Dərs vəsaiti m £



Yüklə 8,17 Mb.
Pdf görüntüsü
səhifə14/83
tarix23.08.2018
ölçüsü8,17 Mb.
#63883
1   ...   10   11   12   13   14   15   16   17   ...   83

Heydər  Əliyev  azərbaycanlı  gənclərdən  zabit  kadrlarının 
hazırlanması strategiyasını iki istiqamətə yönəltmişdir:
-  Azərbaycan  Respublikası  Maarif  Nazirliyinin  tabeliyində 
hərbi  təmayüllü  orta  məktəb  yaratmaq  və  həmin  məktəbin 
məzunlarını  hərbi  təhsillərini  davam  etdirmək  üçün  ölkənin  hərbi 
məktəblərinə  göndərmək  yolu  ilə  zabit  hazırlanması  idi.  Bu 
sahədə  1970-ci  ildə  Heydər  Əliyevin  bilavasitə  təşəbbüsü  və 
fəaliyyəti  ilə  yaradılmış  C.Naxçıvanski  adma  hərbi  liseyin 
fəaliyyəti və onun nəticələri göz qabağındadır.
-  Orta  məktəbi  bitinniş  azərbaycanlı  gənclərin  müəyyən 
qrupunu  limitlə  ölkənin  müxtəlif Ali  hərbi  məktəblərində  təhsil 
almaları yolu ilə zabit kadrlarının hazırlanması  idi.
Bizim  mülahizəmizə  görə,  görkəmli  strategiyaçı-sərkərdə 
Heydər  Əliyevin  1970-2003-cü  illərdə  azərbaycanlı  gənclərdən 
milli  zabit  kadrlarının  hazırlanması  sahəsindəki  fəaliyyəti  və 
strateji planları ölkəmizin tarixinə qızıl hərflərlə yazılacaqdır.
Onu da qeyd etmək lazımdır ki, müdrik siyasətçi və təcrübəli 
dövlət xadimi  Heydər Əliyev  uzaqgörənliklə  milli  zabit  kadrların 
hazırlanması barədə əvvəllər düşünməsəydi və ya bu sahəyə qayğı 
göstərilməsəydi  keçmiş  Sovetlər  birliyi  dağıldıqdan  sonra  yenicə 
yaranmış,  müstəqillik  qazanmış  Azərbaycan  Respublikasının 
Ordusu  zabitlərsiz  qala  bilərdi.  Burada  bir  faktı  da  qeyd  etmək 
yerinə  düşərdi.  Azərbaycan  ordusunda  xidmət  edən  zabitlərin 
əksəriyyəti,  bəlkə  də,  88%-dən  çoxusu  ya  C.Naxçıvanski  adma 
Hərbi  liseyin  məzunlan,  ya  da  orta  məktəbi  bitirmiş  gənclərin 
müəyyən  limitlə  keçmiş  SSRİ-nin  hərbi  məktəblərində  təhsil 
almış zabitlər təşkil edirdi (1997-ci ilin hesablanması).
Bunu  Azərbaycan  Ali  Hərbi  Məktəblərinin  simvolunda 
açıq-aydın  şəkildə  görürük.  Hazırda  hərbi  məktəblərimizin
N.  C əfərov,  M .  Ç obaııov,  Q.  P a şa yeva
56
A zərbaycan şiin u slığııı  ə sa sla n
hamısında  xidmət  edən  zabitlərimizin  böyük  əksəriyyətini,  təhsil 
alan  kursantların  isə yarısına  qədərini  C.Naxçıvanski  adma  Hərbi 
liseyin məzunları təşkil edir.
Bir  sözlə,  xalqımızın  gələcəyini  düşünən  Heydər  Əliyev 
strateji  baxımdan  elə  tədbirlər  görürdü  ki,  o  xalqın  tarixinə  qızıl 
xətlərlə yazılacaqdır.  O vaxtlar heç kəsin ağlına gəlməzdi  ki,  70  il 
dünyaya  meydan  oxuyan,  hərbə-zorba  gələn  keçmiş  SSRİ  mə­
kanının  bir hissəsini -  müstəmləkəsini  təşkil  edən  Respublikamız 
öz  tarixi  dövlətçilik  ənənələrini  bərpa  edəcək,  müstəqillik  əldə 
edəcək,  dünyanın  digər  xalqları  kimi  həm  öz  suverenliyini  və 
sərhədlərinin  toxunulmazlığını  qorumaq  kimi  müqəddəs  bir 
vəzifəni  yerinə  yetirəcək,  həm  də  bədxah  qonşuların  təcavüzünə 
məruz qalacaq və onlara qarşı mübarizə aparacaqdır.
İndi  hamımıza  aydın  oldu  ki,  Heydər Əliyev  XX  əsrin  70-ci 
illərində  bir  tərəfdən  ixtisaslaşmış  İbtidai  Hərbi  Məktəb  yarat­
maqla,  digər tərəfdən də gənclərimizi  limitlə ölkənin  müxtəlif Ali 
hərbi  məktəblərinə  təhsil  almağa  göndərməklə  milli  zabit 
kadrlarımızın  hazırlanması  sahəsində çox  böyük  işlər görmüşdür. 
Bunu  da,  hər  şeydən  əvvəl,  Heydər  Əliyev  strategiyasının 
xalqımıza bəxş etdiyi  tarixi töhfə kimi qiymətləndirmək olar...
57


/V. 
C əfərov,  M.  Ç oban ov,  Q.  P a şa yeva
AZƏRBAYCANDA ORDU QURUCULUĞUNUN 
NAXÇIVAN MƏRHƏLƏSİ 
(1990-1993-CÜ İLLƏR)
Bu  mərhələ  tarixilik  baxımdan  qısa  dövrü  əhatə  etsə  də, 
ümummilli  liderimiz  Heydər  Əliyev  Naxçıvanda  yaşadığı  və 
Naxçıvan  Muxtar  Respublikasının  Ali  Məclisinin  sədri  işlədiyi 
illərdə  (3  sentyabr  1991-ci  il  -   12  iyun  1993-cü  il)  ölkəmizin  və 
xalqımızın gələcəyi  üçün  strateji  baxımdan Azərbaycan dövlətinin 
və  dövlətçiliyinin  yaşaması  məqsədilə  siyasi,  iqtisadi,  mədəni  və 
Ordu quruculuğu sahəsində tarixi  əhəmiyyəti olan  islahatlar aparıl­
mış və bu sahədə bir sıra nailiyyətlər əldə edilmişdir. O cümlədən:
Birincisi,  Heydər  Əliyev  1991-ci  ildə  SSRİ-nin  saxlanması 
üçün  keçirilən  Ümumittifaq  referendumu  ərəfəsində  Naxçıvan 
MSSR-in  SSRİ-nin  tərkibindən  çıxdığını  bildirir  və  beləliklə  də, 
Naxçıvan MSSR referendumda iştirak etmir.
İkincisi,  sabiq  SSRİ-nin  Naxçıvan  Muxtar  Respublikasında 
yerləşdirilmiş olan ordu birləşmələri  Naxçıvan  Respublikasının Ali 
Sovetinin  tabeçiliyinə  verilir.  Beləliklə də,  Milli  Ordumuzun yara­
dılmasının  əsası  qoyulur və Naxçıvan  ərazisində  Milli  Ordumuzda 
ilk dəfə “Farağat” komandası səslənir.
Üçüncüsü, 
1918-1920-ci 
illərdə 
fəaliyyət 
göstərmiş 
Azərbaycan  Xalq  Cümhuriyyətinin  Dövlət  rəmzləri  qəbul  edilir: 
üçrəngli  Bayrağı  dalğalanır,  Dövlət  Himninin  ahəngdar  sədalan 
aləmə yayılır, Dövlət Gerbi rəsmi sərhədlərimizi bəzəyir.
Dördüncüsü,  31  dekabr  Dünya Azərbaycanlılarının  Həmrəyli­
yi Günü elan olunur.
5 8
A zərb a yca n şü n a slığ ın  əsa sla rı
AZƏRBAYCANDA MİLLİ  ORDU YARADILMASI 
VƏ ORDU QURUCULUĞUNDA İSLAHATLARIN 
HƏYATA KEÇİRİLMƏSİ 
(1993-2003-CÜ İLLƏR)
1993-ci'ı  ilin  15  iyununda  xalqın  təkidli  tələbi  ilə  Heydər 
Əliyev  ikinci  dəfə  Azərbaycan  Dövlətinin  başçısı  vəzifəsinə  gət­
irilir.  Əvvəlcə,  Azərbaycan  Respublikasının Milli Məclisinin Sədri, 
az sonra  isə,  Azərbaycan  Respublikasının prezidenti  vəzifəsinə se­
çilir və beləliklə də,  ölkəmiz parçalanmaqdan,  dövlətçiliyimizin da­
ğıdılmasından,  vətəndaş  müharibəsi  təhlükəsindən  qorunur.  Bun­
dan sonra,  Heydər Əliyevin  ümumi strategiyasının,  xüsusilə,  Ordu 
quruculuğu sahəsinin üçüncü mərhələsi başlanır.  Ölkəmizdə siyasi, 
iqtisadi,  mədəni və  Ordu quruculuğu sahəsində geniş miqyaslı  de­
mokratik  islahatlar  keçirilir.  Bu  islahatların  ürəkaçan  nəticələri, 
artıq, göz qabağındadır.
Heydər  Əliyevin  xalqımızın  təkidli  tələbi  ilə  Azərbaycana 
dövlət  başçısı  kimi  yenidən  rəhbərliyə  gətirilməsi  çox  mürəkkəb 
ictimai-siyasi bir şəraitə, Azərbaycanın “olum, ya ölüm!” məsələsi­
nin  gündəmdə  olduğu  bir  dövrə  təsadüf  etmişdir.  Belə  bir  ağır 
dövrdə  xalqın  təkidli  tələbi  ilə  xalqın  oğlu  Heydər  Əliyev  Naxçı­
vandan  Bakıya  dəvət  olundu  və  1993-cü  ilin  15  iyununda  Milli 
Məclisin  sədri  seçildi.  Heydər  Əliyev  elə  həmin  gündən,  özünün 
strategiyasını  həyata  keçirməyə,  Azərbaycanı  düşdüyü  siyasi  böh­
randan və vətəndaş müharibəsindən çıxannağı, erməni təcavüzünü- 
n qarşısının alınmasını  və ordu quruculuğu proqramının  həyata  ke­
çirilməsini  ön  plana  çəkdi.  Bu  münasibətlə,  1993-cü  ilin  1  noyab­
rında  Azərbaycan  Respublikasının  Müdafiə  Şurası  yaradıldı  və elə
59


Yüklə 8,17 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə