Dərslik kimi tövsiyyə edilir. B a k I 1 İQTİsadi İnformatiKA



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə1/65
tarix11.10.2017
ölçüsü2,91 Kb.
#4434
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   65


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________1________________________ 
 
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ 
 
 
 
 
 
İQTİSADİ 
İNFORMATİKA 
 
Dərslik kimi tövsiyyə edilir. 
 
 
 
B A K I – 2 0 1 6 
 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________2________________________ 
 
 
 
 
 
 
Redaktoru: 
i.e.d., prof., İsayev Fəvrəddin Qurban oğlu 
Rəy verənlər  i.e.d.,  prof., Balayev Rəsul Ənvər oğlu   
 
p.e.n., prof., Məmmədov Əlif Məmmədhəsən oğlu 
 
t.e.d.,  prof., Salihov Samit Cəfər oğlu   
 
i.e.n.,  dosent, Əskərov Həmdulla Əbil oğlu  
Dizayner: 
Naşir: 
Əliyev Zaur Nəsrəddin oğlu 
Mayılov Valeh Bayram oğlu 
 
 
 
ƏLİZADƏ MƏTLƏB NURUŞ OĞLU 
MUSAYEN İSA KƏRİM OĞLU 
 
 
İQTİSADİ İNFORMATİKA, Bakı 2016, “MSVNƏŞR“ 
nəşriyyatı, Dərslik, şəkilli, 292 səhifə. 
 
 
© Əlizadə M.N., Musayev İ.K., 2016 
 
 
 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________3________________________ 
 
 
M Ü N D Ə R İ C A T 
 
Giriş.................................................................................
 

İqtisadi informatikanın obyekti, predmeti və metodu....
 

İqtisadi informatika və informasiya sistemləri...............
 

İqtisadi informatikanın inkişaf tarixi..............................
 
21 
Verilənlər, informasiya və bilik. Ölçü və tətbiq.............
 
25 
İqtisadi informasiya........................................................
 
49 
İnformasiya sistemlərinin texniki və proqram 
təminatı...........................................................................
 
65 
Kompüterin təşkili və fəaliyyəti.....................................
 
87 
Kompüter şəbəkələri.......................................................
 
115 
Verilənlər bazası (VB) texnologiyalarının əsasları.........
 
173 
Mətn axtarış texnologiyalarının əsasları.........................
 
191 
Veb texnologiyaları.......................................................
 
205 
İdarəetmədə informasiya sistemlərindən istifadənin 
əsasları............................................................................. 
223 
Şirkətin informasion infrastrukuturu..............................
 
241 
İnformasiya sistemi və idarəetmə...................................
 
269 
Ədəbiyyat........................................................................  289 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________4________________________ 
 
 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________5________________________ 
 
GİRİŞ 
İQTİSADİ İNFORMATİKANIN 
OBYEKTİ, PREDMETİ VƏ METODU 
İQTİSADİ İNFORMATİKA VƏ 
İNFORMASİYA SİSTEMLƏRİ 
 
“İnformatika”  termini  fransızca 
İnformatique 
sözündəndir.  Bu, 
informasiya  və  avtomatika  sözləri 
əsasında yaradılmışdır. Odur ki, informatika, ilk növbədə, 
informasiyanın avtomatik işlənməsi mənasını ifadə edir. 
İnformatika – ixtiyari (texniki, bioloji, sosial) təbiətli 
obyektlərdəki  informasiya  və  onun  elektron  vasitələrin 
tətbiqi  ilə  yığılması,  saxlanması,  işlənməsi  və  təqdim 
edilməsi haqqında elmdir. 
 
QEYD:  Keçən  əsrin  60-cı  illərində  rus,  ingilis, 
fransız  və  alman  dillərində  istifadə  olunan  “
sənədlər” 
(“документация”)  terminini  “
informasiya”  termini  ilə 
əvəz etmək adət şəkilini aldı. “
İnformatika” terminindən 
ilk  dəfə  1957-ci  ildə  alman  mütəxəssisi  Karl  Şteynbux 
jurnalda  çap  etdirdiyi  “İnformatik:  Automatische 
İnformations verarbeıtung (İnformatika: İnformasiyanın 
avtomatik  təhlil  olunması)”  məqaləsində  istifadə  edir. 
Fransızca “informatigue” terminindən istifadəni isə 1962-
ci ildə fransız Filip Dreyfus təklif etmiş və sözü avropa 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________6________________________ 
 
xalqlarının  əksər  dillərinə  tərcümə  etmişdir.  Fransada 
termin rəsmi olaraq 1966-cı ildən istifadə edilmişdir. Rus 
dilində  “sənədlər”  (“документация”)  terminindən 
törənən  kəlmə  bir  müddət  “
Dokumentalistika” 
(“документалистика”) 
kimi 
istifadə 
olunur. 

İnformologiya” və “İnformatika” terminləri 1962-ci ildə 
keçmiş  sovetlər  məkanında,  Elmlər  Akademiyasının 
müxbir üzvü Aleksandr Xarkeviç tərəfindən təklif olunur. 
İnformatikanın əsasları bir elm kimi alimin çap etdirdiyi 
“İnformasiyanın  elmi  əsasları”  (“Основы  научной 
информации”)  kitabında  öz  əksini  tapır.  Alim  sonrakı 
illərdə  (1968-ci  ildə)  kitabı  “İnformatikanın  əsasları” 
(“Основы   информатики”) adı ilə yenidən çap etdirir. 
 
İnformatika sahəsində böyük nüfuz qazanmış Kristen 
Niqaard  (1926-2002)  göstərir  ki,  informatika  –  təbiətdə, 
cəmiyyətdə  və  insan  fəaliyyətində  baş  verən  hadisələrlə 
bağlı olan informasiya prosesləri haqqında elmdir. Bu tərif 
göstərir  ki,  informatikanın  fəaliyyət  dairəsi  “kompüter 
haqqında elm” olmaqdan daha genişdir. 
İqtisadi  informatika  –  iqtisadiyyatda  tətbiq  edilən 
informasiya sistemləri (İS) və onların iqtisadiyyatı haqqında 
elmdir.  İnformasiya  sistemlərinin  iqtisadiyyatı  dedikdə, 
onların  istifadə  edilməsi  ilə  bağlı  olan  xərclərin  həmin 
sistemin  səmərəliliyi  ilə  müqayisəsi  nəzərdə  tutulur. 
İnformasiya 
sistemlərinin 
xərclərini 
mühasıbat 
kitablarındakı  qeydlərə  əsasən  təyin  etmək  mümkündür. 
Sözügedən  sistemlərin  səmərəliliyi  isə  hazır  məhsulun 
reallaşdırılması və göstərilən xidmətlərin haqqı ödəndikdə 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə