Dərs vəsaiti m £


N.  C əfərov,  M.  Ç oban ov,  Q.  P aşayeva



Yüklə 8,17 Mb.
Pdf görüntüsü
səhifə76/83
tarix23.08.2018
ölçüsü8,17 Mb.
#63883
1   ...   72   73   74   75   76   77   78   79   ...   83

N.  C əfərov,  M.  Ç oban ov,  Q.  P aşayeva
ilə yaxın bir müddət ərzində dünyanın qüdrətli alim və yazarlarının 
qələmindən  düşməyən  iskit  türk  tayfa  birləşmələri  göydən 
düşməmişlər.  Onlar  Şumerlərin  güclü  axını  və  varisləri  idi 
..."Müəllif  mülahizələrini  ümumiləşdirib  belə  qənaətə  gəlir  ki, 
"...Şumerlər müasir türk xalqlarının əcdadları, ulu babalarıdır".
Əgər  nəzərə  alsaq  ki,  hər  bir  millətin  milliliyini  müəyyən 
etmək  üçün  hər  bir  xalqın  ərazi,  iqtisadiyyat,  dil  və  mədəniyyət 
birliyi  başlıca  şərtlər  hesab  olunur...  Çünki  hər  bir  dilin  tarixini 
müəyyən  etmək  üçün  onun  mənşəyi  və  tipologiyası,  əsas  lüğət 
fondu  və  qrammatik  quruluşunun  bənzərliyi  və  ya  eyniliyi 
kifayətdir...
Həmçinin,  Türkiyə  tarixçisi  O.N.Tuna  da  Şumer  -  türk 
dillərinin yaxınlığından bəhs edərək yazmışdır ki,  Dünyada mövcud 
olan heç bir dil  Şumer dilinə Türk dilləri qədər yaxın deyildir.
XIX  əsrdə yaşamış  alman  alimi  F.Honımel  də  Şumer və  türk 
dillərinin  mənşəyindən  bəhs  edərək  1891-ci  ildə  yazmışdır  ki, 
Şümer  dili  Altay-Türk  dili  ailəsinə  qohumdur  ...Şumer  xalqı 
Mərkəzi  Asiyadan  İkicayarasına  köçən  Altay-Türklərindən  başqa 
birisi deyildir...
Dövrümüzün  məşhur  alimi  E.ƏIiboyzado  Şumer  dilinin 
tarixini  araşdırarkən  "Azərbaycan  xalqının  mənəvi  mədəniyyət 
tarixi"  kitabında  yazmışdır:  "Şumerlər  Dəclə  -  Fəratı  elliliklə  tərk 
etdikdən  sonra  belə,  Şumer  dili  Babilistanda  din,  elm  və 
mədəniyyət dili sayılmışdır"
Nizami  Cəfərov:  "Azərbaycan:  tarixi-kultı  oloji  mülahizə­
lərdən bəhs edərək yazmışdır:  "Ən qədim Azərbaycan mədəniyyə­
tinin  tipologiyası  arxeoloji  tədqiqatlar  əsasında  müəyyən  olunur,  - 
əlbəttə,  həm  maddi,  həm  də mənəvi  mədəniyyətin öz arxeologiyası 
var,  maddi  arxeologiya  göstərir  ki,  Azərbaycan  xalqı  ən  qədim
310
A zərb a yca n şü n a slığ ııı  ə sa sla n
dövrlərdən  bütün  maddi-mənəvi  varlığı  ilə  indiki  Azərbaycan 
ərazisinə (tarixi Azərbaycana -  M.Ç.) bağlıdır, mənəvi arxeologiya- 
folklorşünaslıq  da  eyni  həqiqəti  təsdiq  edir:  erkən  orta  əsrlərdə 
(V-X əsrlərdə -  M.Ç.) formalaşmış (lakin, çox-çox qədim dövrlərin 
dünyagörüşünü daşıyan) "Kitabi-Dədə Qorqud"  qədim Azərbaycan 
mədəniyyətinin  faktı  kimi  universal  məzmuna  malikdir,  burada 
həm  elmi,  həm  də  ədəbi-bədii  təfəkkür  əks  olunur.  "Kitabi-Dədə 
Qurqud"da  azərbaycançılıq  (etikasından  tutmuş  estetikasına  qədər) 
ümumtürk  konteksti  ilə  birlikdə təqdim  edilir,  burada bir neçə min 
ilin  təfəkkür  enerjisi  tarixi  əlaqələnmə  qanuna  uyğunluğu  ilə 
süxurlaşır..." (əbədiləşir. - M.Ç.).
Amerika  Şumerşünası  A.Qppenheym  Şumer  dilindən  bəhs 
edərək.  "Drevnyaya  Mesopatomiya"  əsərində  yazmışdır:  "Akkad 
dili  Şumer dilini sıxışdırmağı davam etdirir və ya, har halda  onlarla 
rəqabət aparırdı,  canlı  həyatda,  xüsusilə,  ədəbi janrlarda və s.  Onun 
işlənmə  və  nüfuz  dairəsini  sıxışdırırdı"  (səh.40).  Bu  mülahizədən 
belə  qənaətə  gəlmək  olur  ki,  Akkad  dili  Şumer  dilini  nə  qədər 
sıxışdırsa  da,  yenə  də  "elm"  və  "müqəddəs  din"  dili  kimi  öz 
varlığını qoruyub saxlayırdı...
Şumerşünaslıqla  yaxından  məşğul  olan  H.Vinkler  də  öz 
araşdırmalarında  yazmışdır  ki,  Şumer  dili  əsas  linqvistik 
əlamətlərinə  görə,  Türk  dillərinə  uyğun  aqqlütinativ-iltisaqi  (söz 
kökü  dəyişməyən,  şəkilçilər  artırmaqla  yeni  sözlər  yaradılan  - 
M.Ç.) quruluşlu dildir.
Şumer  mədəniyyətinin  araşdırıcılarından  biri  də  Polşa  alimi 
Z.Kosidovskiy  "Bibliya  rəvayətləri"  kitabında  yazmışdır  ki,  "...bir 
çox  sahədə  biz  o  mədəniyyətin  varisləriyik  ki.  beş  min  il  bundan 
əvvəl onu Şumer xalqının dühası yaratmışdır".
311


N.  C afarov,  M .  Ç o b a ıto v,  Q.  P a şa yeva
XX - XXI  əsrlərin görkəmli yazıçısı və Türkoloq -  Şumeroloq 
alimi  Oljas Süleymanov da Şumer xalqı və Şumer dili ilə yaxından 
maraqlanmış  və  özünün  məşhur  "Şumemamə"  əsərini  yazmışdır. 
Müəllif  həmin  əsərində  yazmışdır  ki,  Şumer  və  Türk  dilləri 
qohumdur. Ancaq, bu qohumluq genetik deyil...
Yuxarıda  qeyd  etdiyimiz  kimi,  dillərin  qohumluğu  xalqların 
genetik  qohumluğu  ilə  deyil,  dillərin  geneoloji  və  tipoloji,  lüğət  və 
qrammatik quruluşu ilə müəyyən edilir.
Şumer və Türk dillərinin tarixi  ilə  məşğul  olan  Elize Reklü öz 
araşdırmalarında  yazmışdır  ki,  "ən  qədim  ox  şəkilli  yazıların 
dilində...  Turan və  Ural - Altay dilləri  ilə birbaşa qohumluq vardır". 
Bu  mülahizədən  belə  qənaətə  gəlmək  olur  ki,  dilçilik  baxımdan 
Şumer dili Turan və Ural-Altay dilləri  ilə birbaşa qohumdur.
Şumer  tarixi  və  mədəniyyəti  ilə  yaxından  məşğul  olan 
D.Q.Reder  də  Şumer  dilinin  başqa  dillərlə  əlaqələrindən  bəhs 
edərkən  yazmışdır  ki,  "Şumerlərin  dili  аупса  bir  dildir...,  o 
aqqlütinativ  dillər  ailəsinə  daxildir  və  öz  quruluşuna  görə,  ən  çox 
türk dilləri  ilə müqayisə edilə bilər".
Şumer mənbələrindən aydın olur ki, qədim Şumerdə "Ana dili" 
deyilən  bir  termin  də  işlədilmişdir.  Çox  güman  ki,  şumerlər  "Ana 
dili"  ifadəsini  ya  "ədəbi  dil",  ya  da  "rəsmi  dil"  mənalarında 
işlədiblər.
Müasir  şumeroloq  Rizvan  Cəbiyev  Şumerlərin  tarixinə  həsr 
etdiyi  "Şumer  kilidi"  adlı  monoqrafiyasında  yazır  :  "E.ə.V 
minillikdə və hələ ondan xeyli  əvvəl  bu  ərazilərdə -  Dəclə və Fərat 
çaylarının  həm yuxan,  həm  də aşağı  axınında  bu gün  "türk" adı  ilə 
tanınan  tayfalar  yaşayırdılar,  tədricən  bu  yerlərə  digər  tayfalar  da 
köçüb gəldilər..."
312
A zarbaycan şü n asltğın   asasları
XX əsrin görkəmli türkoloqu Ahmet Cavat Şumer dilindən və 
yazısından bəhs edərkən, "Alfabenin mənşəyi ən əski türk yazısıdır" 
kitabında  yazmışdır:  "Şumer  dilinin  turani  dillərə  bənzədiyi  artıq 
qəbul  edilmişdir.  Şumerlər  haqqında  ən  yeni  və  mötəbər  əsər nəşr 
etdirən  Voolley  Şumerlərin  morfoloji  cəhətdən  "əski  türkcəyə 
bənzər" bir dillə danışdığını qəbul edir:  "Şumerlər türkdür..."
Yuxarıda  deyilənlərdən  göründüyü  kimi,  dil  baxımdan 
Şumerləri  yalnız  türk  xalqları  və  türk  dilləri  ilə  müqayisə  etmək 
olar.
Professor  -  Şumeroloq  E.Əlibəyzado  Şumer  və  Türk  ailələri 
arasındakı  uyğunluqları  hər  iki  dilin  linqvistik  materialları  əsasında 
geniş  təhlil  etdikdən  sonra  belə  qənaətə  gəlmişdir:  "Beləliklə, 
Şumer dili  ilə  türk dilləri  arasında bu qədər uyğunluq və bir - birini 
təsdiq  müşahidə  olunursa,  bu  təsadüfi  deyil.  Bu  adlarla  onomastik 
əsasda üzdən tanışlıq belə, yəqin edir ki, Şumer - türk qaynaqlan bir 
qaynaqdır,  bunlar arasında  açıq-aşkar sezilən  yaxınlıq  və  doğmalıq 
var..."  (Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi).
Şumer və  türklərin  tarixi  əlaqələrindən bəhs edən müəllif daha 
sonra yazır:  "...türklər Şumer mədəniyyətinin lap ilk günlərindən bu 
tarixi prosesin  içərisində olmuş, onunla qaynayıb-qarışmışdır".
Həmyerlimiz  T.Vəli  Niivodili  (o,  Amerika  vətəndaşıdır) 
Şumer  və  müasir  Azərbaycan-türk  dillərinin  qohumluğundan  bəhs 
edərək  qeyd etmişdir ki,  qədim  şumer dili  müasir  Azərbaycan-türk 
dilindən  az fərqlənir:  şumerlərin daş yazılarının  dili,  demək olar ki, 
müasir  Azərbaycan-türk  dilinin  eyr.'dir  (Şum-ər,  Ər-sak,  Ər-mən, 
Az-ər və s.).
Şumerlərin  tarixindən  söhbət  açan  Fərm an  Azad  belə  bir 
maraqlı  nəticəyə  gəlmişdir  ki.  Şumer  imperiyasının  ilk  yaşayış 
məskəni  və  mərkəzi  paytaxtı  Kür-Araz  arası  Qarabağ  ərazisində
313


Yüklə 8,17 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə