Dərslik kimi tövsiyyə edilir. B a k I 1 İQTİsadi İnformatiKA



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə3/65
tarix11.10.2017
ölçüsü2,91 Kb.
#4434
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   65

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________11________________________ 
 
 Həmin informasiya sistemlərinin hansı parametrləri 
olmalıdır? 
 Həmin informasiya sistemləri kompaniyanın rəqabət 
qabiliyyətinin  qorunub  saxlanmasında  necə  iştirak 
edə bilər? 
Bu  mənada, 
iqtisadi  informatikanın  əsas 
predmeti 
informasiya 
sistemlərinin 
iqtisadi 
cəhətdən  səmərəli  tətbiqinin  təmin  edilməsindən 
ibarətdir. 
Beləliklə,  dərslikdə  aydınlaşdırılmalı  olan  suallar 
bunlardan ibarətdir: 
1.İnformasiya sistemi nədir, nələrdən ibarətdir, necə 
işləyir,  necə inkişaf edir,  necə  idarə  olunur, neçəyə  başa 
gəlir, nədən ötrüdür, nə xeyri vardır? 
İqtisadi informatikada baxılan informasiya sistemləri 
3 əsas komponentdən təşkil olunur:  
 İnformasiya texnologiyaları;  
 Funksional altsistemlər və biznes-əlavələr;  
 İnformasiya sistemlərinin idarə edilməsi. 
Reallıqda  kompaniya  bir-birindən  asılı  olmayaraq 
fəaliyyət göstərən bir-neçə informasiya sisteminə malik ola 
bilir. Lakin  bu  o  qədər  də səmərəli  olmur.  Buna  görə  də 
adətən  inteqrasiya  edilmiş  idarəetmə  sistemlərinə  (İEİS) 
üstünlük verilir. 
 
İQTİSADİ İNFORMATİKA VƏ BİZNES 
PROSESLƏRİ 
 
İnformasiya  texnologiyaları  müəssisənin  əsas 
fəaliyyət  prosesinə  necə  daxil  olur?  Başqa  sözlə, 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________12________________________ 
 
müəssisənin 
mənfəətinin 
artmasında, 
rəqabət 
qabiliyyətinin  qorunmasında  informasiya  texnologiyaları 
necə  iştirak  edir?  Daha  dəqiq  desək,  istehlak  dəyərinin 
artmasında  informasiya 
texnologiyalarının  rolu  nədən 
ibarətdir? 
 
QEYD:  Bizim  eradan 
əvvəl, 
IV 
əsrdə 
Mesopotamiyada  yazılmış  traktatlarda  “
texnologiya” 
termininə  rast  gəlinir.  XVIII  əsrdə  elmin  texnika 
sahəsində  “
texnolgiya”  adlanan  yeni  bir  sahəsi  əmələ 
gəlir.  1772-ci  ildə  İohan  Bekman  (1739-1811)  ilk  dəfə 
olaraq “
texnologiya” terminindən elmi əsərləri ilə yanaşı 
almaniyanın 
Hettingen 
universitetində 
oxuduğu 
mühazirələrdə  istifadə  edir.  1777-ci  ildə  alim 

Texnologiyaya  giriş”  adlı  elmi  məqaləni  sayılan 
jurnalların birində çap etdirir. Sonrakı illərdə çap etdirdiyi 
beş  cilidli  “
Kəşflərin  tarixi”  adlı  əsərində  alim 

texnologiya” termini anlayışını daha aydın izah edir. 
O  dövrdən  texnologiya  müxtəlif  dəyişikliklərə 
uğramışdır. O vaxtlar texnologiya sadə vərdiş mənasını 
verirdisə,  indiki  zamanda  biliyin  mürəkkəb  kompleksi 
kimi başa düşülür. 
Texnologiya  yunanca  texne  -  sənətkarlıq,  ustalıq, 
bacarıq, loqos – düşünmək, səbəb, metodika, yaratmaq 
üsulu deməkdir. Texnologiya geniş mənada yaradıcılığın 
istənilən sahəsində elmi üsullar, proseslər və materiallar 
metodikası, texniki istehsal üsullarının elmi şəkildə təsvir 
olunma anlamını, məhdud mənada isə elmin, texnikanın 
və  cəmiyyətin  ümumilikdə  texniki  şərtlər  daxilində 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________13________________________ 
 
inkişafına  imkan  verən,  nominal  keyfiyyətlə  və  optimal 
xərclə  hazırlanan,  qulluğa,  təmir  və  istismara  xidmət 
edən təşkilatı tədbirlər, həyata keçirilən əməliyyatlar və 
məqbul sayılan bir kompleksdir. 
Alimlərdən D.N.Uşakov və B.M.Volin hesab edirlər 
ki, “texnologiya – bu və ya digər xammalın hazır fabrik 
malına  və  ya  hazır  məhsula  çevrilməsi  üçün  həyata 
keçirilən emal proseslərinin cəmi və elmi toplumudur”. 
S.A.Smirnov  və  İ.B.Kotova  texnologiyanı  “verilmiş 
parametrlərə uyğun ilkin materialların təhlilində istifadə 
olunan  üsullar  ardıcıllığı  və  üsullar  toplumu”  kimi  şərh 
edirlər. 
N.Y.Şvedova  və  S.İ.Ojekov  texnologiyanı  belə  şəkildə 
müəyyənləşdirirlər:  texnologiya  müəyyən  istehsal 
sahələri və  prosesləri, həmçinin istehsal üsullarının cəmi 
olmaqla  yanaşı  istehsal  üsullarının  elmi  təsvir 
olunmasıdır. 
 
20-ci əsrin 90-cı illərində Harvard biznes məktəbində 
dəyərin yaradılması (və ya artırılması) zənciri konsepsiyası 
işlənib  hazırlanmışdır.  Konsepsiya  müəllifi  Maykl  Porter 
göstərdi  ki,  kompaniyanın  rəqabət  qabiliyyətli  olması 
çoxsaylı  əsas  və  köməkçi  proseslərin  optimallaşdırılması 
yolu ilə mümkündür. Bu proseslərin optimallaşdırılması isə 
zəngin, aktual və keyfiyyətli informasiyadan, başqa sözlə, 
optimal fəaliyyət göstərən informasiya sistemindən birbaşa 
asılıdır. 
Biznes-proses  dedikdə,  girişi  resurs  sərfindən,  çıxışı 
isə istehlak dəyərindən ibarət olan müxtəlif növ fəaliyyətlər 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________14________________________ 
 
zənciri nəzərdə tutulur. Bu tərif qara qutu səviyyəsini ifadə 
etdiyindən,  səmərəli  deyil.  Çünki,  sözügedən  zəncirin 
optimallaşdırılması  üçün  onun  hansı  həlqələrdən  ibarət 
olması və zəif həlqələrin necə möhkəmləndirilməsi barədə 
informasiyaya malik olmaq lazımdır. 
 
          Maykl Yucin Porter (ingiliscə Michael Eugene Porter) 
1947-ci  ildə  anadan  olmuşdur.  Amerika  iqtisadçısı, 
Harvard biznes məktəbinin professoru, iqtisdadi rəqabət, 
ümumdünya bazar rəqabəti və ölkələr və regionlar arası 
rəqabət  sahəsində  sayılan  mütəxəssisdir.  Ölkələrin 
rəqabətdə üstünlük nəzəriyyəsini işləyib hazırlamışdır.  
   
 
Bu  baxımdan,  biznes-proses  –  vahid  natural  və  ya 
dəyər kriterisi ilə xarakterizə olunan nəticəyə gətirən bircins 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə