Dərs vəsaiti m £


TV.  C əfərov,  M .  Ç o b a n o v,  Q.  P a şa yeva



Yüklə 8,17 Mb.
Pdf görüntüsü
səhifə81/83
tarix23.08.2018
ölçüsü8,17 Mb.
#63883
1   ...   75   76   77   78   79   80   81   82   83

TV. 
C əfərov,  M .  Ç o b a n o v,  Q.  P a şa yeva
Tədris proqramları  ilə fəaliyyət göstərən Humanitar universitetlərin 
və  Elmi  tədqiqat  İnstitutlarının  yaradılması,  vahid  Elmi  Əlaqələn­
dirmə  Mərkəzinin  və  Ümumtürk  Ensiklopediyası  və  Lüğətçilik 
Mərkəzi  yaradılması  problemlərinin  Dövlətlər  səviyyəsində  həll 
edilməsi ön plana çəkilməlidir...
ƏN YENİ DÖVRDƏ TÜRK DÜNYASI 
QLOBALLAŞMA ƏRƏFƏSİNDƏ
Ən  yeni  dövr  dedikdə,  hər  şeydən  əvvəl,  XX  əsrin  sonuncu 
onilliyindən  sabiq  "xalqlar  həbsxanası"  adlanan  Çar  Rusiyası  və 
onun  varisi  kimi  çıxış  edən,  sözdə  demokratiyadan  və  insanlann 
milli  hüquq  bərabərliyindən  fasiləsiz  dəm  vuran,  əslində  isə, 
qeyri-ruslara  və  ya  milli  azlıqlara  qarşı  daim  repressiya  siyasəti 
yeridən 
keçmiş 
SSRİ 
imperiyasının 
(1917-1991-ci 
illər) 
dağılmasından  sonrakı  dövr  nəzərdə  tutulur.  Məhz  bu  dövrdən 
sonra sabiq  SSRİ  imperiyasının tərkibindən çıxaraq, bir sıra xalqlar, 
o  cümlədən,  Azərbaycan  türkləri,  qazaxlar,  özbəklər,  türkmənlər, 
qırğızlar və fars mənşəli-müsəlman taciklər özlərinin azad, müstəqil 
və suveren hüquqlarını  əldə edərək,  özlərinin  Müstəqil  Dövlətlərini 
yaratdılar...  Lakin  bununla,  "xalqlar  həbıısxanası"  olan  Çar 
Rusiyasının  və  sabiq  SSRİ-nin  imperiya  siyasətinə son  qoyulmadı. 
Yenə də,  türk xalqlarının  əksəriyyəti  (qaraçaylar, balkarlar, karaim- 
lər,  kumuqlar,  başqırdlar,  tatarlar,  çuvaşlar,  yaqutlar,  xakaslar,  və 
başqaları)  SSRİ  imperiyasının  varisi  kimi  çıxış  edən  Rusiya  Fe­
derasiyasının,  Krım  tatarları  isə  Ukraynanın  müstəmləkəsi  olaraq 
indi də qalmaqdadır.
330
A zərb a yca n şiin a slığ ın  ə sa sla n
Müasir dövrün  tələbləri baxımdan,  "Türk ədəbi  dillərinin birli­
yinə doğru" prizmasından baxdıqda  indiki şəraitdə Türk xalqlarının 
vahid  yönümdə  mədəniyyət,  mədənilik,  mədəniləşdirilmək,  ınədə- 
niləşdirici,  mədəniyyət  yayıcılıq,  mənəvi  dəyərlərin  qovuşması 
istiqamətində məqsədyönlü sayılan problemlərin həll edilməsi daim 
gündəmdə olmalıdır...
Türk  xalqlarının  vahid  kökdən  nəşət  etməsini,  onların  qədim­
liyini  qədim  dil  faktları  ilə  yanaşı,  bədii-mədəni  irsi,  antropoloji, 
arxeoloji və etnoqrafik materialları, həmçinin, ən qədim  dövrlərdən 
təşəkkül tapmış və indi  də geniş miqyasda  işlənməkdə olan  mənəvi 
dəyərləri  də  sübut  edir.  Təbii  ki,  minillərboyu  Türk  dünyasının 
ayrı-ayrı  bölgələrində  kənardan  gəlmə  başqa  xalqların  və  ya  etnik 
qrupların  nümayəndələri  özləri  ilə  ünsiyyətdə  olduqları  dillərin 
müəyyən  elementlərini  də  gətirmişlər:  Həmin  xalqlar  köç  etdikləri 
bölgədə yerli  xalqla  yeni  gəlmələrin  ünsiyyətdə  olub,  onların  dilini 
və  mədəniyyətlərini  mənimsədikləri  kimi,  özlərinin  dilinin  bəzi 
elementləri  də  yerli  dildə  özünə  yer  tapa  bilirdi...  Lakin  bütün 
bunlara  baxmayaraq,  mənşəyindən  -  kökündən  asılı  olmayaraq, 
minillərboyu  eyni  coğrafi  mühit  şəraitində  inkişaf  etmiş, 
mədəniləşmiş  Türk  xalqları,  türk  tipi,  türk  psixoloji  xarakteri  və 
onların  dilləri  təşəkkül  tapmışdır.  Bütün  bunlar  minilliklərin 
dərinliyindən  üzü  bəri  yaranmış  və yaşadılmış  olan  külli  miqdarda 
ümumtürk  və  ya  ауп-ауп  türk xalqlarının  çoxsaylı  folkloru  (şifahi 
xalq  ədəbiyyatı,  xalq  musiqisi,  xalq  rəqsləri),  dünyagörüşü, 
mədəniyyəti  və  s.  ilə  müşaiyət  olunur...  Deməli,  qədim 
mədəniyyətin  yaranması  da,  onun  təşəkkülü  də  şumer  və  türklərlə 
bağlı  olmuşdur.  XIX  əsrin  ortalarından  bəri  Avropa  və  Rusiya 
alimlərinin əksəriyyəti də bu konsepsiyanı təsdiqləyir...
331


/V . 
C afaıov,  M .  Ç obu n ov,  Q.  P a şa y e v a
Ancaq,  müasir  dövrdə  Dünya  mədəniyyətinin  mənşəyindən  - 
kökündən  bəhs  edərkən,  Avropa  alimlərinin  əksəriyyəti  həmişə 
onun Mərkəzi  Avropa xarakteri daşıdığını  qeyd edirlər.  Burada onu 
da  qeyd  etmək  yerinə  düşər  ki,  Avropa  alimlərindən  J.Delomi 
"Osnovnıe  sobıtiya  Srednevekovya"  (Moskva,  2004)  və Le Qoff J. 
"Sivilizasiya  Srednevekovoqo  Zapada"  (fransız  dilindən  tərcümə, 
Yekaterinburq,  2005)  əsərlərində  qeyd  edirlər  ki,  Avropa  mədə­
niyyəti  orta  əsrlərdə  təşəkkül  tapmış,  onun  ayrı-ayrı  sahələri  isə, 
sonrakı dövrlərdə universallaşmışdır.
Tarixi  mənbələrə  nəzər  saldıqda  məlum  olur  ki,  Türklərin 
mədəni  inkişafı  öz xarakterinə  görə,  təbii  olaraq,  geniş  miqyaslı və 
çoxşaxəli  olmuşdur...Məlum  olduğu  kimi,  Türk  dünyasının  ideolo­
giyasını  tarixən  şamançılıq, Tannçılıq və İslamçılıq müəyyənləşdir­
mişdir.  Həmin  dini  görüşlərin  hər  biri  mədəni  prosesin  inkişafında 
özünəməxsus  rol  oynamışdır...  Onu  da  qeyd  edək ki,  İslam  ideolo­
giyası  Türk  dünyasında  müstəmləkəçilik  siyasəti  ilə  birgə  yayıl­
mağa  başlamış  və  bu  müstəmləkəçilik  siyasəti  Türk  dünyasında 
təxminən  300-350  il  davam  etsə  də,  İslam-müsəlmançılıq  dini 
görüşləri  indi  də  davam  etməkdədir.  Beləliklə  də,  İslam  dininin 
təsiri ilə Türk, ərəb və sonralar fars mədəniyyəti (ədəbiyyat, musiqi, 
memarlıq)  bir-biri  ilə  qovuşmuşdur.  Əlbəttə,  bu  da  erkən  orta  əsr­
lərdə  və  sonrakı  əsrlərdə  də  mədəniyyətlərin  toqquşmasına  gətirib 
çıxarırdı...  Şübhəsiz  ki,  bu  proses  Türk,  ərəb  və  fars  dillərinin 
bir-birinə  söz verib -  söz  almasında  da  özünü  göstəımişdir.  Bu  da, 
şübhəsiz ki,  hər üç  dil  arasında  varvarizmin  yaranmasına, yəni  dil­
lərdə əcnəbi  sözlərin yersiz işlənməsinə və ya  dilin saflığının, səlis- 
liyinin, təmizliyinin korlanmasına səbəb olurdu...
Hamıya  yaxşı  məlumdur  ki,  XX  yüzilliyin  son  rübündə  və 
XXI  yüzilliyin ilk onilliyində dünyada geniş şəkildə yayılmış "Qlo-
332
A zarbaycan şü n aslığın   a saslan
ballaşma"  problemi  mədəniyyətlərin  qarşılaşdırılması  və  ya 
qovuşdurulması  baxımdan  əhəmiyyətli  dərəcədə  aktual  hesab 
olunur.  Qərb  alimlərindən  S.Xantinqton  "Stolknovenie  sivilizasii" 
və A.D.Toynbi "Sivilizatsiya pered sudom istorii" və başqaları qeyd 
edirlər ki, Qərbin artan güclü təsirilə (Birləşmiş Avropa və Amerika 
Birləşmiş  Ştatları)  ona  qarşı  duran  başqa  mədəniyyətlər, 
mədəniyyətlərin  qarşı  durmasına  şərait  yaratmışdır.  Onu  da  qeyd 
edək  ki,  bu  qarşıdurmalar,  aıtıq,  XX  əsrin  son  onilliyindən 
başlayaraq,  siyasi  və  iqtisadi  qarşıdurmalara çevrilmişdir.  Məsələn, 
sabiq  "xalqlar  həbsxanası"  olan  Çar  Rusiyası  və  onun  varisi  kimi 
çıxış  edən  sabiq  SSRİ  imperiyası  dövründə  xarici  ölkələrdən 
Azərbaycanın  Qərb  torpaqlarına  köçürülmüş  haylar  (ermənilər) 
tarixi  havadarlarının  yaxından  yardımı  və  hərbi-texniki  köməyi  ilə 
tarixi  Azərbaycan  ərazisində  özlərinə  Dövlət qurdular.  Sonralardan 
isə,  haylar  "Yersiz  gəldi,  yerli  qaç!"  devizi  ilə  çıxış  etməyə  başla­
dılar...  Beləliklə  də,  haylar  tarixi  havadarlarının  köməyi  ilə 
Azərbaycan  torpaqlarının  hesabına  ərazisi  29  min  kv.kııı  olan 
Ermənistan dövlətini qurdular...
Lakin  haylar bununla  da  kifayətlənməyib,  sabiq  SSRİ  imperi­
yasının  Mərkəzi  hökumətinin  havadarlığı  ilə  1988-ci  ildə  Qərbi 
Azərbaycan  ərazisindən  (indi  Ermənistan)  yerli-köklii  əhalini  -  
azərbaycanlıları  tarixi  Vətənlərindən  çıxardılar  və  1989-ci  ilin 
fevral  ayından  etibarən  Azərbaycana  qarşı  ərazi  iddiaları  ilə  çıxış 
etdilər.  Mərkəzi  Moskva  hökuməti  isə,  haylara  "gözün  üstə  qaşın 
var" demədi...
Beləcə də, haylar  1992-1993-cü illərdə rus ordusunun havadar- 
lığı  ilə  26  fevral  1992-ci  ildə  Xocalı  şəhərini  yerlə-yeksan  etdilər, 
şəhər  əhalisinə  qarşı  soyqırım  törətdilər,  1200  nəfərdən  çox  dinc 
əhali -  kişilər,  qadınlar, uşaqlar öldürüldü, şikəst oldu, itkin düşdü...


Yüklə 8,17 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə