Dərs vəsaiti m £


N.  C əfarov,  M.  Ç o b a n o v,  Q.  P a şa yeva



Yüklə 8,17 Mb.
Pdf görüntüsü
səhifə79/83
tarix23.08.2018
ölçüsü8,17 Mb.
#63883
1   ...   75   76   77   78   79   80   81   82   83

N.  C əfarov,  M.  Ç o b a n o v,  Q.  P a şa yeva
ən  yeni  olmaqla  dörd  mərhələyə  bölmüşdür.  Onun  təsnifındə 
dillərin  linqvistik  xüsusiyyətləri  müəyyən  dərəcədə  nəzərə 
alınmışdır.
Nəhayət,  XX  əsrin  ortalarında  Türk  dillərinin  təsnifi  tarixi  ilə 
yaxından  məşğul  olan  görkəmli  türkoloq  -  alim  NA.Baskakov 
Türk  dillərinin  ən  mükəmməl  təsnifmi  araşdırıb,  elmi  ictimaiyyətin 
öhdəsinə  vermişdir.  N.A.Baskakov  Türk  dillərinin  təsnifi  tarixinə 
dərindən  nəzər  salmış,  onların  müsbət  ünsürlərini  nəzərə  almış  və 
yeri  gəldikcə onlarla elmi  mübahisələrə girişmiş və nəticədə  1969 - 
cu  ildə  "Vvedeniye  v  izuçeniye  tyurkskix  yazıkov"  adlı 
monumental  bir  tədqiqat  hazırlayıb  çap  etdirdi  (ikinci  nəşr).  Bu 
kitab dövlət universitetlərinin müvafiq  fakültələri  üçün dərslik kimi 
nəzərdə tutulmuşdur...  Onu  da qeyd edək  ki,  N.A.  Baskakovun bu 
təsnifi  yuxarıda  qeyd  olunan  təsniflərin  hamısından  özünün 
tarixiliyi  və  linqvistik  xüsusiyyətlərinin  özülü  kimi  qəbul  edilməsi 
ilə  fərqlənir.  Bu  fərq,  hər şeydən  əvvəl,  ondan  ibarət  olmuşdur ki, 
yuxanda  adlan  qeyd  olunan  alimlərin,  demək  olar ki,  hamısı  Türk 
dillərinin təsnifinə bu və ya digər aspektdə - birtərəfli yanaşmışlar... 
Lakin  N.A.Baskakov  özündən  əvvəlki  və  ya  özünün  müasiri  olan 
türkoloq alimlərdən fərqli olaraq, Türk dillərinin təsnifinə kompleks 
halda  yanaşmış  və  ən  uğurlu  nəticələr  əldə  etmişdir.  O,  Türk 
dillərini  araşdırarkən,  ilk  növbədə,  Türk  xalqlannın  tarixən 
məskunlaşmış  olduğu  bölgələri  və  həmin  bölgələrdə  yaşayan 
türklərin  statistik  sayını  tarixi  baxımdan  dəqiq  müəyyən  etmiş, 
həmçinin,  Rusiyada  və  Sabiq  SSRİ  məkanında  Türk  dillərinin 
öyrənilməsi  tarixinə  nəzər  salmış,  Türk  dillərinin  qarşılaşdırma  və 
tarixi-müqayisəli  metodla  araşdırılmasına  qısa  xülasə  həsr  etmiş, 
Türk dillərinin quruluşuna (Türk dilləri üçün səciyyəvi olan səslərin 
xarakterik  xüsusiyyətlərinə),  Türk  dillərinin  təşəkkül  tapması  və
3 2 2
A zarbaycan şiin aslığın   asasları
inkişafı  xarakterinə  (mərhələlərlə)  nəzər  salmışdır.  O,  tarixi 
mərhələlərlə  əlaqədar  olaraq,  Türk  dillərinin  təşəkkülü,  inkişafı  və 
təsnifi  mərhələlərini  ətraflı  şərh  etmişdir.  Lakin  N. A. Baskakovun 
bu  mükəmməl  elmi  əsəri  də  nöqsanlardan  xali  deyildir.  Bu 
nöqsanlar,  hər  şeydən  əvvəl,  ondan  ibarətdir  ki,  cəmiyyətin  tarixi 
mərhələləri  ilə  dilin  tarixi  mərhələləri  arasında  qeyri-dəqiqliyə  yol 
verilib:  birincisi,  Ümumi  tarixi  bölgüyə  görə,  Qədim  dövr  bizim 
eranın  V  əsrində  başa  çatır  və  ondan  sonra  V-XV1I  əsrlərdə  Orta 
əsrlər  mərhələsi  gəlir;  ikincisi,  bizim  eranın  V-X  əsrləri  Qədim 
Türk  epoxası  hesab  olunur,  lakin  Ümumi  tarixi  bölgülərdə  isə,  bu 
dövr  Erkən  Orta  əsrlər  mərhələsi  adlanır;  üçüncüsü,  Altay  epoxası 
dəqiq  müəyyənləşdirilməyib.  Bu  münasibətlə,  N.A.Baskakov 
yazmışdır  ki,  Türk  dillərinin  inkişafının  ən  qədim  epoxası  elm 
tərəfindən  tarixi  xronoloji  çərçivədə,  hələlik,  dəqiq  müəyyən 
edilməyib, Altay dillərinin ümumi  epoxası dövründə türk dilləri çox 
zəif  halda  monqol,  öz  növbəsində,  tunqus-mancur  dillərindən 
ayrılma ərəfəsində olub.
XX əsrin görkəmli  türkoloqu -  akademik B.Y.Vladimirtsov da 
Türk  dillərinin  ən  qədim  epoxası  ilə  əlaqədar  olaraq  yazmışdır  ki, 
monqol  dili  türk  və  tunqus  dilləri  ilə  birlikdə  eyni  ümumi  kökə 
malikdir ki, onları şərti olaraq, Altay dilləri adlandırmaq olar. Altay 
dili  məlum  deyil,  ancaq  Altay dilləri  məlumdur,  yəni  monqol,  türk 
və  tunqus  dilləri  sonrakı  inkişaf  prosesində  Altay  dilləri 
adlandırılmışdır.
Bu prosesi eyni  ilə ən qədim tarixə malik olan Şumer -  Altay -  
Türk  xalqlarının  və  onların  dillərinin  ayrılıb,  müstəqil  təşəkkül 
etməsinə  və  müasir  dövrdə  dünya  xalqları  arasında  gedən 
inteqrasiya  və  qloballaşma  prosesi  ilə  əlaqədar  olaraq,  Türk
3 2 3


N   Cəfərov,  M.  Ç oban ov,  Q.  P a şa yeva
dillərinin  də  yenidən  birliyə  doğru  uğurla  irəliləməsi  də  indi  vacib 
məsələlərdən biri olmalıdır.
N.Cəfərov:  "III-IV  əsrlərdə  ümumxalq  Azərbaycan  dili 
(Azərbaycan-tük  dili  -   M.Ç.)  formalaşır,  -  bu  proses  türk  tayfa 
dillərinin  (birinci  növbədə  folklor  dilinin)  mərkəzləşməsi  hesabına 
gedir..." (səh. 16). Bu mülahizədən belə qənaətə gəlmək olur ki, əgər 
ümumxalq  Azərbaycan  -  türk  dili  Ш-IV  əsrlərdə  təşəkkül  tapıbsa, 
deməli, bu dövrə qədər Azərbaycan-türk qəbilə və ya tayfa dili, heç 
olmasa, bir neçə minillik inkişaf yolu keçməli idi...
Azərbaycan alimi  E.Əlibəyzadə  "Azərbaycan xalqının mənəvi 
mədəniyyət  tarixi"  monoqrafiyasında  Azərbaycan-türk  xalqının 
mənəvi mədəniyyət tarixindən bəhs edərək yazmışdır:
"Şumer-Altay-Türk (M.Ç.) dilləri ailəsinə mənsub Azərbaycan 
xalqının  inkişaf tarixində  qət  edilmiş  yolun,  hələlik,  təxminən  10 
min ili təsəvvür olunur.  Lakin bu ilkin təxmini təsəvvürdür..."
Şumer  dövrü  daha  sonrakı  inkişaf mərhələsidir  və  bu  dövrün 
çox  dərin  və  zəngin  qaynaqlan  var.  "Bilqamıs"  dastanında.... 
yaddaşlarda  qorunub  saxlanılan  və  bu  günə  gəlib  çıxan  daha 
qiymətli  ənənələrimiz  varmış,  bizim  ən  qədim,  ən  əziz,  ən  sevimli 
milli bayramlarımız olan  "Yeni  il", yəni "Bahar", "Yaz" şənliyi hələ 
Umumdünya  Daşqınına  qədər  mövcud  imiş.  Nuh  peyğəmbərin 
Tufandan  sonra  Göylərə,  Tannya  minnətdarlıq  hissi  ilə  kəsdiyi 
qoyun qurbanı bizim bu gün belə ehtiramla qeyd etdiyimiz "Qurban 
bayramı"nın  əsası  və  başlanğıcı  olubmuş.  Bunlar  bizim  qan 
yaddaşımızda,  ata  ruhumuzda  qorunub  saxlanılıb.  Deməli,  bu 
bayramlar  Şumer  ulularımızdan,  onların  əcdadlarından  qalma  və 
bizim  soykökümüzü  onlara  bəndləyən  qırılmaz  ənənəvi-mənəvi 
bağlardır...
324
A zərb a yca n şü n a slığ ın   əsasları
Azərbaycan  xalqının  mənəvi  aləmi  zəngin  bünövrə,  kök  üzə­
rində  yaranıb,  inkişaf edib,  öz  milli-psixoloji  axarına düşüb,  kamil­
ləşib.  Bu  zəngin  bünövrənin,  kökün  dörd  mötəbər  dayağı  aşkar 
olur:
1.  Qədim  dünyamızın  ulu  kitabı  "Bilqamıs"  və  ümumən 
Şumer-Babil mədəniyyəti;
2.  "Orxon-Yenisey" kitabələri;
3.  "Kitabi-Dədə Qorqud" kitabı;
4. Nizami  "Xəmsə"si.
Buraya 
kimi 
qeyd 
olunan 
fikir 
və 
mülahizələri 
yekunlaşdıraraq,  belə  qənaətə  gəlmək  olur  ki,  Qədim  Şumer 
-Altay-Türk  dilləri  eyni  kökə,  eyni  tarixə  və  eyni  linqvistik 
xüsusiyyətlərə  (dillərin  geneoloji  və  tipoloji  təsnifiəri,  dilin  əsasını 
təşkil  edən  əsas  lüğət  fondu  və  qrammatik  quruluşu)  malik  oldu­
ğunu  nəzərə  alaraq,  son  vaxtlara  qədər  "Ümumi  dilçilik"də  Dünya 
dillərinin təsnifində gah Türk dilləri ailəsi, gah da Altay dilləri ailəsi 
adlanan  dilləri  ümumiləşdirilmiş  halda  "Şumer-Altay-türk  dilləri 
ailəsi" adlandırılması məqsədə uyğun olardı.
2.  Şumer  və  Altay-türk  dillərinin  araşdırılmasına  ideo­
loji-siyasi  və  pantürkizm  prizmasından  yanaşıb,  Şumer  və  AI- 
tay-türk  dillərinin  yaxınlığını,  tarixi  baxımdan  eyni  kökə,  eyni 
linqvistik  xüsusiyyətlərə  malik  olmalarını  inkar  edib,  qey- 
ri-elmi  fikir  söyləyənlər,  bir  növ,  tarixi  saxtalaşdıranlar.  Bu 
qrup  tədqiqatçıların  azlıq  təşkil  etdiyinə  görə,  onların  fikir  və  mü­
lahizələrinin xülasəsini qeyd etməyi  lazım bilmədik...
Bəs,  pantürkizm  nədir?  Onun  mahiyyəti  nədən  ibarətdir?  Pan­
türkizm (böyük türkçülük) XIX əsrin sonlarında və XX əsrin əvvəl­
lərində  Qərb  dünyası  və  "xalqlar  həbsxanası"  olan  Çar  Rusiyası 
(sonralar onun  varisi  kimi  çıxış  edən  Rusiya  Federasiyası  və  onun
325


Yüklə 8,17 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə