Dərs vəsaiti m £


N.  C əfərov,  M.  Ç obanov,  Q.  P aşayeva



Yüklə 8,17 Mb.
Pdf görüntüsü
səhifə11/83
tarix23.08.2018
ölçüsü8,17 Mb.
#63883
1   ...   7   8   9   10   11   12   13   14   ...   83

N.  C əfərov,  M.  Ç obanov,  Q.  P aşayeva
Ümummilli  lider  Heydər  Əliyevi  özünün  təşkilatçılıq-idarəet­
mə təcrübəsindən çox böyük səylə istifadə etməsinə maraqlandıran, 
cəlb  edən,  hər  şeydən  əvvəl,  onun  Azərbaycançılıq  idealları,  digər 
xalqlar arasında  öz  “xalqının  imzası’Yıın  birincilər sırasında  olması 
arzulan,  təşəbbüsü  idi...  O,  hansı  vəzifədə  işləməsindən  asılı 
olmayaraq,  həmişə  öz  təşəbbüskarlığı  ilə  fərqlənmişdir.  Məhz  bu 
təvazökarlıq, təşkilatçılıq-idarəetmə təcrübəsi  onu  Ümummilli  lider 
səviyyəsinə  yüksəltmişdir.  Onu  da  qeyd  etmək  yerinə  düşərdi  ki, 
Heydər  Əliyev  Azərbaycanda  hakimiyyət  başına  gələnə  qədər 
Mərkəzi  hökumət Azərbaycan xalqının  əmək cəbhəsindəki  qələbə­
lərini  çox  qısqanclıqla  qarşılayırdılar:  onların  əmək  cəbhəsində  ya- 
ratdıqlan  xarüqələr, eləcə də,  elm və təhsil  sahəsində çalışan  dünya 
miqyaslı  alimlərin,  ədəbiyyat  və  incəsənət  xadimlərinin  əqli 
əməyinin nəticələri  Dövlət səviyyəsində qiymətləndirilmirdi, onlara 
yüksək  fəxri  adlar  verilmirdi,  klassik  yazıçılarımızın  və  incəsənət 
ustalarımızın Yubileyləri ardıcıl olaraq qeyd olunmurdu...
Beləcə  də,  Heydər  Əliyev  Azərbaycanda  yüksək  vəzifədə 
çalışdığı  ilk  günlərdən  etibarən  xalqımızın  istər  əmək  cəbhəsində, 
istərsə  də  elm,  ədəbiyyat  və  incəsənət  sahəsində  çalışan  onlarla 
azərbaycanlıya  Sosialist  Əməyi  Qəhrəmanı  fəxri  adlan,  həmçinin, 
onlarla ədəbiyyat və  incəsənət ustalarına xalq  şairi  və yazıçısı,  xalq 
artisti  kimi  yüksək  fəxri  adlar  verildi,  tarixi  şəxsiyyətlərin,  həmçi­
nin,  elm  və  mədəniyyət  ocaqlannm  Yubileyləri  tarixi  ardıcıllıqla 
keçirildi...  və onlann xalq  qarşısındakı  xidmətləri,  elm və  incəsənət 
sahəsindəki  yaradıcılıqları  yüksək  qiymətləndirilir və  əsərləri  yeni­
dən nəşr edilir, onlar haqqında kitablar və məqalələr yazılır, Telera­
dio məkanında  onların  həyat  və  fəaliyyəti  geniş  şəkildə  işıqlandırı­
lırdı...
44
A zərbaycan şü n aslığtn  əsasları
Ümummilli  lider  Heydər  Əliyevin  qoyduğu  bu  Xoş  məramlı 
ənənə  -  Azərbaycançılıq  ideyası  indi  də  onun  etibarlı  davamçısı 
olan  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  tərəfin­
dən çox müvəffəqiyyətlə davam etdirilir.
Gələcək  nəslin  vətənpərvərlik tərbiyəsini  daim  diqqət  mərkə­
zində saxlayan, təkrarolunmaz Vətəndaş Heydər Əliyev bu müna­
sibətlə demişdir:
“Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yax­
şı  bilə bilməz.  Azərbaycan  ədəbiyyatını,  ana dilini  bilməyən  gənc 
Nizamini  oxuya  bilməz,  Füzulini  oxuya bilməz,  Sabiri  oxuya  bil­
məz,  Cəlil  Məmmədquluzadəni  oxuya  bilməz  və  digərlərini  oxu­
ya  bilməz.  Əgər  onları  oxuya  bilməsə,  o,  tariximizi  bilməyəcək, 
onları  oxuya bilməsə, bizim mədəniyyətimizi  bilməyəcək, mədəni 
köklərimizi  bilməyəcək,  milli-mədəni  ənənələrimizi  bilməyəcək. 
Onları  bilməsə,  o,  vətənpərvər olmayacaq, onda  milli  vətənpərvər 
duyğuları, hissləri olmayacaqdır”.
Xalqımızın  Ümummilli  lideri  Heydər Əliyev  üzünü  gənclərə 
tutaraq  demişdir:  “...bizim  bugünkü gəncliyimiz sağlam düşüncəli 
gənclərdir,  vətənpərvər  gənclərdir,  xalqını,  millətini  sevən  gənc­
lərdir.  Mən  əminəm  ki,  Müstəqil  Azərbaycanın  gələcəyini  qoru­
yub saxlaya bilən gənc nəsillər yetişir”.
Heydər  Əliyevin  bu  kəlamlarından  göründüyü  kimi,  onun 
strateji  və  azərbaycançılıq  görüşləri  və  perspektiv  planları,  hələ, 
onun  keçmiş  SSRİ-nin  Dövlət  Təhlükəsizlik  Komitəsində  əmək­
daşlıq etdiyi dövrlərdə, yəni  XX əsrin 60-cı  illərindən formalaşmış 
və  Azərbaycanın  gələcək  inkişaf  perspektivləri  üçün,  bir  növ, 
özül,  əsas  olmuşdur.  Görünür,  uzaqgörən  bu  müdrik  insan 
Azərbaycanın  gələcəkdə azad,  müstəqil,  suveren  dövlət  olacağını 
peyğəmbərcəsinə  fövqəl  təbii  olaraq  duymuş,  hiss  etmişdir.  Odur
45


N .  C əfərov,  M .  Ç oban ov,  Q.  P a şa y e v a
ki, o, gecələr də, gündüzlər də Sovet imperiyasına xidmət edə-edə 
fikrində,  düşüncəsində,  təfəkküründə  Azərbaycanın  gələcək  stra­
teji  perspektiv  planlarını  hazırlamış  və  həmin  planları  “yüz  dəfə 
ölçmüş  və  bir  dəfə  biçmiş”,  fikrində,  düşüncəsində  təkrar-təkrar 
dövrün siyasi  və diplomatik süzgəcindən  keçirmişdir.  O, peyğəm­
bərcəsinə gələcək Azərbaycan dövlətinin strateji planlarını qəlbin­
də,  fikrində  “qiyabi  yolla”  həyata  keçirə-keçirə  təcrübədən  çıxar­
mış,  onun  hər  bir müsbət  nəticələrinə  qəlbində  sevinc,  elə  bu  se­
vinclə də fikrində, qəlbində azad, müstəqil və suveren Azərbaycan 
dövlətinin  panoramasını  yaratmış,  hər  gün  bu  panoramam  xatır­
layaraq, bəlkə də, “yüz dəfə” sevinmiş, öz doğma xalqı qarşısında 
müqəddəs  borcunu  ödəmiş  hesab  edirdi.  Deməli,  müasir  dövrün 
ən  görkəmli  siyasətçisi,  diplomatı  və  ən  təcrübəli  dövlət  xadimi 
Heydər Əliyev çox  müdrikcəsinə  düşünmüş və reallıqda olmayan 
Müstəqil  Azərbaycan  dövlətinin  strateji  planlarını  qabaqcadan 
hazırlamış və həmin planı  xəyalında  təcrübədən keçinniş və belə­
liklə də, onun  həm  müsbət,  həm  də  mənfi  cəhətlərini qabaqcadan 
eksperimentdən  çıxarmış,  həmin  təcrübənin  mənfi  cəhətlərini  at­
mış, yaxşısını yaşatmış və yenisini yaratmışdır.  Məhz Heydər Əli­
yevin xəyalında yaratmış olduğu strateji planları və onun həyatda­
kı təcrübəsinin nəticələri o, Azərbaycanda ikinci dəfə hakimiyyətə 
gəldiyi zaman öz müsbət və effektli nəticələrini  vennişdir.
Məlumdur ki, Heydər Əliyev Azərbaycanda  ikinci dəfə haki­
miyyət  başına  gəldiyi  zaman  ölkədə  həm  siyasi,  həm  də  iqtisadi 
böhran  baş  alıb  gedirdi,  bədnam  qonşular  və  onların  tarixi 
havadarları  tərəfindən  ölkə  parçalanmaq  və  kiminsə  təsiri  altına 
düşmək,  yenidən  müstəmləkə  boyunduruğu  altına  düşməsi, 
vətəndaş müharibəsinin güclənməsi şəraitində idi...
4 6
Л zərbaycan şü n aslığın   ə sa sla n
Əlbəttə,  Azərbaycanda  dövlətçilik  ənənələrimizin  bərpa 
olunması,  onun  azad,  müstəqil  və  qüdrətli  bir  dövlət  kimi  tarix 
səhnəsinə  gəlməsi,  müstəqil  daxili  və  xarici  siyasət  yeritməsi, 
Birləşmiş  Millətlər Təşkilatı,  Beynəlxalq  Təşkilatlar və  dünyanın 
bütün ölkələri  tərəfindən tanınması həm tarixi düşmənlərimiz olan 
İranın  və həm  də “xalqlar həbsxanası” kimi tanınmış Çar Rusiya­
sının varisi Rusiya Federasiyasının mənafelərinə uyğun deyildi.
Göründüyü  kimi,  Azərbaycanın  müstəqillik  əldə  etməsi  çox 
gərgin  bir geosiyasi  və  iqtisadi  şəraitə  təsadüf etmişdir.  Azərbay­
canı  belə bir geosiyasi və iqtisadi böhrandan çıxarmaq üçün Azər­
baycana  güclü  strategiyaçı  və  dərindən  düşünülmüş  və  hazırlan­
mış,  müasir  dövrün  tələblərinə  cavab  verən  strateji  planlar  lazım 
idi...
Prezidentin  strateji  görüşlərini  dərindən  saf-çürük  etdikdə 
məlum  olur  ki,  o  həm  xalqa  və  onun  yaradıcı  gücünə  inanır  və 
xalqın  tarixi  roluna  yüksək  qiymət  verir;  həm  də  xalq  arasından 
çıxmış şəxsiyyətin  ictimai-siyasi və mənəvi  keyfiyyətlərinin  xalqa 
xidmət  etməsinə  yönəldilməsinə  böyük  əhəmiyyət  verir;  tarixi­
mizin  dərindən  öyrənilməsinə  və  tarixi  təcrübənin  həyatda  tətbiq 
edilməsinin əhəmiyyətinə üstünlük verir; müstəqilliyi, suverenliyi, 
azadlığı  və  istiqlaliyyəti  hər bir xalqın,  eləcə də,  xalqımızın -  hər 
bir  vətəndaşının  mənəvi  zənginliyi  və  mənəvi  sərvəti  hesab  edir. 
Böyük  mütəfəkkirə,  strategiyaçıya  görə,  xalq  gərək  daim  öz 
kökünü, öz tarixini  xatırlasın, ondan dərs alsın.  Belə olduqda xalq 
daha güclü  olar və böyük xalqlar arasında  özünə əbədi  yer tutar... 
Güman  ki,  bu  fikir  və  mülahizələr  görkəmli  strategiyaçınm 
qəlbində  hələ Sovetlər birliyində yüksək  partiya və dövlət xadimi 
vəzifələrində  işlədiyi  dövrlərdə  yaranmış,  sonralar  isə,  öz 
bəhrəsini  vermişdir.  Çünki  o,  Moskvanın  ruslaşdırma  siyasətinin
4 7


Yüklə 8,17 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə