Dərslik kimi tövsiyyə edilir. B a k I 1 İQTİsadi İnformatiKA



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə2/65
tarix11.10.2017
ölçüsü2,91 Kb.
#4434
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   65

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________7________________________ 
 
müəssisə  gəlirinin  təşkiledicisi  kimi  ortaya  çıxır.  Müəssisə 
gəlirinin formalaşmasında informasiya sistemlərilə yanaşı, 
digər  şöbə  və  xidmətlərin  də  payı  vardır.  Buna  görə  də 
informasiya sistemlərinin səmərəliliyini təyin etmək o qədər 
də asan məsələ deyildir. 
 
 
 
Kristen  Niqaard 
(norveçcə 
Krist-
en Nygaard)  Norvaç 
alimi, 
hesablama 
sistemləri  sahəsində 
görkəmli 
alim, 
A.Tyurinq 
mükafatı 
laureatı, 
Ole-Yoxan 
Dal ilə birlikdə obyekt-
oriyentasiya 
proqramlaşdırmanın 
yaradıcısı, həmçinin ilk 
Simul 
obyekt-
oriyentasiya 
proqramlaşdırma  dili 
müəllifi.   
  
İqtisadi  informatika  bir  tərəfdən,  proqramlaşdırma, 
aparatura,  şəbəkələr  və  verilənlər  bazası  kimi  ənənəvi 
aspektləri  əhatə  edirsə,  digər  tərəfdən  də  texnoloji, 
funksional, tətbiqi, yəni konkret iqtisadi məsələlərin həllinin 
təşkilini  və  informasiya  sisteminin  iqtisadi  və  sosial 
aspektlərini araşdırır. 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________8________________________ 
 
Bu  aspektlər  içərisində  texnoloji  aspekt  həlledicidir. 
Çünki  bu,  konkret  proqram  vasitələrini,  kompüter 
qurğularını və telekommunikasiya mühitini əhatə edir. 
İkinci 
aspekt 
iqtisadi-idarəetmə 
vahidlərinin 
(müəssisələrin, ofislərin, korporasiyaların və s.) funksional 
məsələlərinin kompüter texnologiyalarını əks etdirir. 
Üçüncü  aspekt  informasiya sisteminin  iqtisadiyyatını 
əhatə etməklə, onun səmərəli tətbiqi problemini ön plana 
çəkir. 
Dördüncü  aspekt  isə  iqtisadi  informatikanın  sosial 
problemlər 
törədib-törətməyəcəyi 
üzərində 
qərar 
tutmuşdur. 
İnformatikada informasiya ilə verilən fərqləndirilir. 
Verilən – hadisə barədə qeyd edilmiş məlumatdır və heç 
bir  dəyişikliyə  uğramadan  ixtiyari  müddətə  saxlana  bilər. 
İnformasiya  isə  qərar  qəbulu  üçün  yararlı  formada 
təqdim edilən işlənmiş verilənlərdir. 
Sistem  dedikdə,  müəyyən  məqsədə  çatmaq  üçün 
qarşılıqlı  əlaqədə  fəaliyyət  göstərən  komponentlər 
məcmusu  başa  düşülür.  Sistem  altsistemlərdən, 
altsistemlər  isə  elementlərdən  təşkil  olunur.  Hər  bir 
altsistem  özünü  sərbəst  sistem  kimi  aparır.  Müxtəlif 
elementlərə də sistem kimi baxmaq mümkündür. Bu isə o 
deməkdir ki, sistem öz təşkiledicilərinin iyerarxiyasıdır. 
Sistemin 
əsas 
xarakteristikalarına: 
məqsəd, 
sərhədlər,  ətraf  mühit,  kodlar,  giriş,  çıxış  və  əks-əlaqə 
aiddir.  
Məqsəd – sistemin fəaliyyətinin səbəbidir. 
Sərhədlər  sistem  komponentlərini  ətraf  mühitdən 
ayırır.  


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________9________________________ 
 
Sistem komponentlərinə aid olmayanlar sistem üçün 
ətraf mühit təşkil edir.  
Giriş  -  ətraf  mühitdən  sistemə  daxil  olan  maddi, 
maliyyə obyektləri və informasiyadır. 
Çıxış  –  sistemdən  ətraf  mühitə  daxil  olan  maddi, 
maliyyə obyektləri və informasiyadır. 
Əks-əlaqə  -  sistemin  fəaliyyətini  korrektirovka 
etmək üçün istifadə edilən çıxış informasiyadır. 
İnformasiya sistemi dedikdə, qərarın hazırlanması 
və  qəbulu  ilə  bağlı  olan  informasiya  proseslərini  və 
idarəetmə  servisini  həyata  keçirən  aparat  və  proqram 
vasitələrinin 
və 
informasiya  resurslarının 
əlaqəli 
məcmusundan ibarət texniki sistem başa düşülür. 
İnformasiya  sisteminin  işlənib  hazırlanması  və 
tətbiqindən  əsas  məqsəd  kompaniyanın  (şirkətin)  idarə 
edilməsi  üçün  müasir  informasiya  infrastrukturunun 
yaradılmasıdır. 
Kompaniya 3 səviyyədə idarə edilir: 
 Strateji; 
 Taktiki; 
 Operativ. 
Strateji  idarəetmə  səviyyəsində  informasiya 
sistemlərinin vəzifəsi kompaniya rəhbərliyini uzunmüddətli 
inkişaf  meyli,  ən  yaxşı  texnologiya,  ən  yaxşı  məhsul,  ən 
yaxşı  idarəetmə  metodları  barədə  olan  informasiya  ilə 
təmin  etməkdən  ibarətdir  ki,  bu  da  kompaniyanın  uzaq 
perspektivdə  rəqabət  qabiliyyətini  qoruyub  saxlamağa 
imkan verən strategiyanın hazırlanmasında istifadə edilir. 
Taktiki  idarəetmə  səviyyəsində  informasiya 
sistemlərinin  vəzifəsi  kompaniyadakı  orta  və  yüksək 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________10________________________ 
 
idarəetmə həlqələrinin mütəxəssislərini maksimum cəld və 
keyfiyyətli informasiya ilə təmin etməkdən ibarətdir ki, bu 
da ən yaxşı qərar qəbulu üçündür. 
Operativ  idarəetmə  səviyyəsində  informasiya 
sistemlərinin  vəzifəsi  ilkin  informasiyanın  daxil  edilməsi, 
işlənməsi  və  lazımi  sənədlərin  təqdim  edilməsi  ilə  bağlı, 
çoxqat  təkrar  edilən  bezdirici  işlərin  cəld  və  keyfiyyətli 
icrasını təmin etməkdən ibarətdir. 
Qərar  qəbulu  dedikdə,  mövcud  informasiya 
əsasında mümkün həll variantlarının ən yaxşısının seçilməsi 
nəzərdə  tutulur.  Qərar  qəbulu  həmişə  risklə  bağlı  olur. 
Lazımi informasiya cəld və keyfiyyətli hazırlandıqda risklər 
minimum 
olur. 
İnformasiya 
sisteminin 
əsas 
funksiyalarından biri məhz bununla bağlıdır. 
Beləliklə, 
informasiya  sistemləri  –  iqtisadi 
informatikanın  əsas  obyektidir.  Çünki  iqtisadi-
idarəetmə vahidlərində meydana çıxan işgüzar və təşkilati 
məsələlərin  həlli  ilk  növbədə,  informasiya  təminatına 
ehtiyac  duyur.  Odur  ki,  iqtisadi  informatikanın  əsas 
problemi  real  təşkilati  idarəetmə  və  təsərrüfat 
məsələlərinin  optimal  həllini  təmin  edən  informasiya 
sistemləri  işləyib  hazırlamaqdan,  onları  işçi  vəziyyətdə 
saxlamaqdan və səmərəli inkişaf etdirməkdən ibarətdir. 
İqtisadi informatikanın əsas vəzifələrindən biri 
də informasiya sistemlərinin iqtisadi səmərəliliyini 
qiymətləndirməkdir.  Bu,  aşağıdakı  suallara  cavab 
verməlidir: 
 Verilmiş  kompaniyaya  necə  informasiya  sistemləri 
lazımdır? 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə