Dərs vəsaiti m £


N.  C əfərov,  M.  Ç o b a n o v,  Q.  P a şa yeva



Yüklə 8,17 Mb.
Pdf görüntüsü
səhifə77/83
tarix23.08.2018
ölçüsü8,17 Mb.
#63883
1   ...   73   74   75   76   77   78   79   80   ...   83

N.  C əfərov,  M.  Ç o b a n o v,  Q.  P a şa yeva
olmuşdur.  İki  min  ildən  artıq  bu  ərazilərdə  yaşamış  şumerlər  çox 
güman ki, (Şumerlərin və türklərin qardaş qırğınına səbəb olmamaq 
üçün  -   M.Ç.)  deportasiyaya  məruz  qalmaq  məcburiyyətində  olub: 
bir  hissəsi  Kiçik  Asiya,  Malta,  Yunanıstan  (Yunanistanda  və 
Borçalı bölgəsində Şumer-türklərin varisi olan türkdilli unımlar indi 
də  yaşamaqdadırlar -   M.Ç.),  digər  hissəsi  isə  İranın  Urmiya  gölü 
ətrafına  köçmüş,  sonralar  yenidən  İkiçayarasına  (Fərat  -  Dəclə) 
qayıdıb orada məskunlaşmışlar...
Deməli,  şumerlər  eramızdan  əvvəlki  VII-V  minilliklərində 
tarixi  Azərbaycan  ərazisində  -  Kür-Araz  çayları  arasında,  IV  -  II 
minilliklərdə  isə  Dəclə-Fərat  çayları  arasında  və  digər  yerlərdə 
yaşamışlar.  Mənbələrin  verdiyi  məlumatlara  görə,  şumer  dili 
eramızdan  əvvəlki  III  minilliyin  əvvəllərindən  Mesopotamiyanın 
qədim dövlətinin rəsmi dövlət dili olmuşdur.
Azərbaycanın paytaxtı  Bakı  şəhərindən 55  km  aralıda yerləşən 
qədim  Qobustan  qayalarının  (təsvirlərinin)  eramızdan  əvvəlki 
X-VIII  minilliklərə  aid  olması  da  Azərbaycan  ərazisinin  lap  qədim 
dövrlərdən  insan  məskəni  olmasını  təsdiq  edir.  Çox  güman  ki, 
həmin  xalq  eramızdan  əvvəlki  minilliklərdə  Kür-Araz  çayları 
arasında məskunlaşmış olan şumerlər - türklərin ulu babalan olub...
Şumer  mədəniyyəti  ilə  birbaşa  bağlı  olan  mənbələrə  dərindən 
nəzər  saldıqda  məlum  olur  ki,  Şumer  dili  eramızdan  əvvəlki  IV-II 
minilliklərdə  Yaxın  Şərqdə  oynadığı  rolu  Avropada  latın  dilinin 
oynadığı rola bənzətmək olar.
Nəhayət,  dünya  mədəniyyətinin  "ilk  beşiyi"  sayılan  Şumer 
dövləti  eramızdan  əvvəl  III  minilliyin  sonu  -  II  minilliyin 
başlanğıcında  siyasi  və  coğrafi  anlayış  kimi  tarix  səhnəsindən 
silinsə  də,  onun  dünya  mədəniyyətinə  bəxş  etdiyi  incilər  və  onun 
dili  məhv  olmadı,  ölkədə  yaşayan  başqa  tayfaların  ünsiyyət
314
A zərb a yca n şü n a slığ ın   əsasları
vasitəsinə  çevrildi,  həmin  bu  tayfalar  o  dövrün  ictimai-siyasi 
hadisələri  ilə  əlaqədar  olaraq,  özlərini  Şumer  yox,  qarabaş 
adlandırdılar!  Beləliklə  də,  tarixin  ən  dərin  qatlarında  öz  izlərini 
qoymuş  Şumer  dili  ölkədəki  digər  tayfaların  dillərinə  qarışaraq 
əriyib  yox  oldu  -  assimilyasiya  nəticəsində  yeni  yaranan  dil  akkad 
dili adlandırıldı.
Tarixdən məlum olduğu kimi, Şumer əlitbası dünya xalqlarının 
bir  çoxunun  mədəniyyətinin  inkişafına  güclü  təkan  vermiş,  hətta, 
yəhudilər  Şumer  əlifbasından  və  mətnlərindən  istifadə  edərək, 
"Tövrat"  kitabını  yazdılar  və  onu  dünya  incisi  kimi  yaymağa 
başladılar.
Yuxarıda  qeyd  olunan  fikir  və  mülahizələri  yekunlaşdırsaq 
belə  bir  məntiqi  nəticə  çıxarmaq  olur  ki,  Şumer  və  türk  dilləri  bir 
medalın  iki üzüdür. Bir medalın iki  üzünü isə bir - birindən ayırmaq 
mümkün  olmadığı  kimi,  Şumer  və  türk  dillərini  də  linqvistik 
baxımdan  da,  tarixən  bir-birinə  yaxınlığını,  qohumluğunu  da 
bir-birindən  ayırmaq,  onları  bir-birinə  yadlaşdırmaq  da  qeyri 
-mümkündür...
Alman  alimi  Q.Derfer  türk  "Tanrı"  anlamını  şamançılıqdan 
çox-çox  əvvəllərdən  ən  inkişaf etmiş  mərhələsinə  qədər  izləmiş  və 
belə  qənaətə  gəlmişdir  ki,  Taıırıçılıq  bəşər  tarixində  ilk  təkallahlıq 
dinidir".  Bu  mənada  ,  hər  bir  vətəndaşın  özünü  dərk  etməsi  üçün 
onlar,  hər  şeydən  əvvəl,  Tanrısını  tanıyıb  sevməli  və  öz  xalqının 
tarixini  dərindən  və  hərtərəfli  öyrənməli  və  başqalarına  da 
öyrətməlidir.  Bir sözlə. Tanrı  insaun inam yeri, tarix  isə onun tarixi 
məbədi, alınmaz qalası, qürur yeri olmalıdır...
XX  -  XXI  əsrin  məşhur  türkoloqu  Hacı  Murad  insanlar 
arasında dini  görüşlərin  yaranması  ilə əlaqədar olaraq,  "Aziatskaya 
Yevropa"  ("Asiya  Avropası")  adlı  kitabında  yazmışdır:  "Yalnız
315


N.  C əfərov,  M .  Ç obu n ov,  Q.  P a şa yeva
bizim  eranın 312-ci  ilində Avropa  auditoriyasında (xalq qarşısında. 
-  M.Ç.)  Göy  Allahına  ilk  dualar  oxunmuşdur.  Bu  dualarda  hələ 
Xristos  haqqında  heç  nə  yox  idi.  Bu  dualar  türk  dilində 
səsləndirilmişdir.  Deməli,  o zamanlar teologiya  haqqında  biliklərlə 
təkcə türklər tanış imişlər".
Yuxarıda  qeyd  olunanlardan  belə  qənaətə  gəlmək  olur  ki, 
"Teologiya-İlahiyyat və ya sistemləşdirilmiş dini görüşlər və ya dini 
biliklər ilk dəfə Şumerdə yaranmışdır".
Bu  münasibətlə,  "Xristianstvo"  ("Xristianlıq",  xristian  dini, 
xaçpərəstlik  -   M.Ç.)  ensiklopediyasında  yazılıb:  "500-510-cu 
illərdə  Dionis  iki  redaksiyada  -  iki  variantda  kilsə  və  apostol 
yığıncaqları qaydalarını hazırladı".
Müəlliflər  qeyd  edirlər  ki,  Dionis  təmizqanlı  türk  olub, 
eramızın  V-VI  əsrlərində  yaşayıb.  Onu  Avropada  "skifdən  (skif 
türk  tayfalarıdır.  -M.Ç.)  olan  abbat"  (katolik  kilsəsində  monastır 
rahibi;  ruhani  rütbəli  şəxs -   M.Ç.)  adlandırıblar.  Mənbələrdə qeyd 
olunduğu  kimi,  elə  həmin  dövrdən  Avropada  ilk  vaxtlar 
xristianların  ibadət  qaydaları  Türk  Tannçılıq  dininə  uyğun  olaraq 
aparılınağa  başlamışdır.  Burada yeri  gəlmişkən  onu da  qeyd  etmək 
lazımdır ki,  eramızın  301-ci  ilindən  etibarən  Albaniya  kilsələrində 
də bütün dini ayinlər Türk dilində oxunmağa başlanmışdır.  Deməli, 
xristianlar  dini  ibadət  etməyi  sivilizasiyanın  yaradıcısı  olan 
türklərdən öyrənmişlər...
ŞUMER-ALTAY-TÜRK DİLLƏRİ AİLƏSİ
Dilçilik  elminin  müəyyən  etdiyinə  görə,  müasir  dünyada  3 
mindən  artıq  müxtəlif  dillər  vardır.  Dilçilik  ədəbiyyatında  qeyd 
olunduğuna  görə,  Dünya  dillərinin  2500-ə  qədəri  ümumi  dilçilik
316
Л zərb a yca n şiin a slığ ın  ə sa sla n
elmi  tərəfindən  araşdırmalara  cəlb  edilmiş,  yerdə  qalan  dillər  isə 
siyahıya  alınmışdır.  Yəni,  araşdırılan  dillərin  fonetik  və  lüğət 
tərkibi,  morfoloji  və  sintaktik  əlamətləri,  orfoepik  və  orfoqrafik 
xüsusiyyətləri, tarixi və s. əsasən öyrənilmişdir.
Dünya xalqları planetimizin müxtəlif bölgələrində məskunlaşıb 
yaşadığı  kimi,  həmin  xalqlara  ünsiyyət  vasitəsi  kimi  xidmət  edən 
dillər  də  müxtəlif  bölgələrdə,  o  cümlədən,  ingilis  dili  Avropa  və 
Amerika ölkələrində, çin, hind, türk, ərəb, fars, yapon və s. dillər isə 
Asiya  ölkələrində  yayılmışdır.  Dünya  dillərinin  bəzisi  yüz 
milyonlarla  adama  xidmət  etdiyi  halda,  bəzisi  bir  neçə  milyon, 
bəzisi  bir  necə  yüz  min  və  hətta,  bir  necə  yüz  adama  xidmət  edir. 
Məsələn,  çin  dilində  1  milyard  300  milyon,  ingilis  dilin-də  300 
milyon,  fransız  dilində  60  milyon,  Azərbaycan-türk  dilində  55 
milyondan çox, gürcü dilində 3  milyon, avar dilində 400 min, saxur 
dilində  11  min,  man  dilində  6  min,  toflar  dilində  isə  600  nəfərə 
yaxın adam danışır.
Elmi  ədəbiyyatın  verdiyi  məlumatlara  görə,  Dünyada  dillərin 
miqdarı  ilə  həmin  dillərin  yayıldığı  ölkələrin  sayı  bir-birinə  uyğun 
deyildir.  Başqa  sözlə desək,  bəzi  ölkələrdə  bir və  ya  bir  necə,  bəzi 
ölkələrdə onlarla, bəzi  ölkələrdə  isə,  yüzlərlə dildən  istifadə olunur. 
Məsələn,  Konqoda  500-ə,  İndoneziyada  250-yə,  Rusiyada  100-dən 
çox,  Azərbaycanda  10-daıı  çox,  Gürcüstanda  isə  10-a  yaxın  dildə 
danışan xalq və ya milli qruplar vardır.
Yuxanda qeyd olunanlardan göründüyü kimi, ayrı-ayrı ölkələr­
də müxtəlif dillər çoxluğu vardır.  Həmin dilləri nə ayrı-ayrılıqda, nə 
də  qrup  halında  öyrənmək,  araşdırmaq  qeyri-mümkün  edir  və  ya 
çox  çətinlik  törədir...  məhz  bu  çətinlikləri  nəzərə  alaraq,  müxtəlif 
ölkələrdə yaşayan və müxtəlif dillərdə danışılan dilləri  geneoloji və
317


Yüklə 8,17 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə