Dərslik kimi tövsiyyə edilir. B a k I 1 İQTİsadi İnformatiKA



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə16/65
tarix11.10.2017
ölçüsü2,91 Kb.
#4434
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   65

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________74________________________ 
 
KOMPÜTER TEXNOLOGİYALARININ 
TƏKAMÜLÜ 
 
20-ci əsrin ortalarınadək kompüter yalnız mürəkkəb 
elmi  və  mühəndis  hesablamaları  üçün  istifadə  edilirdi. 
1950-ci  illərdə  kompüter  ilk  dəfə  müxtəlif  kommersiya 
məsələlərinin həllinə cəlb edildi. 1960-cı illərdə kompüter 
idarəetmə  işinə  tətbiq  edildi.  1968-1972-ci  illərdə 
verilənlər bazası, terminallar, şəbəkələr və maqnit diskləri 
meydana  çıxdı  ki,  bu  da  prinsipcə  yeni  kompüter 
texnologiyasının əsasını təşkil etdi. 
80-ci illərdə informasiya texnologiyaları keyfiyyətcə 
dərin  dəyişikliyə  uğradı.  Belə  ki,  əvvəllər  əsas  fikir 
informasiyanın  cəld  işlənməsinə  yönəldilirdisə,  sonra 
peşəkar olmayan istifadəçi marağı ön plana çəkildi.  
1990-cı 
illərin 
əvvəlində 
telekommunikasiya 
sistemlərinin  biznesdə  istifadəsi  aktuallaşdı.  Fərdi 
kompüterlər müəssisədə idarə (ofis) maşınlarına çevrildi. 
 
 
KOMPÜTERİN İŞ PRİNSİPİ 
 
SAY SİSTEMLƏRİ 
 
Kompüter  müxtəlif  say  sistemlərindən  istifadə 
etməklə müəyyən əməliyyatları yerinə yetirir. 
 
QEYD: İlk olaraq rəqəmlərin onluq say sistemində 
yazılması Hindistanda baş vermişdir. Bu təxminən bizim 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________75________________________ 
 
eranın  beşinci  yuzilliyinə  təsadüf  edir.  O  dövrdə  hindli 
alim Ariabxata astronomiyada hesabatların aparılmasına 
həsr  etdiyi  “Ariabxatim”  adlı  elmi  əsərində  onluq  say 
sistemi nəzəriyyəsini verir və ondan istifadə yollarını şərh 
edir. Təxminən 100 il sonra digər hindli alim hesabatların 
aparılmasında  onluqlardan  və  yüzlüklərdən  istifadə 
olunması yollarını izah edir və ən əsası “sıfır” anlayışını 
verir.  
Maraqlıdır ki, istifadə edilən bütün rəqəmlər (1-dən 
9-a kimi) öz yazılış formalarını dəyişsələr də, dəyişməyən 
ancaq “sıfır” olmuşdur. 
Ərəblər Hindistanı zəbt etdikdən sonra rəqəmləri öz 
ölkələrinə  gətirirlər  və  həmin  vaxtdan  sonra  rəqəmlər 
bütün  dünyada  ərəb  rəqəmləri  kimi  tanınırlar.  Bu  işdə 
həlledici rolu böyük özbək alımı Məhəmməd ibn Musa əL-
Xorəzmi (IX əsrin başlanğıcı) oynayır. Rəqəmlərin yazılış 
qaydası  öncə  latın  dilində  Şərqi  Avropaya  (XII  əsr), 
oradan 
isə 
İtaliyaya 
daxil 
olur. 
Avropalılar 
hesablamaların  aparılmasında  istifadə  etdiyi  rəqəmləri 
“ərəb”  rəqəmləri  adlandırırdılar.  İndiki  zamanda  da 
rəqəmlər belə adlandırılır. 
Ərəb  rəqəmlərinin  Avropada  təbliği  italiyalı 
riyaziyyatçı Leonardo Fibonaççinin adı ilə bağlıdır. 1202-
ci  ildə  alımin  yazdığı  “Abak  haqqında  kitab”  əsərində 
doqquz  hind  işarəsinin  9,8,7,6,5,4,3,2,1  ardıcıllığı  ilə 
düzüldüyü  barədə  məlumat  verilir  və  qeyd  edilir  ki, 
ərəbcə 
zephirum adlanan işarənin köməyi ilə istənilən 
sayda  rəqəm  yazmaq  mümkündür.  Alimin  apardığı 
təbliğat  avropa  alımlərinə  (professorlar  heyyətinə)  o 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________76________________________ 
 
qədər  də  maraqlı  olmur  və  nəticədə  onlar  hesablama 
işlərində  ümumiyyətlə  şübhəli  rəqəm  sayılan  “0”-dan 
istifadə  etməməyi  məsləhət  görürlər  və  hesablama 
işlərini qədimdən qalma antiq sistemin köməyi ilə və ya 
abakdan  istifadə  etməklə  həyata  keçirməyə  üstünlük 
verirlər. O ərəfədə italiyalı riyaziyyatçı Ceronimo Kardan 
(1501-1576-cı illər) “0”-dan istifadə etmədən kvadrat və 
kub tənliklərinin həll edilməsini (hesablama son dərəcə 
çətin  həyata  keçirilsə  də  belə)  nümayiş  etdirir.  Buna 
baxmayaraq,  ərəb  hesablama  sistemindən  tacirlər  və 
bankirlər hesablama aparan zaman geniş istifadə edirlər 
və  bunun  ticarət  etmək  üçün  əvəzsiz  sistem  olduğunu 
yüksək  səviyyələrdə  dəfələrlə  qeyd  edirlər.  Ərəb 
hesablama  sisteminin  avropa  elmində  qəti  tətbiq 
olunması XVIII əsrin başlanğıcına təsadüf edir. 
Ərəb dilində “sıfır” sözü boşluğu ifadə edir (sanskrit 
sözü olan “sunya”da həmin mənanı verir). XV əsrdə latın 
termini “nul” meydana çıxır (nullum – heç bir şey, heç nə 
anlamını  verir)  və  buna  baxmayaraq  “sıfır”  sözü  XVII 
əsrə kimi öz mənasını itirməyir. 
Rusiyada  da  “nul”u  ifadə  etmək  üçün  “sıfır” 
sözündən  istifadə  edirdilər.  1703-cü  ildə  dövrünün 
sayılan alimlərindən olan Maqnitski yazdığı “Arifmetika” 
əsərində 
hesablama 
aparmaqdan 
ötrü 
1,2,3,4,5,6,7,8,9,0 rəqəmlərindən istifadə olunmasndan 
söhbət açırdı, amma sonuncu rəqəmin heç bir məna kəsb 
etmədiyini də qeyd edirdi. 
Vena şəhərində İstanbuldan gətirilmiş XV əsrə aid 
əlyazmada  yunan  rəqəmlərinin  (“sıfır”dan  istifadə 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________77________________________ 
 
olunmaqla) işarələri göstərilir. Ərəb traktaktlarının latın 
dilinə çevrilmiş yazılarında isə “0” işarəsi circulus (dairə) 
adlandırılır. 
 
 
 
 
Uzun illər ərzində dəyişikliyə məruz qalmış ərəb 
rəqəmlərinin yazılışı 
 
 Maya təqvimində ayın günlərinin sayılması sıfır ilə 
başlayırdı (onlar “sıfır”ı Axay adlandırırdılar). 
İndiki zamanda hamıya təəcüblü gələr ki, o dövrdə 
avropa riyaziyyatçıları “sıfır” haqqında heç bir məlumata 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə