Dərs vəsaiti m £


N.  C əfərov, M .  Ç obaııov,  Q.  P a şa yeva



Yüklə 8,17 Mb.
Pdf görüntüsü
səhifə7/83
tarix23.08.2018
ölçüsü8,17 Mb.
#63883
1   2   3   4   5   6   7   8   9   10   ...   83

N.  C əfərov, M .  Ç obaııov,  Q.  P a şa yeva
əhəmiyyəti  təqdirə layiqdir...  Sona Vəliyevanın  «Milli  dövlətçilik 
hərəkatının yüksəlişi və Xalq Cümhuriyyəti  dövründə Azərbaycan- 
çılıq  ideyası»  (2003),  Mədəd  Çobanovun  “Azərbaycanşünaslığın 
əsaslan” (2004), Nazif Ələkbərlinin «Türkçülük, yoxsa azərbaycan- 
çılıq»  (2004),  Səlahəddin  Xəlilovun  «Heydər  Əliyev  və  azərbay- 
cançılıq  məfkurəsi»  (2005),  Rəhim  Əliyevin  «Azərbaycançılıq  dü­
nən, bu gün və sabah»  (2005),  İsa  Həbibbəylinin  «Azərbaycançılıq 
məfkurəsi yollannda»  (2006)  və başqalannın əsərlərini qeyd etmək 
olar...
Demək olar ki, bu əsərlərin hamısının əsas məğzini və məzmu­
nunu azərbaycançılıq dünyagörüşü;  geniş planda müstəqillik,  azad­
lıq, suverenlik, hüquqi  və milli  mənafe  baxımdan,  bərabərlik, birlik 
və ya birləşdirici 1 ik; yaradıcı ziyalılann (alimlərin, şairlərin, nasirlə­
rin,  dramaturqlann,  mədəniyyət və  incəsənət  ustalarının və  s)  əsər­
lərində  elmi  və  bədii  ideal;  sənət  əsərlərinin  mayası;  «Azərbaycan 
türk intibahı», «Azərbaycanın milli  istiqlalı» kimi daim diqqət mər­
kəzində olmuş və beləcə də, işıqlandırılmışdır...
Lakin  həmin  tədqiqat  işləri  və  araşdınnalar  Azərbaycançılığın 
müasir  tələbləri  səviyyəsinə  uyğun  olaraq,  ümumiləşdirilib  tədris 
proqramı,  dərs vəsaiti, dərslik halına  salınmamışdır.  Müasir dövrün 
aktual  problemlərindən  biri  olan  bu  sahə,  sanki,  unudulmuşdur... 
Yuxarıda  qeyd  olunduğu  kimi,  Azərbaycan  və  xalqımız  haqqında 
ümumiləşdirilmiş  bir  elm  sahəsi  olan  Azərbaycanşünaslığın Ali  və 
Orta  ixtisas  məktəblərində  tədris  olunması  barədə,  bəlkə  də,  düşü­
nülmürdü...  Bir  sözlə,  «Azərbaycanşünaslığın  əsasları»nın  geniş 
miqyasda  məqsədyönlü  halda  araşdırılmasında  da,  onun  Ali  mək­
təblərin tədris planlarında da bir boşluq duyulurdu...
Demək olar ki,  bu sahədə prof  M.Çobanov ilk təşəbbüs göstə­
rənlərdən  biri  olmuşdur.  О,  XX  əsrin  90-cı  illərinin  ortalanndan
2 8
A zərb a yca n şü n a slığ ın   ə sa sla n
Azərbaycan Ali Hərbi  Dənizçilik Məktəbində «Dillər» kafedrasının 
müdiri  işləməyə  başladığı  ilk günlərindən  azərbaycançılıq  və  hərbi 
vətənpərvərçilik tərbiyəsi  haqqında geniş planlar cızmışdır...  Onun 
bu  planları,  nəhayət,  öz  bəhrəsini  verdi.  O,  «Azərbaycanşünaslığın 
əsaslan»  fənninin  hərbi  məktəblərdə  tədrisinə  ilk  cığır  açdı. 
1998-1999-cu  tədris  ilindən  etibarən  o,  bu  fənn  üzrə  mühazirələr 
oxumağa başladı...  Mühazirələr öz bəhrəsini verirdi....
Nəhayət, prof.  M.Çobanov həm nəzəri, həm də zəngin pedaqo­
ji  təcrübələri  əsasında  Azərbaycanın  Ali  Hərbi  Məktəbləri  üçün 
«Azərbaycanşünaslığın  əsaslan»  adlı  yeni  tədris  proqramı  və  eyni 
adlı  dərs  vəsaiti  hazırladı  (Elmi  redaktoru  Azərbaycan  MEA-nın 
müxbir üzvü,  filologiya  elmləri  doktoru,  prof.  Nizami  Cəfərov)  və 
2003-2004-cü illərdə çap etdirdi.
Həmçinin, o, «Azərbaycanşünaslığın əsasları» fənninin ölkənin 
digər  Ali  məktəblərinin  də  «Tədris  plan»lanna  daxil  edilməsi  ilə 
bağlı  bir  neçə  məqalə  yazıb  müxtəlif  qəzetlərin  səhifələrində  (o 
cümlədən,  «Azərbaycanşünaslıq  problemləri»;  («Azərbaycanşü­
naslığın  əsasları»  fənninin  tədrisi  həyatın  tələbidir»  («Azərbaycan 
müəllimi»,  №32(8036),  18-24  avqust  2003),  «Azərbaycanşünaslı­
ğın  atributları»  («Şərqin  səsi», №01(151),  yanvar 2005;  №3  (153), 
fevral 2005) çap etdinnişdir.
29


/V. 
C əfərov,  M.  Ç obanov,  Q.  P a şa yeva
«Fikir azadlığı olmadan tərəqqi 
miimki'm ola bilməz».
M.F. Axundzadə
AZƏRBAYCANÇILIĞIN VƏ 
AZƏRBAYCANŞÜNASLIĞIN ƏSAS ŞƏRTLƏRİ
Məlum  olduğu  kimi,  hər bir  ideya  və  ya  ideoloji  sistem  o  za­
man  insanların  şüurunda  özünə möhkəm  yer tutur,  uzun  zaman in­
sanlığa xidmət edə bilir ki,  cəmiyyət onu  elm  sahəsi  kimi  qavrasın. 
Bu  mənada,  intellektual-ideoloji  həyatın  çoxillik  təcrübəsinə  görə, 
bu da üç mühüm şərtlə bağlıdır:
-  İdeya  və  ya  ideoloji  sistem:  Elmi  təfəkkürün  ümumbəşəri 
texnologiyalar əsasında  qurulması;  Cəmiyyətə  humanist  münasibət 
bəslənməsi;  İdeya  və  ya  ideoloji  sistem,  dedikdə  bu  və  ya  digər 
miqyasda təcrübədən  irəli  gələn və  onun  üstündə  köklənən, təcrübi 
dəyərlərə  əsaslanan  amillər  nəzərdə  tutulur. 
Bu  mənada, 
Azərbaycan xalqının ümummilli  lideri, türk dünyasının və eləcə də, 
dünyanın  böyük  siyasi  mütəfəkkirlərindən  biri  olan  Heydər 
Əliyevin  yarım  əsrdən  artıq  bir  dövrdə  irəli  sürdüyü  və  həyatda 
tətbiqi 
uğrunda  daim  mübarizə  apardığı  ideyaların,  yəni 
azərbaycançılıq  və  azərbaycanşünaslığın  bütöv,  mükəmməl  bir 
sistemini yaratmışdır.  Bu ideyalar aşağıdakı şərtlərdən ibarətdir:
-  İctimai  təcrübəyə  əsaslanan  ideyalar  öz  mahiyyətinə  görə, 
milli  olduğu  qədər  də,  ümumbəşəri  elmi  təfəkkür  modelləri  və ya
30
A zərb a yca n şü n a slığ ın   əsasları
sxemləri ilə ifadə olunması, məzmunca humanizm və insanlığa xid­
mət etməsi  ilə fərqlənir:
-  İctimai-siyasi  məzmunlu  ideyalar -  azərbaycançılıq  və  azər­
baycanşünaslıq öz mahiyyətinə görə, illər keçdikcə daha da zəngin­
ləşəcək  və  işlənmə  coğrafiyasını  daha  da  genişləndirəcək  və  icti­
mai-siyasi təfəkkür tarixində öz izlərini qoyacaqdır;
-  Azərbaycançılıq  və  azərbaycanşünaslığın  elmi-metodoloji 
tədqiqi get-gedə öz miqyasını daha da genişləndirəcəkdir:
Əlbəttə,  yuxarıda  qeyd  olunan  ideyaların  daha da  genişlənmə­
sində  XIX  əsrin  sonu  və  XX  əsrin  əvvəllərində  fəaliyyət  göstərən 
Azərbaycan mütəfəkkirlərinin əməyi  də az olmamışdır...  Bu  da XX 
əsrin  30-cu  illərində  Azərbaycanda  yeni  “Azərbaycanşünaslıq”  el­
minin  formalaşmasına  və  möhkəm  özül  üzərində  inkişaf etməsinə 
geniş  imkanlar yaratmışdır...Elə bu dövrdə Azərbaycançılıq  ideolo­
giyasının  banilərindən  biri  olan  Xalq  şairi  Səməd  Vurğun  “Azər­
baycan”  şeiri  ilə  bədii  ideologiya  səhnəsinə  yeni  bir  tikir,  yeni  bir 
düşüncə tərzi gətirdi:
“El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən ”
-
  Elmi  təfəkkürün  ümumbəşəri  texnologiyalar  əsasında 
qurulması,  dedikdə,  sözün  geniş  mənasında  ənənəvi  elmi  dillə 
danışma,  araşdırmalar  aparılması  nəzərdə  tutulur.  Məlumdur  ki, 
Azərbaycan  öz  coğrafi  mövqeyinə  görə,  tarixi  qonşularımızın 
(tarixi  düşmənlərimizin)  əhatəsində  olub.  Bu  da,  şübhəsiz  ki,  tarixi 
qonşularımızın  Azərbaycan  ərazisinə tarixən “göz dikdikləri”  kimi, 
Azərbaycan  xalqının  bir neçə  minillik  tarixinin  saxtalaşdınlmasma 
da “göz dikmişlər”, bizim tariximizi öz xeyirlərinə həll etməyə cəhd 
göstərmişlər...
31


Yüklə 8,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə