&ь.ъ(<Ы]
C,ze>
Redaktor:
Nadir Məmmədli,
Filologiya elmləri doktora, professor
Rəyçilər:
A. M. Piriyev,
fəlsəfə üzrə fəlsəfə doktora, dosent
M. Ə. Əfəndiyev,
fəlsəfə üzrə fəlsəfə doktora, dosent
N.Cəfərov, M.Çobanov, Q.Paşaycva.
Azərbaycanşünaslığın əsasları. Bakı,AzAtaM, 2013, 352 səh.
Ali məktəblər üçün nəzərdə tutulmuş «Azərbaycanşünaslığın əsasları»
dərs vəsaitində Müstəqil Azərbaycan Respublikası haqqında qısa məlumat,
Azərbaycançılıq anlayışları və Azərbaycanşünaslıq problemləri, fənnin
yaranması zəruriliyi, onun məqsəd və vəzifələri; Ümummilli lider Heydər
Əliyevin strateji və azərbaycançılıq görüşləri; Hərbi strategiyası, dil siyasəti,
Türk dünyası birliyinin strategiyası; Azərbaycanşünaslığın atributları;
Azərbaycan-türk dilinin təşəkkül tarixi və inkişafı məsələləri; Azərbaycan-türk
xalqının tarixi və onun mərhələləri; intibahı və tarixi dövlətçiliyi; Şumer və
türklərin eyni köklü olması məsələləri; Şumer-Altay-Türk dilləri ailəsi;
Ümumi türkoloji məsələlər və Türklüyümüzün yenidən oyanışı və s. məsələlər
ətraflı şərh olunmuşdur.
Bu dərs vəsaitindən ali və orta ixtisas məktəblərin müəllimləri və
tələbələri, magistrlər, elmi tədqiqatçılar və Azərbaycanşünaslıq məsələləri ilə
maraqlananlar faydalana bilər...
4602000000
---------------
qrıjlı nəşr
N 0 9 8 - 2 0 1 3
© «Elm və təhsil», 2013
A zərb a yca n şiin a slığ ın ə sa sla n
BİR NEÇƏ SÖZ
Ali məktəblər üçün nəzərdə tutulmuş “Azərbaycanşünaslığın
əsasları” adlanan bu dərs vəsaitinin ümumi məqsəd və vəzifələri,
hər şeydən əvvəl, Azərbaycançılıq ideyasının həyatda reallaşdırıl-
masını təmin etmək və yeni təşəkkül tapmış Azərbaycanşünaslıq
elm sahəsində müasirlik və
tarixilik baxımdan dərindən və
hərtərəfli öyrənməkdən, onun ümumi məzmununu və mahiyyətini
tələbələrə və ya dinləyicilərə geniş mənada anlatmaqdan ibarətdir.
Bizim mülahizəmizə görə, milli-etnik tariximizin, tarixi coğ
rafiyamızın, maddi və mənəvi abidələrimizin, etnoqrafiya və folk
lorumuzun, ümumilikdə isə, ulu babalarımızın bizə irs qoymuş
olduğu milli mədəniyyətimizin və incəsənətimizin dərindən öyrə
nilməsi və hərtərəfli təbliğ olunmasına lazımi qayğı göstərilməli
dir. Çünki ziyalılığın-xalqımızın avanqard dəstəsinin, vətəndaş
hazırlığının əsil yolu öz milli kökünə və bəşəri dəyərlərə söykənə
rək, «Azərbaycanşünaslığın əsaslan»nı dərindən və hərtərəfli öy
rənməsi problemləri ilə qırılmaz tellərlə bağlıdır. Bu tellər ulu ba
balarımızdan bizə, bizdən isə gələcək nəsillərə müqəddəs bir ruh
kimi qalan milli mənəvi dəyərlərimizlə, milli sərvətlərimizlə və
ədəbi irsimizlə bilavasitə bağlıdır.
Bu da, hər şeydən əvvəl, ölkəmizin təhsil sistemində tədrisi
tarixən unudulmuş olan, «Azərbaycanşünaslığın əsaslan» fənninin
3