Dərs vəsaiti m £


N.  C əfərov,  M.  Ç obaııov,  Q.  P a şa yeva



Yüklə 8,17 Mb.
Pdf görüntüsü
səhifə6/83
tarix23.08.2018
ölçüsü8,17 Mb.
#63883
1   2   3   4   5   6   7   8   9   ...   83

N.  C əfərov,  M.  Ç obaııov,  Q.  P a şa yeva
TƏHSİL MÜƏSSİSƏLƏRİ 
VƏ AZƏRBAY CAN ÇILIQ
«Azərbaycançılıq»  gənc  nəslin  təlim-tərbiyə  işləri  sistemində 
mühüm  əhəmiyyəti  olan  problemlərdən  biri,  bəlkə  də,  birincisidir. 
«Azərbaycançılığın  başlıca  məqsədi  yeniyetmə  gənclərə  öz  yerini 
düzgün 
tapa  bilməsi,  mədəni-mənəvi 
və  mənəvi-psixoloji 
baxımdan,  özünün  istək  və  arzusuna,  marağına,  başlıcası  isə 
qabiliyyəti  və  bacanğına  müvafiq  olaraq,  qədim  və  zəngin 
mədəniyyətə  malik  olan  xalqımızın  Ana  dilini,  ədəbiyyatını, 
mədəniyyətini, 
tarixini, 
tarixi 
coğrafiyasını, 
milli-mənəvi 
dəyərlərini,  tarixin  sınağından  çıxmış  adət-ənənələrini,  inam  və 
inanclarını  dərindən  öyrənmək;  doğma  Vətəninə  və  xalqına 
müqəddəs  bir  borc  kimi  xidmət  etmək  olmalıdır.  Buna  görə  də, 
ölkəmizin  bütün  ali  və  orta  ixtisas  məktəblərində  təlim-tərbiyə 
işlərinin  müasir dövrün  tələbləri  səviyyəsində  elə  qurmaq  lazımdır 
ki, tələbələr tədris prosesində,  əsil mütəxəssis və ziyalı, vətənpərvər 
bir vətəndaş kimi yetişə bilsin...  Vətəninə, xalqına, el-obasına, Ana 
dilinə, xalqın mədəniyyətinə, mənəvi dəyərlərinə daim sadiq qalsın, 
onu  sevsin  onu  öyrənsin  və  başqalarına  öyrədə  bilsin.  Belə 
fərdlər-şəxsiyyətlər,  əsil  mənada,  vətəndaş,  vətənpərvər  və 
azərbaycançı ola bilər...
Odur  ki,  yuxanda  qeyd  olunanlann  həyatı  baxımdan 
əhəmiyyətini  nəzərə  alaraq,  ölkənin  bütün  ali  məktəblərinin Tədris 
planlarına  «Azərbaycanşünaslığın  əsaslan»  adlı  yeni  bir  fənnin 
əlavə  olunması  müasir  dövrün  və  həyatın  tələbdir.  Çünki 
«Azərbaycanşünaslığın  əsaslan»  fənninin  dərindən  öyrənilməsi 
gənclərimizin  gələcəkdə  cəmiyyətin  sosial,  iqtisadi  və  mədəni 
həyatında daha fəal olmağa, yaradıcı fəaliyyət göstərə bilməsinə, bir
2 4
A zərb a yca n şü n a slığ ın   əsasları
növ,  hazırlıq xarakteri  daşıyır və hər bir ziyalının həyatda öz yerini 
tapa  bilməsinə  düzgün  istiqamət  verir,  digər  tərəfdən  ölkədə  kadr 
axıcılığına  yol  verilməsinin  qarşısının  alınmasına  geniş  imkanlar 
yaradar...
Həmçinin,  gələcək  nəslin  geniş  dünyagörüşə,  yüksək  milli  və 
bəşəri  dəyərlərə,  mədəni-mənəvi  keyfiyyətlərə  malik  olmaqla 
yanaşı,  həm  də  özünün  arzusuna  çatmasına,  qabiliyyət  və 
bacanğına  müvafiq  olaraq,  cəmiyyətdə  müəyyən  bir  vəzifə 
tutmasına,  ixtisası  üzrə  müəyyən  bir  peşə  seçməsinə  gələcəkşünas 
kimi  yaxından yardım  edər.  Çünki  ziyalının  vəzifəsi  də,  ixtisası  da 
elmilik  və  müasirlik  tələb  edən  bir  prosesdir.  Bu  prosesdə 
müvəffəqiyyətlərə  nail  olmaq  üçün  elmin  və  metodun  müasir 
tələblərinə  dərindən  daim  riayət  etmək  vacibdir...  Çünki  öz 
üzərində  müstəqil  çalışmayan  və  müstəqil  mütaliə  etməyən, 
təhsilini  artırmayan  ziyalı  azərbaycanşünas-gələcəkşünas  ola 
bilməz...
Ali  məktəblərdə  azərbaycançılıq  tərbiyəsinin  aparılması 
işinin  vəziyyəti.  Müstəqillik  illərində  Azərbaycan  Ali  Məktəbləri 
geniş  miqyaslı  inkişaf yolu  keçmişdir.  Son  illərdə  Ali  məktəblərdə 
elmi-ixtisas  fənlərinin  tədrisi  ilə  yanaşı,  tələbələrin  azərbaycançılıq 
ruhunda  təlim-tərbiyə  prosesinin  keyfiyyətinin  müasir  tələblər 
səviyyəsinə  yüksəldilməsi  sahəsində  də  müəyyən  işlər  görülmüş­
dür.  O  cümlədən,  ölkənin  Ali  təhsili  sahəsində  bir  sıra  dünya 
ölkələri  ilə  təhsilin  beynəlxalq  standartlara  uyğunlaşdırılınası  barə­
də əməkdaşlıq  üçün  hər cür  tədbirlər görülmüşdür.  Bu  da,  hər şey­
dən  əvvəl,  Ali  məktəblərin  təlim-tərbiyə  işlərinin  azərbaycançılıq 
ruhunda  yenidən  qurulmasını  tələb  edir.  Odur  ki,  Ali  məktəblərdə 
azərbaycançılıq 
dünyagörüşünün 
tələbi 
baxımdan, 
yeni 
təlim-tərbiyə  metodlarının  tətbiqi,  təlim-tərbiyə  texnologiyalarının
2 5


N.  C əfərov,  M.  Ç obanov,  Q.  P a şa yeva
hazırlanması,  professor-müəllim  heyəti  arasında  böyük  ruh  yük­
səkliyi  ilə  qarşılanmışdır.  Çünki  ali  məktəblər  bir  sosial  institut 
kimi,  gəncləri  həyata  hazırlamalıdır.  Həyat  isə,  yalnız  akademik 
biliklərdən  ibarət  deyildir.  Həyatda  isə,  hər  şeydən  əvvəl, 
azərbaycançılıq  ruhu,  mədəni-milli  mənəviyyat,  milli  mədəniyyətə 
və  milli  dəyərlərə  yiyələnmək  və  onlan  təcrübədə  tətbiq  etməyi 
bacarmaq təcrübəsi tələb olunur...
Azərbaycançılıq  tərbiyəsinin  əsas  amilləri.  Azərbaycançılıq 
tərbiyəsi isə özündə aşağıdakı amilləri birləşdirməlidir:
-   Gənclərin  intellekt  və  emosional  səviyyəsinin  inkişaf 
etdirilməsi;
-  təvazökarlıq və dözümlülüyün tərbiyə edilməsi;
-  özünəinam hisslərinin tərbiyə edilməsi;
-   dünyaya  müsbət  münasibət  bildirmək  və  başqalarının 
nailiyyətlərini etiraf etmək;
-   muxtariyyətlik  və  müstəqilliyin  əsas  atributlarını  dərindən 
mənimsəmək;
-   özünütəkmilləşdirmə  və  özünükamilləşdirmə,  özünüfəal- 
laşdırma və s.
«AZƏRBAYCANŞÜNASLIQ» MÜASİR MƏRHƏLƏDƏ
Azərbaycançılıq  dedikdə,  hər  şeydən  əvvəl,  qədim  tarixə 
malik olan milli dövlətçilik qurumları və idarəetmə sistemi, Ana dili 
və  onun  tarixi  inkişafı,  milli  mədəniyyəti  və  bədii  fikir  tarixi 
(folklor),  ictimai  xarakterli  milli  dünyagörüşü,  milli-mənəvi 
dəyərləri və s.  nəzərdə tutulur. Tarixin sonrakı  inkişaf mərhələsində 
millətin  təşəkkülü  gedişi  ilə tarixən  üst-üstə düşən Azərbaycançılıq
26
A zərb a yca n şü n a slığ ın   ə sa sla n
ideologiyası  fərddən  (ayrı-ayn  şəxsdən)  cəmiyyətə,  cəmiyyətdən 
dövlət  qurumu  səviyyəsinə  qədər  mərhələlərlə  uzun  müddətli  bir 
inkişaf yolu  keçmişdir.  Bu  mərhələlərin  hər  biri  keçmişin  bəhrəsi, 
mirası  olduğu  kimi,  gələcəyin  də  təşəkkülündə  böyük  rol  oynayır. 
Çünki  hər  millətin,  eləcə  də,  Azərbaycan  türklərinin  milli 
mədəniyyəti  onu  yaradan  və yaşadan xalqın  milli-mənəvi  dəyərləri 
üzərində  köklənir.  Bu  mənada,  milli  mədəniyyət,  milli  mənəvi 
dəyərlər,  bədii  fikir və  bədii  sözün  ümumi  məna  çalarları  və  məna 
tutumu  tarixən  Vətən  və  Xalq  anlayışlarını  özündə  birləşdirən 
Azərbaycançılıq  dünyagörüşünün  və  ya  ideologiyasının  ifadəsinə 
çevrilir.  Məhz  buna  görə  də,  ümummilli  lider  Heydər  Əliyev 
Azərbaycançılığı  Dövlət  siyasətinin tərkib hissəsi  kimi  yüksək  qiy­
mətləndirirdi.  Odur  ki,  indi  Azərbaycançılıq  ideologiyası  xalqı­
mızın  ümumdüşüncə tərzinə və rəsmi  dövlət  ideologiyasının  tərkib 
hissəsinə  çevrilmişdir.  Bu  mənada,  Azərbaycançılıq  xalqımızın 
birləşdirici  ideologiyasında başlıca rol oynayır...  Odur ki, ziyalıları­
mız - alimlərimiz də Azərbaycançlıq  ideologiyasına sadəcə bir sehr- 
çi  kimi baxmamışlar. Tezliklə, bu ideologiyanın mahiyyətini, məqs­
əd və vəzifələrini  araşdırmağa başlamışlar.  Bu sahədə dövrün müa­
sir  tələblərinə  cavab  verən  kitablar  və  onlarla  məqalələr yazıb  çap 
etdirmişlər. Onlardan  Yaşar Qarayevin «Milli  «mən», şüur və etnik 
yaddaş  -   azərbaycançılıq»  məqaləsi  təqdirə  layiqdir.  («Azərbay­
can»  qəzeti,  14-16  fevral  2002),  «Azərbaycanşünaslıq  problemləri­
nin  araşdırılması  sahəsində  əməkdar  elm  xadimi,  Azərbaycan 
MEA-nın  müxbir-üzvü,  filologiya  elmləri  doktoru,  professor Niza­
mi  Cəfərovun  fəaliyyətini  xüsusi  i'ə  qeyd  etmək  olar.  Bu  sahədə 
onun,  “Azərbaycanşünaslığa  giriş”  (2002),  «Azərbaycanşünaslığın 
əsasları»  (Bakı,  2005),  «Tarixiliyin  müasirliyi...  və  Müasirliyin 
tarixiliyi...»  (Bakı,  2011)  adlı  kitablarının  elmi-nəzəri  və  təcrübi
27


Yüklə 8,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə