Dərs vəsaiti m £


/V.  C əfərov,  M.  Ç obanov,  Q.  P a şa yeva



Yüklə 8,17 Mb.
Pdf görüntüsü
səhifə8/83
tarix23.08.2018
ölçüsü8,17 Mb.
#63883
1   ...   4   5   6   7   8   9   10   11   ...   83

/V. 
C əfərov,  M.  Ç obanov,  Q.  P a şa yeva
“Azərbaycanşünaslığın”  formalaşmasında  türkoloqlar,  iranşü- 
naslar,  qafqazşünaslar,  semitoloqlar,  demək  olar  ki,  eyni  dərəcədə 
iştirak etmişlər, ona görə də, həmin elm sahələri  üzrə mütəxəssislə­
rin  çox  zaman  biri  digərini  tamamilə  inkar edən  mülahizələri  azər­
baycanşünaslıqda  sinkretik  (və  “beynəlmiləl”)  bir  sistem  təşkil 
edir”...
Ümumbəşəri baxımdan, “Əlbəttə, beynəlmiləl ümumbəşəri də­
yərlərə hörmət etmək hər bir xalqın mükəmməlliyini, mədəni səviy­
yəsinin  yüksəkliyini  göstərir;  bununla  belə,  hər  hansı  xalqı  zorla 
beynəlmiləlləşdinnək  ona  heç  bir  “hüquq,  yaxud  nüfuz  gətirməz, 
əksinə,  həmin  xalqı  öz  kökündən,  tipologiyasından  ayırıb,  dünya 
proseslərinin  önündə gedənlərin  kölgəsinə  çevirər...”.  Deməli,  bey­
nəlmiləlçilik  xalqlar  arasında  zorla  yox,  ayrı-ayrı  xalqların  siyasi, 
iqtisadi  və  mədəni  inkişaf  səviyyəsinə  uyğun  olaraq,  xalqlar  öz 
aralarında  heç  bir təsir olmadan  beynəlmiləl  münasibətlər,  əlaqələr 
yaratmalıdırlar...”
Azərbaycanşünaslığın  əsas  problemi  dedikdə,  hər  şeydən 
əvvəl,  Azərbaycan  xalqının  mənşəyi  (kökü,  soykökü)  və  onun 
inkişaf  tarixi  nəzərdə  tutulur.  XX  əsrin  30-cu  illərinə  qədər 
Azərbaycan  xalqının  mənşəyi  elmi-tarixi  istiqamətdə  apanlsa  da, 
30-cu  illərdən  sonra  isə,  müxtəlif siyasi-ideoloji  mövqedən  tədqiq 
olunmağa başlanmışdır.  Beləcə də, xalqımızın mənşəyi (etnogenizi) 
müxtəlif  şəkildə  “həll  edilmişdir”  -  türkoloqlar  türk,  iranşünaslar 
İran,  Qafqazşünaslar  bu  və  ya  digər  qeyd-şərtlə  də  olsa,  Qafqaz 
(Alban)  başlanğıcını  əsas  götünnüş  və  nəticə  etibarilə  qeyri-elmi 
xarakterli,  saxtalaşdırılmış  bir  “metodoloji”  mənzərə  yaranmışdır. 
Odur  ki,  indi  Azərbaycan-türk  dilinin,  ədəbiyyatının,  mə­
dəniyyətinin təşəkkül tarixi barədə əsaslı, mükəmməl, vahid fikir və 
mülahizə  söyləmək  olduqca  çətindir.  Çünki,  bu  sahədə,  artıq,
32
A zərb a yca n şü n a slığ ın   əsasları
mövqeyini  möhkəmlətmiş  “konsepsiyalar”  mövcuddur  ki,  həmin 
“konsepsiyalari’ın hər biri özünün fikir və mülahizəsini yeganə elmi 
fikir saymaq iddiasındadır...
Yuxanda qeyd olunanlardan göründüyü kimi, bu “konsepsiya” 
Azərbaycan  xalqının  mənşəyi  barədə  hər  cür  volyuntarist 
nəzəriyyənin ortaya çıxması  üçün  münbit metodoloji  şərait yaradır. 
Bu  “Konsepsiya  yalnız  səhv  deyil,  həm  də  mürtəcedir,  xalqa  öz 
keçmişini,  etnik  mənşəyini  unutdurmaq  ehtiyacından  irəli  gəlmiş­
dir.  Ümumiyyətlə, Azərbaycanşünaslığın sürətlə formalaşdığı 30-cu 
illər (XX əsr) Azərbaycanda, bütövlükdə, sovetlər birliyində türkçü­
lüyə  qarşı  amansız  mübarizə  dövrüdür  (repressiyalar dövrüdür)  ki, 
həmin  tendensiya  yuxarıda  haqqında  bəhs  etdiyimiz  “konsepsiya­
da”  da  özünü  göstərir”.  Onu  da  qeyd  edək  ki,  burada  Hunlardan, 
Sabirlərdən  (Savirlərdən),  Xəzərlərdən,  Oğuzlardan  və  başqaların­
dan  bəhs  olunduğu  halda,  onlann  eyni  bir etnosa-türklərə aid oldu­
ğu  barədə  heç  bir  fikir söylənmir...  Burada  məqsəd ondan  ibarətdir 
ki, “Azərbaycan xalqının etnik tərkibində türklüyün yeri minimuma 
endirilsin,  köçəri  gəlmələrin  qeyri  -   türk  mənşəli  (türkköklü 
olmayan)  aborigenlərə  (yerli  xalqa)  sistemsiz  təsiri  səviyyəsinə 
endirilsin.  Əlbəttə,  bu  cür  tendensiyalı  xüsusi  (həm  də  artıq  öz 
nüfuzunu  itirmiş!)  ideoloji  məqsədlə  uydurulmuş  metodlarla  elmi 
azərbaycanşünaslıq yaratmaq mümkün deyil...”
Qədim  dövrlərdən  Tarixi  Azərbaycan  ərazilərində  və  ona 
həmhüdud  ölkələrdə  türklər,  iranlılar,  qafqazlılar  və  digər  etnoslar 
yaşasa  da  ,  tarixi  mənbələrin  verdiyi  məlumatlara  görə,  ölkədə  və 
bölgədə aparıcı  etnokulturoloji  mövqe erkən orta əsrlərdən etibarən 
Azərbaycan  türklərinə  məxsus olub.  Məhz bunun  nəticəsidir ki,  XI 
əsrdən  ta  XX  əsrin  əvvəllərinə qədər Azərbaycan  türkcəsi, bir növ, 
xalqlararası  və  ya  beynəlxalq  ünsiyyət  vasitəsi  funksiyası  rolu
33


oynamışdır.  Hətta,  XIX  əsrin  əvvəllərindən  Qafqaz  xalqları  Çar 
Rusiyasının  paytaxtı  Sankt-Peterburqa  və  Moskvaya  müxtəlif 
məzmunlu məktubları da Azərbaycan türkcəsində göndərirdilər.
Azərbaycanın  türkləşməsi.  Yuxanda  qeyd  olunanlardan 
göründüyü  kimi,  erkən  orta  əsrlərdən  təşəkkül  edən  Azərbaycan 
xalqı  şumer-türk  mənşəlidir,  şumer-türk  etnik-mədəni  sisteminin 
üzvü  tərkib  hissəsidir.  Başqa  sözlə  desək,  Azərbaycan  xalqının 
etnogenezi  (mənşəyi),  ümumən  Azərbaycanın  etnik  tarixi  ilə 
yaxından  bağlı  olub...  Tarixi  mənbələrin  verdiyi  məlumatlardan 
aydın  olur  ki,  Azərbaycanın  ərazisində  türklərin  məskunlaşması, 
Azərbaycanın 
türkləşməsi 
prosesi 
eramızdan 
əvvəlki 
Il-I 
minilliklərdən  çox-çox  əvvəllərdən  başlamış  və  sonrakı  əsrlərdə 
daha  da  güclənmişdir.  Bu  faktları  qonşu  gürcülərin  “Kartlis 
sxovreba” (“Gürcü həyatı”) mənbələri də təsdiq edir...
Belə  ki,  ən  qədim  gürcü  yazılı  mənbələrindən  biri  olan 
“Moksevaj  Kartlisa”  da  (VIII  əsr)  yazılıb  ki,  eramızdan  əvvəl  IV 
əsrin  20-ci  illərində  Makedoniyalı  İsgəndərin  İrana  və  Cənubi 
Qafqaza  yürüşləri  zamanı  indiki  Gürcüstan  ərazisində  Kür  çayı 
sahillərində  buntürklər  (qədim  türklər)  yaşayırmış.  Deməli,  artıq, 
qədim  dövrlərdən  həmin  ərazilər  türkləşmişdir...  Odur  ki,  bu 
məlumat  bizim  eranın  VIII  əsrində  yazılsa  da,  qədimlik  anlayışına 
müasirlik  baxımdan  yox,  tarixilik,  yəni  Makedoniyalı  İsgəndərin 
yürüşlərinin  baş  verdiyi  vaxt  baxımdan  yanaşılmalıdır.  Belə 
olduqda,  qədimlik  anlayışı  Makedoniyalı  İsgəndərin  yürüş  etdiyi 
dövrdən qabaqdan hesablanmalıdır. Odur ki, heç olmasa  1000-1500 
il  əvvəlki  dövr  nəzərdə  tutulmalıdır  ki,  həmin  dövr  Makedoniyalı 
İsgəndərin yürüşləri vaxtına görə, qədim sayıla bilsin...
Azərbaycan  türklərinin  Tarixi  Azərbaycan  ərazisində  çox 
qədim dövrlərdən məskunlaşmış olduğunu V-VIII əsrlərdə yazılmış
N.  C əfərov,  M .  Ç obanov,  Q.  P a şa y e v a
34
A zərb a yca n şü n a slığ ın   əsasları
“Karklis  sxovreba”da  qeyd  olunmuş  onlarla  Azərbaycan-türk 
mənşəli  sözləri  də  təsdiq  edir...  Deməli,  Azərbaycan  türkləri  bu 
bölgədə  qədim  dövrlərdən  məskunlaşmışdır  ki,  Azərbaycan-türk 
sözləri  gürcü  dilinə  keçmiş  və  hətta,  V-VIII  əsrlərdə  gürcü  dilinin 
yazılı  mənbələrində  qeyd  olunmuşdur...  1879-cu  ildə  K.Patkanyan 
yazmışdır  ki,  hələ  erkən  orta  əsrlərdə  Zaqafqaziyada,  nəinki, 
türkköklü  Azərbaycan  dili  var  idi,  bu  dil,  hətta,  o  zaman  qonşu 
xalqların,  o  cümlədən,  ermənilərin  (o  dövrdə  Cənubi  Qafqazda 
ermənilərin  məskun  olması???)  və  gürcülərin  dillərinə  də  təsir 
etmişdir.  Bu,  o  deməkdir  ki,  qədim  dövrlərdən  Tarixi  Azərbaycan 
ərazisində,  o  cümlədən,  Cənubi  Qafqaz  bölgəsində  də  Azərbaycan 
türkləri  həm  çoxluq  təşkil  etmiş,  həm  də  qonşu  xalqların 
mədəniyyətinə və dilinə təsir etmək imkanına malik olmuşdur...
Yuxanda  qeyd  olunan  tarixi  faktlar  sübut  edir  ki,  Tarixi 
Azərbaycan  ərazisində  türklərin  məskunlaşması  və  ərazinin 
türkləşməsi  eramızdan  əvvəlki  II-I  minilliklərdən  çox-çox  əvvəl 
başlamış və bu proses erkən orta əsrlərdə əsasən başa çatmışdır...
«VƏTƏN», «VƏTƏNDAŞ» VƏ 
«VƏTƏNPƏRVƏRLİK» ANLAYIŞLARI
Qədim  və  zəngin  mədəniyyətə  malik  olan  xalqımızın 
təfəkküründə «Vətən» anlayışının tarixi Ulu babalannın tarixi qədər 
qədim  və  zəngindir.  «İlk  eposumuz  olan  (və  xalqın  təşəkkülünün 
ilkin  mərhələlərində  formalaşan)  «Kitabi-Dədə  Qorqud»  qədim 
azərbaycanlıların  (Azərbaycan  türklərinin.  -   M.Ç.)  epik  dünya­
görüşündə  vətənpərvərlik  hisslərinin  nə  qədər  güclü  olduğunu 
parlaq  şəkildə  nümayiş  etdirilir  ki,  həmin  hisslər  Azərbaycan 
xalqını  heç  bir  tarixi  mərhələdə  tərk  etməmiş,  XIX  əsrin  sonu  XX
35


Yüklə 8,17 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə