Dərs vəsaiti m £


N.  C əfərov,  M .  Ç obaııov,  Q.  P a şa yeva



Yüklə 8,17 Mb.
Pdf görüntüsü
səhifə10/83
tarix23.08.2018
ölçüsü8,17 Mb.
#63883
1   ...   6   7   8   9   10   11   12   13   ...   83

N.  C əfərov,  M .  Ç obaııov,  Q.  P a şa yeva
“Müstəqil  Azərbaycan  Dövlətinin  əsas 
ideyası  azərbaycançılıqdır.  Hər bir azərbay­
canlı  öz  milli  mənsubiyyətinə  görə  qürur 
hissi keçirməlidir
 ” .
H eydər Ə liyev
I  B Ö L M Ə
Ü M U M M İL L İ  L İD E R   H E Y D Ə R  Ə LİY EV İN  
ST R A T E Jİ  VƏ
A Z Ə R B A Y C A N Ç IL IQ   G Ö R Ü ŞL Ə R İ
Ümumi  məlumat.  Müasir  dünyanın  geniş  diapozonlu  və 
erudisiyalı  tanınmış  siyasətçisi  və  təcrübəli  dövlət  xadimi,  öz 
xalqının mənafeyini hər şeydən üstün tutan, müasir dünya siyasəti
xalqımızın  tarixən  formalaşmış  və  minilliklərdən  bəri  təşəkkül 
tapmış mənəvi-siyasi  ideyası  ilə silahlanmış görkəmli  strategiyaçı 
Heydər  Əliyevin  perspektiv  proqram  xarakterli  “Müstəqil  Azər­
baycan  Dövlətinin  əsas  ideyası  azərbaycançılıqdır.  Hər  bir  azər­
baycanlı  öz milli  mənsubiyyətinə  görə qürur hissi  keçinnəlidir...” 
kəlamı  müstəqil  dövlətimizin  əsas  strategiyasını  istiqamətləndirən 
və tənzimləyən bir sənəd kimi, ölkəmizin istər ziyalıları -  alimləri, 
hərbçiləri,  istərsə  də  təhsil  və  təsərrüfat  sistemi  əməkdaşlarının 
qarşısında çox böyük tarixi vəzifələr qoymuşdur.
4 0
A zərb a yca n şü n a slığ ın   ə sa sla n
Prezident  Heydər  Əliyevin  yuxanda  qeyd  olunan  proqram 
xarakterli qısa kəlamının  arxasında çox  böyük bir məna, məzmun 
və mündəricə özünə yer tapmışdır.  Bu  qısa kəlamı  dərindən  təhlil 
etsək  görərik  ki,  həmin  kəlamın  ümumi  məzmununda həm strate- 
giyaçı,  həm  də  strategiyamız üçün  ən  vacib  olan  bütün  parametr­
lər öz əksini tapmışdır.
Heydər  Əliyevin  bütün  nitqlərini,  xalqa  müraciətlərini,  ay- 
n-ayn  dövlət,  elm  və  incəsənət  xadimlərinə  yazdığı  məktublarını 
dərindən  nəzərdən  keçirdikdə  belə  bir qənaətə  gəlmək  olur  ki,  o, 
dövrümüzün və zəmanəmizin görkəmli  strategiyaçı siyasətçilərin­
dən biri, böyük dövlət xadimi, təşkilatçı və qurucu, müdrik və mü­
təfəkkir  bir  şəxsiyyətdir.  O,  həm  bu  günümüzün,  müasir  dövrü­
müzün,  həm  də  gələcəyin  əvəzolunmaz  strategiyaçısıdır.  Bu 
mənada, onu  xalqımızın,  bütövlükdə  isə,  türk  dünyasının  idrak  və 
düşüncə xəzinəsinin  sərrafı,  təfəkkür və  ictimai-siyasi  tariximizin 
böyük dühası hesab etmək olar.
XX  əsrin  sonuncu  onilliyində  tale  xalqımızın  üzünə yenidən 
gülmüş,  xalqımızın  üzündəki  sevinc  çöhrələri  yenidən  parlamış, 
xalqımız  illərlə  mübarizə  aparmış,  qəlbində  qoruyub  saxladığı 
müstəqilliyə  yenidən  qovuşmuş,  özünün  müstəqil,  suveren 
Azərbaycan  Respublikasını  yaratmışdır.  Ümummilli  liderimiz, 
müasir  mərhələdə  dövlətçiliyimizin  və  strategiyamızın  banisi 
Heydər Əliyev bu münasibətlə nitqlərinin birində demişdir: “Müs­
təqil  Azərbaycan  ifadəsi  indi  hamı  üçün  əzizdir,  bunu hamı  təkrar 
edir.  Ancaq,  hər  kəs  də  başa  düşməlidir  ki,  Müstəqil  Azərbayca­
nın  müstəqil  yaşaması  üçün  hər bir  vətəndaşın  vətəndaşlıq  borcu 
var.  Bunu  təmin  etmək  üçün  hər biı  vətəndaş  öz  payını  verməli, 
öz  xidmətini  göstərməlidir”.  Onlar  dünyanın  bütün  ölkələrində 
yaşayırlar.  “Onlar da  azərbaycanlılardır,  onlar da  azərbaycançılıq
41


/V. 
C əfərov,  M .  Ç obanov,  Q.  P a şa y e v a
hissləri  ilə  yaşamalıdır,  onlar  da  özlərini  azərbaycanlı  kimi  hiss 
etməlidirlər, onlar Azərbaycanla bağlı olmalıdırlar”.
“M ən fə x r  edirəm  ki,  mən  azərbaycanlıyam ”,  -  deyən  Azər­
baycan  xalqının  Ümummilli  lideri  Heydər  Əliyevin  azprbay- 
cançılıq ideologiyasının tarixiliyi və müasirliyi əbədidir.
XX əsrin 40-cı  illərinin sonuna qədərki dövrü və XXI  əsrin ilk 
onilliyini  xalqımızın tarixində  ictimai-siyasi  sahədə xüsusi  mərhələ 
adlandırsaq,  heç  də,  səhv  etmərik.  Məhz  bu  mərhələdə  görkəmli 
startegiyaçı,  tanınmış  dövlət  xadimi,  sabiq  Sovet  imperiyası 
dövründə SSRİ Təhlükəsizlik orqanlarında və sonralar Sov.İKP-nin 
Mərkəzi  orqanlarında  geniş  miqyaslı  təşəbbüsləri  ilə  və  rəhbər­
lik-idarəetmə  təcrübəsi  ilə  fərqlənən  Ümummilli  lider  Heydər Əli­
yevin,  hələ  gənclik  illərindən  bir  istəyi,  bir  arzusu,  bir  amalı,  əqi­
dəsi, bir inamı, bir ideyası olmuşdur:
“Mənsub  olduğu  xalqın  tarixini  (və  milli  tarixi  ideallarını)  də­
rindən  bilməklə  yanaşı,  uzun  müddət  Sovet  Təhlükəsizlik  orqanla­
rında  xidmət etdiyindən,  onun  (xalqın)  hansı  məhrumiyyətlərə mə­
ruz  qaldığı  barədə  geniş  təsəvvürə  malik  olan  və  ən  əsası,  həmin 
məhrumiyyətlərdən çıxmağın yollarını axtarıb tapmağa qadir (olan) 
siyasi mütəfəkkir kimi Heydər Əliyevin milli  (və ümummilli!) lider 
mövqeyinə yüksəlməsi  ilə  Azərbaycançılıq  ideologiyasının tarixin­
də yeni dövr başlandı”...
Beləcə  də,  Azərbaycançılıq  idealları  çox  bir  sürətlə  azərbay­
canşünaslıq  elminin  təşəkkül  etməsinə  yeni  şərait  və  yeni  bir  yol 
açdı.  Bu  yolun  ilk  mühəndisi  də  Ümummilli  lider  Heydər  Əliyev 
oldu...  O,  Azərbaycanda  hansı  vəzifədə-rəhbər  vəzifələrdə  işlədiyi 
dövrlərdə  də  (1969-1982)  və  Sov  İKP-nin  Mərkəzi  Komitəsinin 
Siyasi  Bürosunun  üzvü  və  SSRİ  Nazirlər  Soveti  Sədrinin  birinci 
müavini  (1982-1987)  vəzifəsində  işləyəndə  də  öz  xalqına  xidmət
42
A zərb a yca n şiin a slığ ın   ə sa sla n
etməyi  bir  an  belə  unutmamış,  daim  Azərbaycanla,  Azərbaycan 
xalqı  ilə birgə nəfəs almışdır...
Burada  yeri  gəlmişkən,  Ümummilli  lider  Heydər Əliyevin  hə­
yat və fəaliyyəti  ilə bağlı  bir epizodu xatırlamaq da yerinə düşərdi... 
Sabiq  SSRİ  İmperiyasının  15  Müttəfiq  Respublikanın  birliyindən 
(əslində,  14  respublika  Rusiya  Federasiyasının  müstəmləkəsi  idi) 
ibarət  olduğu  yaşlı  nəslə  yaxşı  məlumdur...  Onu  da  qeyd  edək  ki, 
1970-ci  ilə  qədər  respublikalar  arasında  iqtisadi  inkişafına  görə 
Azərbaycanın  adı  həmişə  sonuncular  sırasında  çəkilirdi.  Əlbəttə, 
Azərbaycanın  adının  digər  respublikalar  arasında  sonuncular  sıra­
sında  çəkilməsi  bir  vətəndaş  kimi,  bir  azərbaycanlı  kimi  onu  qane 
etmirdi... O, doğma Azərbaycanın bu geriliyinə təəssüflənirdi...  An­
caq,  nə  etməli?  Hələ  ixtiyar  sahibi  deyildi...  O,  bu  barədə  Mərkəzi 
Hökumətin  hesabatlarını 
dinlədikcə  dərin-dərin  düşüncələrə 
qapılırdı...  Lakin tam səlahiyyəti yox idi...
Nəhayət,  tale  elə  gətirdi  ki,  1969-cu  ilin  14  iyulunda  Sov. 
İKP-nin  Mərkəzi  Komitəsi  və  SSRİ  Nazirlər  Soveti  tərəfindən  o 
dövrdə  Azərbaycan  SSR  Dövlət  Təhlükəsizlik  Komitəsinin  sədri 
vəzifəsində  çalışan  Heydər  Əliyevə  inam  və  etibar  edildi.  Onu 
Azərbaycan  KP  Mərkəzi  Komitəsinin  Birinci  Katibi  seçdilər...  O, 
elə  ilk  günlərdən  qarşısına  məqsəd  qoymuşdur  ki,  Azərbaycan 
Respublikasının  digər respublikalar  arasında  sonuncular  sırasından 
öncüllər sırasına çıxarsın.  Belə də oldu:  Heydər Əliyev Azərbayca­
na  rəhbərlik  etdiyi  ilk  ildən  etibarən  Azərbaycan  Respublikası 
iqtisadi, mədəni  inkişafına və digər göstəricilərinə görə, sabiq  SSRİ 
respublikaları  arasında,  nəinki,  öncüllər  sırasına  çıxdı,  hətta,  on  il 
dalbadal Sov.  İKP, Nazirlər Soveti və Həmkarlar Təşkilatının keçici 
Qırmızı  Bayrağına layiq görüldü...
43


Yüklə 8,17 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə