Dərs vəsaiti m £


N.  C əfərov,  M.  Ç obanov,  Q.  P a şa yeva



Yüklə 8,17 Mb.
Pdf görüntüsü
səhifə23/83
tarix23.08.2018
ölçüsü8,17 Mb.
#63883
1   ...   19   20   21   22   23   24   25   26   ...   83

N.  C əfərov,  M.  Ç obanov,  Q.  P a şa yeva
dəqiqliyi  ilə bildiyi məişət tərzi  və s.  çox  məharətlə  istifadə  e d ə r ə k ,  
Azərbaycan dövlətinin yeni  struktur quruluşunu,  sistemini  və  b ü t ü n  
atributlarını  elə  bir  ardıcıllıqla  müəyyənləşdirdi,  düzdü-qoşdu  k i ,  
belə  demək  mümkündürsə  Dövlətin  və  hökumətin  id a r ə e tm ə  
sistemi  üçün  zəruri  olan  heç  nə  unudulub  qalmadı...  Bütün  b u n l a r  
Heydər  Əliyevin  rəhbərliyi  ilə  hazırlanıb  və  qəbul  edilən,  “A z ə r ­
baycan Respublikasının  Konstitusiyasf’nda  (1995) öz parlaq ə k s i n i  
tapmışdır...
Bir  sözlə,  Heydər  Əliyevin  hazırladığı  və  həyatda  çox  u ğ u r la  
tətbiq etdiyi dövlətçilik sisteminin bütün incəlikləri nəzərə alınan  v ə  
Fəzanı  fəth  edən  «Kosmik  aparat»a  bənzətmək  olar...  « K o sm ik  
aparat»  üçün  zəruri  olan  dəqiqlik  elmi  baxımdan  «yüz  ölçülüb,  b i r  
biçildiyi»  kimi,  demək  olar  ki,  Azərbaycan  dövlətçiliyinin  idarəet­
mə  sistemində  də  tarixilik  və  müasirlik,  elmi-idarəetmədə  çox  d ə ­
qiqliyi  ilə nəzərə alınmışdır.
Deməli,  Ümummilli  lider,  sabiq  Prezidentimiz Heydər Ə liyev­
dən,  onun  davamçısı  olan  yeni  prezidentimiz  İlham  Əliyevə,  tam  
mənası ilə, idarəetməyə tam hazır olan dövlətçilik sistemi miras q al­
mışdır.  Bir  sözlə,  yeni  prezidentimizə  həmin  dövlətçilik  sistemini 
müasirlik  baxımdan  inkişaf etdirə-etdirə  daha  da  müasirləşdirmək 
qalmışdır.
Burada  yeri  gəlmişkən  bir  məsələni  də  qeyd  etmək  maraqlı 
olardı:
«Xalq  1993-cü  ildə  Heydər  Əliyevi  yenidən  özünün  altema- 
tivsiz  rəhbəri  olaraq  ali  hakimiyyətə  tələb  edəndə  nə  qədər  ağılla, 
təkidli  hərəkət  etmişdirsə,  üçüncü  minilliyin  üçüncü  ilində  İlham 
Əliyevin şəxsində öz yeni  Prezidentini -  yeni  Liderini seçəndə də o 
səviyyədə  (H.Əliyev  prezident  seçildiyi  səviyyədə  (M.C.).  müba­
rizlik göstərdi».
9 2
A zərb a yca n şü n a slığ ın   əsasları
Azərbaycan  dövlətçiliyinin yaradılması və onun  mərhələlə­
ri:  «İlk mərhələdə Azərbaycan xalqı  dövlətçiliyin xilaskarının  mis­
siyasından  lazımınca bəhrələnərək, öz varlığını, Vətənin müstəqilli­
yini qorudu və Milli  Dövlətini qurdu.
İkinci  mərhələdə  isə,  Azərbaycan  cəmiyyəti  böyük zəhmətlər, 
ağrı-acılar  bahasına  yaradılmış  ideoloji  ənənə  və  dövlətçilik  təcrü­
bəsini  dağılmağa,  müstəqilliyi  naməlum  talenin  oyunlan  ilə  üz-üzə 
qalmağa  qoymadı.  Bu,  müasir Azərbaycanda  siyasi  varislik ənənə­
sinin  nə  qədər ehtiyac duyulan həyatı  məsələ olduğuna  mükəmməl 
sübut idi».
Ulu  Öndər  Ilcydor  Əliyevin  dövlətçilik  düşüncələrindən 
qeydlər:  Ulu  Öndər  Heydər  Əliyev  Azərbaycanın  müstəqilliyinin 
on  ili  ərzində  milli,  dünyəvi  quruluş  formasını  seçərkən  Azər­
baycanın  bu  gününün  və  sabahının  üç  Ana  prinsipini,  ideya 
istiqamətini müəyyənləşdirmişdir:
Azərbaycançılıq, Millilik, Demokratizm.
Ümummilli  lider  Heydər  Əliyev  ikimüddətlik  Prezidentliyi 
dövründə  dövlətçiliyə  yaradıcı  münasibətini  bu  prinsiplər üzərində 
kökləmiş  və  beləliklə  də,  bütöv  bir  nəslin  tərbiyəsini  və  effektli 
təcrübə  toplamasını  reallaşdırdı.  Bir  sözlə,  o,  böyük  irs  və  zəngin 
ənənəli siyasi məktəb yaradıb aramızdan getdi...
Heydər  Əliyev:  «Xalqın,  millətin,  insanın  öz  milli  dilindən 
əziz  heç  bir  şey  ola  bilməz»,  -   kəlamını  söyləməklə  millətə  öz 
mənəvi  sərvəti  ilə  fəxr etməyi  öyrədir»...  O, prinsipial  mövqeyi  ilə 
Azərbaycan dili məsələsini daim gündəmdə saxlamışdır.
«Hər  bir  azərbaycanlı  milli  mənsubiyyətinə  görə  qürur  hissi 
keçinnəlidir  və  biz  azərbaycançılığı  -   Azərbaycan  dilini, 
mədəniyyətini,  milli-ənənəvi  dəyərlərini  yaşatmalıyıq»  kəlamını 
söyləyərkən  Ulu Öndər bütöv  xalqın -  azərbaycanlıların (Azərbay­
93


N.  C əfərov,  M .  Ç obıınov,  Q.  P a şa yeva
can türklərinin) harada və hansı vəziyyətdə olmasını, şəraiti fərqlən­
dirmədən,  ümumilikdə,  onlarda  milli  duyğulann  canlanması  işinə 
bir  iradəlilik,  sürət  impulsu  verilməsini  nəzərdə  tutmuşdur...  Bu, 
şübhəsiz  ki,  Dünya  azərbaycanlılannın  taleyini  daim  gündəm də 
saxlamaq deməkdir.
«Biz,  öz  tarixi  köklərimizlə,  milli  köklərimizlə,  mənəvi  dəyər- 
lərimizlə,  milli-mənəvi  ənənələrimizlə,  böyük  tariximizlə  fəxr  edə 
bilərib),  -   kəlamının  bütün  türk  insanlanna  ünvanlamaqla  çağdaş 
həyat üçün əsl milli əqidənin nədən ibarət olduğunu anladırdı.
Üçüncü minilliyin astanasında Heydər Əliyev xalqımıza  «Mü- 
raciət»ində demişdir. «Biz nadir bir irsin varisiyik. Hər bir Azərbay­
can  vətəndaşı  bu  irsə  layiq  olmağa  çalışaraq  böyük  bir  tarixi  keç­
mişi,  zəngin mədəniyyəti,  yüksək  mənəviyyatı  olan ölkəmizin  həm 
dünəninə,  həm  bu gününə,  həm  də gələcəyinə  dərin  bir məsuliyyət 
hissi  ilə  yanaşmalıdır»,  -   kəlamı  hamımızın  gündəlik  deviz  ol­
malıdır.
Ümummilli  liderimiz  Heydər  Əliyev  2003-cü  ilin  avqust 
ayında  Prezident  seçkiləri  öncəsi  onun  sağlamlıq  durumundan 
narahatlıq  keçirən  xalqına  gələcəklə  bağlı  «Tövsiyələr»ini  veribdir: 
«Üzümü  sizə-həmvətənlərimə  tutaraq,  qarşıdan  gələn  Prezident 
seçkilərində  Prezidentliyə  namizəd,  mənim  siyasi  varisim,  Yeni 
Azərbaycan  Partiyası  Sədrinin  Birinci  müavini  İlham  Əliyevi 
dəstəkləməyə çağırıram.  O, yüksək  intellektli, praqmatik düşüncəli, 
müasir Dünya siyasətini  və iqtisadiyyatını dərindən bilən eneıjili  və 
təşəbbüskar  bir  şəxsiyyətdir.  Sizi  əmin  edirəm  ki,  həm  İlham 
Əliyev,  həm  də  Yeni  Azərbaycan  Partiyası  bundan  sonra  da 
xalqımıza  ən  layiqli  övladlarını  öz  ətrafında  sıx  birləşdirəcək, 
Azərbaycan  dövlətinin  inkişafı  və  xalqımızın  fıravanlığı  yolunda 
çox  işləri  görəcəklər,  inanıram  ki,  mənim  axıra  çatdıra  bilmədiyim
94
Л zərb a yca n şiin a slığ m   ə sa sla n
taleyüklü məsələləri, planları,  işləri  sizin köməyiniz və dəstəyinizlə 
İlham  Əliyev  başa  çatdıra  biləcək.  Mən  ona  özüm  qədər  inanıram 
və  gələcəyinə  böyük  ümidlər  bəsləyirəm»,  -   deyə  İlham  Əliyevi 
xalqa yeni lider simasında təqdim etmişdir...
Göründüyü  kimi,  Ulu  Öndər  özünün  sonuncu  müdrik 
seçimində yanılmamışdır...
Dünya xalqlarının tarixində olduğu  kimi,  Azərbaycan  xalqının 
tarixində  də  dəfələrlə  siyasi  varislik  olmuşdur.  O  cümlədən,  XX 
əsrdə  Azərbaycan  xalqının  tarixində  iki  dəfə  siyasi  varislik  təkrar 
olunmuşdur.  Onu  da  qeyd  edək  ki,  Azərbaycanda  eyforiya 
(hərc-mərclik)  dövrləri  çox  olub.  Məhz  bu  dövrdə,  xalq  özünün 
iradəsini nümayiş etdirir və istədiyi adamı hakimiyyət başına gətirir. 
1920-ci  ildə  də  belə  oldu.  Xalqın  təkidli  tələbi  ilə  Nəriman 
Nərimanov Azərbaycana rəhbər vəzifəyə gətirildi...  Bu ssenari  XX 
əsrin  80-ci  illərinin  sonlarında  da  təkrarlandı.  Ölkədə  milli  azadlıq 
hərəkatı  başlandı  və  Xalq  Cəbhəsi  hakimiyyət  başına  gəldi  və 
beləcə  də,  ölkədə  ikinci  dəfə  eyforiya  (hərc-mərclik)  başlandı.... 
Ölkə idarə olunmaz bir vəziyyətə düşdü.  Çıxılmaz vəziyyətdə qalan 
xalqımız yenidən  müdriklik göstərdi  və xalqımızın  dahi  siyasətçisi, 
strategiyaçısı  və təcrübəli  dövlət xadimi  Heydər Əliyevi  ikinci  dəfə 
Azərbaycana  hakimiyyət  başma  gətirdi.  Beləliklə  də,  ölkəmizdə 
dövlətçilik ənənələri və idarəetmə sistemi öz qaydasına düşdü...
Yuxarıda  qeyd  olunanları  nəzərə  alan  siyasətçilər,  tarixçilər, 
ictimaiyyət  nümayəndələri  belə  qənaətə  (həm  də  çox  dəqiq  və 
elmi-siyasi)  gəliblər  ki,  «Heydər  Əliyevə  gəldikdə  isə  o,  Azər­
baycan tarixində hər kəsdən daha çox məhz Nəriman Nərimanovun 
varisidir».  Çünki  XX  əsrin  20-ci  illərində  Azərbaycanı  Nəriman 
Nərimanov, XX əsrin 90-cı  illərinin əvvəllərində isə Heydər Əliyev 
xilas etmişdir...
95


Yüklə 8,17 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə