Dərs vəsaiti m £


W .  C əfərov,  M .  Ç obaııov,  Q.  P a şa y e v a



Yüklə 8,17 Mb.
Pdf görüntüsü
səhifə3/83
tarix23.08.2018
ölçüsü8,17 Mb.
#63883
1   2   3   4   5   6   7   8   9   ...   83

W . 
C əfərov,  M .  Ç obaııov,  Q.  P a şa y e v a
mənəvi-mədəni  birlik  və  müstəqillik hisslərini  daha  da  gücləndir­
mişdir...
Yuxanda qeyd  olunanlara baxmayaraq, xalqımız milli müstə­
qillik -  Azərbaycançılıq ideologiyasını  unutmur və əksinə milli tə­
fəkkürünü  daha  da  gücləndirir...  Nəhayət,  1918-ci  ilin  28  mayın­
da  xalqımız  Tarixi  ərazisinin  təxminən  beşdə  birində  Azərbaycan 
Xalq  Cümhuriyyətini  qurdu...  Azərbaycan  Xalq  Cümhuriyyəti 
həyatın  bütün  sahələrində  əsaslı  islahatlar  keçirərək,  xalqımızın 
dövlətçilik-idarəetmə  ənənələrini  bərpa  etdiyi  bir  dövrdə  şimal 
«qonşumuz»  -   «xalqlar  həbsxanası»  adlanan  Çar  Rusiyasının 
varisi  kimi  çıxış  edən  Sovet  Rusiyası -   ikinci  dəfə  1920-ci  ilin  28 
aprelində  Müstəqil  Azərbaycan  Xalq  Cümhuriyyətini  yenidən  iş­
ğal  etdi...  Lakin  xalqın  milli  ruhu  və  milli  təfəkkürü  tam  məhv 
edilmədi.  Əksinə,  milli  təfəkkür bədii  üslubla daha  da  gücləndiril­
di...  Belə  bir  şəraitdə  XIX  əsrin  sonu  və  XX  əsrin  əvvəllərində 
xalqımızın  böyük  oğlu  Əli  bəy  Hüseynzadə  ictimai-siyasi  tarix 
səhnəsinə  gəldi...  Geniş  miqyaslı  elmi,  bədii,  ictimai-siyasi  və 
publisistik  fəaliyyəti  ilə  yanaşı,  Azərbaycançılıq  ideologiyasının 
nəzəri əsaslarını hazırlayan böyük mütəfəkkir Əli bəy Hüseynzadə 
özünün  fərdi  mülahizəsi  ilə  «türkçülük»  (azərbaycançılıq),  «İs­
lamçılıq» və «müasirlik» ideyaları geniş miqyasda təbliğ olunur... 
Bu  təbliğatın  arxasında  isə,  Azərbaycançılıq  ideologiyası -  Azər­
baycan dövləti  uğrunda siyasi-ideoloji  mübarizə dayanırdı...
Belə  bir  şəraitdə  bədnam  Sovet  imperiyasının  repressiyalar 
maşını  işə  düşür,  həm  də  fasiləsiz  davam  edirdi...  Xalqımızın 
dövləti  və  dövlətçiliyi  də,  tarixi  milli  sərvətimiz olan  Ana  dilimiz 
də,  əlifbamız da,  ədəbiyyatımız da  (mədəniyyətimiz də,  tarixi  abi­
dələrimiz  də  (məscidlər  də),  toponimlərimiz  də  (yer-yurd  adlan), 
adət-ənənələrimiz  də,  musiqimiz  də,  musiqi  alətlərimiz  də,  hətta,
12
A zərb a yca n şü n a slığ ın   əsasları
xalqımızın  genetik  mənşəyi  də, demək  olar ki,  qabaqcıl  ziyalıları­
mızın əksəriyyəti  də günahsız olaraq  repressiyaların qurbanı  oldu­
lar. ..
Azərbaycanda  sovet  repressiyasının  tüğyan  etdiyi  dövrdə 
poeziya  səhnəsinə  gələn  xalq  şairi  S.Vurğun  milli  ruhda  və  azər- 
baycançılıq  mövzusunda  «Azərbaycan»  şeirini  (Azərbaycan 
ədəbiyyatının  və  mədəniyyətinin  Himni  olan  «Azərbaycan» 
şeirini)  və  bir  növ,  onun  antonimi  olan  «Komsomol  poeması»nı 
yazmağa məcbur edilirdi...
Azərbaycan-türk dilinin varlığına subyektiv baxışlar. Xal­
qımızın  tarixinin  bütün  sahələrində  olduğu  kimi,  həmçinin,  XX 
əsrin  30-cu  illərindən  Azərbaycançılığın  əsas  atributu  olan  Azər­
baycan-türk dilinə-Ana dilimizə qarşı çox ciddi qadağalar qoyulur, 
hətta,  1937-ci  ildə Ana  dilimizin -  xalqımızın  tarixi  etnik adı-türk 
dilinin  adı  dəyişdirilərək,  «Azərbaycan  dili»  adlandırıldı,  xalqı­
mızın  «türk  adı»  da  dəyişdirilərək  «azərbaycanlı»  adlandırıldı. 
Hətta,  qədim  tarixə  malik  olan  ana  dilimizin  varlığına  qarşı  da 
ədalətsiz olaraq  hücuma keçildi...
Hətta,  qədim  tarixə  və  mədəniyyətə  malik  olan  xalqımızın 
türk  mənşəli  yox,  İran  mənşəli  olduğunu,  sadəcə  olaraq  orta 
əsrlərdə  köçəri  türklərin  dilini  qəbul  etdiklərini,  xalqımızın  qədim 
tarixini  saxtalaşdırmağa,  sübut  etməyə  çalışırdılar...  Bu  sahədə 
həm  Sovet (əslində,  Rusiya),  həm də  İran alimləri  eyni  mövqedən 
çıxış  edirdilər  (Çünki  onların  hər  ikisi  tarix  boyu  xalqımıza  qarşı 
düşmənçilik  mövqeyində  olmuşlar.  500  min  kv.km.  Tarixi 
Azərbaycan  ərazisini  də  onlar  parçalamışlar).  Onlar  strateji 
xarakterli  məqsədlərinə  nail  olmaq  üçün,  ilk  növbədə,  xalqımızın 
düşünən  beyni,  avanqard  dəstəsi  olan  ziyalılarımızı  məhv 
edirdilər...  Bir  sözlə,  onların  ideoloqları  Azərbaycana  qarşı
13


N.  C əfərov,  M.  Ç oban ov,  Q.  P a şa yeva
anti-bəşəri  siyasət yürüdürlər.  İndi  də bu  siyasətlərini  «üstüörtülü» 
halda davam etdirirlər...
Odur  ki,  ölkəmizin  daxili  və  xarici  siyasətinin  müasir 
dövrdə  geniş  miqyaslı  nüfuz  qazanması  və  yeni-yeni  nailiyyətlər 
əldə etməsi  üçün xalqımız Azərbaycançılıq  ideologiyasından  məf­
kurəvi bir silah kimi məharətlə istifadə etməyi bacarmalıdırlar...
Azərbaycançılığa verilən tələblər yuxarıda qeyd olunan me­
todoloji  mülahizələrin  həyata  keçirilməsi  üçün,  hər  şeydən  əvvəl, 
ictimai-sosial  şərait  yaradılmalıdır.  Bizim  mülahizələrimizə  görə, 
yuxarıda  qeyd  olunan  tövsiyələri  -   dövlətçiliyimizin  əsas  ideya­
sını 
metodologiyasını  həyatda,  cəmiyyətdə  reallaşdırmaq  məq­
sədi ilə mülkiyyət formasından asılı olmayaraq, bütün təhsil müəs­
sisələrində,  o  cümlədən,  ümumtəhsil  müəssisələrində,  seminari­
yalarda,  gimnaziyalarda,  liseylərdə,  həmçinin,  ixtisasından  asılı 
olmayaraq,  bütün  ali  məktəblərdə  «Azərbaycanşünaslığın  əsas­
ları»  adlı  yeni  bir  fənnin  tədris  olunmasına  böyük  ehtiyac  vardır. 
Hətta,  bu  fənnin  aspiranturada  və  doktoranturada,  ixtisasartırma 
kurslarında  da davam  etdirilməsi  müasir həyatımızın  tələblərindən 
irəli  gəlir.  Çünki  bu  fənnin ali  məktəblərin «Tədris planı»nda özü­
nə yer tapması,  nəticəsində tələbələr və dinləyicilər Azərbaycançı- 
lıq  ideyasının  mahiyyətini  dərindən  və hərtərəfli mənimsənilməsi­
nə nail ola biləcəklər.
Birincisi,  təxminən  iki  əsrə  yaxın  (XIX-XX  əsrlər)  Azər­
baycan türkləri  üçün yasaq  olan  milli-etnik  tariximizin,  tarixi  coğ­
rafiyamızın,  maddi  və  mənəvi  abidələrimizin,  etnoqrafiya  və 
folklorumuzun,  ümumilikdə  isə,  ulu  babalarımızın  bizə  irs 
qoymuş  olduğu  milli  mədəniyyətimizin  və  incəsənətimizin 
dərindən  öyrənilməsi  və  hərtərəfli  təbliğ  olunması  üçün  dövlət 
səviyyəsində müvafiq tədbirlər planı  hazırlanıb, həyata keçirilməli
14
A zərb a yca n şiin a slığ ın   əsasları
və  lazımi  qayğı  göstərilməlidir.  Bizim  mülahizəmizə  görə,  bunun 
üçün xüsusi  «Azərbaycanşünaslıq  Mərkəzi» yaradılmalıdır.  Çünki 
ziyalıların -  xalqımızın  avanqard  dəstəsinin,  vətəndaş  hazırlığının 
əsil  yolu  öz  milli  kökünə  söykənərək,  ədəbi-mədəni  irsimizin 
dərindən öyrənməsi  ilə bağlıdır.
İkincisi,  milli  təhsil  konsepsiyasından  söz  düşəndə,  ilk 
növbədə,  Azərbaycançılıq  -   xalqımızın  tarixi  keçmişini,  tarixən 
təşəkkül  tapmış  mədəniyyət  xəzinəsini,  adət-ənənələrini,  onların 
yayıldığı  bölgələrin  tarixi  coğrafiyasını,  ədəbiyyatını,  incəsənətini, 
bütövlükdə  isə,  min  illər boyu  xalqımıza bir ünsiyyət vasitəsi  kimi 
xidmət  edən  dilimizin  təşəkkülü  tarixinin  dərindən  və  hərtərəfli 
araşdırılmasını,  öyrənilməsini  yada  salırıq.  Bu  da,  hər şeydən  əv­
vəl,  ölkəmizin  ümumtəhsil,  orta  ixtisas  və  ali  məktəblərində,  tari­
xən  təhsil  sistemimizdə  unudulmuş  «Azərbaycanşünaslığın  əsas- 
ları»nın dərindən öyrənilməsini tələb edir.
Üçüncüsü,  tarixən  təşəkkül  tapmış  mənəvi-mədəni  dəyər­
lərimizin  qorunub saxlanması, yaxşısının yaşadılması  və yenisinin 
yaradılması  və  təbliği,  inkişaf etdirilməsi,  «Azərbaycan  Respubli­
kasında  dövlət dili  haqqında»  Azərbaycan  Respublikasının  Qanu­
nunun  həyata  keçirilməsi,  tətbiqi  sahəsində  perspektiv  proqram 
xarakterli  prezident  Fərmanlarının  dərindən  öyrənilməsi  və həmin 
qanun  və  fərmanlara  daim  riayət  edilməsi  müasir  həyatımızın  ən 
vacib və ən aktual  məsələlərindən biri olmalıdır.
Dördüncüsü, ali məktəblərimizin, həmçinin, ali hərbi  məktəb­
lərimizin  qarşısında  duran  başlıca  məqsəd,  şübhəsiz  ki,  gənclərin 
mənəvi zənginliyini  artırmaq və inkişaf etdinnək vəzifəsi  bu və ya 
digər formada başqa fənlərin də üzərindən yan keçməməlidir.
Deməli,  ixtisasından  asılı  olmayaraq,  hər  bir  ziyalı  azərbay­
canşünaslıq  məsələlərini  dərindən  bilməli,  dinləyicilər  qarşısında,
15


Yüklə 8,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə