Dərs vəsaiti m £


N.  C əfərov,  M .  Ç obanov,  Q.  P aşayeva



Yüklə 8,17 Mb.
Pdf görüntüsü
səhifə12/83
tarix23.08.2018
ölçüsü8,17 Mb.
#63883
1   ...   8   9   10   11   12   13   14   15   ...   83

N.  C əfərov,  M .  Ç obanov,  Q.  P aşayeva
bütün  incəliklərini  və  çalarlanm  çox  yaxşı  duyur  və  hiss  edirdi... 
Lakin  Sovet  imperiyasının  bu  qeyri-humanist,  qeyri-bəşəri  və 
bayağı  siyasəti  müxtəlif üsul,  aforizm pərdələri  altında  üstüörtülü 
şəkildə  tədricən,  damla-damla  həyata  keçirilirdi...  Bax,  belə  bir 
mürəkkəb  şəraitdə  Heydər  Əliyev  özünün  strategiyasının 
əsaslanm təfəkküründə yaratmış,  onun həyatda tətbiqi  üçün mahir 
bir siyasətçi  kimi  məqam  gözləyirdi,  siyasət meydanının  açılması 
şəraitini səbirsizliklə gözləyirdi...
Nəhayət,  belə bir gün  gəldi...  Heydər Əliyev  1990-cı  ilin  ya­
yında  Moskvadan  Vətənə  döndü...  1991-ci  il  oktyabrın  18-də 
Azərbaycan 
Respublikasının  Dövlət  müstəqilliyi 
haqqında 
Konstitusiya  Aktı  qəbul  edildi...  Heydər  Əliyev  1990-1993-cü 
illərdə  Naxçıvan  Muxtar  Respublikası  Ali  Sovetinin  sədri  vəzifə­
sində  fəaliyyət  göstənnişdir.  Elə  həmin  günlərdə  də  Heydər Əli­
yev xəyalında  hazırladığı  strategiyasını tədricən həyata  keçirməyə 
başlamış...  və  özünün  strateji  plan  və  təkliflərini  Azərbaycan 
Respublikası  qarşısında bir məsələ  kimi  tez-tez qaldınnış və onun 
həyata keçirilməsinə əsasən nail ola bilmişdir...
Xalq  isə,  özünün  qəti  sözünü,  qəti  qərarını  demək  üçün  hər 
şeyi  “yüz  ölçüb,  bir  biçərək”  müəyyən  tədbirlər  görürdü... 
Nəhayət,  belə  bir  ümumxalq  rəyi,  ümumxalq  tədbiri  görüldü  və 
ümumxalqın  iradəsi  ilə  təcrübəli  dövlət  xadimi  Heydər  Əliyev 
ikinci  dəfə  Azərbaycanın  rəhbərliyinə  dəvət  olundu  və  1993-cü 
ilin  15  iyununda  Azərbaycan  Respublikası  Milli  Məclisinin  sədri 
vəzifəsinə seçildi...
Heydər Əliyevin  öz  strateji  planlarını  həyata  keçinnək  üçün 
geniş imkanlar açıldı. Onun strategiyasının əsasında Azərbaycanın 
dövlət müstəqilliyinin  əbədi,  dönməz  və  sarsılmaz olması  ideyası 
dururdu.
4 8
Л zərb a yca n şiin a slığ ııt  əsasları
Prezidentimizin  bu  ideyası, mübaliğəsiz demək olar ki,  artıq, 
reallaşmışdır,  Azərbaycan  dünyanın  Beynəlxalq  Təşkilatlan  və 
aparıcı  dövlətləri  ilə  eyni  addımlarla  irəliləyir...  Heydər Əliyevin 
strategiyasının ən mühüm və ən vacib sahələrindən birini də xalqı­
mızın  milli-mənəvi  dəyərlərinin  müqəddəsliyinə,  onun  qorunub 
saxlanmasına  və  daha  da  inkişaf etdirilməsinə  və  zənginləşdiril- 
məsinə müdrikcəsinə atalıq qayğısı göstərməsi ilə bağlıdır.
Ümummilli  lider  Heydər Əliyevin  Hərbi  strategiyası.  Yu­
xarıda  strategiyaçı  və  strategiya anlayışlan  ilə  əlaqədar qeyd  olu­
nan bütün tələblər Müstəqil Azərbaycan Dövlətinin strateji planla­
rının  hazırlığında  bilavasitə  iştirak  edən  və  həm  də  onun  icrasına 
rəhbərlik  etmək  kimi  çox  vacib  olan  bütün  parametrləri  böyük 
vətəndaş, milli  lider, Türk dünyasının müdrik ağsaqqalı, dünyanın 
tanınmış  siyasi  və  dövlət  xadimi,  Azərbaycan  Respublikasının 
Prezidenti,  Silahlı  Qüvvələrin  Ali  Baş  Komandanı  Heydər 
Əliyevin  çoxillik  həyat  təcrübəsində  açıq-aydın  şəkildə  görmək 
olar.
Yuxarıda  qeyd  olunduğu  kimi,  strateji  perspektiv  planlar 
ölkənin, dövlətin bütün sahələrini özündə birləşdirir. Lakin biz bu­
rada  Müstəqil  Azərbaycan  Dövlətinin ümumi  strateji planlarından 
yox, yalnız onun  bir hissəsini, həm də onun ən aparıcı  sahəsi  olan 
Hərbi strategiyadan bəhs etməyi planlaşdırmışıq.
Azərbaycan  dövlətinin  Hərbi  strategiyasnın  hazırlanması  da, 
onun  həyatda  müvəffəqiyyətlə  tətbiqi  də  Azərbaycan  Respubli­
kasının Prezidenti  Heydər Əliyevin adı ilə bağlıdır.  Bizim müşahi­
dələrimizə  görə,  görkəmli  dövlət  xadimi  Heydər  Əliyevin  hərbi 
strateji  görüşlərinin  yaranması  və  onun  həyatda  reallaşması 
tarixini  üç mərhələyə bölmək olar:
,  4 9


N.  C əfərov,  M .  Ç obanov,  Q.  P a şa yeva
1.  Azərbaycanda  milli  zabit  kadrlarının  hazırlığı  mərhə­
ləsi -  1970-1990-cı illər.
2. Azərbaycanda Ordu  quruculuğunun  Naxçıvan  mərhə­
ləsi -  1990-1993-ci illər.
3.  Azərbaycanda  Milli  Ordu  Yaradılması və  Ordu  quru­
culuğunda  islahatların  həyata  keçirilməsi  mərhələsi  -  
1993-2003-cü illər.
AZƏRBAYCANDA MİLLİ ZABİT KADRLARININ 
HAZIRLIĞI MƏRHƏLƏSİ 
(1970-1990)
Bu  mərhələdə  görkəmli  strategiyaçı  Heydər  Əliyev  milli 
zabit kadrlarının hazırlığını  iki istiqamətdə təşkil edir:
Birincisi,  Milli  zabit  kadrları  hazırlığının  müasir  dövrün 
tələblərinə  uyğunlaşdırmaq  məqsədilə,  ilk  növbədə,  ölkəmizdə 
ibtidai  hərbi  təhsil  verən  hərbi  təmayüllü  orta  məktəb-hərbi  lisey 
təsis edilməsi haqqında düşünür və bu problemi, çətinliklə olsa da, 
həll edir və  1970-ci  ildə indi  fəaliyyətdə olan C.Naxçıvanski adma 
hərbi lisey təsis edilir.
İkincisi, Milli zabit kadrları hazırlığını sürətləndinnək məqsə­
dilə azərbaycanlı gənclər müəyyən limitlə (sabiq SSRİ hökumətilə 
razılaşmaya  görə),  sabiq  SSRİ  Müdafiə  Nazirliyinin  tabeliyində 
olan və zabit kadrları hazırlayan 58 Ali hərbi məktəbə göndərilir.
Məlumdur  ki,  Heydər  Əliyev  gənc  yaşlarından  1969-cu  ilin 
ortalarına  kimi  keçmiş  SSRİ-nin  Dövlət  Təhlükəsizliyi  Komi­
təsində  fəaliyyət  göstərmiş  və  Azərbaycan  SSR-in  Dövlət Təhlü­
kəsizlik Komitəsinin sədri  vəzifəsinə qədər həm çətin, həm də şə­
50
A zərb a yca n şü n a slığ ın   əsasları
rəfli bir yol keçmişdir.  Bu yolun özünəməxsus çətinlikləri, keçmiş 
Sovet qanunlarının  ikili  standartlığı,  daim dövlət təhlükəsizliyinin 
yorulmaz  əməkdaşı,  dövlətçiliyin  zəngin  sirlərinə  dərindən  yiyə­
lənmiş Heydər Əliyevin təfəkküründə bir-birinə qarşı olan, bir-biri 
ilə daim mübarizə aparan,  biri  digərini  inkar edən  iki  fikir,  iki  dü­
şüncə,  iki  mülahizə  formalaşmışdır:  Heydər Əliyevin  təfəkkürün­
də  formalaşan  birinci  fikir və  mülahizə üstüörtülü,  gizlin  xarakter 
daşıyır.  Çünki  bu  fikir və  mülahizə  milli  strateji  xarakter daşıdığı 
üçün onu müəllif daim  fikrində əridib-süzür, təhlil  edir və təkmil­
ləşdirirdi.  Bu  da  təsadüfi  deyildi.  Çünki  Heydər  Əliyev  keçmiş 
SSRİ  Dövlət Təhlükəsizliyi  Komitəsində xidmət edə-edə milli za­
bit  kadrların  hazırlığının  gizlin planını  cızır,  onun  reallaşdın İması 
yollannı  axtarır,  gecə-gündüz  bu  sahədə  düşünürdü.  Ancaq,  özü­
nün  fikir və mülahizələrini  açıqlaya bilmirdi.  Çünki  Sovet repres­
siyası  onu  bir  anlığa  fiziki  cəhətdən  məhv  edə  bilərdi,  Odur  ki, 
Heydər Əliyev  hər bir işdə “yüz ölçüb,  bir biçərdi”.  Sonra  nəticə 
çıxarardı.  Bu da onun uzaqgörənliyinin, müdrikliyinin nəticəsi  idi. 
Lakin  bu  yolun  sonuna  gəlib  çata  bilmirdi.  Nəhayət,  Heydər 
Əliyevin  strategiya  yolu  1969-cu  ilin  ortalarında  sona  çatdı. 
Heydər  Əliyev  keçmiş  Azərbaycan  KP  MK-nın  birinci  katibi 
vəzifəsinə  seçildi.  O,  respublikanın  rəhbəri  oldu.  Aradan  az  bir 
müddət  keçməmiş  Heydər  Əliyev  özünün  gizlin  hərbi  strateji 
planlarını  həyata keçirmək üçün müxtəlif yollar arayıb-axtarmağa 
başladı.  Nəhayət,  müdrik  dövlət  xadimi  hərbi  strateji  planının 
birinci  mərhələsini,  yəni  milli  zabit  kadrları  hazırlığının  ilkin 
yolunu müəyyənləşdirdi.
Bu  mənada,  Azərbaycan  Respublikasının  Prezidenti  Heydər 
Əliyevi  görkəmli  strategiyaçı-sərkərdə, azərbaycanşünas adlandır­
saq,  heç  də,  səhv  etmərik.  Çünki  onun  strateji  görüşləri  hələ  XX
51'


Yüklə 8,17 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə