Dərs vəsaiti m £


N.  Cafarov,  M .  Ç obanov,  Q.  P a şa yeva



Yüklə 8,17 Mb.
Pdf görüntüsü
səhifə13/83
tarix23.08.2018
ölçüsü8,17 Mb.
#63883
1   ...   9   10   11   12   13   14   15   16   ...   83

N.  Cafarov,  M .  Ç obanov,  Q.  P a şa yeva
əsrin  60-70-ci  illərində tam  mənası  ilə formalaşmağa başlamışdır. 
O, sanki, Azərbaycanın müstəqillik əldə edəcəyini həmin dövrdən 
görür və strateji planlar hazırlayırdı...  Bəlkə də,  elə həmin  planlar 
üzrə,  hələ,  o vaxtlardan  Heydər Əliyevin  təxəyyülündə  Azərbay­
canın suverenliyi və müstəqilliyi özünə geniş yer tapmış, onun gə­
ləcəkdə  “Azərbaycanın  dövlət  müstəqilliyi  əbədi  olacaqdır,  dön­
məz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli gələcək Azər­
baycanı daha da yüksəklərə qaldıracaqdır” kimi proqram xarakter­
li  kəlamlarını böyük ruh yüksəkliyi  ilə söyləyəcəyindən  xəbər ve­
rirdi.
Heydər Əliyevin  strateji  planlarının  tərkibində  Ordu  qurucu­
luğu,  müstəqil  ordumuzun  yaradılması  və  onun  özəyini  təşkil 
edən  zəngin  hərbi  elmi-texniki  təcrübəyə malik zabit  korpusunun 
hazırlanması aparıcı rola malik idi.  Çünki “Ordunun yaranması  və 
möhkəmləndirilməsi,  torpaqlarımızın  və  Azərbaycanın  ərazi 
bütövlüyünün qorunmasının əsas şərtlərindən biridir”.
Bu  münasibətlə,  Heydər  Əliyev  xalqa  müraciətlə  deyirdi: 
«Hər  bir  vətəndaş,  hər  bir  azərbaycanlı  hiss  etməlidir  ki,  indi 
Vətənin qorunması  üçün  hərə öz payını  vennəlidir,  hərə öz yerini 
tapmalıdır.  İndi  hər  kəs  müsəlləh  əsgər  olmalıdır.  Bundan  artıq 
vəzifə  yoxdur.  Bütün  qalan  problemlər  sonra  həll  edilməlidir. 
Bütün  digər  problemlər  ikinci,  üçüncü  sıraya  keçməlidir.  Ön 
cərgədə,  birinci  növbədə,  bu  problem  durmalıdır.  “Hamı  onun 
ətrafında birləşməlidir. Çünki  Vətən təhlükədədir”.  Bir sözlə, “Bir 
dəfə  yüksələn  bayraq,  bir  daha  enməz”  (M.Ə.Rəsulzadə)  şüan 
hamının  fəaliyyət devizi  olmalıdır.  Bunu  bizdən  Vətən tələb  edir, 
bunu 
bizdən 
böyük 
Azərbaycan 
dövləti 
yaratmış 
Ulu 
babalanmızın  ruhu  tələb  edir,  şəhidlərimizin  qanı  və  ruhu  tələb 
edir».
52
A zarbaycan şü n aslığııı  asasları
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit korpusu­
nun yaradılmasında geniş erudisiyaya, dünyagörüşə malik, gələcə­
yi  görməyi  və ona  yüksək obyektiv qiymət venrıəyi, onun nəticə­
lərini 
qabaqcadan 
müəyyənləşdinnəyi 
zərgər 
dəqiqliyilə 
ölçüb-biçən  dünya  şöhrətli  siyasətçi  və  dövlət xadimi,  prezidenti­
miz  Heydər Əliyev  70-ci  illərdə  siyasi  hakimiyyət  səhnəsinə gəl­
diyi  ilk günlərdən respublikanın siyasi, iqtisadi və mədəni həyatını 
dərindən  öyrənir,  onun  gələcəyini  müəyyənləşdirirdi.  Keçmiş 
SSRİ  imperiyasının  hərbi  doktrinasını  dərindən  öyrənmək  onun 
əsas  məqsədlərindən  idi.  Bu  doktrinanın  ölkənin  digər xalqları,  o 
cümlədən  də,  bizim  xalqımız  üçün  “Böyük  Çin  səddi”  olduğunu 
aydın görürdü.  Heydər Əliyev bu səddi yarmaq, onun o biri  üzünə 
mütləq  bir qapı  -  gələcək  qapısı  açmaq  üçün  aramsız düşünürdü. 
“Böyük  Çin  səddi”nin  mahiyyətini  hərtərəfli  araşdıran  Heydər 
Əliyev cənabları gördü ki, bu səddin məqsədi, mahiyyəti və məğzi 
xalqımızı  hərb  elmindən  ayırmaq,  xalqımızın  mərd  və  cəsur 
övladlarını  hərbi  taktikadan  -   döyüş  sənətindən  və  müasir 
silahların öyrənilməsindən  kənarlaşdırmaq, bir sözlə, hərb elminin 
müxtəlif sahələrini  və  hərbi  silahlan  xalqımızın  əlindən  alınması 
məqsədini  güdür.  Məhz  belə  bir  “üstüörtülü”,  “maskalanmış” 
siyasətin  nəticəsi  idi  ki,  keçmiş  SSRİ  məkanındakı  hərbi  təhsil 
müəssisələrinin  qapılan  gənclərimizin  üzünə  bağlanmışdır... 
Dünya  hərb  elminə  və  hərb  sənətinə  tam  artilleriya  generallan 
(Artilleriya  marşalları)  -   Ə.Şıxlinski  və  S.Mehınandarov  kimi 
hərbi  sərkərdələr bəxş etmiş xalqımızın övladlan  hərbi məktəblərə 
kənardan  baxıb  “köksünü  ötürürdü”.  Çünki  hərbi  məktəblərdə 
təhsil  yalnız  rus  dilində  aparılırdı...  Bu  da  xalqımızın  mərd  və 
mübariz  oğullarının  hərbi  məktəblərdə təhsil  alması  və gələcəkdə 
zabit,  hərbi  sərkərdə  olmasına  imkan  vermirdi.  Onu  da  qeyd
53


N.  C əfərov,  M.  Ç obanov,  Q.  P a şa yeva
etmək  lazımdır  ki,  keçmiş  SSRİ  imperiyası  dövründə  Bakıda  və 
Gəncədə  bir  neçə  hərbi  məktəblər  olmasına  baxmayaraq,  həmin 
məktəblərdə  xalqımızı  təmsil  edən  zabit  və  müdavimlərə  nadir 
hallarda, tək-tək rast gəlmək olurdu.  Xalq arasında deyildiyi  kimi, 
hərbi  məktəblərin  “adı  bizim,  dadı  özgənin”  idi...  Odur  ki,  o 
dövrdə  xalqımızın  övladları  arasından  çıxmış  hərbçi-zabitləri 
barmaqla saymaq  olardı,  hətta,  rayon  hərbi  komissarlıqlarında  da 
xidmət  etmək  üçün  zabitlər  yox  idi.  Buna  görə  də,  rayon  hərbi 
komissarlıqlarında da qeyri-azərbaycanlılar fəaliyyət göstərirdi.
Keçmiş  SSRİ  imperiyasının  hərbi  doktrina  sahəsində 
yeritdiyi  bu  siyasətin  “acı  nəticələri”ni  qabaqcadan  görən  Heydər 
Əliyev  xalqımızın  gənclərinin  hərbi  təhsil  alması  -   zabit  kimi 
yetişdirilməsi  üçün  yollar  axtarır...  Nəhayət,  o,  belə  bir  yol  da 
axtarıb  tapır.  Azərbaycanda  Maarif Nazirliyinin  tabeliyində  olan 
hərbi  təmayüllü  bir  məktəb  təşkil  etmək  barədə  Mərkəzi 
hökumətin  -   SSRİ  hökumətinin  qarşısında  belə  bir  məsələ 
qaldırır.  Hamıya  yaxşı  məlumdur  ki,  o  dövrdə  milli  xarakter 
daşıyan  belə  bir  məsələni  qaldırmaq  respublikanın  dövlət 
başçısından  çox  böyük  risk  və  cəsarət  tələb  edirdi.  Lakin  bütün 
ömrünü,  gələcək  həyatını  öz  doğma  xalqına  bəxş  edən  Heydər 
Əliyev  çox  ciddi  bir  addım  atdı.  Bu  addım  hər  an  onun  fiziki 
cəhətdən  məhv  edilməsinə  də  gətirib  çıxara  bilərdi...  Lakin  o,  öz 
xalqı  uğrunda  canını  əsirgəmədi...  Çünki  keçmiş  SSRİ 
imperiyasının  Dövlət  Təhlükəsizlik  Komitəsinin  repressiyaları 
aramsız davam edirdi...
1960-cı  illərin  axırlarında  və  1970-ci  illərin  əvvəllərində 
Bakıda  ibtidai  hərbi  təhsil  verən  məktəbin  yaradılması  üçün  Bakı 
-  Moskva arasında yazışmalar,  telefon  zəngləri  başlanır.  Moskva 
hər  cür  bəhanə  ilə  belə  bir  məktəbin  açılmasına  imkan  vermək
54
A zərbaycan şü n aslığııı  ə sa sla n
istəmir,  ona  maneçilik  törətməyə  çalışırdı.  Çünki  Moskvada  da 
müstəmləkəçilik  ənənələrini  saxlamaq  istəyənlər  arasında  da 
qabağı  görənlər  var  idi.  Onlar  yaxşı  başa  düşürdü  ki,  belə  bir 
məktəbin  təsis  edilməsi  gələcəkdə  Azərbaycanın  milli  zabit 
korpusunun yaradılması demək idi...
Nəhayət,  uzun  çəkən  Bakı  -   Moskva  yazışmalarından, 
telefon  zənglərindən  sonra  1970-ci  ildə  Heydər  Əliyevin  uzun 
müddətli  şəxsi  mübarizəsinin  nəticəsi  öz  bəhrəsini  verdi.  1970-ci 
ildə  Bakıda  ilk  İbtidai  Hərbi  Məktəb  yaradıldı.  Həmin  məktəb 
general  C.Naxçıvanski  adına  hərbi  lisey  adlanır.  Xalqımızın  və 
xüsusilə,  hərb  elmimizin  tarixində  bu  məktəb  silinməz  bir  iz 
qoyub.  Bu  məktəb  Heydər  Əliyev  dühasının  ən  böyük  kəşfidir, 
desək,  heç  də  səhv  etmərik.  Bu  məktəbin  müasir  dövrdə 
Azərbaycan  xalqının  tarixində  kəsb  etdiyi  rolu  və  onun 
əhəmiyyəti  barədə  məktəbin  yaradıcısı  Heydər  Əliyevin  özünün 
25  il  sonrakı  nitqlərinin  birində  söylədiyi  sözləri  ilə  demək  daha 
münasib olar:
“25  il  bundan  əvvəl  öncə  mən  Azərbaycanda  əvvəllər  heç 
vaxt oxşarı, analoqu  olmayan  ixtisaslaşdırılmış  hərbi  orta  məktəb 
yaratmaq  haqqında  fikir  irəli  sürdüm.  Bu  məktəbi  yaratdıq. 
Doğrudan  da,  mənim  həyatımda  gördüyüm  işlər  içərisində  bu 
addımı, bu işi, bu təşəbbüsü o dövrdən, artıq, 25  il  keçəndən sonra 
şəxsən özüm çox yüksək qiymətləndirirəm”.
Heydər  Əliyevin  bu  əvəzolunmaz  təşəbbüsünün  arxasında, 
hər şeydən əvvəl, Azərbaycanın azadlığı, suverenliyi, müstəqilliyi 
və  özünün  Ordusunu  yaratmaq  kimi  çox  mühüm,  çox  vacib 
vəzifələr  özünə  geniş  yer  tapmışdır.  Bu  təşəbbüs  indi  də  öz 
bəhrələrini verir...
55


Yüklə 8,17 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə