Dərs vəsaiti m £


TV.  C afarov,  M .  Ç o b a n o v,  Q.  P a şa y e v a



Yüklə 8,17 Mb.
Pdf görüntüsü
səhifə82/83
tarix23.08.2018
ölçüsü8,17 Mb.
#63883
1   ...   75   76   77   78   79   80   81   82   83

TV. 
C afarov,  M .  Ç o b a n o v,  Q.  P a şa y e v a
1000  nəfərdən  çox  əhali  əsir  götürüldü...  Həmçinin,  Azərbaycanın 
tarixi torpaqları olan Dağlıq Qarabağı (Azərbaycanın sabiq Qarabağ 
xanlığının ərazisi) və onun ətraf rayonlarını  işğal etdilər. Bu da ölkə 
ərazisinin 20 %-ni təşkil edir.  Bu ərazilərdən  1  milyon nəfərdən çox 
dinc  yerli  əhali  doğma  dədə-baba  torpaqlarından  məcburən qovul­
du,  didərgin  salındı...  On  minlərlə  dinc  əhali  işğalçı  haylar tərəfin­
dən öldürüldü, şikəst edildi...
Doğma  Vətənindən  didərgin  düşən  1  milyondan  çox  əhali 
qaçqınlıq 
və 
köçkünlük 
şəraitində 
yaşamağa 
məcbur 
oldular...Burada  bir  məqamı  da  qeyd  etmək  yerinə  düşərdi: 
Məlumdur  ki,  Azərbaycan  əhalisinin  sayı  1989-cu  ildə  7.021.200 
nəfər,  2010-cu  ilin  yanvarında  isə  9  milyon  nəfər olmuşdur.  Yəni, 
son  21  ildə  qaçqınlıq  və  məcburi  köçkünlük  şəraitində  yaşamağa 
məcbur  olan  əhalinin  təbii  artımı  təxminən  300  min  nəfərə  yaxın 
olmuşdur.  Çünki  hüquqi  baxımdan  qaçqınlıq  və  köçkünlük 
şəraitində doğulan  körpələr - vətəndaşlar da qaçqın statusuna malik 
olmalıdır...  Deməli,  hal-hazırda  Azərbaycan  əhalisinin  1  milyon 
300  min  nəfəri  məcburi  qaçqınlıq  və  köçkünlük  şəraitində 
yaşamaqdadır...  Bu  əhali  indi  də  doğma  isti  ocaqlanna  qayıtmaq 
arzusu  ilə  yaşayırlar...  Bir  sözlə,  1,3  milyon  nəfər  Azərbaycan 
vətəndaşlarının  insani  hüquqları  və  əsas  azadlıqları  pozulmuşdur, 
tapdanmışdır...
Lakin  Azərbaycanın  ermənilər  tərəfindən  işğal  olunmuş 
ərazilərinin  təcili  qeyd-şərtsiz  azad  edilməsi  ilə  əlaqədar  olaraq, 
BMT  Təhlükəsizlik  Şurasının  4  Qətnaməsini  1992-ci  ildən  bəri 
Ermənistan, hələ də, icra etməyibdir.  BMT-nin Təhlükəsizlik Şurası 
da,  Minsk qrupu da, digər beynəlxalq təşkilatlar da, hətta, dünyanın 
digər aparıcı  dövlətləri  də  "çox ərköyünlüklə  müdafiə" etdikləri er­
mənilərə  "yazıq  xalq"  kimi  baxırlar  və  hətta,  təcavüzkar Ermənis­
334
A zarbaycan şü n aslığın  asasları
tana  hərtərəfli  yardım  edirlər...Onlar  təcavüzkarla  (Ermənistanla) 
təcavüzə  məruz  qalana  (Azərbaycana)  eyni  prizmadan  baxırlar, 
ədalətlə  ədalətsizliyi  obyektiv  halda  qiymətləndirə  bilmirlər,  bəlkə 
də, istəmirlər; bu problemin həllinə ikili standartla yanaşırlar....
Bax,  budur!  Qərbin  Dünya xalqlarının qloballaşması  haqqında 
irəli sürdüyü "mədəni müstəmləkəçiliyin" acı nəticələri!!!
Yuxanda  qeyd  olunanlardan  göründüyü  kimi,  XX  əsrin  sonu 
və  XXI  əsrin  əvvəllərində  faktiki  olaraq,  "mədəniyyətlərin 
müharibəsi"  başlanmışdır;  Qərb  (Avroatlantik)  mədəniyyəti  özünü 
dünyanın  yerdə  qalan  mədəniyyətlərinə  qarşı  qoymuşdur...  Bəzi 
alimlər,  o  cümlədən,  F.Fukuyama,  "Polemika  o  statiye  “konets 
istorii” (Dialoq),  İ.Vallerstayn,  "Analiz mirovıx  sistem  i  situasiya v 
sovremennom  mire",  P.D.Vyukenen  "Smert  Zapada"  və  başqalan 
belə  hesab  edir ki,  "mədəni-infonnasiyalara"  və  müharibələrin əsas 
dağıdıcı  xarakterinə  baxmayaraq,  nəticələr  çox  fəlakətli  və  faciəli 
ola  bilər:  ola  bilsin  ki,  yalnız  аупса  bir  imperiya  yox,  bütövlükdə, 
mədəniyyətlər məhv olsun.  Bu mülahizələrdən belə qənaətə gəlmək 
olar  ki,  Qərbin  "qloballaşma"  siyasəti,  ilk  növbədə,  Şərqə-enerji 
ehtiyatlarına  malik olan  və sürətlə  inkişaf edən  Müsəlman aləminə, 
o cümlədən də, Türk dünyasına qarşı istiqamətləndirilmişdir...
Dünyada  belə  halların  baş  verməməsi  üçün  Dünya  xalqlarının 
"Qloballaşma"sına  müxtəlif aspektlərdən  yox,  hərtərəfli  baxılması 
və  araşdırılması  ön  plana  çəkilməlidir.  Bir  sözlə,  mədəniyyətlərin 
inkişaf  tarixinə  Umumdünya  tarixi  və  mədəniyyətləri  və  s. 
kontekstlərdə  müxtəlif mədəniyyətlərin  dəyərləri  qarşılıqlı  təsir  və 
qarşılıqlı  əlaqələr  və  əlavələr  sistemi  də  araşdırılmalıdır.  O 
cümlədən  də,  Türk  dünyasının,  ilk  növbədə,  öz  aralarında 
"Qloballaşması"na da bu yönümdə yanaşılmalıdır.
335


/V . 
C əfərov,  M .  Ç obu n ov,  Q.  P a şa yeva
Deməli,  mədəniyyətlər  öz  mahiyyətinə  görə,  Ümumdünya 
tarixinin,  o  cümlədən,  Ümumtürk  tarixinin  də  təxirə  salınmaz 
tədqiqat  obyekti  olmalıdır.  Çünki,  Qloballaşma  bir  tərəfdən  vahid 
proses  olsa  da,  digər  tərəfdən  üzvlərinə  ayrılan  proses  olmaqla 
qarşılıqlı  əksliklərin  inkişaf vektorudur  (miqdar  və  istiqaməti  olan 
kəmiyyət).  Bu  mənada,  qloballaşma  prosesinə  mədəniyyətlərin 
qarşılıqlı  təsirinin  və  qarşılıqlı  əlavələrinin  nəzərə  alınmasına  tarixi 
aspektdə baxılması zəruridir.
Əlbəttə,  bütün  bunlar  türk  xalqlarının  əvvəlcə  öz  aralannda 
qloballaşması  prosesində  də  nəzərə  alınmalıdır...Bu  planda  Rusiya 
sivilizasiyasından  (mədəniyyətlərindən)  bəhs  edən  A.S.Axiezerin 
aşağıda  qeyd  olunan  mülahizəsini  daha  düzgün  hesab  etmək  olar: 
təşəbbüslər  arasında  manevr  edərək,  sabitləşmək  və  möhkəmlən­
mək  üçün  özünün  təqdim  etdiyi  mədəniləşdirmə  layihəsini  bütün 
insanlığa aid  etməklə,  ayrı-ayrı  xalqların  təqdim  etdiyi  xüsusi  layi­
həsinin  gələcək  nəticələrinin  varlığını  potensial  təhlükə  altında 
qoyur.
Hamıya yaxşı məlumdur ki, Rusiya  Federasiyasında XV-XV1 
əsrlərdən  bəri  çoxmillətli  və  çoxsaylı  xalqlar  yaşayır,  hal-hazırda 
onların  sayı  120-dən  çoxdur.  Həmin  xalqların  hər  birinin  ana  dili, 
mədəniyyəti  və  adət-ənənələri  vardır...  Odur  ki,  həmin  xalqlann 
hamısı  üçün  eyni  qloballaşma  planı  hazırlamaq  və  hamının  bir 
sərəncamla  qloballaşma  axınına  qoşulması  qeyri-məntiqi  görünür. 
Rus  dilində  bir  ifadədə  deyildiyi  kimi,  bu  "makro  şovinizm" 
ideyaları və qatı müstəmləkəçilik siyasəti yeritməkdən başqa bir şey 
deyildir.  Bizim  mülahizəmizə  görə,  dünya  xalqlarının  və  ya  bölgə 
xalqlarının  (o  cümlədən,  Rusiya  Federasiyasında  yaşayan  Türk 
xalqları  əvvəlcə  öz  aralarında  qloballaşma  axınına  qoşulmalıdır) 
bir-birinə  inteqrasiyası  da,  qloballaşması  da  demokratik  və
336
A zərb a yca n şü n a slığ ın   əsasları
könüllülük  prinsipləri  əsasında  həyata  keçirilməlidir.  Əgər  bu 
prinsiplərə  əməl  edilməsə,  şübhəsiz  ki,  nəticədə  xalqların 
qloballaşması yox, əksinə bir-birindən ayrılması və parçalanması üz 
verə  bilər.  Odur  ki,  qloballaşma  prosesi  və  onun  proqramı 
əvvəlcədən  hazırlanmalı  və  ümumxalq  müzakirəsindən  sonra 
tədricən həyata keçirilməlidir...  Bu  problemin həlli  prosesində "Yüz 
ölçüb,  bir  biçmək"  müdrik  kəlamına  dəqiqliklə  riayət  olunmalıdır. 
Yoxsa... sonrasmı "Tanrı" saxlasın...
Yuxarıda  qeyd  olunanlardan  başqa,  Qloballaşma  prosesində 
obyektiv  olaraq,  ictimai-fəlsəfi  anlam  kimi  hər  bir  xalqın  ana  dili, 
etnik  tarixi,  tarixi  toponimləri  (yer-yurd  adları),  dini,  mədəniyyəti 
və  mənəvi  mədəniyyəti  (adət-ənənələri),  həmçinin,  subyektiv  ola­
raq,  özünü eyniləşdirməsi  göstəriciləri  nəzərə alınmalıdır.  Məhz bu 
göstəricilərlə  bütün  məhdudlaşdırmalara  baxmayaraq,  mədəniy­
yətlərin  qarışması  və  ya  qovuşması  haradasa,  maraqlı,  yaxud, 
maraqsız ola bilər...
Qloballaşma  o  vaxt  maraqsız  olar  və  parçalana  bilər  ki, 
qloballaşma  prosesində  yuxanda  qeyd  olunan  göstəricilərdən  biri 
və ya bir neçəsi unudulmuş olsun...
XX  əsrin  ikinci  yarısından  sonra  tarixçi  alimlər  belə  bir 
mülahizə  irəli  sürürlər  ki,  XX  əsrdə  üç  dəfə  dünya  müharibəsi 
olmuşdur.  Bu  müharibələrin  iştirakçılan  olan  ölkələr öz  aralarında 
əvvəlcədən  siyasi  və  hərbi  xarakterli  müqavilələrlə,  bir  növ, 
qloballaşmışlar...
Bəs, bu qloballaşmanın son nəticəsi necə oldu?
Birinci 
Dünya  müharibəsinin 
nəticəsi  olaraq, 
Rusiya, 
Almaniya,  Avstriya-  Macarıstan  və  Osmanlı  imperiyaları  dağıldı 
(1914-1918)...
337


Yüklə 8,17 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə