Dərs vəsaiti m £


TV.  C əfərov,  M.  Ç oban ov,  Q.  P a şa yeva



Yüklə 8,17 Mb.
Pdf görüntüsü
səhifə20/83
tarix23.08.2018
ölçüsü8,17 Mb.
#63883
1   ...   16   17   18   19   20   21   22   23   ...   83

TV. 
C əfərov,  M.  Ç oban ov,  Q.  P a şa yeva
Heydər Əliyevin  bu nitqi  hamını  heyrətləndirdi...  Hamı  uzun 
müddət  heyrət  içində  yaşayırdı...  Aradan  bir  neçə  gün  keçmişdir 
ki,  radio  və  televiziyanın  ayrı-ayrı  proqramlarında  Heydər Əliye­
vin müxtəlif tədbirlərdəki nitqi Azərbaycan dilində eşidilirdi...
Azərbaycan  Respublikasının  başçısı  Heydər  Əliyevin  müx­
təlif tədbirlərdə  dalbadal  özünün  doğma  Ana  dilində  çıxış  etməsi 
hamını, xüsusilə, ziyalıları  həddindən artıq heyrətləndirirdi (Çünki 
Sovet  imperiyasının  «Repressiya  maşını»  fasiləsiz  işləyirdi). 
Sonralar  biz,  onun  Azərbaycan  dilindəki  nitqini  və  ya  çıxışlarını 
iki  aspektdən  qiymətləndirirdik  (Əlbəttə,  yalnız  həmkarlarımız 
arasında).”
Daha  sonra  Ə.Dəmirçizadə  dedi:  “Bizim  mülahizələrimizin 
birinci  aspektinə görə,  Azərbaycan  Kommunist  Partiyasının  Mər­
kəzi  Komitəsinin  Birinci  Katibi  Heydər  Əliyevin  müxtəlif rəsmi 
tədbirlərdə Azərbaycan  dilində  çıxış  etməsinin  əsas məqsədi  Res­
publikamızda  Dövlət dili  kimi  geniş  mənada  işlədilən «ikinci  ana 
dilimiz»in -rus  dilinin  tətbiqi  sahəsini  tədricən  məhdudlaşdırmaq 
və bu məhdudiyyət hesabına doğma Ana dilimizin-ədəbi dilimizin 
tətbiqi işinin mühitini daha da genişləndirmək olub...”
Onu  da  qeyd  edək  ki.  Heydər  Əliyevin  harada  və  hansı 
müəssisədə,  kolxoz  və  ya  sovxoz  zəhmətkeşləri  qarşısında  çıxış 
edəndə də, digər rəsmi  tədbirlərdə çıxış edəndə də, həm doğma Ana 
dilində çıxış edirdi, həm də bilərəkdən çıxışını elə qururdu ki, o, Ana 
dilimizin  qədimliyi,  zənginliyi,  gözəlliyi,  həmçinin,  tarixən 
Qafqazda,  Yaxın  Şərqdə  xalqlararası  ünsiyyət  dili  olması  barədə 
müdrik  kəlamlar  da  söyləyirdi...  Əlbəttə,  bu  da  təsadüfi  deyildi. 
Beləcə  də,  hələ,  XX  əsrin  60-cı  illərinin  sonlarından  və 70-ci  illərin 
əvvəllərindən  Heydər  Əliyevin  gələcək  strategiyasının  əsas  mahiy­
yətinin  ilkin  cizgiləri  -   Azərbaycançılıq  ideyasının  və  azərbaycan-
80
A zərb a yca n şü n a slığ ın   əsasları
çılıq görüşlərinin  möhkəm  özülü qoyulurdu.  Bu  görüşlərin  əsasında 
doğma  xalqımızın  milli  sərvəti  olan  Ana  dilimizin  -  ədəbi  dilimizin 
tətbiqi  işinin  özülünün-statusunun əsası  qoyulurdu...  Şübhəsiz ki, bu 
da hamının sevincinə səbəb olurdu...
Sonralar  Azərbaycan  Respublikasının  başçısı  Heydər  Əliyev 
1970-ci ildə Bakı Dövlət Universitetinin təsis olunmasının 50 illiyinə 
həsr  olunmuş  Yubiley  mərasimində  tarixi  nitq  söyləmişdir.  O, 
sonralar bu barədə belə demişdir:
«Xatirəmdədir,  Universitetin  50  illik yubileyində çıxış edərkən, 
şübhəsiz  ki,  öz  Ana  dilimizdə  -   Azərbaycan  dilində  danışdım.  Bu, 
böyük  bir  sensasiya  kimi  qəbul  olundu,  təəccüb  doğurdu...  (Çünki 
Sovet  dövründə  bütün  rəsmi  tədbirlər  «ikinci  ana  dili”ndə  -   rus 
dilində  aparılmalı  idi...),  Nə  cür  olur  ki,  Respublikanın  rəhbəri 
Azərbaycan  dilində  çıxış  edir  və  bu  dildə  heç  də  pis  danışmır. 
Bəziləri  məni  bu  hadisə  münasibətilə  təbrik  edirdilər...  Mən  isə, 
onlara  deyirdim  ki,  burada  bir  qeyri-  adilik  yoxdur,  nahaq  təəccüb 
edirsiniz,  bu  mənim  Ana  dilimdir  və  ana  dilində  çıxış  etmək,  elə 
böyük  bir  qəhrəmanlıq  da  deyildir.  Ana  dilini  bilməmək,  onu 
qiymətləndirməmək,  şübhəsiz  ki,  xalq  qarşısında  qəbahətdir» 
(Heydər  Əliyev,  Müstəqilliyimiz  əbədidir,  ikinci  cild,  Bakı, 
«Azəməşr»,  1997,  səh.  542-543).  Heydər  Əliyev  bununla  da, 
dövlətlə xalq arasında o dövrə qədər mövcud olmuş qeyri-qanuniliyi 
və  qeyri-humanistliyi  aradan  qaldınnış  oldu.  Xalqın  öz  Ana  dilində 
ünsiyyətdə  olmasına  yeni  bir  işıq  saçdı...  Beləliklə  də,  Heydər 
Əliyev  hələ  XX  əsrin  40-ci  illərindən  Moskvanın  yeritdiyi 
ruslaşdırma  siyasətini  dərk  etmiş  və  rus  dilinin  rəsmi  dövlət  dili 
olması «buzunu» yavaş-yavaş əritməyə başlamışdır...
O, 
Azərbaycanın  bütün  bölgələrini  gəzmiş,  yerli  xalq­
la-ziyalılarla görüşmüş və hər yerdə xalqla ünsiyyətdə xalqın doğma
81


N.  C əfərov,  M.  Ç oban ov,  Q.  P a şa yeva
Ana dilində çıxış etmiş,  danışmış,  ana dilimizdə çıxış  etməklə  onun 
gözəlliyindən, zənginliyindən,  obrazlı ifadələrindən doymaq bilməz­
di...  O, fasiləsiz olaraq, Təhsil Nazirliyi, Azərbaycan EA-ın müxtəlif 
İnstitutları,  Yazıçılar İttifaqı,  ali  məktəblər,  mətbuat  orqanlan,  radio 
və  televiziya  studiyaları,  həmçinin,  ayn-ayn  tanınmış  ziyalılarla 
yaxından  əlaqə  saxlayır  və  bu  əlaqələr  zamanı  da  onun  söhbətinin 
əsasında dil məsələsi də çox səmimi halda qeyd edilərdi.
Bu münasibətlə,  sonralar Heydər Əliyev Azərbaycan yazıçıları­
nın  VII  Qurultayında  Azərbaycan  dilində  söylədiyi  tarixi  çıxışında 
Ana dilimizin -  ədəbi dilimizin gözəlliyindən, zənginliyindən, ən sa­
də  və  ən  mücərrəd  elmi-fəlsəfı  fikirləri  ifadə  etmək  imkanlanndan 
mahir bir natiq kimi  istifadə edərək demişdir:
«Dil  xalqın böyük sərvətidir.  Ədəbi  dilin tərəqqisi olmadan mə­
nəvi  mədəniyyətin  tərəqqisi  mümkün  deyildir.  Biz tam  inamla deyə 
bilərik  ki,  çoxəsrlik  tariximizdə  Azərbaycan  dili  heç  vaxt  belə zən­
gin, nüfuzlu və hönnətli  olmamışdır.  Lakin mədəniyyət və elmin sə­
viyyəsi  yüksəldikcə,  həyatın  axarı  sürətləndikcə  dilin  təkmilləşmə­
sinə, onun  söz ehtiyatının genişlənməsinə daha çox qayğı göstərmək 
lazımdır».
Lakin Ümummilli  liderimiz Heydər Əliyevin Ana dilimizə mü­
nasibəti  bununla  məhdudlaşmır.  O,  hətta,  Azərbaycan  dilinin  araş­
dırılması,  tədqiq  edilməsi  məsələlərini  də  daim  diqqət  mərkəzində 
saxlayardı...  Bu münasibətlə,  bir məsələni  də qeyd etmək yerinə dü­
şərdi.  XX  əsrin  70-ci  illərinin  əvvəllərində  Azərbaycan  dilçiliyində 
ilk  dəfə  olaraq,  ali  məktəblərin  filologiya  fakültələrinin  tələbələri 
üçün dörd cildlik “Müasir Azərbaycan dili” adlı  fundamental dərslik 
çap  olunmuşdur.  Az  bir  müddət  ərzində  bu  dərsliklər  barədə  müx­
təlif mətbuat orqanlarında müsbət rəylər çap edilmişdir...
82
A zərb a yca n şü n a slığ ın   əsasları
Az  sonra  1974-cü  ildə  Azərbaycan  Respublikası  EA-nın  Rə­
yasət heyətinin qərarı  ilə dörd cildlik “Müasir Azərbaycan dili” dərs­
liyi  Dövlət mükafatına təqdim olunmuşdur.  XX əsrdə Ana dilimizin 
ayıq-sayıq  keşikçisi  Heydər  Əliyevin  göstərişi  ilə  həmin  dərslik 
Dövlət mükafatına layiq görülmüşdür.
“Müasir  Azərbaycan  dili  “dərsliklərinin  müəllifləri  prof. 
Ə.Dəmirçizadə (I  cildin müəllifi), prof.S.Cəfərov (II  cildin müəllifi), 
prof.  M.Hüseynzadə  (III  cildin  müəllifi),  prof.  Ə.Abdullayev,  prof. 
Y.Seyidov,  dos.A.Həsənov  (IV  cildin  müəllifləri)  Azərbaycan 
Dövlət Mükafatına  layiq  görülmüşlər...  Bütün bunlar isə, xalqımızın 
böyük  oğlu  Heydər  Əliyevin  dilimizə,  elmimizə,  mədəniyyətimizə 
olan qayğısının, bir sözlə, Dil siyasətinin nəticəsi idi.
Professor  Ə.Dəmirçizadə  daha  sonra  demişdir:  “Bizim  müla­
hizəmizin  ikinci  aspektinə görə, dinləyiciləri  heyrətləndirən  Heydər 
Əliyevin  geniş  intellektual  potensiala  malik  olması  (həm  Azərbay­
can, həm də rus dilində) və onun natiqliyi  idi.  Onun natiqliyinin gü­
cü  onda  idi  ki,  o,  hər şeydən  əvvəl,  doğma Ana  dilinin  bütün  incə­
liklərini (həm şifahi nitqin, həm də yazılı nitqin) kamil bir dilçi  kimi 
dərindən  bilirdi.  O,  hətta,  sadə,  aydın,  səlis,  təmiz,  ahəngdar  çıxışı 
ilə, dilçi alimlərlə söhbətində də dinləyiciləri heyrətləndirirdi...”
Başqa sözlə desək, Ümummilli  liderimiz Heydər Əliyev mahir 
natiq idi. O, elmin ауп-ауп sahələrini təmsil edən alimlərlə görüşlə­
rində də onların ixtisas sahəsi üzrə sadə, aydın, elmi və məntiqi söh­
bət etməyi bacarırdı, Bir sözlə, o, ziyalılarla ziyalı, müəllimlə müəl­
lim, həkimlə həkim, mühəndislə mühəndis, texniklə texnik, memar­
la  memar,  inşaatçı  ilə  inşaatçı, hərbçi  ilə hərbçi,  polislə polis,  fəhlə­
lərlə fəhlə, kəndli  ilə kəndli, bağbanla bağban,  arıçı  ilə ançı  dilində, 
onların başa düşəcəyi  və anlaya biləcəyi  dildə nitq söyləməyin  ma-
83


Yüklə 8,17 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə