. 
Təbiətin  qlobal  prosesləri  haqqında  onların  bilikləri 
olduqca bəsit idi, lakin əhatəsində olduqları təbiətin bəzi sirrlərini 
o zamankı insanlar indikindən yaxşı dərk edirdilər. 
Cəmiyyətlə təbiətin qarşılıqlı münasibət məsələləri qədim 
dövrün bir sıra filosoflarının əsərlərində mühüm yer tuturdu. Antik 
dövrün Heraklit, Demokrit, Epikur, Aristotel, Platon, Epidokl və 
digər  məşhur  mütəfəkkirləri  öz  əsərlərində  dünyanın  yaranması, 
təbii  cisimlərin  mahiyyəti,  insanın  yaranması,  təbiətin  dərk 
edilməsi üsulları, insanla təbiət arasındakı qarşılıqlı təsir əlaqələri 
və  münasibətləri  kimi  məsələlərə  toxunaraq  onlara  cavab 
axtarırdılar.  Bu  günün  özündə  belə  antik  dövr  filosoflarının  bu 
məsələlərə  dair  fikirləri,  fərziyyləri  öz  dolğunluğu  ilə  heyrət 
doğurur.  Həmin  məsələlərin  həlli  ilə  bir  qədər  sonra  Şərq 
filosofları - Əl-Fərabi, İbn-Sina, Əl-Biruni, İbn-Rüşt və başqaları 
məşğul  olaraq,  orta  əsr  Avropa  filosoflarını  xeyli  geridə 
qoymuşlar.  Avropa  fəlsəfəsində  bu  məsələlərin  həllinə  maraq 
intibah dövründə yenidən güclənmişdir. 
XVII-XVIII  əsrlərdə  fəlsəfədə  metafizik  materializmin 
yarandığı  bir  dövrdə  elmin  və  fəlsəfnin  məqsədi,  anlayışı  da 
tamam  dəyişdi.  Fəlsəfədə  bu  istiqamətin  banisi  F.Bekoon  hesab 
edilir. O, özünün «Yeni Orqanon» əsərində 
18 


dərketmənin  başlıca  vəzifəsini  insanın  təbiət  üzərində 
hakimiyyətinin  getdikcə  artmasında  və  insan  həyatının 
təkmilləşdirilməsində görürdü. 
Təbiətlə  insan  arasındakı  qarşılıqlı  təsiri  tədqiq  edən 
həmin  dövrün  fəlsəfi  cərəyanlarından  biri  də  «Coğrafi 
determinizm» idi. Hələ qədim zamanlarda yaranmış bu istiqamət 
orta əsrlərdə və yeni dövrdə Monteskye, Jan- Boden, İbn-Xaldun 
kimi  görkəmli  filosofların  tədqiqatlarında  əsas  yer  tutmuşdur. 
Onların  fikrincə  insanın  şüuru,  ənənələri,  ictimai  qanunları  və 
hətta dövlət qurluşu belə, təbii amillərdən və ilk növbədə iqlimdən 
asılıdır.  XIX  əsrdə  coğrafi  determinizm  daha  da  genişlənərək, 
elmi  fikrin  inkişafında  əsas  istiqamətlərdən  birinə  çevrilmişdir. 
Cəmiyyətlə təbiət arasındakı qarşılıqlı təsirə dair bütün ideya və 
fikirlərin  sintezi  alman  klassik  fəlsəfəsinin  görkəmli 
nümayəndələri  olan  Hegel  və  Feyerbaxm  konsepsiyalarında  öz 
əksini  tapmışdır.  Hegel  ilk  dəfə  olaraq,  təbiətlə-  cəmiyyətin 
inkişafını vahid təbii-tarixi proses kimi başa düşürdü. O, materiya 
və  ruhun,  təbiətlə-insanın  dialektik  vəhdətini  sübut  etməyə 
çalışırdı. 
Feyerbax  isə  insanla  təbiətin  vahidliyini  ilk  növbədə 
insanın  antropoloji  mahiyyətində  görürdü.  Belə  yanaşma  isə 
təbiət-insan 
vahidliyinin 
materialist 
nöqteyi-nəzərdən 
qiymətləndirilməsi  demək  idi  ki,  bu  da  həmin  dövrdə  irəliyə 
doğru mühüm addım hesab edilirdi. 
Müasir  dövrümüzə  qədər  gələn  cəmiyyət-təbiət 
konsepsiyasının  yolları,  müxtəlif  və  uzun  olmuşdur.  Belə  ki, 
XIX-əsrin  40-cı  illərində  hələ  Hegelin  fəlsəfəsinin  təsiri  altında 
olan K.Marks cəmiyyət-təbiət problemindən bəhs edərkən insanı 
ideallaşdırır, onu təbiətə qarşı qoyur ki, bu da sözsüz ki, Hegelin 
antropoloji  konsepsiyasının təsiri idi. Həmin dövrün ideoloqları 
və  təbiətşünasları  insanın  təbiətə  olunan  təsirinin  fəal  xarakter 
daşımasını  qeyd  edərək,  məhz  bununla  insanın  təbiətə  olan 
spesifik münasibətini görürdülər. 
19 


Beləliklə,  ilk  baxımda  insanın  təbiətdən  asılılığı  azalır, 
guya  insanlar  mövcud  şəraitdən  süni  yaradılmış  texnosfer  ilə 
qorunaraq,  ətraf  mühitin-təbiətin  çatışmamazlığmı  düzəldir. 
Lakin,  bu  hələ  insanın  təbiətdən  asılılığının  azalması  demək 
deyildir, əksinə, cəmiyyət inkişaf etdikcə onun təbiətə tələbatı da 
o qədər rəngarəng və zəngin olur. İnsan təbiətin yeni qüvvələrini 
aşkarlayıb istifadə etdikcə, müasir mərhələyə müvafiq olaraq özü 
də ondan asılı vəziyyətə düşür. Məsələn, Volqa, Dnepr, Kür, Nil 
çayları  axımının  nizamlanmasının  böyük  üstünlükləri  olmuşdur. 
Azərbaycanda  Mingəçevir  su  anbarının  tikilməsi  ilə  əlaqədar 
olaraq  Kür-Araz  ovalığında  bataqlıqların  qurudulmasına  şərait 
yaradıldı. 
Təbiət  və  cəmiyyət  qanunları  arasındakı  mühüm 
fərqlərdən biri də odur ki, cəmiyyət qanunları təbiət qanunlarına 
nisbətən  qısa  müddətlidir.  Təbiət  qanunlarını  müşahidə  və  dərk 
etmək uzun vaxt tələb edir. Təbiətlə- cəmiyyət arasındakı əlaqənin 
qanunauyğunluqlarını  öyrənmək  tarixən  yaranmış  elmi 
nailiyyətlərə 
əsaslanmalıdır. 
Təbiətşünaslıq 
haqqındakı 
ümumbəşəri bilikləri sinfi, siyasi və s. cəhətdən, bəzən də məhdud 
hüquqi tələblər baxımından çeşidləmək nəinki keçmişimizi dərk 
etmək,  eyni  zamanda  bu  günümüzü  də  dərk  etmək  üçün  böyük 
ziyan verir. 
Dünya ölkələrinin ictimai quruluşundan asılı olmayaraq 
müasir ekoloji böhrana məruz qalmaları onu göstərir ki, indi bütün 
ölkələr  milli  və  sinfi  ayrı  seçkilik  salmadan  birləşməli,  ətraf 
mühiti mühafizə etməkdə birgə səy göstərməlidirlər. 
İnsan  nəinki  əmək  prosesində,  bütün  varlığı  ərzində 
təbiətlə təmasdadır, onun vacib komponenti olan oksigenlə nəfəs 
alır və arasıkəsilməz madələr mübadiləsində olur. Təbiətlə insan 
arasında  maddələr  mübadiləsi  kəsilərsə  insanın  nəinki 
fəaliyyətindən, həm də onun varlığından söhbət gedə bilməz. Biz 
insanı, təbiətlə birlikdə vahid bir 
20 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə