Dərs vəsaiti m £


N.  C əfərov,  M .  Ç obanov,  Q.  P a şa yeva



Yüklə 8,17 Mb.
Pdf görüntüsü
səhifə18/83
tarix23.08.2018
ölçüsü8,17 Mb.
#63883
1   ...   14   15   16   17   18   19   20   21   ...   83

N.  C əfərov,  M .  Ç obanov,  Q.  P a şa yeva
edilmişdir.  Onlardan  31  dekabrın  Dünya  azərbaycanlılarının 
Həmrəylik günü elan edilməsi,  (Naxçıvan Muxtar Respublikası Ali 
Məclisinin  16  dekabr  1991-ci  il  tarixli  qərarı)  əslində,  Azərbaycan 
diasporunun  yaranması,  mütəşəkkilliyinin  və  siyasi  fəallığının 
güclənməsinin başlanğıcı-ilk günü hesab etmək olar...
Beləliklə  də,  Ümummilli  lider Heydər Əliyev Azərbaycanda 
ikinci  dəfə  hakimiyyət  başına  gəldikdən  sonra  “Azərbaycanda 
həyata  keçirilən  geniş  miqyaslı  “Dövlət  quruculuğu  proqramf’nın 
tərkib  hissəsinə  çevrilən  diasporun  təşkilatlanması  mühüm  bir 
problem  kimi  qarşıya  qoyuldu...  diasporumuzun  fəaliyyəti  diqqət 
mərkəzində saxlanıldı, məqsədyönlü bir məcraya salındı,  diasporun 
qayğılarına dövlət səviyyəsində yanaşıldı”
Ümummilli  lider  dövlət  quruculuğuna  dair  islahatların  həyata 
keçirilməsində  “diasporun  qüvvəsindən  səmərəli  istifadə  etməyi 
mühüm  bir  vəzifə  kimi,  hər  bir  dövlət  təşkilatının  və  səfirliklərin 
qarşısında  mühüm  məsələ  kimi  qoyur  və  onların  bu  istiqamətdə 
fəaliyyət göstərməsinə böyük diqqət yetirirdi”.
Ümummilli 
lider  Heydər  Əliyev”  Dövlət  quruculuğu 
proqramf’m  həyata  keçirərkən  diasporla  iş  problemini  də  daim 
diqqət  mərkəzində  saxlayır  və  xarici  ölkələrə  səfərləri  zamanı 
getdiyi  ölkələrdə  yaşayan  soydaşlarımızla  görüşər  və  onlara 
müəyyən  dərəcədə  məsləhətlər  verər  və  onların  qayğılanndan 
danışarkən  demişdir:  “Mən  azərbaycanlılara  harada  yaşamasından 
asılı  olmayaraq,  Azərbaycan  Prezidenti  kimi,  onlara  daim  qayğı 
göstərməyə  çalışacağam”.  Ulu  Öndər  başqa  bir çı. aşında  diasporla 
bağlı  problemlərdən  bəhs  edərkən  demişdir:  “Ölkəmiz  inkişaf 
etdikcə,  imkanlarımız artdıqca biz Azərbaycandan kənarda yaşayan 
soydaşlarımızla  əlaqələri  daha  da  genişləndirəcəyik  və  bu  qayğını 
da, yardımı da artıracağıq”.
72
A zərb a ycu n şim a slığ m   ə sa sla n
-  “Azərbaycançılıq”  ideologiyasının  əsas  cəhətləri.  “Azər- 
baycançılıq” ideyasının əsas müstəqil cəhətləri aşağıdakılardır:
- Etnomədəni cəhət dedikdə antropologiya (etnologiya), Etnoq­
rafiya, sosial psixologiya və linqvistik amillər nəzərdə tutulur.
-  Sosial-siyasi  cəhət  dedikdə  sosiologiya,  politologiya,  cəmiy­
yətin sosial quruluşu haqqında digər elm sahələri nəzərdə tutulur...
-  Geosiyasi  cəhət dedikdə beynəlxalq hüquq sahəsində  kompl­
eks elmi  fənlər vasitəsi  ilə  işlənib hazırlanan yeni elm  sahəsi  nəzər­
də tutulur.
Deməli,  “milli-mənəvi,  əxlaqi,  dünyəvi,  humanitar  dəyərləri, 
Şərq  və  Qərb  mədəniyyətinin  dialoqunu,  türkçülük  və  avropaçılıq 
meyllərini,  tarixi  təkamüldə varislik və tərəqqiçiliyi ahəngdar şəkil­
də coğrafi  regionlarda, sosial-siyasi  sistemlərdə, mədəni  mühitlərdə 
formalaşmış diasporumuz üçün cəlbedici  və perspektivlidir”.  Çünki 
azərbaycançılıq  məfkurəsinin  belə  sistemli  xarakteri  müxtəlif 
müasir  nəsillərin  də  birləşməsinə  geniş  imkanlar  verə  bilər, 
azərbaycançılığın 
mühüm 
meyarlarından 
olan 
bu 
cəhət 
soydaşlarımızın  ümumi  amal  ətrafında  birləşməsinə  imkan  verən 
əsas amillərdən biridir.
Buraya kimi  qeyd etdiklərimizdən belə qənaətə gəlmək olur ki, 
Ümummilli  lider  Heydər  Əliyev  hansı  vəzifədə  çalışmasından  və 
rəsmi  və ya qeyri-rəsmi tədbirlərdə hansı  problemin müzakirə və ya 
həll  edilməsindən  asılı  olmayaraq,  onun  fəaliyyətinin  bütün 
sahələrinin  əsas  devizi  yalnız  azərbaycançılığa  xidmət  etmək  və 
onu  müasir  dövrün  tələbləri  səviyyəsinə  uyğunlaşdırmaq  olub. 
Hətta,  onun  zəhmətkeşlərlə  adi  görüşlərində  də,  söhbətlərində  də 
Azərbaycançılıq  ideyası  daim  ön  planda  olub.  Bu  mənada  Ulu 
Öndər  Heydər  Əliyevi  XX  əsrin  bir  saylı  Azərbaycanlısı  hesab 
etmək olar...
7 3


/V . 
C əfərov,  M .  Ç oban ov,  Q.  P a şa yeva
“Bizim  ən  böyük sərvətimiz ondan  ibarətdir 
ki,  dilimiz yaşayıb və ilbəil zənginləşibdir... ”.
Heydər Əliyev
HEYDƏR ƏLİYEVİN «DİL SİYASƏTİ»
Qədim tarixə və zəngin mədəni  irsə malik olan xalqımız dörd 
min  ildən  çox  uzun  bir  dövr  ərzində  özünün  Dövlət  qurumlarını 
yaratmış  və  dövlətçilik  ənənələrini  davam  etdirmişdir.  Xalqımız 
özünün  şərəfli  tarixində  həm  Dövlətçilik  ənənələrini  yaratmış  və 
inkişaf etdirmiş,  həm  bölgə  və  dünya  miqyaslı  siyasi,  iqtisadi  və 
mədəni  sahələrdə  böyük  nailiyyətlər  qazanmış,  həm  Dünya 
mədəniyyəti  xəzinəsinə  «Kitabi-Dədə  Qorqud»  kimi  möhtəşəm 
bir  mədəniyyət  incisi,  həm  də  Nizami,  Xaqani,  Nəsimi,  Füzuli, 
Vaqif, 
M.F.Axundzadə, 
Mirzə  Cəlil,  Ə.Sabir,  S.Vurğun, 
B.Vahabzadə, Z.Yaqubov və s. söz sənətinin korifeylərini; həm də 
Dünya  miqyaslı  Üzeyir  Hacıbəyli,  Q.Qarayev,  F.Əmirov  kimi 
dünya şöhrətli bəstəkarlar bəxş etmişdir...
Həmçinin,  bütün bunlarla yanaşı,  xalqımız  istər Azərbaycan, 
istər  Bölgə,  istərsə  də  Dünya  miqyasında  tanınmış  Dövlət 
xadimləri  yetirmişdir.  Onlardan  yalnız  ikisinin  adını  qeyd  etmək 
kifayətdir.  Onlardan  biri,  hələ,  XVI  əsrdə  Dünyada  tanınmış  bö­
yük  dövlət  xadimi  və  görkəmli  sərkərdə,  şair  Şah  İsmayıl  Xətai; 
ikincisi  isə,  XX  əsrin  görkəmli  strategiyaçısı  və  geniş  diapo- 
zonlu,  erudisiyalı  tanınmış  dövlət  xadimi,  Müstəqil  Azərbaycan 
Dövlətinin müəllifi və banisi Heydər Əliyev olmuşdur.
74
A zərb a yca n şü n a slığ ın   əsasları
Biz bu paralelləri, heç də, təsadüfi çəkməmişik. Çünki  Şah İs­
mayıl Xətai  də,  Fleydər Əliyev də doğma Ana dilimizi xalqımızın 
milli  sərvəti  kimi  qiymətləndirmişdir.  Onların  hər  ikisi  Ana 
dilimizin  -   Azərbaycan-türk  dilinin  gələcək  inkişafını  nəzərə 
alaraq,  Ş.İ.Xətai  XVI  əsrdə,  Heydər  Əliyev  isə  XX  əsrdə  Ana 
dilimizin-ədəbi  dilimizin  rəsmi  Dövlət  dili  statusunu  təsdiqlə­
mişdir.  Bir sözlə,  onlar Ana  dilimizin  Dövlət  səviyyəsində  tətbiqi 
işinin genişlənməsinə yaşıl işıq yandırmışlar...
Burada  yeri  gəlmişkən,  həm  Xətainin,  həm  də  Fleydər 
Əliyevin  dil 
siyasətini 
özündə  təcəssüm  etdirən  müdrik 
kəlamları qeyd etmək də yerinə düşərdi:
XƏTAİ:  «Vətənin  bir ovuc torpağını bir ovuc  altundan,  dili­
mizin  bir kəlməsini  bir ölçü  mücəfhərdən üstün bildim.  Dilimizin 
və  Vətənimizin  əbədiyyən  yaşaması  üçün  əlimdən  gələni  etdim. 
Məni  lənətlə  yad  etməyin!  Yaxşı  nə  etdimsə  davam  etdirin,  xəta­
larımı  təkrar etməyin...  Alalar sizə  üç Əmanət  qoyublar:  Dilimiz, 
Qeyrətimiz, Vətənimiz!».
HEYDƏR  ƏLİYEV:  “Hər bir xalqın  milliliyini,  mənəvi  dəyər­
lərini  yaşadan,  inkişaf etdirən  onun  dilidir”,  “Dilimiz  çox  zəngin  və 
ahəngdar dildir, dərin tarixi  köklərə malikdir.  Şəxsən mən öz Ana 
dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”.
Ümummilli  liderimiz  Heydər Əliyevin yuxarıda qeyd olunan 
müdrik  kəlamına  dərindən  nəzər  saldıqda  belə  qənaətə  gəlmək 
olur ki, o, Ana dilimizin tarixi köklərinin çox qədim olması  məsə­
lələrini  də,  dilimizin  «çox  zəngin  və  ahəngdar»  olmasını  da  gör­
kəmli  bir dilçi  alim  kimi  çox  dəqiq  qiymətləndinnişdir.  Şübhəsiz 
ki,  bütün  bunlar  da  Heydər  Əliyevin  dilimizə,  tariximizə,  mədə­
niyyətimizə,  ədəbiyyatımıza  və  incəsənətimizə,  folklorumuza  (şi­
fahi  xalq  ədəbiyyatına,  xalq  musiqisinə,  xalq  rəqslərinə),  ümu­
7 5


Yüklə 8,17 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə