Dərslik kimi tövsiyyə edilir. B a k I 1 İQTİsadi İnformatiKA



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə12/65
tarix11.10.2017
ölçüsü2,91 Kb.
#4434
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   65

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________54________________________ 
 
Hətta  kommersiya  kanalları  ilə  xüsusi  abunəçilərə 
paylanan  informasiyanın  da  ünvanına  yetişib-
yetişməməsi qeyri-müəyyəndir; 
 Ümumi halda alınan informasiyanın dəqiq dəyərini 
və ya qiymətini təyin etmək qeyri-mümkündür. Bu 
halda informasiyanın aprior qiyməti onun istifadəyə 
qədərki  qiymətidir.  Halbuki  informasiya  bazarında 
da, digər bazarlarda olduğu kimi, dəyər mala verilən 
haqla  ölçülür.  Bununla  belə,  hal-hazırda  güclü 
inkişaf edən oğurluq informasiya bazarına çıxarılan 
məhsul  (proqram  təminatı,  kompüter  oyunları, 
filmlər,  müsiqi  əsərləri  və  s.)  rəsmi  ticarət 
obyektlərindəki qiymətdən xeyli ucuz satılır; 
 İnformasiyanın  faydalılığının  xüsusilə  qeyri-
müəyyən  olması.  Bu  qeyri-müəyyənlik  o  halda 
meydana  çıxır  ki,  “nəyisə  elə-belə,  hər  ehtimala 
qarşı” alasan. Lazımi informasiya axtarışı zamanı o 
qədər  maraqlı  məlumatlara  rast  gəlinir  və  ehtiyat 
üçün  köçürülüb  saxlanılır  ki,  onların  gələcəkdə  nə 
dərəcədə lazım olub-olmayacağı aydın olmur. Buna 
baxmayaraq kompüter yaddaşı hələ aktual olmayan 
belə  informasiya  ilə  yüklənmiş  olur  və  bu  da  çox 
hallarda əsas işə maneçılık törədir; 
 İnformasiyanın  köhnəlmə  mexanizmi  maddi 
nemətin köhnəlməsinə bənzəmir. Qeyri-aktual və ya 
köhnə  informasiya  heç  də  həmişə  faydasız  və  ya 
lazımsız  olmur.  Məsələn,  yüz  il  əvvəlki  meteoroloji 
məlumatlar bu gün də faydalı ola bılır;  
 İnformasiya-axtarış  sistemləri  şəklində  fəaliyyət 
göstərən 
“filtr”lərin 
(“süzgəc”lərin) 
lazımi 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________55________________________ 
 
informasiyanın  axtarılıb  tapılmasında  xüsusi  rolu 
vardır. Bu, informasiya yayımının etika tərəfini əhatə 
edir. 
 
İNFORMASİYA KONSEPSİYASININ DƏYİŞİLMƏSİ 
 
Artıq qeyd etdiyimiz kimi, bu gün iqtisadi fəaliyyətdə 
informasiya  əmək  və  kapitalla  eyni  sırada  dayanır. 
Bununla  əlaqədar  olaraq,  informasiyaya  baxış  bucağı 
dəyişmişdir.  
İnformasiya  təqdimatı  -  bürokratik  əngəl 
kimi.  
Uzun  müddət  yuxarı  təşkilat  qarşısında  hesabat 
verilməsi  müəssisə  rəhbərliyini  əsas  işdən  ayıran  üzücü 
bir  iş  sayılmışdır.  İnformasiyanın  yığılması,  saxlanması, 
işlənməsi və ötürülməsi mexanikləşdirilsə də, bu işlər əsas 
işə dəxli olmayan maneə kimi qavranılmışdır. 
İnformasiya – kompaniyanın idarə edilməsini 
yaxşılaşdırmaq resursu kimi. 
20-ci əsrin 70-ci illərində EHM-in iqtisadiyyata tətbiqi 
hesabat  tərtibini  xeyli  yüngülləşdirdi.  İnformasiyanın 
maqnit yaddaşda saxlanması və çap qurğularının inkişafı 
rəhbərləri  informasiya  ilə  barışdırdı.  Nəticədə  idarəedici 
informasiya sistemləri və ya avtomatlaşdırılmış idarəetmə 
sistemləri meydana çıxdı. 
İnformasiyanın  operativ  qaydada  təqdim  edilməsi 
kompaniyanın  fəaliyyətini  köklü  surətdə  yaxşılaşdırdı. 
Rəhbərlər informasiyanın xeyrini hiss etməyə başladılar. 
Ehtiyatların idarə edilməsinin EHM-də optimal variantının 
alınması  müəssisələrə  böyük  səmərə  gətirdi.  Bu  cür 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________56________________________ 
 
məsələlərin  sayı  get-gedə  artdı.  Beləliklə,  bazar 
münasibətləri şəraitində informasiya ən vacib idarəetmə 
resursuna çevrildi. 
  
İNFORMASİYA – STRATEJİ RESURS KİMİ 
 
20-ci əsrin 90-cı illərində informasiya strateji resurs 
statusu  aldı.  Fərdi  kompüterlərin  geniş  yayılması,  lokal 
şəbəkələrin  yaranması,  sonra  İnternet-in  meydana 
çıxması  informasiyanı  məhsul  istehsalı  və  göstərilən 
xidmətlərin təməl amilinə çevirdi. 
Beləliklə,  informasiya  məhsuldarlığı  artıran  amil 
olmaqdan, 
yüksək 
səmərəlilik 
amilinə 
çevrildi. 
Məhsuldarlıq  konsepsiyasında  “Necə  istehsal  etmək?” 
sualı  qoyulurdusa,  səmərəlilik  konsepsiyasında  “Nə 
istehsal etməli? İstehlakçı nə gözləyir?” sualı qoyulur. 
Alıcı haqqındakı informasiya rəqabət mübarızəsində 
həyati vacib vasitəyə çevrilir. 
Yığılan  informasiya  kompaniyanın  gələcəyini 
müəyyənləşdirdiyindən strateji resursa çevrilir. 
Bu  qoyuluşda  giriş  informasiya  geniş,  çıxış 
informasiya məhdud xarakter daşıyır. 
Elektron biznesin əsas məzmunu alıcılar qazanmaq 
(və  ya  itirməmək)  uğrunda  informasiya  mübarizəsindən 
ibarətdir.  Kompaniyaların  məxsusi  saytları  alıcılara 
“burada və indi” alqı-satqı üçün real imkanlar təklif edir. 
Xüsusi informasiya sistemləri (məsələn, CRM) kompaniya 
ilə müştəri arasında daimi fəaliyyət göstərən informasiya 
körpüsü yarada bilir. 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________57________________________ 
 
İnformasiya  prosesləri  -  kompaniyanın 
biznes-proseslərinin ayrilmaz tərkib hissəsi kimi.  
İnformasiya  daha  bürokratik  əngəl  deyil,  əksinə, 
kompaniyanın  əsas  və  köməkçi  fəaliyyətinin  bütün 
aspektlərinin  üzvi  tərkib  hissəsidir.  İndi  informasiya 
proseslərinin  maliyyələşdirilməsi  xərcləri  əhəmiyyətli 
dərəcədə  artmışdır.  Məsələn,  illik  dövriyyəsi  100  milyon 
dollar  təşkil  edən  kompaniyanın  informasiya  sistemi  8 
milyon dollar xərc tələb edir. Başqa sözlə, kompaniyanın 
informasiya təminatı onun illik dövriyyəsinin 8%-ni təşkil 
edir. 
Beləliklə,  informasiya  konsepsiyası  dəyişdikcə, 
informasiya sistemlərinin rolu dəyişir. 
 
İNFORMASİYA MÜASİR CƏMİYYƏTDƏ 
 
Müasir  cəmiyyət  prinsipcə  yeni  mərhələyə  qədəm 
qoymuşdur.  Bu,  informasiya  cəmiyyətidir.  İndi  istehsal 
edilən məhsulun maya dəyərində maddi xərclərə nisbətən 
informasiya xərcləri əhəmiyyətli dərəcədə üstünlük təşkil 
edir.  
Torpaq,  əmək  və  kapital  kimi  ənənəvi  istehsal 
amillərinə  indi  dördüncü  amil  –    informasiya  əlavə 
olunmuşdur.  Əvvəllər  lazımi  informasiyanı  lazım  olan 
məqamda  əldə  etmək  mümkün  olmadığından,  qərar 
qəbulunda  informasiyanın  rolu  heçə  enmişdi.  İndi  isə 
lazımi  informasiyanı  lazımi  vaxtda  dünyanın  istənilən 
yerinə  çatdırmaq  imkanı  vardır.  Sürətli  informasiya 
texnikası  və  səmərəli  informasiya  texnologiyası 
informasiya  proseslərini  kəskin  şəkildə  sürətləndirməklə 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə