Dərslik kimi tövsiyyə edilir. B a k I 1 İQTİsadi İnformatiKA



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə10/65
tarix11.10.2017
ölçüsü2,91 Kb.
#4434
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   65

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________43________________________ 
 
İnformasiyanın iqtisadiyyatı barədə ilk tədqiqat əsəri 
1961-ci  ildə  yazılmışdır.  1982-ci  ildə  Nobel  mükafatı 
laureatı olmuş Corc Stiqler (1911-1991) həmin məqalədə 
bazar  qiymətini  təyin  etmək  üçün  “informasiya” 
terminindən istifadə etmişdir. 
 
 
Çorc  Stiqler (ingiliscə  George  Joseph  Stigler) 
amerika  iqtisadçısı,  iqtisad  sahəsində  Nobel  mükafatı 
laureatı (1982-ci il). 
 
1974-cü  ildə  E.Q.Yasin  informasiya  iqtisadiyyatı 
barədə müəyyən fikir söyləsə də, ümumi qəbul olunmuş 
tərifin  olmadığını  etiraf  etmişdir.  1972-ci  ildə  Nobel 
Mükafatı  almış  Kennet  Errou  80-ci  illərin  əvvəlində 
göstərdi ki: 
1. İnformasiyanın  alınması  və  ötürülməsi  müəyyən 
xərc tələb edir, buna görə də informasiya iqtisadi 
qiymətə malikdir; 
2. Ayrı-ayrı fərdlər fərqli infomasiyaya malikdirlər.  


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________44________________________ 
 
Deməli, 
müxtəlif  informasiya 
mülkiyyətçiləri 
arasında bazar münasibətləri yaranması mümkündür. 
 
 
Yevgeniy Qriqoryeviç Yasin (1934-ci ildə anadan 
olmuşdur) rusiyalı iqtisadçı-alimi, ictimai xadim, Rusiya 
Federasiyasının  İqtisadiyyat  naziri  (1994-1997),  “Ali 
iqtisad  məktəbi”nin  elmi  rəhbəri,  “Liberal  missiya” 
fondunun prezidenti. 
 
Kennet  Errou  (1921-1972)  sübut  etmişdir  ki,  azad 
informasiya bazarı resursların səmərəli bölgüsünə imkan 
vermir, odur ki, informasiya bazarını idarə etmək, qərar 
qəbulunu isə “etik normalar”a uyğunlaşdırmaq lazımdır. 
İnformasiyanın 
iqtisadi 
kateqoriya 
kimi 
formalaşmasında  transaksiya  xərcləri  anlayışını  elmə 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________45________________________ 
 
gətirən Nobel mükafatı laureatı Ronald Kouz (1910-2013) 
mühüm  rol  oynamışdır.  İş  burasındadır  ki,  transaksiya 
xərcləri  dedikdə,  Kouz,  əslində,  transaksiyanın  öz 
xərclərindən  daha  çox  onun  reallaşmasına  yardım  edən 
informasiyanın 
yığılması, 
saxlanması, 
işlənməsi, 
ötürülməsi  və  təqdim  edilməsi  xərclərini  nəzərdə 
tutmuşdur. 
 
 
 
Kennet  Cozef  Errou  (ingiliscə Kenneth  Joseph 
Arrow) amerika iqtisadçısı, iqtisadiyyat sahəsində Nobel 
mükafatı laureatı (1972-ci il). 
 
 
 
Bu yanaşmanın mahiyyəti ondan ibarətdir ki, iqtisadi 
fəaliyyət agentlərinin heç biri qəbul ediləcək qərar barədə 
tam  informasiyaya  malik  olmurlar,  onlar  yalnız  qəbul 
ediləcək  qərarın  hazırlanması  prosesinin  mahiyyətini 
təşkil edən informasiya mübadiləsi ilə məşğul olurlar.  
Qərar  qəbulundakı  qeyri-müəyyənliyi  (entropiyanı) 
azaltmağa xidmət edən informasiya mübadiləsi ilə bağlı 
xərclər transaksiya xərcləri adlanır. 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________46________________________ 
 
Transaksiya  xərcləri  əvvəlcə  böyük,  sonra  kiçik 
sürətlə  artır.  Çünki,  qərar  qəbulu  yaxınlaşdıqca 
informasiya mübadıləsinin intensivliyi azalır. Resurs itkisi 
böyük olan halda transaksiya mürəkkəb sayılır və əksinə. 
Odur ki, mürəkkəb transaksiya boyük xərclə xarakterizə 
olunur. 
 
 
Ronalt Qarri Kouz (ingiliscə Ronald Harry Coase) 
amerika  iqtisadiçısı,  1991-ci  ildə  Nobel  mükafatı 
laureatına layiq görülmüşdür.
 
 
  
Beləliklə, transaksiya terminləri ilə verdiyi tərifdə K. 
Siborra  (1951-2005)  göstərir  ki:  “Qərarqəbuledici 
kompaniyanın  informasiya  sistemi  –  kompaniyanın 
bağladığı bütün kontraktların yaradılması, dəyişdirilməsi, 
idarə edilməsi və işçı vəziyyətdə saxlanmasını təmin edən 
informasiya prosesləri şəbəkəsidir”. 
 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________47________________________ 
 
 
Klaudio  Siborra,  London  iqtisadiyyat  məktəbinin 
italiyalı  professoru,
 
informasiya  sistemlərinin  və  riskin 
idarə  edilməsində  PWC  Stula  təşkilat  nəzəriyyəçisi, 
Teseya İnterneyşel İnstitutunun müəllimi. 
 
 
 
 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________48________________________ 
 
 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________49________________________ 
 
İQTİSADİ İNFORMASİYA 
 
İqtisadi  informasiyanın  təməlində  transaksiya 
məlumatları  durur.  Transaksiya  –  təsərrüfat  həyatının 
müəyyən  faktıdır.  Həmin  faktı  əks  etdirən  məlumatlar 
transaksiya 
məlumatları 
adlanır. 
Transaksiya 
məlumatlarının 
işlənməsi 
nəticəsində 
transaksiya 
informasiyası 
və 
analitik 
informasiya 
yaranır. 
Transaksiyaya misal olaraq hazır məhsulun alqı-satqısına 
dair müqavilə göstərilə bilər. Bu zaman həmin müqaviləni 
həyata keçirmək üçün lazım olan bütün məlumatlar, yəni, 
satıcı və alıcı rekvizitləri, satış üzrə müqavilə, marketinq 
məlumatları və s. transaksiya informasiyası kimi çıxış edir. 
Transaksiya  informasiyasının  əsas  xüsusiyyəti  ikili 
yazılışdır.  Yəni  hər  bir  fakt  iki  dəfə  qeyd  edilir:  bir 
təsərrüfat  uçotunda  (mənbə  kimi),  bir  də  əmlak  və  ya 
məhsulun istifadə istiqaməti (ünvan) kimi. Məsələn, Baş 
mühasibat 
Kitabındakı 
yazılış 
xalis 
transaksiya 
informasiyasıdır. 
Transaksiya 
məlumatlarının 
ümumiləşdirilməsi 
nəticəsində  analitik  informasiya  meydana  çıxır.  Analitik 
informasiyanın ən kiçik vahidi göstəricidir. Göstərici əsas 
və    əlamət  rekvizitlərindən  təşkil  edilir.  Əsas  rekvizit 
sintaksis, əlamət 
rekvizit isə semantik aspekti ifadə edir. 
Göstərici 
əlamətlərini 
konkretləşdirən 
əlamətlər 
çoxluğuna identifikator deyilir. 
 
QEYD: 
Rekvizit  (latınca  requisitum)  sözü  bizim 
dilimizə  latın  dilindən  gəlmədir,  “tələb  edilən”,  “lazım 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə