Ölkə və ya ölkələr qrupunun özlərinin qısamüddətli xarici



Yüklə 185,97 Kb.
Pdf görüntüsü
tarix20.09.2018
ölçüsü185,97 Kb.
#69972

background image
Beynəlxalq  likvidlik  ölkə  və  ya  ölkələr  qrupunun  özlərinin  qısamüddətli  xarici 

öhdəliklərini yolverilən ödəmə vasitələri ilə təmin etmək imkanlarıdır. Beynəlxalq 

likvidlik  dünya  valyuta  sisteminin  beynəlxalq  ehtiyatlarla  təmin  edilməsi  ilə 

əlaqədardır.  Beynəlxalq  ehtiyatlar  dünya  valyuta  sisteminin  normal  funksiya 

göstərməsi  üçün  zəruridir.  Beynəlxalq  likvidlik  ayrı-ayrı  ölkələrin  və  ya 

regionların  xarici  ödəmə  qabiliyyətinin  vəziyyətini  xarakterizə  edir.  Xarici 

likvidliyin əsasını ölkənin qızıl-valyuta ehtiyatları formalaşdırır. 

 

Beynəlxalq likvidliyin strukturuna aşağıdakı komponentlər aiddir: 



1)

 

ölkənin rəsmi valyuta ehtiyatları; 



2)

 

rəsmi qızıl ehtiyatları; 



3)

 

BVF-də ehtiyat mövqe; 



4)

 

XİH-də olan hesablar. 



Beynəlxalq likvidlik aşağıdakı üç funksiyanı yerinə yetirir: 

1)

 



likvid ehtiyatların formalaşdırılması vasitəsi; 

2)

 



beynəlxalq  ödəmə  vasitəsi  (əsasən  ödəmə  balansının  kəsirinin  örtülməsi 

üçün); 


3)

 

valyuta müdaxiləsi vasitəsi. 



Beynəlxalq  valyuta  likvidliyinin  əsas  hissəsini  rəsmi  qızıl-valyuta 

ehtiyatları,  yəni  ölkənin  mərkəzi  bankı  və  maliyyə  orqanlarının  qızıl  və  xarici 



valyuta ehtiyatları təşkil edir. 

 

Yüklə 185,97 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə