Dərslik kimi tövsiyyə edilir. B a k I 1 İQTİsadi İnformatiKA



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə8/65
tarix11.10.2017
ölçüsü2,91 Kb.
#4434
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   65

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________35________________________ 
 
sadə siqnalların ötürülməsində istifadə edilə bilir. Siqnal—
elementar xəbərdir. Мətn forması informasiyanın nisbətən 
mürəkkəb  təqdimat  formasıdır.  Мətn  formasında  da 
simvollardan  istifadə  edilir.  Lakin  burada  simvolların 
kombinasiyaları  geniş  tətbiq  olunur.  Bu  isə  mətn 
formasının  geniş  tətbiqinə  imkan  yaratmışdır.  Ən 
mürəkkəb forma şəkilötürmə formasıdır. Çünki bu forma 
həddən  çox  informasiya  tutumludur.  İnformasiya 
tutumluluq  anlayışı  göstərir  ki,  informasiyanın  həcmi  və 
miqdarı  vardır.  İnformasiyanın  həçmi  dedikdə,  onun 
yükləndiyi  işarələrin  (daşıyıcıların)  sayı  nəzərdə  tutulur. 
İnformasiyanın miqdarı isə ləğv edilən qeyri-müəyyənliklə 
ölçülür. İnformasiya daşıyan xəbərlər hava,  su, elektrik, 
efir, şüa və s ilə ötürülür. İnformasiya ötürən mühitə dil 
deyilir. İnformasiya kağızda, parçada, ağacda, dəmirdə və 
s. saxlanır. İnformasiya saxlayan mühit yaddaş adlanır. 
Beləliklə,  informasiya—yaddaşlar  arasında  mövcud 
olan dillərin məna yüküdür. Dilin yaddaşı, yaddaşın  da dili 
vardır. 
İnformasiyanın  saxlanması  və  ötürülməsi  üçün 
istifadə  edilən  daşıyıçıların  minimal  sayı  2-dən  az  ola 
bilməz.  Çünki  müqayisə  üçün  azı  2  element  lazımdır. 
Beləliklə,  informasiyanın  ən  sadə  və  universal  təqdimat 
forması 2-lik formadır. Bu, "hə" və "yox" kimi elementar 
münasibət bildiricilərinin yükləndiyi 1 və 0 rəqəmləridir. 1-
elektrik cərəyanı var, 0-cərəyan yoxdur—deməkdir. 
Beləliklə,  0  və  1  simvollarından  2-lik  mətn 
yaradılır.  Yəni  informasiya—0  və  1  istehsal  edə  bilən 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________36________________________ 
 
yaddaşla  həmin  simvolları  istehlak  edə  bilən  yaddaş 
arasında bu rəqəmləri ötürə bilən dilin daşıdığı 0 və 1-lərin 
elementar  məna  yüklərindən  əmələ  gələn  bütöv,  bitkin 
mənadır. 
 
İNFORMASİYA SİSTEMLƏRİ 
 
Yeni  informasiya  texnologiyasının  tətbiqi  ilə  bağlı 
olaraq "informasiya sistemi" anlayışından geniş istifadə 
edilir.  İnformasiya  sistemi  obyekt  haqqındakı 
informasiyanı  yığan,  ötürən,  işləyən  və  müxtəlif 
idarəetmə  funksiyalarını  yerinə  yetirən  xidmət 
bölmələrini  lazımi  informasiya  ilə  təmin  edən 
kommunikasiya sistemidir. 
Avtomatlaşdırma  səviyyəsinə  görə  informasiya 
sistemləri  əl,  avtomatlaşdırılmış  və  avtomatik  sistemlərə 
bölünür. 
Əl sistemində informasiyanın işlənməsinə aid bütün 
işləri insan yerinə yetirir. 
Avtomatlaşdırılmış informasiya sistemində işlərin bir 
qismi avtomatik qaydada, qalanı isə əllə icra edilir. 
Avtomatik 
informasiya 
sistemində 
bütün 
idarəetmə funksiyaları texniki vasitələrin köməyi ilə icra 
edilir. 
 
 
 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________37________________________ 
 
İNFORMASİYA SİSTEMİNİN STRUKTURU VƏ 
TƏRKİBİ  
 
İnformasiya sistemi üç tip komponenti əhatə edir: 
funksional  komponentlər,  verilənləri  işləyən  sistemin 
komponentləri və təşkilati komponentlər. 
Funksional  komponentlər  dedikdə,  idarəetmə 
funksiyaları  sistemi,  yəni  müəssisənin  qarşısındakı 
məqsədə  çatmaq  üçün  lazım  olan  idarəetmə  işlərinin 
məkanda və  zamanda qarşılıqlı  əlaqələndirilmiş  tam 
kompleksi nəzərdə tutulur. 
İdarəetmə 
funksiyası 
dedikdə, 
idarəetmə 
obyektinə  səmərəli  təsir  etmək  üçün  obyektiv  surətdə 
lazım olan idarəetmə  fəaliyyətinin bu və ya digər növü 
başa  düşülür.  İdarəetmə  funksiyaları  2  iri  qrupa  bölünür: 
ümumi və xüsusi funksiyalar. 
Ümumi  funksiyaları  aşağıdakı  əlamətlər  üzrə 
təsnifləşdirmək olur: 
•  İdarəetmə prosesinin elementləri üzrə
•  İdarəetmə tsiklinin mərhələləri üzrə; 
•  Perspektiv dövrün uzunluğu üzrə. 
İdarəetmə prosesinin elementləri üzrə qərar qəbulu, 
uçot və nəzarət funksiyaları fərqləndirilir. 
Qərar  qəbulu  funksiyası  idarəetmə  obyektinin 
davranışını,  fəaliyyətini  müəyyən  edən  əmrlər, 
sərəncamlar,  göstərişlər,  planlar,  normalar,  qaydalar, 
qiymətlər  və  s.  formasında  reallaşdırılır.  Qərar  qəbulu 
prosesi  mümkün  variantlar  çoxluğundan  konkret  şəraitə 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________38________________________ 
 
daha  çox  uyğun  gələn  variantın  seçilməsindən  ibarətdir. 
Qərar  qəbulu  ən  vacib  idarəetmə  funksiyasıdır. 
İdarəetmənin  səmərəliliyi  qəbul  edilən  qərarın 
düzgünlüyündən  və  əsaslandırılması  dərəçəsindən 
əhəmiyyətli dərəçədə asılıdır. 
Uçot - xarici mühitin, idarəetmə obyektinin vəziyyəti 
və  fəaliyyəti  nətiçələri  haqqında  informasiya  yığmaq  və 
ümumiləşdirmək funksiyasıdır. Uçot idarəetmədə istifadə 
edilən  informasiyanın  yalnız  sənədləşdirilən  hissəsini 
əhatə  edir.  Bununla  yanaşı,  idarəetmə  zamanı  çoxlu 
miqdarda  şifahi  (idarə  işçilərinin  yaddaşında 
saxlanan)  informasiya  da  sirkulyasiya (dövr edir) edir. 
Uçotun  mühasibat,  operativ  və  statistik  uçot  kimi  növləri 
vardır. 
Nəzarət  -  idarəetmə  obyektinin  fəaliyyətinin 
qəbul  edilmiş  idarəediçi qərarlara uyğunluğu dərəçəsini 
müəyyən  etmək  üçün  icra  edilən  funksiyadır.  Nəzarət 
uçotla sıx bağlıdır. 
İdarəetmə tsiklinin mərhələləri üzrə yerinə yetirilən 
funksiyalara aşağıdakılar aiddir: planlaşdırma, tənzimləmə 
təhlil və qiymətləndirmə. 
Planlaşdırma  funksiyası  plan  tərtibi  zamanı 
reallaşdırılır.  Planlaşdırmaya  idarəetmənin  ilkin  mərhələsi 
kimi  baxılır.  Çünki  plan  tərtibi  məqsədlərin  müəyyən 
edilməsini,  həmin  məqsədlərə  çatmaq  üçün  qaydaları, 
müddətləri,  metodları,  vasitələri  əhatə  edən  qərarlar 
kompleksi kimi təsəvvür olunur. Planlaşdırma funksiyasının 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə