Dərs vəsaiti m £



Yüklə 8,17 Mb.
Pdf görüntüsü
səhifə16/83
tarix23.08.2018
ölçüsü8,17 Mb.
#63883
1   ...   12   13   14   15   16   17   18   19   ...   83

N   C  ə fa r o  
V, 
M.  Ç oban ov,  Q.  P a şa yeva
«Elə  adamlar axtarın  ki,  onlarla söhbət y a x ş ı  
kitaba  bərabər  olsun,  elə  kitablar  da  axtarın  ki, 
mütaliəsifilosoflarla söhbətə dəysin».
Ə .H .B ə h m ə n y a r
ÜMUMMİLLİ  LİDER HEYDƏR ƏLİYEVİN 
AZƏRBAYCANÇILIQ GÖRÜŞLƏRİ
Ümummilli  lider Heydər Əliyevin  ümumi  fəaliyyətinə  dərin­
dən  nəzər saldıqda məlum  olur ki,  o, şüurlu həyatının  bütün m ərhə­
lələrində (hələ gənclik  illərindən-Dövlət Təhlükəsizlik  orqanlarında 
xidmət etdiyi ilk günlərdən həyatının sonuna kimi) Azərbaycançılıq 
ideyalan  ilə yaşamış və bu  idealları  müasir dövrün tələbləri  baxım­
dan,  daha  da,  inkişaf etdinniş  və  gənclərimizin  bu  ruhda  tərbiyə 
olunmasına daha geniş miqyaslı  hər cür şərait yaratmışdır.  Onun bu 
-  Ümumvətən və Ümumxalq ünvanlı gördüyü işləri və ölkədə haki­
miyyət başında olduğu dövrlərdə qəbul etdiyi rəsmi qərarlar da, rəs­
mi  qonaqlar,  siyasətçilər,  yüksək  vəzifəli  dövlət  və partiya  işçiləri, 
alimlər, mədəniyyət və incəsənət xadimləri, siyasi  icmalçılar, vətən­
daşlarla  apardığı  söhbətlər  də  məhz  Azərbaycançılıq  ideyalarının 
təbliğinə  və  təşviqinə  xidmət  edirdi.  Odur  ki,  müasir  gənclərimiz 
onun  azərbaycançılıq  ideyalarından  bir örnək  kimi  bəhrələnirlər və 
gələcəkdə də bərələnəcəklər...
“Kitabi-Dədə Qorqud”-  1300. Azərbaycan xalqının qədim və 
zəngin  tarixinə  yaxından  bələd  olan  ümummilli  lider  Heydər
64
A zərb a yca n şü n a slığ ın   əsasları
Əliyevin təşəbbüsü  ilə 2000-ci  ildə  xalqımızın  Mədəniyyət xəzinə­
sinin nadir incisi  sayılan “Kitabi-Dədə Qorqud” eposunun -  dastan­
larının  Beynəlxalq  miqyasda  1300  illik  tarixi  yubileyi  keçirildi.  Bu 
yubileyin  keçirilməsi,  hər  şeydən  əvvəl,  Ümummilli  liderin  Azər- 
baycançılıq  ideallarına  tarixiliyin  müasirliyi  prizmasından  baxmış 
və  onun  bir  ənənəyə  çevrilməsini  daim  gündəmdə  saxlanmasını 
tövsiyə etmək demək idi...
Ümummilli  liderin  təbirincə  bu  yubileyin  geniş  miqyasda  ke­
çirilməsinin  əsas  məqsədi  “Azərbaycan  xalqının  qədim  və  zəngin 
tarixinin, mədəniyyətinin tarixi varlığını müasirlik baxımdan  Dünya 
xalqları  arasında  yaymaqdan,  xalqımızı  və  onun  tarixi  mədəniyyə­
tini  nümayiş  etdirməklə  xalqlar  arasında  yaymaqdan  və  tanıtdır­
maqdan  ibarət  idi.  Bu,  əslində,  Azərbaycançılıq  ideallarını  Azər­
baycan  xalqı  arasında  geniş  miqyasda  yaymaq  və  nəhayət,  eposun 
mənsub  olduğu  xalqın  (xalqımızın)  yüz  illər boyu  həsrətində  oldu­
ğu  bir  hadisənin  -   Azərbaycançılıq  ideallarının  gerçəkliyini  və  bə­
şəriliyini  xalqa çatdırılması demək  idi. Çünki əsrlərlə xalqımız azər- 
baycançılıq  ideallarının  yayılmasına  və  geniş  vüsət  almasına  tarixi 
düşmənlərimiz  olan  “xalqlar həbsxanası”  adlanan  Çar  Rusiyası  və 
onun varisi kimi çıxış edən sabiq SSRİ  imperiyası  və İran şahlığı ta­
rix  boyu  imkan  verməmişdir.  Xalqımızın  ziyalılarına  -   avanqard 
dəstəsinə  qarşı  daim  repressiyalar  tətbiq  etmişlər-ziyalılanmızı 
məhv etmişlər.  Bir sözlə,  xalqımızı “kar və kor” kimi  saxlamışlar... 
İndi  isə,  hər  şey  öz  axarı  ilə  gedir.  Artıq,  Azərbaycançılıq 
xalqımızın ideallarına çevrilmişdir...
Heydər  Əliyev  və  azərbaycançılığın  yeni  mərhələsinin 
başlanması.  Heydər Əliyevin  ümummilli  lider  mövqeyinə  yüksəl­
məsi  ilə  azərbaycançılığın  yeni  mərhələsi  başlandı:  “O zamana  qə­
dər azərbaycançılıq milli ideal (və ideologiya) olaraq, a) ilk orta əsr­
65


N.  C əfərov,  M .  Ç obanov,  Q.  P a şa yeva
lərdən  XIX  əsrin  sonlarına,  b)  XIX  əsrin  sonlarından  XX  əsrin 
sonlarına  qədər  iki  dövrdən  keçmiş,  millətin  liderini  formalaşdıra­
caq mənəvi-ideoloji qüvvəyə çevrilmişdir”.
Yuxanda  qeyd  olunanlardan  göründüyü  kimi,  millətin 
liderinin formalaşması üçün uzun bir dövr lazım gəlirdi... Məhz XX 
əsrin  ikinci  yansında  Azərbaycanda  xalqın  Ümummilli  liderini 
yetişdirəcək mənəvi-ideoloji qüvvə tam mənası  ilə təşəkkül tapdı və 
bu dövrdə tanınmış dövlət xadimi, dövləti  idarəetmənin təcrübəli və 
mahir  ustadı  Heydər  Əliyev  ümummilli  liderlik  səhnəsinə  qədəm 
qoydu...  Məhz  bu  səhnədə  Müstəqil  Azərbaycan  Dövlətinin  əbədi 
yaşamasının,  əbədi  olacağının  əsası  qoyuldu  və  bu  səhnədə  qeyd 
olunan  ictimai-siyasi  hadisələrin  gerçəkliyi  və  xəlqiliyi,  ardıcıllığı 
və həyatiliyi öz geniş əksini tapdı...
Beləcə  də,  Azərbaycançılıq  Heydər  Əliyevin  geniş  miqyaslı 
fəaliyyətinin  (əslində,  milli  mübarizəsinin)  əsasını  və  mahiyyətini 
təşkil  etmişdir.  Onu da qeyd edək ki,  Heydər Əliyevin Azərbaycan- 
çılıq  ideallan  Sovet  dövründə  də,  müstəqillik  dövründə  də  eyni 
ssenari  ilə  aramsız  davam  etdirilmişdir.  Yuxarıda  qeyd  olunanları 
nəzərə alaraq, Heydər Əliyevin Azərbaycançılıq  ideallarının yeni 
mərhələsini iki dövrə bölmək olar:
-  Heydər  Əliyev  və  Azərbaycançılıq  ideallmın  Sovet 
mərhələsi.  Ümummilli  lider  Heydər  Əliyev  sabiq  SSRİ  dövründə 
gəncliyindən  1969-cu  ilə  qədər  Dövlət  Təhlükəsizlik  orqanlannda 
ən  aşağı  vəzifələrdən-rütbələrdən  başlayaraq  Azərbaycan  SSR-in 
Dövlət Təhlükəsizlik  Komitəsinin sədri  və general-mayor rütbəsinə 
qədər  ən  şərəfli  bir xidmət  yolu  keçmişdir.  Elə  həmin  dövrdən  də 
SSRİ  imperiyasının  “pərdə  arxası”  və  ya  “üstüörtülü”  siyasətinin 
məqsəd  və  mahiyyətini  dərindən  anlamış  və  ondan  müəyyən  bir 
nəticə çıxarmışdır...  Həmin nəticə, heç şübhəsiz ki, milli  ideallardan
66
Л zərb a yca n şiin a sltğ ın   əsasları
ibarət olmalı  idi...  Doğrudur,  Sovet dövründə Heydər Əliyevin milli 
ideallarını  həyata  keçirmək  imkanları  çox  məhdud,  olsa  da,  o, 
Azərbaycanın  rəhbəri  kimi  azərbaycançılıq  ruhunda  bir  sıra 
problemlərin həllinə rəvac verə bilirdi:
- İqtisadi təsərrüfat həyatının canlandırılınası,
- Elmin, təhsilin inkişafı.
-  Ana  dilinin,  ədəbiyyatın,  incəsənətin  mövqeyinin  yüksəldil­
məsi.
- Milli hərbi kadrların yetişdirilməsi.
- Azərbaycanın beynəlxalq aləmdə tanıdılması, -
kimi  milli  aıhlu  tədbirləri  elə  bir  ustalıqla  həyata  keçirirdi  ki, 
görülən  tədbirlər  sovet  rejiminə  əks  reaksiya  verə  bilməsin... 
Özünün  milli  aıhlu  tədbirlərini  bu  istiqamətdə  quran  və  bacarıqla 
həyata  keçirən  H.  Əliyev,  hələ,  Sovet  dövründə  ikən  Milli  lider 
səviyyəsinə ucala bilmişdir.
Heydər  Əliyev  və  Azərbaycançılıq  ideallarının  Müstəqillik 
dövrü  mərhələsi.  Nəhayət,  1991-ci  ilin  payızında  70  il  dünyaya 
meydan  oxuyan  sabiq  SSRİ  imperiyası  çökdü,  həmin  məkanda  15 
yeni  müstəqil  dövlət  yarandı.  Həmin  müstəqil  dövlətlərdən  biri  də 
Azərbaycan  Respublikası  oldu.  Azərbaycanın  tam  mənası  ilə 
müstəqillik əldə etməsi  və bu  müstəqilliyin  ilk  illərində hakimiyyət 
başına  gələn  Heydər  Əliyevin  Azərbaycançılıq  ideallarını  həyata 
keçirməsi  üçün, bir növ, yaşıl işıq yandırıldı...
Yuxarıda qeyd olunanları nəzərə alan Heydər Əliyev XX  sərin 
sonu  və  XXI  sərin  əvvəllərində  Azərbaycançılıq  ideologiyasının 
yeni prinsiplərini  irəli sürdü:
-  “Azərbaycançılıq  ideologiyasının  öz  təbii  gücündə  təzahürü 
üçün mədəni-mənəvi, ictimai-siyasi və ideoloji mühit yaratdı”.
67


Yüklə 8,17 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə