Dərs vəsaiti m £



Yüklə 8,17 Mb.
Pdf görüntüsü
səhifə4/83
tarix23.08.2018
ölçüsü8,17 Mb.
#63883
1   2   3   4   5   6   7   8   9   ...   83

/V . 
C əfərov,  M.  Ç oban ov,  Q.  P a şa yeva
bu  və ya  digər məsələ barədə,  aydın,  səlis,  kamil  bir nitqlə  danış­
mağı, müəyyən problemi  sərbəst və elmi  dəlillərlə şərh etməyi  ba­
carmalı;  yeri  gələndə  isə,  dinləyicilər  qarşısında  həm  yana-yana, 
həm  də  yandıra-yandıra  nitq  söyləmək  məharətinə  malik  olmalı­
dır.  Hər  bir  ziyalı  nitqinin  əsas  leytmotivini  gənclərimizin  vətən­
pərvərlik,  torpağa  bağlılıq,  xəlqilik  və  beynəlmiləlçilik  ruhunda 
tərbiyə etmək problemləri təşkil  etməlidir.
Azərbaycançılığın  təsisat  qurumları  və  onların  vəzifələri. 
Yuxarıda  qeyd  olunanları  ümumiləşdirərək,  belə  nəticəyə  gəlmək 
olur  ki,  Müstəqil  dövlətimizin  əsas  ideyasını  -  Azərbaycançılıq 
ideyasını  və  metodoloji  məsələlərini  müasir  həyatımızın  tələbləri 
baxımdan,  geniş  miqyasda  həyatda  tətbiq  etmək,  onu  elmi-nəzəri 
və təcrübi  cəhətdən reallaşdırmaq  məqsədilə bütün  ümumtəhsil  və 
orta  ixtisas məktəblərində fənn metod  birləşmələri,  bütün ali  təhsil 
müəssisələrində  isə,  «Azərbaycanşünaslıq»,  «Azərbaycan  dili», 
«Azərbaycan  tarixi»  və  digər  kafedralar  fəaliyyət  göstərməlidir. 
Həm  də,  bu  kafedralar ali  məktəblərin  əsas  binasında  ən  münasib 
otaqlarda  yerləşdirilməlidir.  Çünki  bu  kafedraların  nomenklatur 
fənləri  xalqımızın  milli  sərvətinin -  Ana  dilinin, onun  ünvanının  - 
ərazisinin  və  tərcümeyi-halının  və  ya  həyatnaməsinin 
etnik 
tarixinin  bilavasitə  tədrisi  və  araşdırılması  ilə  yaxından  məşğul 
olur.  Bu  mənada,  həmin  kafedralarda  «Dövlətimizin  rəmziləri 
guşəsi»ndə  Dövlət  gerbi,  Dövlət  bayrağı  və  Dövlət  Himni 
nümayiş etdirilməlidir...
16
A zərb a yca n şü n a slığ ın   əsasları
“AZƏRBAYCANŞÜNASLIĞIN ƏSASLARI”
FƏNNİNİN YARADILMASI ZƏRURƏTİ  VƏ DİGƏR 
ELMLƏR SIRASINDA MÖVQEYİ
“Müstəqil  Azərbaycan  Dövlətinin  əsas  ideyası  azərbaycançı- 
lıqdır.  Hər  bir  azərbaycanlı  öz  milli  mənsubiyyətinə  görə  qürur 
hissi  keçirməlidir...”  Müasir  dünyanın  geniş  diapazonlu  və 
erudisiyalı  tanınmış  siyasətçisi  və  təcrübəli  dövlət  xadimi 
H.Əliyevin  perspektiv  proqram  xarakterli  bu  müdrik  kəlamı  ölkə­
mizin  ziyalıları-alimləri  və  təhsil  sistemi  əməkdaşları  qarşısında 
böyük tarixi  əhəmiyyət daşıyan vəzifələr qoymuşdur.  Bizim  müla­
hizələrimizə  görə,  bu  şərəfli  tarixi  vəzifələrin  dövrün  tələblərinə 
müvafiq olaraq yerinə yetirilməsi daim gündəmdə olmalıdır...
Yuxarıda  qeyd  olunan  vəzifələrin  uğurla  yerinə  yetirilməsi 
üçün,  hər  şeydən  əvvəl,  Azərbaycançılıq  ideyasının  və  dünyagö­
rüşünün  geniş  miqyasda  araşdırılıb  müasir  gəncliyimizin  tə­
lim-tərbiyəsində  fasiləsiz olaraq tətbiq  edilməsi  məqsədilə ölkənin 
Ali  məktəblərinin  “Tədris  planlarf’na  “Azərbaycanşünaslığın 
əsasları”  adlı  yeni  fənnin  daxil  edilməsi  vacibdir.  Bu  problemin 
tezliklə  həll  edilməsi  yalnız  xalqımızın  və  gələcəyimizin  xeyrinə 
olardı...
“Azərbaycanşünaslıq” 
elminin 
yaradılması 
sayəsində 
XIX-XX  əsrlərdə  Azərbaycan  türkləri-azərbaycanlılar  (eləcə  də, 
digər  türk  xalqları)  üçün  yasaq  olan  milli-etik  tariximizin,  Ana 
dilimizin tarixi  inkişafının qarşısına çəkilmiş “Böyük Çin səddi” -  
repressiyalar  və  onların  acı  nəticələri-əlifbamızın  tez-tez  dəyişdi­
rilməsi,  milli  tariximizin  saxtalaşdırılması  və  onun  nəticələri,  ta­
rixi  coğrafiyamızın,  ərazilərimizin  və tarixi  toponimlərimizin  soy­
qırımına  məruz  qalması,  Tarixi  Azərbaycan  ərazisinin  parçalan-
L._uı>jaycan  Respublikası  Prezidentinin|
İşlə r İdarəfty
PREZİDENT KİTABXANASI


N.  C əfərov,  M.  Ç obıınov,  Q.  P a şa yeva
ması (“xalqlar həbsxanası” adlandırılan Çar Rusiyası və İran şahlı­
ğı  tərəfindən),  maddi-mənəvi  abidələrimizin  darmadağın  edilməsi 
və  daşınıb  aparılması,  etnoqrafiya  və  folklorumuzun,  ümumilikdə 
isə,  Ulu babalarımızdan bizə  irs  qalmış  olan  milli  mədəniyyətimi­
zin  və  incəsənətimizin  tarixilik  və  müasirlik  baxımdan,  dərindən 
və  hərtərəfli  araşdırılması  və  öyrənilməsi  problemləri  indi  də  və 
gələcəkdə  də  daim  diqqət  mərkəzində  saxlanılmalıdır.  Əsl,  həqi­
qətlər  üzə  çıxarılmalı  və  xalqımızın  ziyalılarına-gənc  nəslə  Azər- 
baycançılıq  ideyası  və vətənpərvərlik  tərbiyəsi  baxımdan,  Ali  təh­
sil məktəblərində müasirlik və obyektivlik nöqteyi-nəzərdən ətraf­
lı  şərh olunmalıdır.  Çünki  ziyalılığın  -  xalqımızın  avanqard  dəstə­
sinin  vətəndaş  hazırlığının  əsl  yolu  öz  milli  kökünə  söykənmək, 
“Azərbaycançılıq”  və  ya  “Azərbaycanşünaslığın  əsaslarf’mn 
dərindən  və  hərtərəfli  öyrənilməsi  probemləri  ilə  qırılmaz  tellərlə 
bağlıdır.  Bu  tellər  Ulu  babalarımızdan  bizə,  bizdən  isə  gələcək 
nəsillərə  qalan  milli  mənəvi  dəyərlərimizlə,  ədəbi-bədii  irsimizlə 
birbaşa bağlıdır.
Yuxarıda  qeyd  olunanlardan  belə  qənaətə  gəlmək  olar  ki, 
ölkənin  təhsil  konsepsiyasından  söz  düşəndə,  ilk  növbədə,  “Azər­
baycanşünaslıq”  və  onun  öyrənilməsi,  araşdırılması,  yeni  təşək- 
kültapma  mərhələsini  keçirən  “Azərbaycanşünaslığın  əsasları” 
adlanan  elm  sahəsi  yada düşür.  Doğrudur,  bu  elm  sahəsi  humani­
tar,  ictimai  və  fəlsəfi  elmlərin  müxtəlif sahələrinin  qovuşması  nə­
ticəsində yaransa da, geniş miqyaslı bir elm  sahəsi kimi digər elm­
lər  arasında  özünün  müstəqilliyinə,  müasirliyinə  və  aktuallığına 
görə  tamamilə  fərqlənir  və  yeni  bir  mahiyyət  və  məzmun  kəsb 
edir... Bu da ondan ibarətdir ki, əgər Azərbaycanşünaslığın bazası­
nı təşkil  edən Humanitar və ictimai  elmlərin ayrı-ayrı  sahələri yal­
nız (dilçilik, ədəbiyyatşünaslıq, tarixşünaslıq, hüquqşünaslıq, siya-
18
A zərb a yca n şiin a slığ ın   əsasları
sətşünaslıq və s.) öz mahiyyətini  və məzmununu konkret bir çərçi­
vədə  bildirdiyi  halda,  “Azərbaycanşünaslığın  əsaslan”  elmi  onun 
bazasını təşkil edən bütün elm sahələri haqqında ümumiləşdirilmiş 
yığcam  məlumat verir.  Bir sözlə, “Azərbaycanşünaslığın  əsasları” 
fənni  ixtisasından  asılı  olmayaraq,  Ali  məktəblərin  tələbələrinə 
Azərbaycan  haqqında  yığcam və  ümumi  məlumat verir.  Şübhəsiz 
ki,  bu  da  Ali  məktəb  tələbələrinin  Azərbaycançılıq  ruhunda 
tərbiyə  almasında  və  gənc  mütəxəssis  və  kadr  kimi  yetişməsində 
başlıca rol oynayır...
Bu baxımdan, “Azərbaycanşünaslığın əsaslan” fənninin digər 
humanitar  və  ictimai-siyasi  elmlər  arasında  özünəməxsus  yeri  və 
mövqeyi vardır... Odur ki, “Azərbaycanşünaslığın əsaslan” fənninin 
Ali məktəblərin “Tədris planf’nda tezliklə tətbiqi həyatın tələbidir...
«AZƏRBAYCANŞÜNASLIĞIN ƏSASLARI» 
FƏNNİNİN  MAHİYYƏTİ, MƏQSƏD VƏ VƏZİFƏLƏRİ
«Azərbaycançılıq» 
və 
«Azərbaycanşünaslıq» 
nədir? 
«Azərbaycançılıq ideologiya», «Azərbaycanşünaslıq elmdir.. .».
Xalqımız  müstəqillik  əldə  etdikdən  sonra  «Azərbaycanşü­
naslığın əsaslan» fənni humanitar və ictimai elmlərin müxtəlif sahə­
lərinin,  o  cümlədən,  dilçiliyin,  tarixşünaslığın,  ədəbiyyatşünaslığın, 
fəlsəfənin  (etika  və  estetika),  hüquqşünaslıq,  siyasətşünaslıq,  coğ- 
rafiyaşünaslıq, mədəniyyətşünaslıq, incəsənətşünaslıq, müəyyən də­
rəcədə dövlətçilik və idarəetmə sistemi-siyasi  ideologiyanın ümumi 
halda  qovuşması  sayəsində  təşəkkül  tapmışdır.  Bu  mənada, 
«Azərbaycanşünaslığın  əsaslan»  fənninin  məqsəd  və  vəzifələri  də 
ümumi  xarakterli  olmalıdır.  Bu  elm  sahəsi,  əsasən,  XX  əsrin  son 
onilliyində  və  XXI  əsrin  ilk  onilliyində,  yəni  xalqımızın  yenidən
19


Yüklə 8,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə