Dərs vəsaiti m £


N   C əfərov,  M .  Ç o b a n o v,  Q.  P a şa yeva



Yüklə 8,17 Mb.
Pdf görüntüsü
səhifə80/83
tarix23.08.2018
ölçüsü8,17 Mb.
#63883
1   ...   75   76   77   78   79   80   81   82   83

N   C əfərov,  M .  Ç o b a n o v,  Q.  P a şa yeva
yaratdığı  sabiq  SSRİ  imperiyası  dövründə)  tərəfindən  süni  halda 
uydurulan  bir  cərəyan  idi.  Bu  cərəyanın  əsas  ideyası  qədim  tarixə 
və  qədim  mədəniyyətə  malik  olan  Türk  xalqlarının  milli  birliyinə, 
soy  kökünə  və  ümumi  Dil  birliyinə  ağır  zərbələr  vurmaq,  onların 
tarixini,  doğma  Vətənlərini  parçalamaq,  maddi  və  mənəvi 
mədəniyyətini zəiflətmək, Türklərin tarixini saxtalaşdırmaq, onların 
aborigen - yerli  xalq  olmadığını  "sübut"  etmək,  hətta,  farslardan və 
digər  xalqların  assimilyasiyası  nəticəsində  təşəkkül  tapdığını  geniş 
şəkildə  elmi  baxımdan  "yorulmadan"  yayırdılar,  təbliğ  edirdilər, 
hətta, türk xalqlarının eyni kökdən və linqvistik baxımdan bir-birinə 
yaxın olmadığını da söyləyirdilər...
Bir sözlə,  Qərbin  və  Rusiyanın,  həm  də  sabiq  SSRİ  imperiya­
sının bir çox alimləri  pantürkizm mövqeyindən çıxış edərək, Şumer 
-  Altay-Türk  dillərinin  qədim  zamanlardan  eyni  kökə  və  bir-birinə 
yaxın  olmasına  siyasi  mövqedən  yanaşır,  subyektiv  olaraq,  həmin 
dillərin geneoloji və linqvistik baxımdan yaxınlığına şübhə ilə yana­
şırdılar...
Bəs,  pantürkizm  nədir?  Qərb  ideoloqları  Türk  dünyasını  zəif­
lətmək,  parçalamaq  və  nəhayət,  işğal  edərək  öz  müstəmləkələrinə 
çevirmək, hətta, dolayısı  ilə Türk xalqları arasında "ədavət toxumu" 
səpərək,  onların  genetik  qohum  olmadıqlarını,  hətta,  dillərinin 
bir-birinə  qohum  olmadıqlarını  "təsdiq"  edir,  onları  bir-birinin  üs­
tünə qaldırır, qardaş xalqlar arasında düşmənçilik ideyasını get-gedə 
daha da qızışdırırlar.  Beləliklə də, pantürkizm ideyasının ideoloqlan 
Türk  xalqlarının  birliyinə  və  Türk  dillərinin  taıixi  birliyinə  belə 
şübhə  ilə  yanaşır  və  bu  sahədə  tarixi  mənbələrdə  öz  əksini  tapmış 
olan  tarixi  faktları,  beləcə,  saxtalaşdırırlar...  Hətta,  Türk xalqlarının 
milli  ruhlu  qabaqcıl  ziyalılarını  belə  öz  xalqı  arasında  nüfuzdan 
salır, onları öz xalqına xəyanət etməkdə, Sovetlərə qarşı əks təbliğat
326
A zərb a yca n şü n a slığ ın   əsasları
aparmaqda  günahlandırır,  sonra  isə  onları  "günahsız"  olduqlanna 
görə  ya  Sibir  tayqalarına  ömürlük  sürgün  edirdilər,  ya  da 
həbsxanalarda çürüdürdülər...
Bu  münasibətlə, professor N.Cəfərov Azərbaycan dili tarixinin 
metodoloji  problemlərindən  bəhs  edərək  yazmışdır:  "Və  beləliklə, 
30-cu  illərdən  (XX  əsrin  -30-cu  illəri  nəzərdə  tutulur.  -  M.Ç) 
başlayaraq, Azərbaycan tarixinin qədim dövrü barədə hər cür miflər 
uydurulurdu  ki,  həmin  miflərin  əsas  ideoloji  məqsədi  Azərbaycanı 
Türk dünyasından ayırmaqdan ibarət idi..." (səh.23).
Məsələn, Türkiyənin görkəmli ziyalısı -  yazan Ziya Göy Alpın 
milli  ruhda  yazılmış  "Türkçülüyün  əsaslan",  "Türkləşmək, 
islamlaşmaq,  müasirləşmək",  "Yeni  həyat",  "Qızıl  alma"  və 
s. 
əsərlərində  türklüyümüzün  müasirləşdirilməsi  işığında  yazıldığına 
görə,  onu  "pantürkizrri'in  ideoloqu  adlandırmışlar.  Həmçinin,  o 
dövrün  tanınmış  milli  ruhlu  ziyalılanndan  Xalidə  Ədib,  Mehn  et 
Emin,  Fikrət Ziya,  Fuad  Köprülzadə  və başqalan  da  türklüyün  fəal 
təbliğatçıları olmuşlar...
Çar  Rusiyası  (sonralar  Rusiya  Federasiyası  və  sabiq  SSRİ 
imperiyası)  Orta  Asiya,  Volqaboyu,  Krım  və  Qafqaz  və  Güney 
Qafqazda  da  pantürkizm  ideyalarını  "təbliğ"  edir  və  milli  ruhlu 
ziyalıları  isə  məhv  etmək  üçün  hər  cür  imkandan  istifadə  edirdi... 
Türk  xalqlarının  milli  ruhlu  oğullanndan  İsmayıl  Qasprinski,  Sədri 
Maksudi,  Fatih  Kərimov,  o  cümlədən,  Azərbaycan  türkü  Əhməd 
Ağayev,  Əlibəy  Flüscynzadə  (sonralar  İstanbulda  "Türk  ocağı" 
cəmiyyətində  və  "Türk  yurdu"  jurnalında  türklülük  fəaliyyətini 
davam 
etdirmişdir) 
və 
başqalan 
Rusiyada 
pantürkizmin 
təbliğatçıları  sayılırdı,  əslində  isə,  onlar müasir dövrdə  türklüyü  və 
türk birliyini, türk ənənələrini təbliğ edirdilər.
327


N.  C əfərov,  M.  Ç o b a n o v,  Q.  P aşayeva
Pantürkizm  ideyalarını  70  il  dünyaya  meydan  oxuyan  sabiq 
Sovetlər  birliyinin  daxili  siyasətinin  əsasını  fasiləsiz  davam  edən 
repressiyalar  təşkil  etmişdir.  Bu  repressiyalar  dövründə  yalnız 
Azərbaycan  Respublikasında  dövrünün  29  min  nəfər  milli  ruhlu 
ziyalıları-alimlər,  şairlər,  yazıçılar,  jurnalistlər,  mədəniyyət  və 
incəsənət  xadimləri,  dövlət  və  ictimai  xadimlər,  xalq  arasında  öz 
nüfuzu və həyat təcrübəsi  ilə fərqlənən vətəndaşlar, həmçinin, 2000 
nəfər hərbi xadimlər-generallar, baş və kiçik zabitlər türklük ideyası 
ilə  günahlandırıldı,  onların  bir  hissəsi  "Troyka"nın  ("Üçlüyün") 
məhkəməsiz 
qərarı 
ilə 
"günahsızlığı" 
ucbatından 
ya 
güllələndirilirdi, ya da Uzaq Sibirin tayqalarına və ya insan ayaqlan 
dəyməmiş Qazaxıstan çöllərinə sürgün edilirdilər...
Bax,  insan  hüquqlarından  və  demokratiyadan,  milli  hüquq 
bərabərliyindən  daim  dəm  vuran  sabiq  SSRİ  imperiyasının  daxili 
siyasətinin Türk xalqlarına göstərdiyi  iç üzü beləcə idi...
Müasir  dünyanın  ictimai-siyasi  mənzərəsinə  dərindən  nəzər 
saldıqda  belə  qənaətə gəlmək olur ki,  müasir  Dünyada  "Güclülərin 
hər  cür  hökmü  başqaları  üçün  "ədalətli",  "hüquqi  baxmadan 
qanuni"  sayıldığı  şəraitdə  hər  şey  güclülərin  mənafeyinə  xidmət 
etməlidir...  Güclülər  öz  mənafeləri  və  təsir  dairələri  uğrunda 
mübarizəni daha effektli aparmaq məqsədilə ortaya "İnteqrasiya" və 
"Qloballaşma"  adlı  iki  mücərrəd  -  mənası  və  məramı  Dünya 
xalqlanna açıqlanılmayan problemlərlə üz-üzə qoydular...
"Güclülərin  hər  cür  hökmü  (istər  mənfi,  istərsə  də  müsbət 
olsun.  -  fərqi  yoxdur)  gücsüzlər  (kiçik,  zəif dö\ ’.ətlər  və  xalqlar) 
üçün  "ədalətli"  və  "hüquqi  baxımdan  qanuni"  sayıldığı  şəraitdə 
böyük güclülər, əsasən, iki cəbhədə birləşiblər:
•  Birinci  cəbhənin  başında  -  yəni  Qərb  dünyasmda-Dünyada 
fövqəl dövlət - liderlik iddiasına düşmüş ABŞ dayanıb.
328
A zərb a yca n şü n a slığ ın   ə sa sla n
•  İkinci  cəbhənin  başında  isə,  imperiya  siyasətini  müasir döv­
rün  tələbinə  uyğun  olaraq,  sabiq  SSRİ  imperiyasının  varisi  kimi 
çıxış edən  Rusiya  Federasiyası, bir növ, "yeniləşmiş, sülh məramlı" 
xarakter  daşıyan  "mədəni  müstəmləkəçilik"  siyasətini  "qapalı, 
üstüörtülü"  halda  daim  gündəmdə  saxlayaraq,  həyata  keçirmək 
uğrunda "sülh, birlik" adı  altında hər cür mübarizə üsullarına əl atır: 
sabiq  SSRİ  məkanında  "yeniləşmiş  Müstəqil  Dövlətlər  Birliyi", 
"Müstəqil  Dövlətlər  Birliyinin  Təhlükəsizlik  Şurası",  "Müstəqil 
Dövlətlər Birliyinin  Azad Ticarət Zonası", "Müstəqil  Dövlətlər Bir­
liyinin  Vahid  Gömrük  Komitəsi"nin  yaradılması  və s.,  və  s...  təşkil 
etmək üçün hər cür "siyasi iisullar"dan bəhrələnməyə can atır...
Dünyada  cərəyan  edən  bu  mücərrəd  "ictimai-siyasi"  hadisələr 
fonunda  Türk  xalqlarının,  ilk  növbədə,  öz aralarında  birləşməsi  və 
bu  birlik  şəraitində  dünya  xalqlarının  inteqrasiyasına  və  qloballaş­
masına  qoşulması  məsələsi  daim  diqqət  mərkəzində  saxlanılma­
lıdır.  Məhz  belə bir şəraitdə Türk  xalqlarının tarixindən  bir epizodu 
-  bilgə xaqanın bir müdrik  kəlamını xatırlamaq, yada salmaq da ye­
rinə düşərdi:
"Türklərim, cəmi  bəylərim, cəmi xalqım!  Qazanıb el  tutduğum 
bu  yerdən,  xaqanımdan  ayrılmasan,  yaxşılıq  görəcəksən.  Evində 
oturacaq, dərdsiz olacaqsan.  Sözlərimdə yanlış varmı?"...
"  Ey  türk!  Titrə  və  özünə  dön!  Sən  özünə  dönəndə  güclü  və 
basılmaz olarsan!"...
Bu  məqsədlə,  Türk  xalqlarının  daimi  birliyini  yaratmaq  üçün 
vahid  əlifba  sisteminə  keçilməsi,  "Ümumtürk  tarixi"nin  və  " 
Ümumtürk  dilləri  tarixi"nin  öyrənilməsi,  Vahid  əlifba  sistemində 
Mətbuat  Orqanlarının  və  Teleradio  Verilişləri  Mərkəzinin  yaradıl­
ması,  Vahid  Mədəniyyət  və  Bədii  İrsin  Nəşri  Mərkəzinin  təsis 
edilməsi, Türk  dünyası  ölkələrinin hamısında vahid Tədris planı və
329


Yüklə 8,17 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə