Dərs vəsaiti m £


N.  C əfərov,  M.  Ç obanov,  Q.  P a şa yeva



Yüklə 8,17 Mb.
Pdf görüntüsü
səhifə15/83
tarix23.08.2018
ölçüsü8,17 Mb.
#63883
1   ...   11   12   13   14   15   16   17   18   ...   83

N.  C əfərov,  M.  Ç obanov,  Q.  P a şa yeva
həmin  gün  Müdafiə  Şurasının  ilk  iclası  oldu.  Bu  iclasda  Müdafiə 
Nazirliyinin  tərkibində  bəzi  dəyişikliklər edildi  və  Ordu  quruculu­
ğuna diqqət yetirilməsi  barədə Nazirlər Kabinetinə xüsusi  tapşırıq­
lar verildi.  Heydər Əliyev bir gün  sonra noyabrın 2-də televiziya və 
radio  vasitəsilə  xalqa  Müraciət  etdi:”...  Hamı  bir  mərkəzdə  - 
Müdafiə  Nazirliyində, 
Ordumuzda  cəmləşdirilməlidir. 
Kim 
Orduda xidmət etmək istəyirsə, gəlib qulluq etsin”.
Görkəmli strategiyaçının bu çağırışından sonrakı  dövrü  “Ordu 
quruculuğunda  yeni  mərhələnin  başlanğıcı  adlandırırlar”.  Əslində, 
Azərbaycan Ordusunun yaradılması  da  həmin  dövrdən  başlayır və 
ordumuzun  yaradılması  da  Ali  Baş  Komandanın  adı  ilə  bağlıdır. 
Artıq,  “Müstəqil  Azərbaycan  Respublikasının  döyüş  qabiliyyətli, 
çevik,  bütün  atributlarla  təmin  olunmuş,  konkret  strateji  və  taktiki 
tapşırıqları həll etməyə qadir olan Ordusu vardır”.
Bir sözlə,  əbədiyaşar Komandan  Heydər Əliyevin  obrazlı  dili 
ilə desək: “Güclü, qüdrətli ordu Azərbaycanın dövlət müstəqilliyini 
əbədi  etmək,  ölkəmizin  ərazi  bütövlüyünü  təmin  etmək  üçün  əsas 
amildir,  respublikamızın  sülh  və  əmin-amanlıq  şəraitində  yaşa­
masının  təminatıdır”.  Deməli,  “Orduda  xidmət  etmək  hər  bir 
gəncin qəlbində böyük arzu kimi yaşamalıdır”.
Hərbi  strategiyanın  əsas  sahələrindən  biri  xalqla  Ordunun 
birliyini  möhkəm  tellərlə  bağlamaqdan  ibarətdir.  Odur  ki,  xalq 
deyəndə  Ordu,  Ordu  deyəndə  Xalq  yaddaşlara  həkk  olunmalıdır. 
“Xalqla  Ordunun  birliyi  həm  xalqın  qüdrətini,  həm  də  Ordunu 
daha  da  qüvvətli  edir.  Ona  görə  də,  qarşımızda  duran  əsas 
vəzifələrdən  biri  xalqla  ordunun  sağlam  mənəvi  birliyini  təmin 
etməkdən ibarətdir”. Ordu Müstəqil  Dövlətimizin əsas atributudur.
Xalqımızın  tarixinə qədim  dövrlərdən üzü bəri  dərindən nəzər 
saldıqda  və  XXI  əsrin  əvvəllərindən  qədim  tariximizin  ayrı-ayrı
6 0
A zərb a yca n şü n a slığ ın   əsasları
mərhələlərinə  müdrikcəsinə  boylandıqda,  hər  şeydən  əvvəl,  Ulu 
babalarımızın  yaratdığı  dövlət  qurumları  və  dövlətçilik  ənənələri, 
onların  yeritdiyi  daxili  və  xarici  siyasətin,  iqtisadi  və  mədəni 
inkişafı 
ilə  yanaşı,  xalqımızın 
tarix 
səhifələrinə  yazdığı 
qəhrəmanlıq  nümunələri  bir  film  kimi  göz  önünə  gəlir.  Bu  tarixi 
səhnələrin  ayrı-ayrı  epizodlarında  xalqımızın  ümumtürk,  eləcə  də, 
dünya  tarixinə  bəxş  etdiyi  qəhrəmanlarımızdan,  o  cümlədən, 
Tomiris  ana,  Cavanşir  və  Babəkin  döyüş  meydanlarındakı 
cəngavərlik  səhnələri;  həmçinin,  Azərbaycan  tarixinin  müxtəlif 
mərhələlərinə  tarixi  prizmadan  baxdıqda  öz  dövrünün  görkəmli 
dövlət  xadimlərindən  və  sərkərdələrindən  Şəmsəddin  Eldəniz, 
Məhəmməd  Cahan  Pəhləvan,  Qızıl  Arslan,  Uzun  Həsən,  Şah 
İsmayıl  Xətai  kimi  çox  qüdrətli  tarixi  şəxsiyyətlər  göz  önündə 
canlanır...
Həmçinin,  XIX  əsrin  sonu  və  XX  əsrin  əvvəllərində  «xalqlar 
həbsxanası»  adlanan  Çar  Rusiyasının  Ordusunda  uzun  müddət 
xidmət  etmiş  və  ən  yüksək  hərbi  rütbəyə  -  general-leytenant  (indi 
ordu  sahələri  üzrə marşal)  rütbəsinə  layiq görülmüş,  «müharibənin 
allahı»  adlandırılan  Artilleriya  qoşun  növünün  döyüş  taktikasının 
müvəffəqiyyətlə  həyata  keçirilməsində  mühüm  rol  oynayan 
«Artilleriya  üçbucağı»  nəzəriyyəsinin  və  təcrübəsinin  müəllifi, 
Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründə  (1918-1920)  Müdafiə 
Nazirinin  müavini  general-leytenant  Əliağa  Şıxlinskinin  və 
Azərbaycanda  Xalq  Cümhuriyyəti  dövründə  Müdafiə  Naziri, 
general-leytenant  Səməd  bəy  Mehmandarovun,  həmçinin,  ikinci 
Dünya  müharibəsinin  müxtəlif cəbhələrində  fəal  iştirak  edən  iki 
dəfə  Sovet  İttifaqı  Qəhrəmanı,  Tank  Qoşunları  general-mayoru 
Həzi  Aslanovun,  Əfsanəvi  partizan  «Mixaylo»nuıı,  Vətənimi­
61


N.  C əfərov,  M.  Ç o b a n o v,  Q.  P a şa yeva
zin-torpaqlanmızın azadlığı uğrunda fədakarcasına döyüşən o n larla 
Milli Qəhrəmanlanmızın döyüş yolu yada düşür...
Xalqımızın  bir  müdrik  kəlamında  deyildiyi  kimi,  “Su  g ə lən  
arxdan  bir  də  gələcək,  Mənim  doğma  Azərbaycanım  şim a l­
lı-cənublu  birgə  güləcək”  (M.C.).  Bəli,  XX  əsrdə  xalqım ız 
görkəmli  şəxsiyyət  və  strategiyaçı,  dünya  miqyasında  tanınm ış 
dövlət xadimi,  ümummilli  liderimiz  Heydər Əliyev kimi  daha  b ir 
dahi yetirmişdir...
Dünyanın  ayrı-ayrı  siyasətçiləri  və  dövlət  xadimləri,  icti­
mai-siyasi  rəhbərləri,  politoloqları  və  tarixçiləri  xalqımızın  tarixi­
nin  yeni  mərhələsini  və  çağdaş  Müstəqil  Azərbaycan  Dövlətinin 
banisi  və  yaradıcısı,  ideoloqu  Heydər  Əliyevi  dünyanın  Atatürk, 
Vaşinqton,  Nehru,  De-Qoll  və  digər  dövlət  xadimləri  və  tarixi 
simaları sırasında layiqli  yer tutduğunu qeyd etmişlər.
Burada,  dahi  Heydər  Əliyevin  bir  kəlamı  necə  də  yerinə 
düşür...
“...Mən  bu  gün  böyük  iftixar  hissi  ilə  demək  istəyirəm  ki, 
Milli  Ordumuzun  yaranması  haqqında  biz  vaxtilə  düşünmüşük. 
Nəinki, düşünmüşük, on  illər bundan əvvəl  tədbirlər görmüşük və 
onlar indi də öz nəticəsini  verir”.  Bu ifadələrdən aydın şəkildə mə­
lum  olur ki,  Heydər Əliyev  hələ  70-ci  illərdə  SSRİ-nin  dağılaca­
ğını  və Azərbaycanın müstəqillik yoluna qədəm qoyacağını duyur 
və gələcəkdə müstəqil  dövlətin Silahlı  Qüvvələri  üçün  zabit kadr- 
lannın,  sərkərdələrinin  hazırlanması  üçün  hər cür tədbirlər görür­
dü.
“Xalq  öz  Ordusuna  inanır.  Ordu  düşmənə  layiqli  cavab  ver­
məlidir...”.  “...İndi  bizim  Ordumuz  öz  dövlətimizin,  xalqımızın 
ordusudur. Xalqla ordunun birliyi  həm xalqın qüdrətini, həm ölkə­
nin  qüdrətini  artırır,  həm  də  Ordunu  daha  da  qüvvətli  edir.  Ona
62
A zərb a yca n şü n a slığ ın   əsasları
görə  də,  qarşımızda  duran  əsas  vəzifələrdən biri  xalqla  Ordunun 
sağlam mənəvi birliyini təmin etməkdən ibarətdir”.
Azərbaycan  Respublikasının  Prezidenti,  Silahlı  Qüvvələrin 
Ali  Baş  Komandanı  Heydər  Əliyevin  Hərbi  strategiyamız  haq­
qında düşüncələrindən qeydlər;
“Ordu  mövzusu,  Ordunun  yaranması,  formalaşması  bizim 
bütün  həyatımızda  əsas  mövzulardan  biri  olmalıdır,  gənclərin  or­
duda xidmət etmək üçün tərbiyələndirilməsi bizim əsas vəzifələri­
mizdən  biri  olmalıdır  və  bu  vəzifələri  biz  ardıcıl  surətdə  həyata 
keçirməliyik”.
“Bizim  güclü  Ordumuz  olmalıdır,  hər  bır  vətəndaş  Orduda 
xidmət etməyi özünün şərəfli borcu hesab etməlidir...”.
63


Yüklə 8,17 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə