Dərslik kimi tövsiyyə edilir. B a k I 1 İQTİsadi İnformatiKA



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə11/65
tarix11.10.2017
ölçüsü2,91 Kb.
#4434
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   65

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________50________________________ 
 
olan”  anlamını  verir.  Rekvizit  sözü  çoxmənaılıdır  və 
harada  istifadə  edilməsindən  asılı  olaraq  mənasını 
dəyişir.  Qədim  zamanlarda  rekvizit  kəlməsi  küçələrdə 
təşkil edilmiş tamaşaların gedişi zamanı aktyorlara lazım 
olan butafor əşyalarını (səhnə ləvazimatı hazırlayan usta 
butafor  adlanır)  işarə  etmək  üçün  istifadə  olunurdu. 
İndiki  zamanda  kino  çəkilən  meydançalarda  istifadə 
edilən ləvazımatları da rekvizit adlandırırlar. 
Biznes  sahəsində  rekvizit  vacib  olan  sənədlərin 
tərtib  olunması  üçün  hazırlanmış  qanunlar  və  qaydalar 
toplumu  kimi  başa  düşülür.  Bəzən  isə  köhnə  sənəd 
qüvvəsini itirdikdə onun yerinə yeni sənəd hazırlandıqda 
həyata  keçirilən  əməliyyatı  rekvizit  adlandırırlar.  Biznes 
ilə  bağlı  bəzi  ədəbiyyatlarda  rekvizit  dedikdə  sənədin 
rekviziti,  fiziki  və  ya  hüququ  şəxsin  rekviziti,  fərdi 
təşəbbüskarın və ya fərdi şirkətin rekviziti, bankın, dövlət 
təşkilatının  rekviziti  başa  düşülür.  Məsələn,  dövlət 
müəssisəsi  olan  notariusun  rekviziti  onun  tam  adı, 
hüququ  ünvanı,  statusu,  banka  olan  hesab  nömrəsidir 
(bank rekvizitləri).
 
İdentifikasiya  (latınca  identifico)  eyniləşdirmək, 
oxşatmaq  deməkdir.  Kriminal  aləmdə  həbs  olunmuş 
şəxsin  şəxsiyyətinin  (və  ya  obyektin)  söylənənlər  ilə 
eyniləşdirilməsi  prosesidir  (Məsələn,  şəxsin  imzasının, 
əlinin  izinin,  səsinin  yoxlanması).  İdentifikasıya 
psixologiya və sosialogiya elmində də istifadə olunur. Bu 
sahədə  identifikasıya  şəxsin  digər  şəxs  ilə  emosional 
baxımdan  oxşarlığının  yoxlanması  ilə  həyata  keçirilir. 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________51________________________ 
 
İdentifikasiyadan  texnika  aləmində,  kimyada  və  s. 
sahələrdə də istifadə olunur.  
Lüğətdə  identifikasıyanın  aşağıdakı  açıqlanması 
verilir: 
-Fiziki  şəxsin  məhkəmə  prosesində  oxşarlığının 
sübut edilməsi prosesi; 
-Obyektin  bəzi  etalonlar  ilə  müqayisə  edilməsi 
prosesi; 
-Şəxsin imzası və digər atributları ilə şəxsiyyətinin 
sübut olunması prosesi. 
İndiki 
zamanda 
identifikasiyadan 
müxtəlif 
sahələrdə geniş istifadə edilir. 
 
İqtisadi  informasiyanın  mühüm  xüsusiyyətlərindən 
biri  də  asimmetriyadır.  Belə  ki,  məsələn,  müqavilə 
bağlayan tərəflər müqavilənin predmeti və şərtləri barədə 
heç  bir  zaman  eyni  informasiyaya  malik  olmurlar.  Bu, 
obyektiv xassədir. Çünki, müqavilə şərtlərini hər tərəf öz 
anladığı  kimi  yozur.  Məsələn,  qiymətli  kağız  bazarında 
satıcı satışı, alıcı isə alışı faydalı hesab edərək alqı-satqı 
münasibətinə girir.  
 
İQTİSADİYYAT BAXIMINDAN İNFORMASİYA 
 
İnformasiya  cəmiyyətinə  keçid  müasir  dünyanın 
inkişafında maddi amillərin rolunu  əhəmiyyətli dərəcədə 
dəyişmişdir.  Ənənəvi  cəmiyyətdə  əsas  yeri  maddi 
nemətlərin  istehsalı  və  bölgüsü  və  bunlarla  bağlı 
münasibətlər  tuturdusa,  informasiya  cəmiyyətində 
informasiya 
prosesləri 
(informasiyanın 
yığılması, 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________52________________________ 
 
saxlanması, emalı və təqdim edilməsi) birinci sıraya çıxır. 
Həyat nemətlərinin quruluşunda maddi nemətlər öz yerini 
tədricən informasiya nemətlərinə verir. 
Bu  gün  bazarda  öz  vəziyyətini  qoruyub 
yaxşılaşdırmaq 
istəyən 
müəssisə, 
ilk 
növbədə, 
müəssisədaxili 
informasiya 
proseslərinin 
avtomatlaşdırılması  və  xarici  informasiya  resurslarına 
çıxışa imkan verən səmərəli informasiya sistemi yaratmaq 
qayğısına  qalmağa  məcburdur.  Hər  bir  kompaniya 
təsərrüfat  qərarı  qəbul  edərkən  ətraf  dünyada  baş 
verənləri:  rəqib  və  partnyorların  (tərəfdaşların)  işlərinin 
vəziyyətini,  bazarda  məhsul  və  maliyyənin  durumunu 
hökmən nəzərə almalıdır. Maddi sxemlərə qənaət yalnız 
informasiya  sxemlərinin  hesabına  mümkündür.  İndi 
yüksək  texnologiyalar  erası  başlanmışdır,  elmtutumlu 
istehsal  böyük  sürətlə  artır.  Bu  isə  yeni  biliklərə  malik 
işçilər tələb edir. 
 
İNFORMASİYA İQTİSADİ TƏHLİLİN 
PREDMETİ KİMİ 
  
İnformasiya  maddi  məhsuldan  nə  ilə  fərqlənir? 
E.Z.Mayminas  (1931-2000)  deyir  ki,  əsas  fərq  istehlak 
prosesində  informasiyanın  tükənməməsi,  çoxsaylı 
istehlakçılar tərəfindən çoxqat istifadə edilməsidir. Maddi 
məhsuldan  fərqli  olaraq  ötürmə  zamanı  informasiya 
mənbədə yox olmaya biləndir. İnformasiya zahirən əsas 
fondlara  bənzəyəndir:  dəyərini  məhsula  tədricən  keçirə 
bilir,  tədricən  köhnəlir.  Lakin  heç  bir  maddi  məhsul 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________53________________________ 
 
“əbədi”  deyil,  halbuki,  “əbədi”  olan  informasiya 
mövcuddur.  İnformasiyanın  daşıyıcıları  (saxlama,  emal, 
ötürmə  və  təqdimetmə  vasitələri)  “İnformatika 
sənayesinin” əsas fondlarıdır. 
 
 
 
Yefim  Zalmanoviç  Mayminas  rus  iqtisadçısı, 
iqtisad  elmləri  doktoru,  qərarın  qəbul  olunma  sistemi 
laboratoriyasının  müdiri,  genotipin  sosial-iqtisadi 
konsepsioyasını işləyib hazırlamışdır.  
 
E.Z.Mayminas 
iqtisadi 
nöqteyi-nəzərdən 
informasiyanın aşağıdakı əsas cəhətlərinin olduğunu qeyd 
edir: 
 İnformasiyanın  sərbəst  paylanması  zamanı 
istehlakçının birmənalı fiksə edilməsi çətinliyi vardır. 
Belə ki, açıq mətbuatda çap edilən məlumatlar kimə 
çatır-çatmır,  müəyyən  etmək  müşgül  məsələdir. 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə