Dərslik kimi tövsiyyə edilir. B a k I 1 İQTİsadi İnformatiKA



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə9/65
tarix11.10.2017
ölçüsü2,91 Kb.
#4434
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   65

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________39________________________ 
 
içrası  zamanı  uçot  və  nəzarət  məlumatlarından  istifadə 
edilir. 
Tənzimləmə  funksiyası  idarəetmə  obyektini  elə 
rejimdə saxlamaq üçündür ki, plan yerinə yetirilə bilsin 
və arzuolunmaz pozuntuları ləğv etmək mümkün olsun. 
Тəhlil  və  qiymətləndirmə  funksiyası  idarəetmə 
tsiklinin son mərhələsində içra edilir. Bu  funksiyanın 
içra məqsədi ötən plan dövründəki işə yekun vurmaq və 
onu qiymətləndirməkdən ibarətdir. 
Perspektiv  dövrün  uzunluğu  üzrə  içra  edilən 
funksiyalar  aşağıdakılardır:  operativ,  çari  və  perspektiv 
idarəetmə. 
Оperativ idarəetmə rüblük, aylıq, həftəlik, sutkalıq və 
növbəlik idarəetməni nəzərdə tutur. 
Cari idarəetmə il ərzindəki idarəetmə prosesini ifadə 
edir. 
Perspektiv  idarəetmə  isə  beşillik  və  daha  uzun 
dövr üçün olan idarəetmə prosesini əks etdirir. 
İdarəetmənin predmet oblastından asılı olmayaraq bu 
funksiyalar  hər  yerdə  içra  edilir.  Buna  görə  də  bunlara 
ümumi funksiyalar deyilir. 
İdarəetmənin  xüsusi  funksiyaları  idarəetmə 
obyektinin 
xarakterindən, 
vəzifələrindən, 
istiqamətindən,  təyinatından  və  durduğu  iyerarxiya 
səviyyəsindən asılı olaraq müxtəlif tərkibli olur. Bu onun 
nəticəsidir ki, ümumi idarəetmə sisteminin qlobal funksiyası 
müəyyən  lokal  funksiyalara  bölünür  və  hər  bir 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________40________________________ 
 
funksional  alt  sistem  bu  lokal  funksiyaların  birini  içra 
edir. 
Funksional  komponentlərə:  funksional  altsistemlər 
(modullar)  aiddir  ki,  bunlar  da  öz  növbəsində, 
funksional məsələləri və model və alqoritmləri əhatə 
edirlər. 
Verilənləri işləyən sistemin əsas vəzifəsi: 
 İnformasiyanın  yığılması,  qeyd  edilməsi  və 
texniki daşıyıçıya köçürülməsindən; 
 Verilənlərin 
saxlanma 
və 
emal 
yerinə 
ötürülməsindən; 
 İnformasiyanın maşına daxil edilməsindən; 
 Maşındaxili 
informasiya 
bazası 
yaradılmasından; 
 İnfomasiyanın maşınla işlənməsindən; 
 Nəticə 
informasiyanın 
daxili 
və 
xarici 
istehlakçılara çatdırılmasından ibarətdir. 
Beləliklə,  Verilənləri  işləyən  sistem  müxtəlif 
idarəetmə  məsələlərinin  həlli  və  qərar  qəbulu  ilə 
məşğul olan mütəxəssislərə informasiya xidməti göstərir. 
Verilənləri işləyən sistemin komponentlərinə: 
 İnformasiya təminatı; 
 Proqram təminatı; 
 Texniki təminat; 
 Hüquqi təminat; 
 Linqvistik təminat daxildir. 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________41________________________ 
 
İnformasiya  təminatı  -  informasiya  bazasının 
yaradılması  üçün  istifadə  edilən  vasitə  və  metodlar 
məcmusudur. 
Proqram  təminatı  -  hesablama  texnikasından 
istifadə etməklə funksional alt sistemlərdə həll edilən 
məsələlərin proqramları məçmusudur. 
Тexniki  təminat  -  Verilənləri  işləyən  sistemin 
səmərəli  fəaliyyətini  təmin  edən  texniki  vasitələr 
kompleksindən  ibarətdir.  Buraya  informasiya  yığan, 
toplayan, işləyən, ötürən, çap edən və təqdim edən texniki 
vasitələr,  bu  vasitələri  və  müxtəlif  texniki  vasitələr 
arasında  informasiya  mübadiləsini  idarə  edən  qurğular 
aiddir. 
Hüquqi  təminat  -  Verilənləri  işləyən  sistemə  dəxli 
olan direktiv sənədlərdə və normativ aktlardakı normalar 
məçmusudur. 
Linqvistik  təminat  -  Verilənləri  işləyən  sistemin 
yaradılması  və  istismarının  müxtəlif  mərhələlərində 
istifadə edilən dil vasitələri məçmusudur. 
Тəşkilati komponentlər (işçi heyət): firmanın yeni 
təşkilati  quruluşunu  və  işçilərin  ştat  tərkibini  və  vəzifə 
təlimatlarını əhatə edir. 
 
İNFORMASİYA SİSTEMLƏRİNİN İNKİŞAF 
TENDENSİYALARI  
 
İnformasiya  sistemləri  öz  inkişafında  4  nəsil 
keçmişdir:  1-çi  nəsil  1960-1970-çi  illərdə  mərkəzi  maşın 
bazasında "bir müəssisə - bir informasiya emalı mərkəzi" 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________42________________________ 
 
prinsipi üzrə qurulmuşdu. 2-ci nəsil 1970-1980-ci illərdə 
yaradılmış  və  bu  zaman  paylanmış  işləmə  sisteminin 
yaradılması  üzrə  ilk  addımlar  atılmışdı.  Belə  ki,  bu 
sistemdə  mərkəzi  ЕHМ-lə  yanaşı,  filiallarda  mini-ЕHМ-lər 
də  qurulmuş  və  bunlar  mərkəzi  ЕHМ-lə  əlaqəli  şəkildə 
fəaliyyət  göstərirdi.  3-çü  nəsil  1980-1990-çı  illərdə 
yaradılmışdı.  Bu,  fərdi  kompüterlər  bazasında  şəbəkə 
texnologiyasının tətbiqi ilə fəaliyyət göstərirdi. 4-ü nəsil 
1990-çı ildən sonrakı dövrü əhatə edir. İndi informasiya 
sistemi şəbəkə iyerarxiyalarına əsaslanır. 
 
İNFORMASİYA SİSTEMLƏRİNİN YARADILMASI 
ARDIÇILLIĞI  
 
Əvvəlcə  idarəetmə  obyekti  təhlil  edilərək, 
funksiyalar  və  məsələlər  müəyyənləşdirilir.  Sonra 
funksional  məsələlərin  həllinə  tətbiq  ediləcək  riyazi 
modellər  və  alqoritmlər  seçilir.  Sonra  isə  lazımi 
informasiyanın tərkibi və mənbələri müəyyən edilir. Daha 
sonra texniki vasitələr və işçi heyəti seçilir. 
 
İQTİSADİ İNFORMASİYA –STRATEJİ RESURS KİMİ. 
İNFORMASİYA İQTİSADİYYATININ MEYDANA 
GƏLMƏSİ 
 
Müasir dövrdə hər cür informasiya vacibdir.  
İqtisadi  informasiya  əmək,  torpaq  və  kapitalla 
yanaşı,  təsərrüfat  fəaliyyətinin  mühüm  amilinə 
çevrilmişdir.  


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə