Dərslik kimi tövsiyyə edilir. B a k I 1 İQTİsadi İnformatiKA



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə17/65
tarix11.10.2017
ölçüsü2,91 Kb.
#4434
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   65

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________78________________________ 
 
malik  deyildilər.  Sıfır  haqqında  məlumatlandıqda  belə 
onlar  bu  rəqəmdən  istifadə  etməməyə  çalışırdılar. 
Avropalı  alimlərin  fikri  belə  idi  –  heç  bir  məna  kəsb 
etməyən  rəqəm  kimə  lazımdır,  çünki  ilk  avropa 
hesablama sistemi sıfır tələb etmirdi. Bununla yanaşı o 
dövrdə  istifadə  olunan  mövqesiz  say  sistemində 
“sıfır”dan  istifadəyə  ehtiyac  duyulmurdu  (məsələn,  20 
rəqəmi XX kimi, 30 rəqəmi XXX və s. göstərilirdi). 
 
 
 
Maya hesab sistemində “sıfır”ın (boş balıqqulağı) işarəsi 
 
Mövqeli say sistemindən ilk istifadə edənlər babililər 
olmuşdur.  Buna  əsas  səbəb  “sıfır”ın  onlar  tərəfindən 
“aralıq” kimi göstərilməsi idi. Babililər aralığı sıfır ilə əvəz 
etdikdən  sonra  ədəddə  hər  yeni  gələn  mərtəbənin 
öndəkindən on dəfə böyük olduğunu qeyd edirlər. 
Qeyd etmək lazımdır ki, hal-hazırda istifadə olunan 
mövqeli say sistemi bizə babililərdən miras qalmışdır. 
 
Kompüter  2-lik  say  sistemində  təsvir  edilən 
rəqəmlərlə işləyir. Bu da,  10-luq say sistemi kimi, mövqeli 
say sistemidir. 
 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________79________________________ 
 
QEYD:  Mövqeli  say  sistemi  bizim  eradan  əvvəl 
təxminən  40  əsr  qabaq  qədim  Babilistanda  mövqeyə 
görə  nömrələmə  əsasında  yaranmışdır,  yəni  eyni  bir 
rəqəmin  tutduğu  yerdən  asılı  olaraq  həmin  rəqəm 
müxtəlif  ədədləri  ifadə  etmək  qabiliyyətinə  malikdir. 
Qədim  Babilistanda  onluq  say  sistemində  10  ədədinin 
oynadığı  rolu  mövqeyə  görə  nömrələmədə  60  ədədi 
oynayırdı,  ona  görə  də  bu  nömrələməni  60-lıq 
nömrələmə  adlandırırdılar.  Altımışlıq  nömrələmədən 
müasir  dövrdə  vaxt  hesablamalarında  istifadə  edilir. 
Məsələn, 60 saat, 60 dəqidə və s. 
Mövqeyə görə say sisteminin təkmilləşdirilməsi və 
sonrakı  inkişafı  hindlilərə  məxsusdur.  Say  sistemi 
hindlilərdə  meydana  gəlmişdir.  Ərəb  imperiyası 
Hindistanı işğal etdikdən sonra say sistemini Ərəbstana 
gətirmiş, oradan da Avropa ölkələrinə yaymışdır. Avropa 
böyük  səhvə  yol  vermiş  və  hindlilərə  məxsus  olan  say 
sistemini  “ərəb  rəqəmləri”  adlandirmışdır.  Bizim 
tərəflərdə isə say sistemi XVII əsrdən başlayarq istifadə 
olunmuşdur. Buna baxmayaraq bizdə onluq say sistemi 
ilə  yanaşı  uzun  illər  Rum  rəqəmlərindən  də  istifadə 
edilmişdir (indinin özündə də istifadə olunur).  
Hind pozission sistemində (latınca positio – mövqe, 
yer,  vəziyyət  anlamını  verir)  hər  bir  natural  ədəd  10 
rəqəmin  vasitəsi  ilə  ifadə  olunduğu  halda,  öndə  qeyd 
edildiyi  kimi  qədim  Babilistanda  60  rəqəmi  vasitəsi  ilə 
ifadə edilirdi. Belə yanaşmanın nəticəsidir ki, hesablama 
sistemlərində onluq say sisteminə üstünlük verilir.  


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________80________________________ 
 
Dövrünün  sayılan  alimlərindən  olan  Con  Vallis  (John 
Wallis (1616-1703 – ingilis riyaziyyatçısı, riyazi  analizin 
yaradıcılarından  biri)  yazdığı  “Universal  arifmetika” 
əsərində  ilk  dəfə  olaraq  müxtəlif  say  sistemlərini 
araşdırmış  və  ədədlərin  üçlük,  dördlük  və  s.  mövqeli 
sistemlərdə  göstərilməsinə  baxmışdır.  Alim  onluq  say 
sisteminin  digər  say  sistemlərindən  üstünlüyünü  də 
əsaslandırmışdır. Alimin məşhur 
 
 
 
 
 
formulundan indiki zamanda da riyaziyyat elmində 
geniş istifadə edilir. 
Zamanının  görkəmli  alimləri  digər  say  sistemləri 
haqqında araşdırmalar aparmışlar, çünki ikilik say sistemi 
də maraqlı olmaqla yanaşı diqqəti özünə cəlb edirdi. İkilik 
say sisteminin əlamətləri və yazılı göstərilməsi ilə bir çox 
riyaziyyatçılar,  o  cümlədən  fransız  alimi  Blez  Paskal, 
alman  riyaziyyatçısı  Q.F.Leybnis  və  isveç  riyaziyyatçısı 
İohan Bernulli də məşğul olmuşlar.   
 
Tam  ədədi  10-luqdan  2-liyə  keçirmək  üçün  ardıcıl 
bölmədən, kəsr ədədi – ardıcıl vurmadan istifadə edilir. 2-
lik  ədəd  sağdan-sola  üç-üç  qruplaşdırıldıqda  8-lik  say 
sisteminin ədədləri alınır. 2-lik rəqəm yaddaşda 1 bit yer 
tutur.  8  mərtəbəli 2-lik  ədəd 1  bayt  yaddaş  tutur. 1024 
bayt  1  Kilobayt,  1024  Kilobayt  1  Meqabayt,  1024 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________81________________________ 
 
Meqabayt  1  Qiqabayt,  1024  Qiqabayt  1  Terabayt  təşkil 
edir. 
Beləliklə: 
1 bayt   =    8 bit  
=  2
3
   bit 
1 Kbayt =    1024 bayt  
=  2
10
  bayt 
1 Mbayt = 
1024 Kilobayt   =  2
10
  Kbayt 
1 Qbayt = 
1024 Meqabayt    =  2
10
  Mbayt 
1 Tbayt = 
1024 Qiqabayt     =  2
10
  Qbayt 
1 Pbayt = 
1024 Terabayt     =  2
10
  Tbayt  
1 Ebayt = 
1024 Petabayt     =  2
10
  Pbayt 
1 Zbayt = 
1024 Ekzabayt     =  2
10
 Ebayt 
1 Ybayt = 
1024 Zettabayt    =  2
10
 Zbayt 
 
 
 
Maraqlı  faktdır  ki,  əgər  bir  vərəqdəki  işarələrin  sayı 
təxminən  2500-ə  bərabərdirsə,  onda  1  Mbayt-lıq 
informasiya  400  vərəq,  1  Qbayt-lıq  informasiya  400  000 
vərəq,  1  Tbayt  informasiya  isə  400 000 000  vərəq 
həcmində olacaqdır və s . 
 
 İNFORMASİYANIN KODLAŞDIRILMASI VƏ 
KOMPÜTER YADDAŞINDA TƏSVİRİ 
 
İnformasiya 
kompüter 
yaddaşında 
rəqəm 
formasında  saxlanır.  Yəni,  rəqəm  olmayan  informasiya 
(mətn, şəkil və s.) da rəqəmə çevrilir. Buna kodlaşdırma 
deyilir. 
Müasir fərdi kompüterlərdə operativ yaddaşın həcmi 
minlərlə meqabayt (və daha çox) təşkil edir.  
Kompüterdə  ədədi,  mətni  və  məntiqi  verilənlər 
fərqləndirilir.  Mətni  verilənlər  dedikdə,  simvolların  xətti 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə