DersliK 9-az new indd



Yüklə 30,77 Mb.
Pdf görüntüsü
səhifə14/33
tarix01.07.2018
ölçüsü30,77 Mb.
#52553
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   33

ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
ALBERTO CAKOMETTİ: HEYKƏLİN ZƏRİF SİLUETİ
Alberto Cakometti və onun qardaşı – istedadlı rəssam, 
mebel  dizayneri  və  interyer  layihəçisi  Dieqo  ilə  birlikdə 
xeyli dekorativ heykəllər yaratmışlar. Bu heykəllərin ək-
səriyyətinin  kon struksiyasına  təbiət  və  heyvan  obrazla-
rı  daxildir.  “Dəvəquşu  və  dəvəquşu  yumurtası”  belə  nü-
munələrdən biridir.
Bu, maraqlıdır
Sürixdə  Alberto  Cakometti  Fondu  yaradılmışdır. 
Burada əsas hissəsini fondun təqdim etdiyi, Cakomet-
tinin 60 işindən ibarət kiçik sərgi sənətkarın erkən av-
toportretindən başlayaraq ən son (həyata keçirilməmiş) 
layihəsinədək – Nyu Yorkda Çeyz Manhetten bankı qarşısındakı meydan 
üçün  heykəltəraşlıq  kompozisiyasınadək  onun  bütün  yaradıcılıq  mər-
hələləri əks olunur.
Müəyyən edin
1. 
Alberto Cakomettinin əsərləri hansı mövzulardadır?
Yaradıcı fəaliyyət
2. 
Cakomettinin yaratdığı heykəllərin tərzinə uyğun “İdman növü” və 
ya “İdmançı” mövzusu üzrə insan fiquru yapın.
Plastilin və yaxud gil, karton, məftil
 
Sərbəst iş üçün tapşırıqlar
Sənətkar məsləhəti
Əvvəlcə qalın karton və məftildən fiqur üçün karkas düzəldin, sonra karka-
sın üzərinə fiqurun hərkətini göstərəcək şəkildə plastilin və yaxud gil qoyun. 
Barmaqlarınızla hamarlamaq şərti ilə çox zərif silueti düzəldərək digər de-
talları dəqiqləşdirin.
İdmançı fiqurunun yapılması üçün karkas
52
LAYİHƏ


ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
53
ALBERTO CAKOMETTİ: HEYKƏLİN ZƏRİF SİLUETİ
Əks olunan siluetlərdə müx təlif idman növlərini müəyyən edərək öz heykəl 
seçiminizi edin.
Yapmadan əvvəl h ərəkətdə olan idmançıların eskiz qaralamasını çək-
mək olar.
İdmançıların hərəkət anlarının qaralama eskizləri
3. 
A.Cakometti və onun yaradıcılığı haqqında əlavə məlumat toplayın 
və təqdim edin.

Sürrealizmin inkişafında A.Cakomettinin hansı rolu olmuşdur?
Özünüzü yoxlayın
LAYİHƏ


ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
54
Pol Sezann
Pablo Pikasso
Vasili
Kandinski
ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR
1.
 
Sənətkarların yaradıcılığını yadınıza salın, verilmiş əsərlərin 
hansı rəssam tərəf
indən yaradıldığını müəyyən edin.
Özünüzü yoxlayın
“Şaftalılar və armudlar”. 1880-ci illərin 
sonu. A.S.Puşkin adına Dövlət Təsviri Sənət 
Muzeyi, Moskva
“Ağlayan 
qadın”. 1937 
(55 yaşın-
da). Teyt 
Qalereya sı. 
Lon don, 
Böyük Brita-
niya
“Yarıuzan-
mış ana 
körpəsi 
ilə”. 1983. 
Texnika: 
bürünc. 
Üslub: 
abstrak-
sionizm
“Cənub (Tunis) bağları”. 1919. Şəxsi kollek-
siya
LAYİHƏ


ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
55
Henri Spenser 
Mur
Paul Klee
“Kəsişən xətt”. 1923. 
Düsseldorf. Şimali 
Reyn vilayətinin 
Rəssamlıq toplusu – 
Vestfaliya, Almaniya
Naum Qabo
2.
 
Rəssamların  yaradıcılığı  və  yaratdığı  əsərlər  hansı  cərəyanı 
əhatə edir?
“Baş № 2”. 1916. Polad. 175,3x134x122,6  sm.
Teyt Qalereyası, London. Kons truktivizm
“Yaddaşın  daimiliyi”.  1931.  Vaxt  axınının  labüdlüyünü  yaratmaqda 
rəssam ərimiş pendir tikəsindən ilham alıb. Müasir İncəsənət Muzeyi. 
Nyu York, ABŞ
LAYİHƏ


ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
56
“Mavi səmadan odlu çarxa doğru 
nərdivan”. 1953. Özəl kolleksiya
“Sürrealist masa”. 1933
Xuan Miro 
Alberto 
Cakometti
Salvador Dali
3.
 
Rəssamlar hansı növ və janrda fəaliyyət göstərmişlər?
LAYİHƏ


POL SEZAN: KOMPOZİSİYA, FORMA VƏ RƏNG  
AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
57
XX  əsrin  əvvəllərində Azərbaycan  təsviri  sənətində  müasir 
cərəyanlar  bir-birini  əvəz  edirdi.  Onların  meydana  gəl mə-
si  ilə  rəssamlar  tərəfi ndən  bir  çox  təcrübələr  edildi.  Lakin 
öz əsərlərində rəssamlar hər zaman sadiq qaldıqları  realist 
və  milli  üsluba  üstünlük  verərək,  vəhdət  yaratmağa  nail 
olmuşlar.
AZƏRBAYCAN
TƏSVİRİ SƏNƏTİNDƏ
MÜASİRLİYİN
ƏKSİ
LAYİHƏ


AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
58
MİKAYIL USEYNOV: MEMARLIQDA
 
KONSTRUKTİVİZM PRİNSİPLƏRİ
Tanış olun
XX əsrin müasir təsviri sənəti bütün növləri ilə yanaşı, müasir memar-
lığı da əhatə etmişdir. Konstruktivizm Qərbdə yaransa da, özünün ən yaxşı 
dövrünü  keçmiş  SSRİ-də  tapmışdır.  “Sadəlik  və  məqsədyönlülük”  –  kon-
struktivizmin əsas devizidir. Göstərişdən və dəbdəbədən uzaq olan elə üs-
lublu binalar insanlar arasındakı ümumi bərabərliyə meyil edirdi.
Üslubun yaranmasının ilk qığılcımları XIX əsrin sonlarında özünü 
göstərdi.  Memarlar  daş  və  ağacdan  imtina  edərək,  şüşə,  dəmir-beton 
konstruksiyalardan  istifadə  etməklə  irihəcmli  tikililər  yaratmağa  nail 
oldular.  Belə  konstruksiyalar  həm  də  binadan  kənara  çıxan  və  havada 
sərbəst qalan konstruksiyalar yaratmağa imkan verirdi. 
Azərbaycan konstruktivizminin görkəmli sənətkarı, sovet memarlı-
ğının yaradıcılarından biri olan, memar Mikayıl Useynov XX əsr Azər-
baycan memarlıq tarixində xüsusi yer tutur. Onun yaradıcılığında milli 
xüsusiyyətlərlə beynəlmiləl cəhətlər, el tikinti sənətiylə klassik ənənələr 
gözəl bir vəhdət təşkil edir. Bakı memarlığının ən yaxşı nümunələrinin 
müəllifi  Mikayıl  Useynovdur.  Həmin  nümunələrin  ideyası  və  təcəssüm 
üslubu indi də bizim paytaxtımız üçün aktuallığını saxlayır. Bu sənətka-
rın yaradıcılığında ən vacib olan məqam – dünya memarlığının qabaqcıl 
və yeni meyillərindən imtina etmədən Azərbaycan memarlığına milli ko-
loriti gətirməsidir.
Sizin fikrinizcə, konstruktivizm incəsənətin hansı növlərində əks olu-
na bilər?
Konstruktivizmin əsas xüsusiyyətləri hansılardır?
İncəsənətə dair dialoq
Xatırlayın
13
LAYİHƏ


Yüklə 30,77 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə