Dərslik kimi tövsiyyə edilir. B a k I 1 İQTİsadi İnformatiKA



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə7/65
tarix11.10.2017
ölçüsü2,91 Kb.
#4434
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   65

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________30________________________ 
 
işləməyə,  təqdim  etməyə  imkan  verən  proqramlar  və 
qurğular çoxluğudur. Lakin qərar qəbulu üçün tezaurusu 
zənginləşdirən aktual informasiya daha qiymətlidir. 
 
 
Klod  Elvud  Şennon  (ingiliscə  Claude  Elwood 
Shannon)  amareikalı  mühəndis  və  riyaziyyatçı, 
informasiya  nəzəriyyəsinin  yaradıcısıdır.  Alim  ehtimal 
sxemlərinə,  avtomatlar  və  idarəetmə  sistemləri 
nəzəriyyələrinə  böyük  tövhələr  vermiş,  “kibernetika” 
anlayışını elmə gətirnmişdir. 1948-ci ildə informasiyanın 
ən  kiçik  ölçü  vahidi  kimi  “bit”-dən  istifadəni  təklif 
etmişdir.
   
 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________31________________________ 
 
Tezaurusu  dəyişən  informasiyanın  miqdarı  məhz 
semantik  ölçünü  ifadə  edir.  Başqa  sözlə,  semantik  ölçü 
informasiyanın faydalılığını qiymətləndirməyə xidmət edir. 
 
QEYD:  Tezaurus  (yunanca  xəzinə),  ümumi 
mənada 
xüsusi  terminalogiya,  məhdud  mənada  isə 
lüğət, məlumatın yığılması mənasında işlədilir. Tezaurus 
informasiya  nəzəriyyəsində  subyektin  malik  olduğu 
bütün  məlumatların  toplumunu  qeyd  etmək  üçün 
istifadə olunur. 
  
 Ünvanın  tezaurusu  zənginləşdikcə,  informasiyanın 
semantik miqdarı azalır. Çünki kifayət qədər bilikli adama 
nəsə öyrətmək çətindir. Semantik informasiyanın miqdarı 
xəbərin  məzmunluluğuna  qiymət  vermək  üçündür. 
Beləliklə,  informasiyanın  sintaksis  ölçüsü  informasiyanın 
texnologiyaya,  semantik  ölçüsü  isə  informasiyanın 
qəbulediciyə  münasibətini  təyin  edir.  Praqmatik  ölçü 
informasiyanın  qiymətliliyini  təyin  etmək  üçün  istifadə 
edilir. 
 
VERİLƏNLƏRİN, İNFORMASİYANIN VƏ BİLİYİN 
XASSƏLƏRİ 
 
Verlənlərin xassələri: 
 Prezentativlik  (təqdimatlılıq)  -  hadisəni  adekvat 
təsvir etmək; 
 Dəqiqlik: 
1. Formal  dəqiqlik  -  təklik  mərtəbədəki  rəqəmin 
göstərilməsi; 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________32________________________ 
 
2. Real  dəqiqlik  –  təklik  mərtəbədəki  rəqəmin 
gerçəkliyinə təminat verilməsi; 
3. Maksimal  və  ya  əldə  edilmiş  dəqiqlik  –  xüsusi 
yığım şəraitində əldə edilən dəqiqlik; 
4. Lazımi  dəqiqlik  –  məsələnin  tələbinə  uyğun 
dəqiqlik. 
 Gerçəklik – obyektin tələb olunan dəqiqliklə təsviri; 
Cayqou  prinsipinə  görə,  “keyfiyyətsiz  veriləndən 
faydalı  informasiya  alına  bilməz”.  Ölçmələrdəki 
xətalar gerçəkliyin səviyyəsinə mənfi təsir göstərir. 
Gerçəkliyinin səviyyəsinə təsir edən xətanı yaradan 
amillər təyin edilə biləndirsə, verilən etibarlı hesab 
edilir.  Beləliklə,  yaxşı  verilən  dedikdə,  təqdimatlı, 
dəqiq  və  etibarlı  verilən  nəzərdə  tutulur.  Faydalı 
informasiya yalnız yaxşı veriləndən alınır. 
İnformasiyanın xassələri:  
 Aktuallıq – qərar qəbulu məqamına yararlı olmaq; 
Bu, verilənin reprezentativliyi hesabına baş tutur. 
Verilən  köhnəldikcə,  aktuallaşdırma  və  ya 
yeniləşdirmə həyata keçirilir. 
 Məqamlılıq  –  informasiyanın  qərar  qəbulu 
məqamına 
alınması; 
Gecikən 
informasiya 
lazımsızdır. Vaxtından əvvəl alınmış informasiya isə 
qərar qəbulu məqamına aktuallığını itirə bilər. 
Veriləni informasiyaya çevirən emal prosesi adekvat 
və  gerçəkdirsə,  onda  alınan  informasiya  da  dəqiq  və 
etibarlı sayılır.  
Biliyin  xassələri.  Bilik  predmet  və  ya  konkret, 
konseptual  və  ya  ümumiləşdiurici  və  metabilik  şəklində 
ola  biləndir.  Konkret  bilik  konkret  oblasta  aid 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________33________________________ 
 
informasiyadan  yaranır.  Konseptual  bilik  metodoloji 
xarakterli olur. Metabilik bilik haqqında bilikdir. Məsələn, 
Mendeleyev cədvəli. 
Kompaniyanın  rəqabətdə  üstünlüyünün  əsas 
mənbəyi bilikdir.  
 
 
İQTİSADİ İNFORMASİYA HAQQINDA ANLAYIŞ 
İnformasiya  -  izah  etmək  mənasına  gələn  çox 
qədim bir dildə olan cümlədir. 20-ci əsrin ortalarından 
informasiya  elmi  anlayışdır  və  müxtəlif  təbiətli  obyektlər 
(yaddaşlar)  arasında  baş  verən  məlumat  mübadiləsinin 
məna  yükünü  ifadə  edir.  İqtisadi  informasiya  - 
çəmiyyətdə istehsal münasibətlərini xarakterizə edir. 
İqtisadi informasiya iqtisadi sistemin (müəssisənin, 
nazirliyin, dövlətin və s.) ayrılmaz tərkib hissəsidir. 
İqtisadi  informasiya  dəqiq,  gerçək  və  operativ 
olmalıdır. Dəqiqlik bir informasiyanın bütün istehlakçılar 
tərəfindən  birmənalı  dərk  edilməsi yolu ilə təmin edilir. 
Gerçəklik  informasiyanın  elə  keyfiyyət  səviyəsidir  ki,  bu 
səviyyə  təmin  olunduqda  sistemin  səmərəli  fəaliyyətinə 
xələl  gəlmir. Оperativlik  isə konkret şəraitdə  yüksək 
aktuallıq nümayişidir. 
İqtisadi  informasiya  ilk  növbədə,  idarəetmə 
funksiyaları  və  yaranma  yerləri  (idarəetmə  səviyyələri) 
üzrə təsnifləşdirilir. 
İdarəetmə  funksiyaları  üzrə  iqtisadi  informasiya 
plan-uçot, 
normativ-arayış 
və 
hesabat-statistika 
informasiyasına ayrılır. 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________34________________________ 
 
Plan  (direktiv)  informasiya  gələçək  dövrlər  üçün 
planlaşdırılan  və  nəzərdə  tutulan  iqtisadi  göstəriçiləri 
əhatə edir. 
Uçot  informasiyası  müəyyən  dövr  üçün 
planlaşdırılmış  göstəricilərin  faktiki  qiymətlərini  əks 
etdirir. 
Normativ-arayış  informasiyası  istehsal  prosesləri  və 
münasibətləri ilə bağlı olan müxtəlif normaları və sorğu 
məlumatlarını 
özündə 
birləşdirir. 
Bu, 
ümumi 
informasiya kütləsinin 50-60 faizini təşkil edir. 
Hesabat-statistika  informasiyası  aşağı  səviyyəli 
iqtisadi sistemin (müəssisənin, firmanın) yuxarı təşkilata 
təqdim etdiyi hesabat köstəriçilərini əhatə edir. 
Yaranma  yeri  üzrə  informasiya  giriş  və  çıxış 
informasiyaya bölünür. 
Giriş  informasiya  iqtisadi  sistemə  kənardan  daxil 
olandır. 
Çıxış informasiya sistemi tərk edən informasiyadır. 
 
İNFORMASİYANIN TƏSVİR FORMALARI 
 
İnformasiya—xəbərin  məna  yüküdür.  Xəbər—
ötürülən məlumatdır. Xəbər mənbədə hasil edilir, ünvanda 
istehlak  olunur.  Xəbər  mənbəyi  dedikdə,  özündən 
informasiya  şüalandıra  bilən  obyekt  nəzərdə  tutulur. 
Xəbər ünvanı isə informasiya qəbul edə bilən obyektdir. 
Xəbər  simvol,  mətn  və  şəkil  formasında  ötürülə 
bilir. Simvol forması—hərf, rəqəm, işarə və s.-dən ibarət 
ən  sadə  formadır.  Buna  görə  də  simvol  forması  yalnız 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə