Dərs vəsaiti m £



Yüklə 8,17 Mb.
Pdf görüntüsü
səhifə75/83
tarix23.08.2018
ölçüsü8,17 Mb.
#63883
1   ...   71   72   73   74   75   76   77   78   ...   83

/V . 
C əfərov,  M .  Ç o b a n o v,  Q.  P a şa y e v a
bədii  mətnlərin  də,  ilk  folklor  nümunələrinin  də,  ilk  olaraq,  vəhşi 
heyvanların  əhliləşdirilməsinin  də,  ilk əkinçilik  mədəniyyətinin də; 
ilk  Tannçılığın  da,  ilk  təkallahlığın  da  müəllifi  şumerlərin  olduğu, 
artıq,  dünya  miqyasında  qəbul  edilmişdir...  Bütün  bunlar,  o 
deməkdir  ki,  məşhur  Şumerşünas  S.N.Kramerin  gəldiyi  elmi 
nəticə -  "Tarix  Şumerdən başlanır"  ifadəsi elmi  baxımdan tamamilə 
özünü doğruldur.... Və hamı  tərəfindən bir mənalı qəbul edilir...
Bütün yuxanda qeyd olunanlar XIX əsrin ortalanndan etibarən 
onun  Dünya  Humanitar  elm  sahəsində  yeni  bir  qolunun  - 
şumerşünaslığın  təşəkkül  tapmasına  imkan  yaradılmışdır.  Lakin 
Şümerologiyada  uzun  müddət  şumeroloqlar  arasında  fikir  ayrılığı 
davam etmişdir...
Dünya 
Şumeroloqlanmn 
bir 
qrupu 
İkiçayarasına: 
1)
Şumerlərin  gəlmə  olduqlarını  ,  2)  bir  qrupun  isə  yerli  -  köklü xalq 
olduğunu,  3)  bir  qrupu  isə  Şumerlərin  müasir  türk  xalqlannın  ulu 
babalan  və  ya  əcdadları  olduğunu,  4)  digər  qrupu  isə  Şumerlərin 
türk  xalqları  ilə  genetik  qohumluqlarının  olmadığını,  5)  başqa  bir 
qrupu isə lmqvistik baxımdan Şumer dili  ilə türk dillərinin geneoloji 
və  tipoloji,  lügəvi  və qrammatik quruluşu  etibarı  ilə bir-birinə daha 
yaxın  və  bənzər  olduğunu  söyləyirlər,  6)  bəziləri  isə  bu  dillər 
arasında  heç  bir  yaxınlıq  olmadığını  iddia  edirlər.  Bütün  bu 
müxtəlif  fikir  və  mülahizələrə  baxmayaraq,  7)  Şumerlərin 
yerli-köklii  xalq  olmaları  və  8)  şumer  dilinin  türk  dilləri  ilə 
yaxından  bağlılığına  görə  əksəriyyətinin  fikir  və  mülahizələri  bir 
nöqtədə bir - birinin üstünə düşür.
Yuxarıda qeyd olunanları  nəzərə alaraq,  şumeroloqların şumer 
dilinə dair mülahizələrini aşağıda qeyd etməyi  lazım bildik:
N.Cəfərov: 
"Azərbaycanda 
ilk 
sosial-siyasi 
birliklərin
eramızdan  əvvəl  V  minillikdə  formalaşmasını  güman  etmək olar...
306
Л zərbaycanşünaslığın əsasları
Adları  bizə  məlum  olan  ən  qədim  tayfalar  isə  kutilər,  lullubilər və 
humlərdir  ki.  Mənbələr  onlar  barəsində  eramızdan  əvvəl  III 
minilliyin  ortalanndan  başlayaraq  söhbət  açırlar.  Həmin  tayfalar 
Azərbaycanın 
əsasən 
Cənubunda 
məskunlaşmışlar. 
Və 
Şumer-Akkad mənbələrinin  verdiyi  məlumata görə,  onlar vaxtaşın 
Ön  Asiyanın  güclü  dövlətlərini,  xüsusilə  Mesopotamiyanı  narahat 
edirdilər.  Bu  məlumat  azərbaycanlılann  (türklərin)  regionda 
hərbi-siyasi  fəallığını  göstərsə  də,  bu  və  ya  digər  dərəcədə 
mükəmməl  dövlətçilik  təfəkkürünə  malik  olub-olmamaları  barədə 
əhəmiyyətli bir şey deyilmir".
Nizami  Cəfərov:  "Azərbaycan  türkcəsinin  formalaşması. 
Ümumtürk  ədəbi  (yazı)  dilinin  təşəkkülü,  təkamülü,  tənəzzülü..." 
problemlərindən  bəhs  edərkən  yazmışdır:  "Azərbaycan  türkcəsi 
ümumtürk  dilinin  diferensiasiyası  nəticəsində  təşəkkül  tapmışdır. 
Azərbaycan türkcəsi... ümumtürkcənin varisidir...
Qədim  (ümum  -  )  türk  dili  təxminən  eramızdan  əvvəl  I 
minilliyin ortalarında Altay dillərinin bölünməsi  ilə əlaqədar olaraq, 
təşəkkül tapıb formalaşmışdır.  Həmin bölünmə prosesi isə, görünür, 
bir  neçə  min  il  davam  etmişdir  (eramızdan  əvvəl  IV  -  III 
minilliklərdən eramızdan əvvəl  I minilliyə qədər)".
Yuxarıda  qeyd  olunan  bu  mülahizədən  aydın  şəkildə  görünür 
ki,  deməli,  eramızdan  əvvəlki  IV  -  III  minilliklərdə  qədim  Türk 
dillərinin  bir  qolu  olan  Azərbaycan-türk  dili  kök  Türk  dilindən 
tədricən ayrılaraq, müstəqil dil  kimi inkişaf yoluna düşmüşdür...
Şumerlərin qədim tarixə malik olmaları haqqında  Lis və  Fejko 
XX  əsrin  ortalarında  şumer barədə  olan  qeyri  -  dəqiq  mülahizələri 
alt  -  üst  edərək  yazmışdılar ki,  "Şumerdə  eramızdan  əvvəl  4500-cü 
ildən  çox-çox  qabaq  insanlar  yaşayırdı"  (R.Cəbiyev,  Şumer  kilidi, 
səh.25).  Şübhəsiz  ki  ,4500  -  cü  ildən  qabaq  İkiçayarası  ərazisində
307


N.  C əfərov,  M.  Ç oban ov,  Q.  P a şa yeva
yaşayanların  da,  şumerlərin  ulu  babaları  olmalı  idi.  Çünki  insanlıq 
sivilizasiyasını  yaradan  bir xalqın  daha  qədim  tarixə  malik  olması 
şəksizdir.
Şumeroloq  V.Vrenqyosun  qənaətinə  görə,  şumerlər  Uruk  və 
Übeyd  mədəniyyətinin  başlanğıcından  burada  olublar,  yəni  heç 
yerdən  gəlməyiblər,  yerli  xalqdırlar...  (eramızdan  əvvəlki  VI 
minilliyin sonu və IV minilliyin ortaları).
Məşhur  ingilis  alimi  S.LIovd  şumerlərin  tarixindən  bəhs  edən 
"Ekiz  çaylar"  adlı  əsərində  şumerlərin  tarixindən  bəhs  edərək 
yazmışdır:  Turanlılar  təxminən  on-on  iki  min  il  bundan  qabaq 
şəfalı,  varlı-bərəkətli  Dəclə  və  Fərat  çayları  hövzəsində  məskən 
salıb,  ətraflarında  yaşayan  saysız  -  hesabsız  vəhşi  qəbilələrin 
heyrətli  nəzərləri  qarşısında dünya sivilizasiyasının səhərini açdılar. 
Dünyada Ulu bir mədəniyyətin məşəli alışdı..."
Alman  alimi  Frits  Hommcl  Şumer  dilinin  Türk  dilləri  ilə 
qohumluğundan bəhs edərək yazmışdır:  "Bu dil  (Şumer dili.-M.Ç.) 
Altay-türk dilləri ilə qohumdur".
Şumeroloq  A.  İ.  Tyumenyev  "Qosudarstvennoye  xozyaystvo 
drevneqo  Şumera"  (M. 1956)  kitabında  Şumerdə  yazının  meydana 
gəlməsindən  bəhs  edərək  yazmışdır  ki,  Şumerdə  yazının  əmələ 
gəlməsi  eramızdan  əvvəl  IV  minilliyin  əvvəllərinə  -  təxminən 
3750-ci illərə aiddir.
Türk  alimi  Ahmet  Cavat  "Alfabenin  mənşəyi  ən  əski  türk 
yazısıdır"  adlı  kitabında  əlifbanın  yaradılması  tarixindən  bəhs 
edərək,  Şumerlər  əlilbam  yaratmış,  təkmilləşdirmiş  və  onlar 
türklərdir nəticəsinə gəlmişdir.  Bu münasibətlə A.Cavat yazmışdır: 
"Şumer dilinin Turani dillərə bənzədiyi artıq qəbul edilmişdir.
Tanınmış  Şumeroloq  I.  M.  Dyakonov  "Epos  o  Qilqamış" 
əsərində  Şumer  dilindən  bəhs  edərək  yazmışdır  ki,  "III  minilliyin
308
A zərbaycanşiinasltğm əsaslan
(e.ə.III minillik nəzərdə tutulur -  M.Ç.) İkiçayarası Dövlətindən heç 
biri  təmiz  semit  dövləti  olmamışdır (deməli,  İkiçayarası  dövlətində 
eyni  zamanda  Şumerlərin  varlığı  da  istisna  olunmur -M.Ç.),  amma 
II  minilliyin  əvvəllərindən  semit  dili  Şumerlərin  qədim  dilini 
tədricən  sıxışdırmışdır,  bütün  ölkədə  canlı  istifadədən  çıxarmışdır, 
ancaq  (Şumer  dili,-  M.Ç.)  din  və  elm  dili  kimi  ölü  dil  olaraq 
qalmışdır".
XIX  -  XX  əsrlərdə  yaşamış  məşhur  alman  Şumerşünası 
Q.Vinkler  "Zapadnaya  Aziya  v  drevnem  vremeııi"  (İstoriya 
çeloveçestva,  t.  III)  kitabında  Şumer dilinin  tarixindən  bəhs  edərək 
yazmışdır ki,  Şumer dili  və onun tarixdəki rolunu "yeni dövrdə elm 
və  kilsə  dili  olan  latın  dili  və  onun  oynadığı  rolla"  eyni  səviyyənə 
qiymətləndirmək olar".
Şumer  mədəniyyətinin  araşdırıcılarından  olan  alman  alimi 
Q.Vinkler  "Vaviloııskaya  kultura"  adlı  kitabında  yazmışdır:  "Bizə 
qədər  gəlib  çatmış  ən  qədim  qaynaqlar  semit  dilində  deyil,  Şumer 
dilində  yaıamb  ki,  daha  sonralar  bu  yazıların  dilini  də  onların 
(Şumerlərin.-M.Ç.)  dili  də  adlandırıblar.  Bu  dil,  hələlik,  yeganə 
dildir ki.  Babil  mədəniyyətini  yaradanlardan, oxşəkilli  yazıları  icad 
edənlərdən  -  Şumerlərdən  bizə  qədər gəlib  çatmışdır,  bunu  onların 
(Şumerlərin.  -  M.Ç.)  dili  də  adlandırırıq".  Bu  dil  əsas  (linqvistik 
.M.Ç.)  əlamətlərinə  görə  Türk  dillərinə  uyğun  iltisaqi  quruluşlu 
dildir..."
Azərbaycan  Şumerşünası  R.Cobiycv  Şumer  tarixindən  bəhs 
edərək  yazmışdır:  "Şumer  dili  Yer  üzündə  heç  bir  tayfanın  dilinə 
bənzəmir, amma həm də bu dil  hamımızın ortaq dilimizdir".
Dövrümüzün  tanınmış  alimi,  Şumeroloq  E.ƏIibəyzado  də 
Türkiyə  alimi  A.Cavatm  yuxarıda  qeyd  olunan  fikir  və 
mülahizələrini  dəstəkləyir.  O,  bu  münasibətlə  yazmışdır:  "  Üç  min
309


Yüklə 8,17 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə