Dərs vəsaiti m £


N.  C əfərov,  M.  Ç obanov,  Q.  P a şa yeva



Yüklə 8,17 Mb.
Pdf görüntüsü
səhifə5/83
tarix23.08.2018
ölçüsü8,17 Mb.
#63883
1   2   3   4   5   6   7   8   9   ...   83

N.  C əfərov,  M.  Ç obanov,  Q.  P a şa yeva
müstəqillik,  suverenlik,  azadlıq  əldə  etməsi  və  özünün  Dövlətini 
yaratması  və  dövlətçilik  ənənələrini  bərpa  etməsi  ilə  eyni  zamanda 
təşəkkül etmişdir.
«Azərbaycanşünaslığın 
əsaslan» 
fənninin 
məqsəd 
və 
vəzifələri,  hər  şeydən  əvvəl,  Azərbaycan  xalqının  mədəni-mənəvi, 
sosial-ideoloji  mənafeyinə  xidmət  etməyə  və  gəncliyimizin 
azərbaycançılıq ruhunda tərbiyə edilməsinə yönəldilməlidir.
Bu  fənnin  ali  məktəblərdə  tədris  olunmasının  başlıca  məqsədi 
gələcək  ziyalılanmızın  Azərbaycan  xalqının  Ana  dili  və  tarixi, 
Tarixi  Vətəni-əraziləri  və  onun  sonrakı  taleyi,  Azərbaycanın 
keçmişi  və  bu  günü,  Ana  dilimizin  təşəkkülü  və  inkişaf  tarixi, 
qədim 
və  zəngin  tariximiz, 
ədəbiyyatımız, 
incəsənətimiz, 
milli-mənəvi  dəyərlərimiz,  adət-ənənələrimiz  və  s.  haqqında  istər 
ölkə daxilində,  istərsə də xaricdə yaşayan soydaşlarımıza ümumi və 
yığcam 
məlumat 
verməklə 
bilik 
və 
bacarığını, 
ümumi 
dünyagörüşünü  və  Azərbaycançılıq  ideallarını  artırmağa  və 
təkmilləşdirməyə xidmət edir.
1.  «Azərbaycanşünaslığın  əsaslan»  fənninin  əsas  məqsədi  və 
vəzifələri,  ilk  növbədə,  təxminən  160  ilə  yaxın  «xalqlar  həbsxa­
nası»  adlanan  Çar  Rusiyasının  və  sonralar  onun  varisi  kimi  çıxış 
edən  Rusiya Federasiyasının  və  onun  yaratdığı  sabiq  SSRİ  imperi­
yasının əsarəti altında xalqımıza məcburən qəbul  etdirilən kölə, mü­
ti  xarakterinin  ləğv  edilməsi  sahəsində  mütəşəkkil  əxlaqi-tərbiyəvi 
işlərin fasiləsiz olaraq aparılmasını təşkil etmək.
2.  Hələlik,  xalqımızın  yaşlı  nəslinin  yaddaşında  qalmaqda 
olan  keçmiş  əxlaqi-tərbiyəvi  ənənələrə  qarşı  mübarizə  apararkən, 
hər  şeydən  əvvəl,  tarixi  faktlara  əsaslanmalı;  keçmişdə  Ana  dili­
mizin  rəsmi  sahədə  tətbiqi  işinin  məhdudlaşdırılması...,  xalqımıza 
qarşı  fasiləsiz  olaraq  repressiyaların  tətbiq  edilməsi-xalqımızın
2 0
A zərb a yca ıışü n a slığ m   ə sa sla n
avanqard  dəstəsi  olan  ziyalıların,  ictimai-siyasi  vəzifələrdə  çalı­
şanların məhv edilməsi...;
3.  Ana  dilimizin  inkişafına  qarşı  «Böyük  Çin  səddi» 
çəkilməsi,  ona  rəsmi  dövlət  statusu  verilməməsi,  Sovet  imperiyası 
dövründə 
tarixən 
istifadə 
etdiyimiz 
əlifbanın 
tez-tez 
dəyişdirilməsinin “üstüörtülü” məqsədinin şərh edilməsi;
4.  Xalqımızın  gənc  vətənpərvər oğullarının  hərbi  məktəblərdə 
təhsil  almalarına  imkan  verilməməsi  və  onun  səbəblərinin  şərh 
edilməsi;
5.  Sovet  dövründə  istedadlı  gənc  vətəndaşlarımızın  elmin 
müxtəlif sahələri  üzrə aspiranturada  təhsil və elmi  dərəcə almasının 
qarşısını  almaq  məqsədilə  dissertasiya  işlərinin  milli  dillərdə 
yazılmasının  qarşısını  almaq  məqsədilə  dissertasiya  işlərinin  yalnız 
rus dilində yazılması  üçün qərar verilməsi və bu  qərarın xalqımızın 
elmə  gəlmək  istəyən  oğul  və  qızları  üçün  acı  nəticələrinin  geniş 
şərh edilməsi;
6.  Ölkə  iqtisadiyyatının  90%-dən  çoxunun  Ümumittifaq 
fonduna tabe etdirilməsi və həmin Fonddan respublika hökumətinin 
istifadə  hüquqlarının  olmaması  faktlarının  gənclərimizə ətraflı  şərh 
edilməsi;
7.  Təhsil  sistemində  Ana  dilinin  tədrisinin  məhdudlaşdırılma­
sı,  V-V1I1  siniflərdə «Ana dili»nin tədrisinə həflədə 2  saat,  rus dili­
nin - «İkinci  Ana dili»nin tədrisinə isə f-XI  siniflərdə həftədə 6 saat 
dərs yükü  verilməsi  isə yalnız ruslaşdırma məqsədinə xidmət etmə­
sini ətraflı şərh etmək;
8.  Təhsil  müəssisələrində  «Azərbaycan  tarixi»  əvəzinə  IV-XI 
siniflərdə  «SSRİ  tarixi»  adı  ilə  Rusiya  tarixinin  müstəmləkəçilik, 
istismarçılıq faktlarının müsbət mənada saxtalaşdırılmış halda öyrə­
dilməsi;
21


/V. 
C əfərov,  M.  Ç oban ov,  Q.  P a şa y e v a
9.  28  may  1918-ci  il -  28  aprel  1920-ci  illərdə Azərbaycanda 
mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin tarixi  fəaliyyəti­
nin xalqımızdan danılması, gizlədilməsi, xalqımıza və hərbçilərimi­
zə  qarşı  törədilən  milli  soyqırımının  və  onun  nəticələrinin  ətraflı 
şərh edilməsi;
10. 
Tarixi Azərbaycanın  500  min kv.  km  ərazisinə qarşı  «xalq­
lar həbsxanası»  olan Çar Rusiyası  və  İran  şahlığı  tərəfindən  soyqı­
rımı  törədilməsi  və  1828-ci  il  Türkmənçay müqaviləsinin şərtlərinə 
görə, Azərbaycan ərazisinin şimal  və cənub olmaqla iki yerə bölün­
məsinin şərh edilməsi;
11.1828-ci  il  Türkmənçay  müqaviləsindən  sonra  144  min 
kv.km  əraziyə  malik  olan  Şimali  Azərbaycan  ərazisinin  əvvəlcə 
«xalqlar  həbsxanası»  adlanan  Çar  Rusiyası  və  sonra  onun  varisi 
kimi  çıxış  edən  bədnam  SSRİ  imperiyası  tərəfindən  soyqırımına 
məruz qalması və onun acı nəticələrinin ətraflı şərh olunması.
12.1918-ci ilin 28 Mayında  114 min kv. km ərazidə «Azərbay­
can  Xalq  Cümhuriyyəti»nin  yaranması,  onun  inkişafı  və  müxtəlif 
sahələrdə apardığı  islahatlar və onun nəticələri,  Millətlər Cəmiyyəti 
tərəfindən  tanınması,  28  aprel  1920-ci  ildə  Rusiya  Federasiyası 
tərəfindən  Azərbaycanın yenidən-ikinci  dəfə  işğal  edilməsi,  Şimali 
Azərbaycan  torpaqlarının  yenidən  soyqırımına  məruz  qalması  və 
yenidən parçalanması, Qərbi Azərbaycan torpaqlarının, bütövlükdə, 
ermənilərə  verilməsi  və  Azərbaycan  ərazisində  29  min  kv.km 
ərazisi olan Ermənistan dövlətinin yaradılması;
13. 
Azərbaycanın  tarixi  ərazilərinin  bir  hissəsinin  (Borçalı 
bölgəsinin)  Gürcüstana  verilməsi,  digər  hissəsinin  (sabiq  Dərbənd 
xanlığının)  Rusiya  Federasiyasına  qatılması  məsələlərinin  ətraflı 
şərh olunması;
22
A zərb a yca n şü n a slığ ın   əsasları
14.  Sabiq  SSRİ  imperiyasının  (əslində,  Rusiya  Federasiyası­
nın)  qərarı  ilə  1988-1989-cu  illərdə  Qərbi  Azərbaycandan  (indiki 
Ermənistandan)  köklü-yerli  azərbaycanlıların  tarixi  dədə-baba 
torpaqlarından, yurd-yuvalarından çıxarılınası;
15.  70  il  Dünyaya  meydan  oxuyan  sabiq  SSRİ  imperiyasının 
timsalında Rusiya  Federasiyasının  19-20 yanvar  1990-cı  ildə Azər­
baycanda milli  azadlıq  hərəkatına qarşı  kütləvi  qırğın törətməsi;  bu 
günahsız insanlar arasında gənclər, qadınlar və kiçik yaşlı  uşaqların 
da gülləboran edilməsi;
16.  Sabiq  SSRİ  imperiyası (əslində,  Rusiya Federasiyası) tərə­
findən  Güney  Qafqazda  Azərbaycan-Gürcü,  Azərbaycan-erməni 
xalqları arasında milli ədavət toxumunu səpməsi və onun acı nəticə­
ləri;
17.  Rusiya  Federasiyasının  təhriki  və  yardımı  ilə  Ermənistan 
qoşunlarının  (əslində,  rus  ordusunun  yaxından  köməyi  ilə)  Azər­
baycanın  BMT və  Dünyanın digər ölkələri  tərəfindən  tanınmış sər­
hədini  pozması  və Azərbaycanın  tarixi  ərazisini -   Dağlıq  Qarabağı 
və  onun  ətrafındakı  7  rayonu  işğal  etməsi.  Azərbaycan  ərazisinin 
işğaldan azad  edilməsi  ilə  əlaqədar BMT-nın  Təhlükəsizlik  Şurası­
nın  822,  853,  874,  884  saylı  qətnamələrinin  indi  də  yerinə  yetiril- 
məməsi  və  Dünya  Birliyinin  bu  məsələdə  biganəlik  göstərməsi 
ətraflı şərh olunmalı.
Nəhayət,  yuxanda  qeyd  olunanlardan  başqa  digər  problemlər 
də  «Azərbaycanşünaslığın  əsaslan»  fənninin  əsas  məqsəd  və  vəzi­
fələrini təşkil edir ki, məhz bu fənnin ali məktəblərdə geniş miqyaslı 
tədrisi  azərbaycançılıq  tərbiyəsinin  məqsədinə  tam  mənası  ilə  nail 
olmağa imkan verə bilər...
23


Yüklə 8,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə