Dərslik kimi tövsiyyə edilir. B a k I 1 İQTİsadi İnformatiKA



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə4/65
tarix11.10.2017
ölçüsü2,91 Kb.
#4434
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   65

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________15________________________ 
 
işlər  ardıcıllığıdır.  Biznes-prosesə  aid  iş  biznes-proses 
addımı adlanır. 
Biznes-prosesin  modelləşdirilməsi  iqtisadi 
informatikanın əsas metodudur. 
 
İNFORMASİYA SİSTEMLƏRİNİN ƏSAS 
KOMPONENTLƏRİ 
 
İNFORMASİYA TEXNOLOGİYALARI VƏ 
FUNKSİONAL ALTSİSTEMLƏR 
 
İnformasiya  texnologiyaları  dedikdə,  informasiya 
proseslərinin  reallaşmasını  təmin  edən  infrastruktur 
nəzərdə 
tutulur. 
İnformasiya 
texnologiyalarını 
informasiyanın ötürüldüyü rabitə kanalları, informasiyanın 
yığılması,  saxlanması,  emalı  və  təqdim  edlməsi 
prosedurlarını  idarə  edən  proqramlar  və  həmin 
proqramların icrasını təmin edən kompüter və digər aparat 
vasitələri  formalaşdırır.  İnformasiya  texnoloji  səviyyədə 
verilən  kimi  iştirak  etdiyindən,  verilən  informasiya 
texnologiyasının 
təşkiledicisi 
sayılır. 
İnformasiya 
proseslərinin reallaşmasında iştirak edən proqramlaşdırma 
dilləri, informasiyanın ötürülməsini reallaşdıran protokollar, 
verilənlərin saxlanması və ötürülməsi modelləri və s. kimi 
instrumentlər  də  informasiya  texnologiyalarına  aid  edilir. 
Beləliklə,  informasiya 
texnologiyalarının  infrastrukturu 
bir 
tərəfdən, 
aparat-proqram 
mühiti 
və 
telekommunikasiyadan  ibarətdirsə,  digər  tərəfdən  də, 
informasiya 
proseslərinin 
həyata 
keçirilməsi 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________16________________________ 
 
instrumentariyasından 
ibarətdir. 
Verilənlər 
isə 
infrastrukturun nüvəsini təşkil edir. 
İnformasiya  texnologiyası  adətən  standart  texnoloji 
platformaya, məsələn, ORACLE verilən bazası ilə işləyən HP 
UX  serverlərində  reallaşdırılmış  UNİX  platformasına 
əsaslanır.  
 
QEYD:  Bizim  eradan 
əvvəl, 
IV 
əsrdə 
Mesopotamiyada  yazılmış  traktatlarda  “
texnologiya” 
termininə  rast  gəlinir.  XVIII  əsrdə  elmin  texnika 
sahəsində  “
texnolgiya”  adlanan  yeni  bir  sahəsi  əmələ 
gəlir.  1772-ci  ildə  İohan  Bekman  (1739-1811)  ilk  dəfə 
olaraq “
texnologiya” terminindən elmi əsərləri ilə yanaşı 
almaniyanın 
Hettingen 
universitetində 
oxuduğu 
mühazirələrdə  istifadə  edir.  1777-ci  ildə  alim 

Texnologiyaya  giriş”  adlı  elmi  məqaləni  sayılan 
jurnalların birində çap etdirir. Sonrakı illərdə çap etdirdiyi 
beş  cilidli  “
Kəşflərin  tarixi”  adlı  əsərində  alim 

texnologiya” termini anlayışını daha aydın izah edir. 
O  dövrdən  texnologiya  müxtəlif  dəyişikliklərə 
uğramışdır. O vaxtlar texnologiya sadə vərdiş mənasını 
verirdisə,  indiki  zamanda  biliyin  mürəkkəb  kompleksi 
kimi başa düşülür. 
Texnologiya  yunanca  texne  -  sənətkarlıq,  ustalıq, 
bacarıq, loqos – düşünmək, səbəb, metodika, yaratmaq 
üsulu deməkdir. Texnologiya geniş mənada yaradıcılığın 
istənilən sahəsində elmi üsullar, proseslər və materiallar 
metodikası, texniki istehsal üsullarının elmi şəkildə təsvir 
olunma anlamını, məhdud mənada isə elmin, texnikanın 
və  cəmiyyətin  ümumilikdə  texniki  şərtlər  daxilində 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________17________________________ 
 
inkişafına  imkan  verən,  nominal  keyfiyyətlə  və  optimal 
xərclə  hazırlanan,  qulluğa,  təmir  və  istismara  xidmət 
edən təşkilatı tədbirlər, həyata keçirilən əməliyyatlar və 
məqbul sayılan bir kompleksdir. 
Alimlərdən D.N.Uşakov və B.M.Volin hesab edirlər 
ki, “texnologiya – bu və ya digər xammalın hazır fabrik 
malına  və  ya  hazır  məhsula  çevrilməsi  üçün  həyata 
keçirilən emal proseslərinin cəmi və elmi toplumudur”. 
S.A.Smirnov  və  İ.B.Kotova  texnologiyanı  “verilmiş 
parametrlərə uyğun ilkin materialların təhlilində istifadə 
olunan  üsullar  ardıcıllığı  və  üsullar  toplumu”  kimi  şərh 
edirlər. 
N.Y.Şvedova  və  S.İ.Ojekov  texnologiyanı  belə 
şəkildə müəyyənləşdirirlər: texnologiya müəyyən istehsal 
sahələri və  prosesləri, həmçinin istehsal üsullarının cəmi 
olmaqla  yanaşı  istehsal  üsullarının  elmi  təsvir 
olunmasıdır. 
 
Funksional altsistemlər və əlavələr dedikdə, seçilmiş 
informasiya  texnologiyası  əsasında  konkret  funksional 
oblastda qərar qəbulu və ya sənəd hazırlanması məqsədi 
ilə  informasiyanın  təhlili  və  emalını  təmin  edən 
ixtisaslaşdırılmış  proqramlar  nəzərdə  tutulur.  Müasir 
korporativ  informasiya  sistemlərində  istehsalat,  maliyyə, 
mühasibat  uçotu,  marketinq  və  satış,  həmçinin  kadr 
funksional altsistemləri fərqləndirilir. Funksional altsistemin 
əsas  predmeti  daxil  olan  informasiyanı  təhlil  edib  sənəd 
hazırlamaqdan  ibarətdir.  Bu  baxımdan,  funksional 
altsistemlər 
korporativ 
informasiya 
sistemlərinin 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________18________________________ 
 
intellektual təməlini təşkil edir və interaktiv xarakter daşıyır, 
yəni,  mütəxəssislə  dialoq  rejimində  işləyir.  Buna  görə  də 
funksional  altsistemlərin  səmərəliliyi  mütəxəssislərin 
fəaliyyətindən əhəmiyyətli dərəcədə asılı olur. 
Bəzən 
informasiya 
texnologiyası 
dedikdə, 
müəssisənin “kompüter infrastrukturu” göz önünə gətirilir. 
Lakin iqtisadi informatika baxımından, önəmli olan verilən 
bazasıdır. 
Verilən  bazası  –  müəyyən  qaydalara  uyğun  təşkil 
edilmiş  və  kompüter  yaddaşında  saxlanaraq  istifadəçi 
tələbini  ödəmək  üçün  istifadə  edilən  verilənlər 
məcmusudur.  Verilən  bazası  –  veriləni  informasiyaya 
çevirən xüsusi mühitdir. 
İnformasiya  texnologiyası  informasiya  proseslərini 
təmin  edərkən  işin  məzmunu  arxa  plana  keçir.  Bu, 
informasiyanın 
saxlanmasından, 
qəbulundan 
və 
ötürülməsindən  ibarət  sırf  texnoloji  zəncirdir.  Yəni, 
informasiya  texnologiyası  dedikdə,  bir  ucu  istifadəçiyə 
açılan informasiya emaledici kanal nəzərdə tutulur. 
İnformasiya 
texnologiyasından 
fərqli 
olaraq 
funksional  altsistemlər  dəqiq  ixtisaslaşmaya  malikdir. 
Məsələn, kadr altsistemi, satış uçotunu apara bilməz. Buna 
baxmayaraq,  bütün  funksional  altsistemlərin  ümumi  və 
daimi  vəzifəsi  də  vardır  ki,  bu  da  qərar  qəbulu  üçün 
informsiya şəffaflığı yaratmaqdan, yəni, şöbələrdə vəziyyət 
barədə  maksimum  dəqiq  və  cəld informasiya  təqdimatını 
təmin etməkdən ibarətdir. 
 İnformasiya texnologiyası və funksional altsistemlər 
bir-biri  üçün  mövcudluq  şərtidir.  Belə  ki,  informasiya 
texnologiyası  yoxdursa,  funksional  altsistem  mövcud  ola 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə