Dərs vəsaiti m £


N.  C əfərov,  M .  Ç oban ov,  Q.  P a şa y e v a



Yüklə 8,17 Mb.
Pdf görüntüsü
səhifə21/83
tarix23.08.2018
ölçüsü8,17 Mb.
#63883
1   ...   17   18   19   20   21   22   23   24   ...   83

N.  C əfərov,  M .  Ç oban ov,  Q.  P a şa y e v a
hir ustadı  idi.  Bu mənada,  onun nitqi  özünün səciyyəvi  xüsusiyyət­
lərinə, elmiliyinə və məntiqiliyinə görə hamıya örnək ola bilər...
b) 
Heydər  Əliyevin  Ana  dili  siyasətinin  birinci  mərhələsi­
nin  ikinci  rəsmi  dövrü  (Bu  dövr  1978-1990-cı  illəri  əhatə  edir). 
Məhz  bunun  nəticəsidir ki,  Heydər Əliyev  hələ  XX  əsrin  50-60-cı 
illərindən  doğma  Ana  dilimizin  gələcəyi  barədə  düşünmüş, 
Azərbaycanın  bütün  bölgələrində  müxtəlif rəsmi  tədbirlərdə  Ana 
dilində  çıxış  etmiş  və  bu  çıxışları  ilə  xalqımıza  qeyri-rəsmi  halda 
nümunə 
göstərmişdir. 
Nəhayət, 
sabiq 
SSRİ-nin 
Mərkəzi 
hökumətinin  müqavimətinə  və  etirazına  baxmayaraq,  1978-ci  ildə 
«Azərbaycan  SSR  Konstitusiyası”  qəbul  edilərkən,  həmin 
Konstitusiyanın «Dövlət dili» adlanan 73 Maddəsi ilə Ana dilimizin 
rəsmi  Dövlət Statusu təsdiq edildi:  «Azərbaycan SSR-in Dövlət dili 
Azərbaycan  dilidir».  Bu  dil  dövlət  və  ictimai  orqanlarda, 
mədəniyyət, maarif idarələrində və başqa  idarələrdə də Azərbaycan 
dilinin  işlədilməsini  təmin  edir və  onun  hərtərəfli  inkişafına  dövlət 
qayğısı  göstərir».  Beləliklə,  Ümummilli  liderimiz  Heydər  Əliyev 
özünün dil strategiyasını -  dil siyasətini rəsmiləşdinnişdir.
Dil  strategiyası  və  ya  dil  siyasəti  baxımdan,  Heydər Əliyevin 
fəaliyyətini  Atatürkün  dil  siyasəti  ilə  müqayisə  etmək  olar.  Lakin 
onların  dil  siyasəti  yalnız  Türkiyə  və  Azərbaycan  sərhədləri  ilə 
məhdudlaşsa  da,  bütün  Türk  dünyası  üçün  örnək  olur.  Bir  sözlə, 
onların  hər  ikisi  Türk  dünyasının  ən  böyük  xalqlan  olan  həm 
Türkiyə  türklərinin,  həm  də  Azərbaycan  türklərinin  Ana  dillərinin 
şan-şöhrətinin  artırılmasına  və  daha  da  inkişaf etdirilməsinə  əbədi 
və geniş yollar açmışlar.
Heydər  Əliyevin  “Dil  siyasəti”nin  ikinci  mərhələsi
(1990-2003-cü illər).  Heydər Əliyevin çoxsahəli dövlət -  idarəetmə 
fəaliyyətinin  və  strateji  görüşlərinin  tərkib  hissələrinin  bir sahəsini
84
A zərb a yca n şü n a slığ ın   əsasları
də  onun  “Dil  siyasəti”  təşkil  edir.  Bu  mənada,  Heydər  Əliyevin 
“Dil  siyasəti”nin  ikinci  mərhələsi  (1990-2003-cü  illər)  onun  Nax­
çıvan  Muxtar  Respublikası  Ali  Sovetinin  sədri,  Müstəqil  Azər­
baycan  Respublikası  Milli  Məclisinin  sədri  və  Azərbaycan  Res­
publikasının Prezidenti olduğu dövrü əhatə edir.
Vətəninin  və  doğma  Ana  dilinin vurğunu  olan  Heydər Əliyev 
Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin  Sədri  vəzifəsində 
işlədiyi  vaxtda  sabiq  SSRİ-nin dağılması  ilə əlaqədar olaraq,  Sovet 
Ordusunun  Naxçıvandakı  hissələrində  xidmət  edən  şəxsi  heyəti 
ölkədən  çıxartmış  və  onun  əvəzində  Naxçıvan  Respublikasının 
Ordu birləşmələrinin yaradılması ilə məşğul olmuş və bu sahədə ilk 
nailiyyətlər  qazanmış,  Milli  Ordu  birləşmələri  təsis  olunmuşdur. 
Orduda  təlim-tədris,  idarəetmə  və  tərbiyəvi  işlərin,  eləcə  də, 
kargüzarlıq  işlərinin  doğma  Ana  dilində  -  rəsmi  Dövlət  dilində 
aparılması  barədə  xüsusi  göstənş  vermişdir...  Onu  da  qeyd  etmək 
yerinə  düşər  ki,  yeni  yaradılmış  Azərbaycan  Ordu  birləşmələrində 
ilk  hərbi  komanda  -   ‘Farağat”  komandasının  ahəngdar sədaları  da 
məhz  Naxçıvandakı  Ordu  birləşmələrində  səslənmişdir.  Deməli, 
doğma  Ana  dilinin  vurğunu  olan  Heydər  Əliyev  harada  və  hansı 
vəzifədə  işləməsindən  asılı  olmayaraq,  Ana  dili  problemini  daim 
diqqət mərkəzində saxlamışdır...
Heydər  Əliyev  ölkədəki  mövcud  mürəkkəb  siyasi  və  ağır 
iqtisadi  şəraitdə  ölkəmizin  yeni  Konstitusiyasının  qəbul  edilməsi 
barədə  qərar  qəbul  etdi.  Beləcə  də,  12  noyabr  1995-ci  ildə 
«Azərbaycan  Respublikasının  Konstitusiyası»  qəbul  edildi.  Həmin 
Konstitusiyanın  «Dövlət  dili»  adlanan  21-ci  Maddəsində  Ana 
dilimizin dövlət statusu bir daha təsdiqləndi. 21-ci Maddədə deyilir: 
«Azərbaycan  Respublikasının Dövlət dili Azərbaycan dilidir».
85


N.  С э р у  ov,  M .  Ç obanov,  Q.  P a şa yeva
Xalqımızın tarixini, ictimai həyat tərzini dərindən mənimsəmiş 
olan  Ümummilli  liderimiz Heydər Əliyevin ümumi  qənaəti  belədir 
ki,  hər bir xalq,  ilk növbədə,  özünün  tarixən  təşəkkül  tapmış  Milli 
sərvəti  olan  Ana  dili  ilə  tanınır  və  dünya  xalqları  arasında  özünün 
inkişaf  etmiş  Ana  dili  ilə  ünvanlaşır,  əbədiləşir.  1995-ci  ilin  31 
oktyabnnda  Azərbaycan  MEA-nın  Rəyasət  Heyətinin  Aict 
salonunda  keçirilən  yığıncaqda  Ana  dilimizlə  bağlı  məsələ 
müzakirə  olunarkən,  Azərbaycan  Respublikasının  Prezidenti 
Heydər Əliyev  geniş  çıxış  etmiş  və  həmin  çıxışında  Ana  dilimizi 
yüksək qiymətləndirərək demişdir:
«Mən  bununla,  öz  sözümü  qurtarıram.  Ancaq,  iki  kəlmə  onu 
demək  istəyirəm  ki,  mən,  bu  danışdığımız  dili,  buna  hansı  dil 
deyirsiniz  deyin,  -  çox  gözəl  dil  hesab  edirəm.  Dilimiz  zəngindir, 
çox  ahəngdar  dildir,  dilimizin  söz  ehtiyatı  çox  böyükdür. 
Qrammatika  sahəsində  həddindən  artıq  böyük nailiyyətlərimiz var. 
Şəxsən mən bu dili sevirəm».
Yuxarıdakı  qeydlərdən aydın  olur ki,  Heydər Əliyev harada  və 
hansı  tədbirdə  çıxış  etməsindən  asılı  olmayaraq,  onun  bütün 
çıxışlarında,  nitqində  müstəqil,  yazılı  mətnlərsiz  danışığında, 
çıxışında elmilik və məntiqilik daim hökm sürür.
Heç təsadüfi deyil ki, sabiq prezidentimiz, Silahlı Qüvvələrimi­
zin Ali  Baş Komandanı  Heydər Əliyevin göstərişi  ilə  1996-1997-ci 
tədris ilinin ilk günlərindən, yəni  1  sentyabrdan etibarən Güc Nazir­
liklərinin  tabeliyində  olan  tədris  müəssisələrində  də  tədris-təlim  və 
tərbiyəvi  işlər  Azərbaycan  Respublikasının  Dövljt  dilində  apanl- 
mağa başlanmışdır.  Bu da,  hər şeydən əvvəl, ölkəmizin bütün sahə­
lərində Ana dilimizin tətbiqi  işinin daha da genişləndirilməsi demək 
idi...
86
A zərbaycan şiin aslığın   əsasları
Bu  münasibətlə,  Heydər  Əliyev  ölkəmizdə  təhsil  dili  siyasəti 
ilə  əlaqədar  olaraq,  «Müstəqilliyimiz  əbədidir»  əsərinin  ikinci 
cildində  bəzi  prinsipial  problemləri  qabanq  şəkildə  ön  plana 
çəkmişdir.  Bu  problemləri,  əsas  etiban  ilə,  iki  istiqamətdə 
öyrənmək lazımdır:
-  «Hər  bir  azərbaycanlı  öz  Ana  dilini  yaxşı  bilməli,  onun 
ədəbi  bənnalarından  (yazılı  və  şifahi  ədəbi  dil  qollannı)  yaxşı 
istifadə etməyi bacannalıdır:
-«Orta  məktəblərdə  Ana  dili  ilə  yanaşı,  rus  dili,  Qərbin  və 
Şərqin  geniş yayılmış dillərindən birinin (ayn-ayn  məktəblər və ya 
bölgələr üzrə) dərindən öyrədilməsini məsləhət gönnüşdür:
-«İndi  isə  müstəqilik.  Ona  görə  də,  bütün  dillərin  (ayn-ayn 
məktəblərdə  -   M.Ç.)  tədris  olunması  çox  gərəkdir,  Xüsusən, 
dünyada  çox  geniş  işlənən  dillərin  orta  məktəblərimizdə 
öyrənilməsi  vacibdir.  Lazımdır  ki,  gənclərimiz  orta  məktəbi 
bitirərkən  2-3  xarici  dil  bilsinlər.  Ancaq,  bununla  yanaşı,  öz  Ana 
dilini bilmək hər bir azərbaycanlı üçün lazımdır.  Bir də deyirəm, biz 
öz  dilimizlə  fəxr  edə  bilərik».  Beləcə  də,  Türk  dünyasında  türk 
xalqlan, eləcə də, Dünya xalqlan arasında Azərbaycan-türk xalqı da 
özünün  doğma  və  qədim  Ana  dili  ilə  Dünyada  Ünvanlaşmışdır... 
Məhz  buna  görə  də,  Heydər  Əliyevin  ümumi  strateji  görüşləri 
arasında  Dil  siyasəti,  Dil  strategiyası  da  başlıca  yerlərdən  birini 
tutmuşdur.
Ana  dilimizin  gözəlliklərinə  qəlbən  vurğun  olan  Heydər 
Əliyev  gəncliyinin  ilk  illərindən  ədəbi  dilimizin  keçmişi,  tarixi, 
müasir  problemləri,  həmçinin,  gələcək  inkişaf  yolunu  dərindən 
öyrənmiş  və  ölkəmizin  başçısı  olduğu  illərdə,  hər  şeydən  əvvəl, 
Ana  dilimizin  gələcək  inkişaf yollarına  yaşıl  işıq  salmış,  iki  dəfə 
Ana  dilimizin  rəsmi  Dövlət  statusunu  tarixləşdirilmişdir.  Məhz
8 7


Yüklə 8,17 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə