Dərs vəsaiti m £


N.  C əfərov,  M.  Ç oban ov,  Q.  P a şa yeva



Yüklə 8,17 Mb.
Pdf görüntüsü
səhifə9/83
tarix23.08.2018
ölçüsü8,17 Mb.
#63883
1   ...   5   6   7   8   9   10   11   12   ...   83

N.  C əfərov,  M.  Ç oban ov,  Q.  P a şa yeva
əsrin əvvəllərindən etibarən yeni keyfiyyət qazanmış, siyasi-ideoloji 
məzmun  kəsb  etmişdir».  Başqa  sözlə  desək,  «Vətən»  Ulu 
babalarımızın  öz  varlıqlarının  ilk günlərindən  yurd-yuva  saldıqları, 
əkib-biçdikləri,  mal-qaralarını  və  qoyun  sürülərini,  at  ilxılarını 
otardıqları,  yeri  gələndə  yad  ellilərə  qarşı  at  belində  əldə  qılınc  at 
oynatdıqları  bütün  ərazilər,  dağlar,  dərələr,  düzənliklər,  meşələr, 
büllur bulaqlar və s. nəzərdə tutulur.
«Vətəndaş» dedikdə isə, Ulu babalarımızın sahib olduğu Tarixi 
ərazilərində  daimi  yaşayan  soydaşlarımız  (Vətənin 
«canlı 
daşı-insanlar) nəzərdə tutulur.
Tarixin  bütün  mərhələlərində  «Vətən»  və  «Vətənpərvərlik» 
anlayışları  paralel  işlənmiş,  işlənir  və  gələcəkdə  də  geniş  mənada 
işlənəcəkdir...  Vətənpərvərlik öz məna tutumuna və məna çalarlan- 
na  görə,  Vətənini  sevən,  Vətəninə  və  xalqına  məhəbbət  bəsləmək, 
Ulu  babalarımızın  bizə  miras  qoyduğu  Böyük  Vətənində  Dövlət 
qurumlarımızı  və  xalqımıza  ünsiyyət  vasitəsi  kimi  xidmət  edən 
milli  dilimizi,  mədəniyyətimizi,  ədəbiyyatımızı,  incəsənətimizi, 
milli-mənəvi  dəyərlərimizi,  adət-ənənələrimizi  qoruyub  yaşatmaq 
və nəsildən-nəsillərə ötünnək deməkdir...  Çünki  tarixin bütün mər­
hələlərində  dövlət  qurumları  cəmiyyətin  bütün  ali  və  ən  yüksək 
mənafelərinin  təcəssümcüsü  olmuş,  olur  və  gələcəkdə  də, 
olmalıdır...
Bu  mənada,  «Vətən,  onun  tarixi,  dili  və  adət-ənənələri  olma­
dan mən bir heç olardım»  fikrini, düşüncəsini dərk edən fərd (şəxs) 
vətəndaşa  çevrilir.  Çünki  o,  anlayır,  başa  düşür  ki,  «Vətənə  olan 
təhlükə  şəxsən  mənə  də,  yəni  mənim  firavanlığıma  və  hətta, 
həyatıma  olan  təhlükədir».  Odur  ki,  hər  bir  vətəndaş  ölkəmizin 
mənafeyini  hər  şeydən  üstün  tutmalıdır.  Daha  dəqiq  desək  hər  bir 
vətəndaş  təkcə  öz  mülkiyyətini  yox,  həm  də  Vətənin  və  xalqın
3 6
iimumi  mənafeyini  qorumaq  naminə  həyatını  qurban  verməyi 
bacarmalıdır,  Vətən  uğrunda  «Şəhidlik  zirvəsi»nə  yüksəlməyə 
həmişə  hazır  olmalıdır.  Məhz  belə  halda,  «milli  ideologiya  ilə. 
silahlanmış  və  aşılanmış  vətəndaşlıq  dövlətin  öz  tərəqqisini, 
təhlükəsizliyini,  ərazi  bütövlüyünü,  nəsillərin  və  milli  ruhun 
varisliyini  təmin  etmək  səlahiyyətinin əsas amilinə çevrilin).  Çünki 
tarixi  inkişafın  ümummilli  mənasını,  intellektual  fenomenini  və ulu 
babalarımızdan  bizə  miras  qalan  mədəni  irsi  özündə  birləşdirən 
azərbaycançılıq  dünyagörüşü  müasir  dövrdə  belə  təsəvvür  olunur. 
Deməli,  azərbaycançılıq  dünyagörüşü  gənclərimizə  məhz,  bu 
istiqamətdə aşılanmalıdır...
XALQIN ANA  DİLİNDƏ ÖZÜNÜ TƏQDİM 
ETMƏSİNİN ƏSAS İSTİQAMƏTLƏRİ
Ulu  dilin  ayrı-ayrı  Dil  ailələrinə  və  öz  növbəsində,  Dil 
ailələrinin ayrı-ayrı  Dil  qruplarına və ya yanın qruplanna  aynlması 
nəticəsində dünyada  ilkin  hesablamalara görə 6000-ə yaxın  xalq  və 
etnos  dilləri  yaranmışdır.  Dillərin  sonrakı  inkişafı  gedişində 
ayrı-ayrı  qəbilə,  tayfa  və  etnos  dilləri  ümumi  ünsiyyət  şəraitində 
bir-birilə birləşmiş  və  cəmiyyətin  daha  sonrakı  inkişafı  nəticəsində 
dillərin  sayı  təxminən  iki  dəfə  azalmışdır.  Dilçilik  elminin  son 
məlumatlarına  görə  müasir  Dünyamızda  müxtəlif  dillərin  sayı  3 
minə  yaxındır.  Deməli,  dünyada  3  minə  yaxın  millət  ,  xalq  və 
etnoslar  mövcuddur.  Bu,  millətlərin,  xalqların  və  etnosların  hər 
birinin  üzvü  özünü  başqa xalqlann  nümayəndələrinə öz Ana dilləri 
ilə müxtəlif istiqamətlərdə təqdim edirlər:
1. 
Etnoqrafik  istiqamət -   adət-ənənələrin,  məişət  münasi­
bətlərinin  Iinqvistik  (diklə)  ifadəsi:  Yəni,  etnoqrafik  təqdimat
A zərbaycarışiin aslığm   əsasları
3 7


N.  C əfərov,  M.  Ç obanov,  Q.  P a şa yeva
istiqamətində  özünü başqa xalqların nümayəndələrinə təqdim  edən 
şəxs  -   azərbaycanlı,  hər  şeydən  əvvəl,  doğma  Azərbaycan  dilində 
mənsub  olduğu xalqın  (ailə, tirə,  qəbilə,  tayfa)  qısa tarixi,  Ana  dili, 
coğrafiyası, maddi və mənəvi mədəniyyəti, etik və əxlaqi keyfiyyət­
ləri-xalqlar  arasındakı  tarixi  qonşuluq  və  dostluq  münasibətləri, 
ədəbiyyatı  və  incəsənəti,  adət-ənənələri,  həyat  tərzi  (qaçqınlıq  və 
köçkünlük  həyatı),  məişət  münasibətləri,  ermənilərin  bədxah 
qonşuluq  və  işğalçılıq  siyasəti,  terrorçuluq  törətmədə  meylli 
olmalan  və  s.  haqqında  müfəssəl  məlumat  vennəyi  bacarmalıdır 
(etnoqrafiya  və  ya  etnoqrafik  termini  yunanca  “etnos”(xalq)  və 
“qraphos’Xyazıram) 
sözlərinin  birləşməsindən  düzəlib).  Ümumi 
mənası  hər  hansı  bir  xalq  haqqında  yuxanda  qeyd  olunanlar 
haqqında məlumat vermək nəzərdə tutulur.
Azərbaycan xalqının nümayəndələri  də dünyanın  hər hansı  bir 
xalqının nümayəndələri  ilə görüşləri  və söhbətləri  zamanı özünü öz 
doğma  Ana  dilində  təqdim  etməlidir.  Əlbəttə,  özünü  və ya  xalqını 
başqalanna  təqdim  edən  hər  hansı  fərd  (azərbaycanlı)  təqdimat 
zamanı  aşağıda  qeyd  olunan  təqdimetmə  istiqamətlərinə,  əsasən, 
riayət etməlidir.
2. 
Etnopsixoloji  istiqamət-dilin  müxtəlif  səviyyələrinin 
(səs-söz,  söz-cümlə,  cümlə-mətn)  nitqdə-dildə  ifadəsi:  Yəni, 
etnopsixoloji  istiqamətində  başqa  xalqın  nümayəndələrinə  özünü 
təqdim  edən  fərd  (şəxs)  azərbaycanlı,  ilk  növbədə,  öz  doğma  Ana 
dilində  öz xalqının  ayn-ayn  nümayəndələri  və ya  ümumi  xalqımız 
üçün  səciyyəvi  olan  etnopsixoloji  məqamlar  -xalqın  əhval-ruhiy­
yəsi, psixi  fəaliyyəti,  həyəcanlı  və həyəcansız,  nikbin və bədbin  ru­
hiyyəsi,  hirsli  və  sakit  təbiətli,  kinli  və  kinsiz,  qayğıkeş  və  qəddar, 
canfəşan və amansız və.  s etnik psixoloji görüşləri  barədə müfəssəl 
məlumat  verməyi  bacarmalıdır.  Dilin  müxtəlif  səviyyələrindən
38
A zərb a yca n şiin a slığ m   əsasları
(səs-söz,  söz-ifadə,  ifadə-cümlə, cümlə-mətn)  nitqdə-dildə müvafiq 
normalar üzrə istifadə etməyi bacannalıdır (etnopsixoloji termin yu­
nanca  “etnos”  (xalq)  və  “psyehe”  (insana  aid  olan  fərdi  əh­
val-ruhiyə deməkdir).
3. 
Mifoloji  istiqamət  dilin  yaddaşına  köçürülmüş  inamlar 
və ya inanclar aləminin ifadəsi:  Yəni, başqa xalqın nümayəndələ­
rinə  özünü  təqdim  edən  fərd  (şəxs)  -   azərbaycanlı,  ilk  növbədə, 
özünün  doğma  Azərbaycan  dilində Azərbaycan xalqının  nümayən­
dəsi  olaraq,  xalqımızın  tarixən  yaratmış  olduğu  “Tannçılıq”,  əfsa­
nəvi qəhrəmanlar, dünyanın və həyatın əmələ gəlməsi haqqında qə­
dim xalq rəvayətləri, əfsanələri, fantastik xəyali nağılları, dastanları, 
inamları  və  inancları, alqışları  və qarğışlan,  lətifələri, bayatı  və ağı­
ları  və s.  barədə ətraflı  məlumat vennəyi  bacarmalıdır (Mifologiya, 
mifoloji  tennin  yunanca  “morphe”(forma)  və  “loqos”  (təlim) 
sözlərinin  birləşməsindən  düzəlib  və  yuxanda  qeyd  olunan 
mənaları bildirir).
39


Yüklə 8,17 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə