Dərslik kimi tövsiyyə edilir. B a k I 1 İQTİsadi İnformatiKA



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə15/65
tarix11.10.2017
ölçüsü2,91 Kb.
#4434
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   65

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________69________________________ 
 
Con  fon  Neyman  maşını  aşağıdakı  prinsiplərə 
əsaslnır: 
 Kompüter  bir-neçə  əsas  qurğulardan  ibarət 
olmalıdır; 
 İnformasiya 
xüsusi 
yaddaş 
qurğusunda 
saxlanmalıdır; 
 Verilənlər  yaddaşda  ikilik  ədədlər  şəklində 
saxlanmalıdır; 
 Hesab  və  məntiq  əməlləri  hesab-məntiq 
qurğusunda icra edilməlidir; 
 Proqramın  icrasına  nəzarət  idarəetmə  qurğusu 
vasitəsi ilə həyata keçirilməlidir; 
 Proqram  verilənlərlə  birgə  yaddaş  qurğusunda 
saxlanmalıdır; 
 İnformasiyanın  daxil  edilməsi  və  çıxarılması  üçün 
giriş-çıxış qurğusu olmalıdır. 
Müasir  kompüterlərin  əksəriyyəti  fon  Neyman 
prinsipləri əsasında qurulmuşdur. 
Kompüter  –  ixtiyarı  alqoritmin  icrası  üçün  nəzərdə 
tutulmuş universal hesablayıcı qurğudur. 
20-ci  əsrin  80-ci  illərinədək  EHM  adlanan  nəhəng 
hesablayıcı  maşınlar  sonra  müasir  kompüterlərlə 
əvəzləndi.  İxtiyari  informasiya  kompüterdə  ikilik  rəqəm 
formasında  təsvir  edilir.  Emal  prosesinin  subyekti 
(proqramlar)  və  obyekti  (ilk  verilənlər  və  nəticələr) 
operativ yaddaşda saxlanır. Alqoritm ardıcıl maşın əmrləri 
şəklində  tərtib  edilmiş  proqram  formasında  olur. 
Kompüter proqramda nəzərdə tutulmuş əmrlər ardıcıllığını 
icra edir. 
 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________70________________________ 
 
 
Con fon Neyman 
 
Moris Vinsent Uilks 
 
QEYD:  Hamıya  məlumdur  ki,  yüz  illər  boyu 
hesablama  bir  problem  olaraq  riyaziyyatın  əsas 
problemlərindən biri kimi daima insanı düşündürmüşdür. 
Problemi  komput  (latınca  computare  –  hesablamaq), 
komput  ilə  məşğul  olan  insanları  isə  komputist 
adlandırmışlar.  Zaman  keçdikcə 
comput  kəlməsi 
dəyişikliyə  uğrayır,  latın  dilindən  digər  xalqların  dilinə, 
həmçinin ingilis dilinə də daxil olur. 1646-cı ildə məşhur 
ingilis həkimi və ensiklopediyaçısı Tomas Braun yazdığı 
“Pseudodoxia  epidemica”  əsərində 
computer  sözündən 
ilk dəfə olaraq pasxa günlərində hesablamalar ilə məşğul 
olan insanları adlandırmaq üçün istifadə edir. 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________71________________________ 
 
Dünyanın  müxtəlif  ölkələrində,  təxminən  200  il 
ərzində hesablama işlərini yerinə yetirmək üçün kollektiv 
şəkildə  insanlardan  istifadə  edilirdi.  Belə  insanları 
kompüter-insanlar  adlandırırdılar.  Kompüter-insanlar 
hesablamaları  kağız  üzərində,  sonralar  isə  (XIX  əsrdə) 
arifmometrdən  istifadə  etməklə  həyata  keçirirdilər.  Bu 
baxımdan,  hesablama  aparan  insanları  hesablama 
aparan  maşınlardan  fərqləndirmək  üçün  maşınları 

kalkulyator”  (calculator)  və  ya  hesablama  maşınları 
(
computihg machine) adlandırırdılar. 
1930-1940-cı  illərdə  kompüter  sənəti  daha  da 
inkişaf edir. Artıq riyaziyyatda, astronomiyada, ballastik 
raketlərin  üçüş  trayektoriyasının  hesablanmasında, 
gəmiçilikdə  və  digər  sahələrdə  müxtəlif  cədvəllərin 
hesablanmasına  tələbat  günü-gündən  artır.  Böyük 
həcmdə  olan  hesabatları  aparmaq  üçün  çoxlu  sayda, 
minlərlə  kompüter-insanlar  tələb  olunurdu.  Hətta 
müəssisələrdə 
“kiçik 
kompüter”, 
“kompüterin 
köməkçisi”, “kompüter” və “baş kompüter” vəzifələri də 
yaradılırdı.  Məsələn,  hesablama  texnikası  sahəsində 
tanınmış  alim  Qerbert  Qroş  əmək  fəaliyyətinə 
“kompüter”  vəzifəsindən  başlamışdı.  Ömrünün  son 
günlərində  alim  özünü  zarafatyana  “Dünyada  ən  yaşlı 
baş kompüter” adlandırırdı. 
1940-cı  illərin  ortalarında  ilk  Elektron  Hesablama 
Maşınları  yaranan  zaman,  onları  böyük  həcmdə 
hesablamalar  aparmaq  üçün  istifadə  olunan  böyük  və 
cəld  arifmometrlər  hesab  edirdilər.  Bu  maşınlar 
hesablamaların  aparılmasında  kompüter-insanları  əvəz 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________72________________________ 
 
etməli  idilər.  Bu  baxımdan  terminlərdə  qarışıqlıq 
yaratmamaq üçün Corc Stibis bu maşınları da kalkulyator 
və hesablama maşını adlandırmağı təklif edir. Kompüter 
isə  o  maşınlar  adlandırılır  ki,  onlar  avtomatik  olaraq 
hesablama aparır və alınmış nəticəni yadda saxlayır. Bu 
maşınlarda  işləyən  insanlar  isə 
opetrator  (operator) 
adlandırılır. 
 
 
Kompüter-insanlar hesablamalar aparan zaman 
 
Hesablayıcı 
maşınlar 
yarandığı 
gündən 
təkmilləşdirilir.  Kompüterlərin  təkamülü  də  nəsil  adlanır. 
Kompüter nəsli element bazasına görə fərqlənir. 1-ci nəsil 
(1947) elektron lampaları, 2-ci nəsil (1950-ci illərin sonu) 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________73________________________ 
 
yarımkeçirici  tranzistorlar,  3-cü  nəsil  (1964)  inteqral 
mikrosxemlər,  4-cü  nəsil  (1970-ci  illərin  sonu)  böyük 
inteqral sxemlər üzərində qurulmuşdur. 1981-ci ildə fərdi 
kompüter yaradıldi. 20-ci əsrin 90-cı illərindən coxböyük 
inteqral  sxemlərə  əsaslanan  5-ci  nəsil  maşınların 
yaradılması üzərində iş aparılır. Bu nəsil maşınlar neyron 
şəbəkələrinə  əsaslanan  çoxprosessorlu  hesablayıcı 
sistemlərdir. 
 
 
Birinci nəsil elektron hesablayıcı maşını 
 
 
İkinci nəsil EHM 
 
Üçüncü nəsil EHM
 
 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə