Dərs vəsaiti m £


N .  C əfərov,  M .  Ç o b a n o v,  Q.  P a şa yeva



Yüklə 8,17 Mb.
Pdf görüntüsü
səhifə78/83
tarix23.08.2018
ölçüsü8,17 Mb.
#63883
1   ...   75   76   77   78   79   80   81   82   83

N .  C əfərov,  M .  Ç o b a n o v,  Q.  P a şa yeva
tıpoloji  cəhətdən  bir-birinə  uyğun  olan  dilləri  ayrı-ayrı  qruplarda 
birləşdirilərək, dil ailələri üzrə təsnif olunmuşlar...
Müasir dünyamızda  mövcud  olan  dillər geneoloji  təsnifə görə 
aşağıdakı dil ailələrinə bölünmüşdür:
Ənənəvi təsnif
1. Hind - Avropa dilləri ailəsi
2. Türk dilləri ailəsi
3. Uqor - Fin dilləri ailəsi
4. Mancur - Tunqus dilləri ailəsi
5. Çin-Tibet dilləri ailəsi
6. Sami - hami dilləri ailəsi
7. İber- Qafqaz dilləri ailəsi
8. Malay - polinez dilləri ailəsi
9. Dravid dilləri ailəsi
Son təsnif
1.  Hind - Avropa dilləri ailəsi
2. Şumer-Altay-Türk dilləri ailəsi
3. Uqor - Fin dilləri ailəsi
4. Mancur - Tunqus dilləri ailəsi
5. Çin-Tibet dilləri ailəsi
6. Sami - hami dilləri ailəsi
7.  İber - Qafqaz dilləri ailəsi
8. Malay - polinez dilləri ailəsi
9.  Dravid dilləri ailəsi
Xalqımızın min illər boyu ünsiyyət vasitəsi kimi istifadə etdiyi 
Azərbaycan  -  türk dili  (indi  Azərbaycan  dili)  geneoloji  təsnifə görə 
Şumer-Altay-Türk  dilləri  ailəsinə  daxildir.  Türk  dilləri  ailəsinin 
tarixi  inkişaf yolu barədə son vaxtlara qədər yekdil  fikir olmadığına 
görə,  Dünya  dillərinin  geneoloji  təsnifındə  gah  Türk  dilləri  ailəsi, 
gah  da  Altay  dilləri  ailəsi  adları  altında  iki  müxtəlif fikir və  ya  iki 
mülahizə  indi  də  qalmaqdadır.  Başqa  bir  mülahizəyə  görə,  Altay 
dilləri  linqvistik  baxımdan  bir-birinə  çox  yaxın  olduğuna  görə, 
onları  Türk  dilləri  ailəsi  və  Monqol  -  tunqus  -  mancur dilləri  ailəsi 
adı  altında  iki  ailə  olduğu  fikirlərini  irəli  sürürlər  (Bu  mülahizə 
XVIII əsrdən bəri, hələ də, mübahisəli olaraq qalmaqdadır).
XX  əsrin  ortalarından  isə,  bir  sıra  alimlər  Koreya,  qismən  də 
qədim  Şumer  və  Yapon  dillərinin  də  Altay  dilləri  ailəsinə  daxil 
olduğunu  qeyd  edirlər.  Bu  mülahizədə də bir həqiqət vardır.  Tarixi
318
Л zərb a yca n şiin a slığ m   ə sa sla n
mənbələrə  və  tarixi  qaynaqlara,  həmçinin,  linqvistik xüsusiyyətlərə 
görə,  qədim Şumer dilinin qismən yox, tamamilə Türk-Altay dilləri 
ailəsinə daxil edilməsi tamamilə ağılabatandır.
Yuxanda  qeyd olunanları  və  dünya  şumerşünaslannm  "Tarixə 
öz  imzasını  atmış  qədim  xalqlar:  Şumerlər,  Türklər."  mövzusunda 
qeyd olunan  fikir və mülahizələrə əsaslanaraq, belə qənaətə gəlmək 
olur  ki,  qədim  şumer  dili  də  və  qədim  Türk  dilləri  də  linqvistik 
baxımdan (fonetik, geneoloji və tipoloji,  lüğət tərkibi və qrammatik 
əlamətlərinə  görə)  bir  -  birinə  tamamilə  yaxın  və  oxşar  dillərdir. 
Bütün  bu  xüsusiyyətlər  də  qədim  Şumer  və  qədim  Türk  dillərinin 
eyni  bir  dil  ailəsində  birləşdirməyə  tam  əsas  verir.  Odur  ki,  bu 
dillərin bir - birinə yaxınlığını  və uyğunluğunu  nəzərə alaraq, onları 
vahid  bir  dil  ailəsində  -  "Şumer-Altay-Türk  dilləri  ailəsi"ndə 
birləşdirmək  tarixilik,  elmilik  və  məntiqi  baxımdan  daha  düzgün 
olardı...
Buraya  kimi,  qeyd  olunanları  nəzərə  alaraq,  Altay-Türk 
dillərinin  təsnifi  tarixinə  qısaca  nəzər  salmaq  yerinə  düşərdi. 
Doğrudur,  Türk  dillərinin  öyrənilməsi,  hələ,  X-XI  əsrlərdən 
başlansa  da,  bu  araşdırmalar,  əsas  etibarı  ilə,  elmi  yox,  tətbiqi 
xarakter  daşıyırdı.  Yəni,  Türk  dillərinin  öyrənilməsinə  ticarət, 
diplomatik  və  hərbi  yürüşlərlə  əlaqədar  olaraq,  qısa  sahə  danışıq 
lüğətləri  xarakteri  daşıyırdı...  Türk  dillərinin  elmi  xarakterdə 
araşdırılmasının  tarixi  -  özülü  XI  əsrdə  görkəmli  alim  Mahmud 
Kaşgarlı  tərəfindən qoyulmuşdur.  Onun  təxminən  1000  illik  tarixə 
malik  olan  "Divani-lüğəti-it-türk"  kitabı  indi  də  elmi  əhəmiyyətini 
itirməmiş, bir növ, türkşünaslann masaüstü kitabına çevrilmişdir...
Türk dillərinin əsaslı elmi xarakterdə araşdırılması, demək olar 
ki,  XIX  əsrin  əvvəllərindən  sonra  geniş  vüsət  alsa  da,  XIX  əsrin 
ortalarından  sonra  Türk  dillərinin  tarixi  yönümdə  (təhriflərlə)
319


N.  C əfərov,  M .  Ç o b a n o v,  Q.  P a şa yeva
araşdırılması,  bir növ,  yeni  və  aktual  mövzuya  çevrilir,  hətta,  Türk 
dillərinin  geneoloji  istiqamətdə  təsnifi  türkoloqların  daimi  diqqət 
mərkəzində olur...
Burada yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, Qərbin 
və  Rusiyanın  türkşünas  alimləri  Şumer  və  Türk  dillərinin 
öyrənilməsinə  baxışlarında  müxtəlif mövqedən  çıxış  edirdilər.  Bu 
baxımdan, həmin türkoloqları iki qrupa bölmək olar:
1. 
Şumer-Altay-Türk  dillərinin  araşdırılmasına,  əsil 
mənada,  elmi  və  elmi-tarixi  müqayisəli  metodla  yanaşanlar, 
tarixi,  maddi-mədəniyyət  və  mənəvi  mədəniyyət  mənbələrinə 
elmi  prizmadan  yanaşıb,  düzgün,  dəqiq  və  obyektiv  elmi  və 
məntiqi nəticə söyləyənlər.
Bu  sahədə  rus  türkoloqları,  o  cümlədən  İ.  N.Berezin  "Türk 
dillərinin  dialektləri"  əvəzinə  "Müsəlman  türk  dialektinin  sistemi" 
(Kazan,  1848)  əsərində,  N.  İ.  İlminski  "Türk-tatar  kursuna 
giriş-oxu" məqaləsində (1861), V.V.  Radlov da Türk dillərini təsnif 
etmiş (1882);  N. A.  Aristov  "Türk tayfa və xalqlarının etnik tərkibi 
və  onların  sayı  haqqında  məlumatlar"  məqaləsində  (1896);  N.  F. 
Katanov  "Türk-tatar  tayfalarının  etnoqrafik  xülasəsi"  (1894)  və 
"Uryaııxoy  dilinin  tədqiqi  təcrübəsi  və  onun  türk  köklü  başqa 
dillərlə  başlıca  qohumluq  münasibətləri"  (1903)  əsərlərində; 
F.E.Korş 
"Türk 
tayfalarının 
dilinə  görə  təsnifi"  (1910) 
məqaləsində;  A.N.Samoyloviç  "Türk  dillərinin  təsnifinə  bəzi 
əlavələr"  adlı  kitabında  (1922)  geniş  yer  vermişlər.  Lakin  bu 
araşdırmaların heç birində Şumer-Altay-Türk dillərinin tarixi təsnifi 
əsaslı şəkildə öz elmi həllini tapmamışdır.
Yuxarıda  Türk  dillərinin  təsnifinə  həsr  olunmuş  fikir  və 
mülahizələr  arasında  V.V.Radlovun  təsnifi,  nisbətən,  diqqəti  cəlb 
etsə də, tam elmi  xarakter daşımır.  Onun təsnifi coğrafi prinsip üzrə
320
A zərb a yca n şü n a slığ ın   əsasları
aparılmış  və  türk  dilləri  coğrafi  məkan  baxımdan  dörd  bölgəyə 
bölünmüşdür:  Şərq  bölgəsi,  Qərb  bölgəsi,  Orta  Asiya  bölgəsi  və 
Cənub bölgəsi;  F.E.Korş da Türk dillərinin təsnifinə coğrafi  prinsip 
baxımdan yanaşmış və Türk dillərini  dörd qrupa bölmüşdür:  Şimal, 
Qərb, Şərq və Qarışıq qrup (Yakut, Çuvaş);
XX əsrin birinci yarısı və ortalarında A.N.Samoyloviçin təsnifi 
nisbətən  geniş  yayılmışdır.  Bu,  heç  də,  təsadüfü  deyil.  Çünki  o, 
Türk  dillərinin  təsnifinə  linqvistik  baxımdan  yanaşmış  və  türk 
dillərinin fonetik və morfoloji əlamətlərini nəzərə almaqla altı qrupa 
bölmüşdür:  Bulqar  və  ya  Çuvaş  qrupu,  Uyğur  və  ya  Şimal-Şərq 
qrupu,  Qıpçaq  və  ya  Şimal  -  Qərb  qrupu,  Cığatay  və  ya  Cənub  - 
Şərq  qrupu,  Qıpçaq  -  türkmən  və  ya  Orta  qrupu,  Türkmən  və  ya 
Cənub - qərb qrupu.  Lakin  bu təsnif də  linqvistik  baxımdan  tam və 
mükəmməl  deyil.  Çünki  bu  təsnifdə  Türk  dillərinin  tarixi,  lüğət 
tərkibi, sintaktik, onomastik xüsusiyyətləri nəzərə alınmamışdır.
XX  əsrin  birinci  yarısında  fəaliyyət  göstərən  türkoloq 
V.A.Boqoroditski  1934-cü  ildə  çap  olunmuş  "Vvcdeniye  v 
tatarskoye yazıkoznaniye v  svyazi  s  drugimi  tyurkskimi  yazıkami" 
əsərində coğrafi  əlamətlərinə görə, Türk dillərini  aşağıdakı  qruplara 
bölmüşdür:  Şimal-şərq  dilləri  qrupu,  Xakas  dilləri  qrupu,  Altay 
dilləri  qrupu,  Qərbi  Sibir dilləri  qrupu, Volqaboyu-Ural  ətrafı dilləri 
qrupu, Orta Asiya dilləri qrupu, Cənub-Qərb dilləri qrupu.
Yuxarıda  qeyd  olunanlardan  göründüyü  kimi,  müəllif  Türk 
dillərini  təsnif  edərkən,  Türk  xalqlarının  və  dillərinin  tarixini  və 
dillərin  linqvistik xüsusiyyətlərini  nəzərə almadığından bu  təsnifdə 
qeyri-məqbul sayılır...
XX əsrin ortalarında məşhur türkoloq S.E.Malov da "Drevniye 
i  novıye tyurkskiye yazıki"  (1952)  adlı  məqaləsində Türk  dillərinin 
təsnifinə  əlavələr etmiş  və  Türk dillərini  ən  qədim,  qədim,  yeni  və
321


Yüklə 8,17 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə