Dərs vəsaiti m £


N.  C əfərov,  M .  Ç obanov,  Q.  P a şa y e v a



Yüklə 8,17 Mb.
Pdf görüntüsü
səhifə19/83
tarix23.08.2018
ölçüsü8,17 Mb.
#63883
1   ...   15   16   17   18   19   20   21   22   ...   83

N. 
C əfərov,  M .  Ç obanov,  Q.  P a şa y e v a
milikdə  isə,  Vətənimizə,  Vətənimizin  bütün  bölgələrinə,  yeri­
nə-yurduna,  elinə-obasına,  başı  ağ  çalmalı  uca  dağlarına,  musiqi 
kimi  insanı  özünə  cəlb  edən  şəlalələrinə,  dərin  dərələrinə,  qalın 
meşələrinə,  güllü-çiçəkli  təbiətinə olan  marağını  və sevgi  hissləri­
ni  daha da artırmışdır...  Bütün  bunlar  isə,  Heydər Əliyevdə,  hələ, 
gəncliyində  ikən,  Azərbaycançılıq  ideyasının  yaranması  üçün  bir 
ömək olmuşdur...
Böyük  azərbaycanlı  Heydər Əliyevin  ümumi  strateji  planları 
və  strateji  görüşləri  sırasında  Ana  dilimizə  olan  xüsusi  sevgisi, 
onun  Ana  dili  sahəsində  yeritdiyi  ardıcıl  siyasətində  də  özünə 
geniş yer tapmışdır.
Türk  Dünyasının  Öndəri  Heydər  Əliyevin  ümumi  strateji 
görüşləri  dairəsində  özünəməxsus  yer  tutan  sahələrdən  biri  də, 
onun  Ana  dili  sahəsindəki  dil  siyasətindən  ibarətdir  ki,  onu  da 
tarixilik baxımdan iki mərhələyə bölmək olar:
Heydər  Əliyevin  «Dil  siyasəti»nin  birinci  mərhələsi 
(1969-cu  ilin  ikinci yarısı  -   1990-cı  illər).  Heydər Əliyevin  «Dil 
siyasəti»nin birinci  mərhələsi -  Sovet dövründə bizim gözümüzün 
önündə  özünü  büruzə  verirdi.  Heydər  Əliyev  1969-cu  ilin  14 
iyulunda Azərbaycan Respublikasında rəhbər vəzifəyə gətirilir. O, 
elə  ilk  günlərdən  qüdrətli  dövlət  başçısı  kimi,  siyasi,  iqtisadi, 
mədəni-mənəvi  siyasətilə  yanaşı,  dil  siyasəti  məsələsini  də  daim 
gündəmdə  saxlamış  və  Ana  dilimizin  gələcək  inkişafı  naminə 
əlindən gələn bütün yardımları göstərirdi...
Sabiq  SSRİ  imperiyasında  rus  dili  «ikinci  ana  dili»  adı  ilə 
SSRİ-nin  dövlət  dili  kimi  ölkənin  bütün  bölgələrində  tətbiqi  işi 
get-gedə  gücləndirilir  və  bütün  sahələrdə  fəal  şəkildə  işlədilirdi. 
Hətta,  sabiq  SSRİ-nin  “gizlin”  şəraitdə  apardığı  daxili  siyasəti 
nəticəsində fəlsəfi anlam kimi  işlədilən “millət” sözünün də xalqın
76
A zərb a yca n şü n a slığ ın   ə sa sla n
dilində də, fəlsəfi və hüquq elmləri sahəsində də işlədilməsi tezliyi 
get-gedə  məhdudlaşdırılırdı.  Guya  ki,  “millət”  termini,  artıq,  öz 
vəzifəsini  “şərəflə”  yerinə  yetirib  və  onun  işlədilməsinə  daha 
ehtiyac qalmayıb.  Artıq, “millət” termininin əvəzinə “Sovet xalqı” 
anlayışının  işlənmə  tezliyi  get-gedə  süni  yolla  genişləndirilirdi. 
Beləcə də, XX əsrin 70-ci  illərindən sonra dildə də, mətbuatda da, 
elmi-kütləvi  ədəbiyyatlarda  da  “Sovet  xalqı”  ifadəsi  hüquqi 
termin kimi geniş şəkildə işlədilməyə başlandı.  Bu  isə, hər şeydən 
əvvəl,  sabiq  SSRİ  məkanında  yaşayan  qeyri-rus  xalqlarının 
ruslaşdırılmasına  xidmətdən  başqa  bir  siyasət  deyildi.  Hətta, 
rusdilli  məktəblərin  sayı  ilbəil  artırılırdı.  Həmçinin,  elmi  dərəcə 
almaq  istəyənlər  öz  dissertasiya  işlərini  rus  dilində  hazırlamağa 
(tərcümə  etdinnəyə)  məcbur  edilirdi.  Bu  da,  şübhəsiz  ki; 
qeyri-rusların  alim  olmasının  qarşısına  “Böyük  Çin  səddi” 
çəkmək demək  idi...
Həmin  illərdə  qeyri-ruslardan  olan  minlərlə  vətəndaşlar 
dissertasiya işlərini  doğma  Ana dilində hazırlasalar da, rus dilində 
olmadığı  üçün  Elmi  Şuralarda  müdafiə  edə  bilmirdilər...  Beləcə 
də,  bu  dövrdə  Milli  respublikalarda  Ana  dilinin  dövlət  dili  kimi 
tətbiqi  işi  gündən-günə  məhdudlaşdırılırdı...  Belə  mürəkkəb  və 
çətin  şəraitdə,  əlbəttə,  milli  dillərin  dövlət dili  kimi  tətbiqi  işindən 
bəhs etməyə,  söhbət açmağa cəsarət etmək olmurdu  (Çünki  sabiq 
SSRİ-nin repressiyaları fasiləsiz davam edirdi)...
Bax,  belə  çətin  və  mürəkkəb  şəraitdə  Heydər Əliyev  iradəsi, 
Heydər  Əliyev  cəsarəti  Ana  dilimizə  dair  yeni  fikir  söyləyə 
bilərdi. O, söyləyirdi də. Onun tətbiqi  işini tədricən canlandırmağa 
başladı da... Nəticə alındı da ...
Heydər  Əliyevin  “Dil  siyasəti”nin  ilk  mərhələsini 
qeyri-rəsmi və rəsmi olmaqla iki dövrə bölmək olar:
77


N.  C əfərov,
  M . 
Ç o b a ıw v,  Q.  P a şa yeva
a) 
Heydər  Əliyevin  “Dii  siyasəti”nin  ilk  mərhələsinin 
qeyri-rəsmi  dövrii  (1960-1978-ci  illəri əhatə edir).  Bu mərhələdə 
“Sovet  repressiyası”  tüğyan  edirdi.  XX  əsrin  70-ci  illərinin 
əvvəlləri  idi.  Bakıya elmi  konfransa gəlmişdim (O vaxt mən Tiflis 
şəhərində  Pedaqoji 
İnstitutun 
Tarix-filologiya  fakültəsinin 
Azərbaycan  bölməsinin  «Azərbaycan  dili  və  ədəbiyyatı» 
kafedrasında  işləyirdim.  Elmi  konfrans  günlərində  Azərbaycan 
EA-nın  müxbir-üzvü,  filologiya  elmləri  doktoru,  Əməkdar  elm 
xadimi,  Azərbaycan  Respublikasının  Dövlət  mükafatı  laureatı, 
professor  Əbdüləzəl  Dəmirçizadə  ilə  onun  başçılıq  etdiyi 
«Azərbaycan  dilçiliyi»  kafedrasında  söhbət  edirdik.  Söhbətimizin 
mövzusu,  əsas  etibarı  ilə,  ədəbi  dilimizin  müasir  problemlərinə 
həsr  olunmuşdur. 
Söhbət  əsnasında  prof.  Ə.Dəmirçizadə 
danışırdı:  «Bilirsiniz  ki,  sabiq  SSRİ  məkanında  rus  dili  ölkənin 
bütün  xalqlarının  «ikinci  ana  dili»  sayılırdı,  «ikinci  ana  dili?, 
«ikinci  ana  dili?»...  prof.  Ə.Dəmirçizadə  bu  ifadələri  çox  ürək 
yanğısı  ilə  deyirdi:  “O  vaxtlar  rəsmi  xarakterli  bütün  tədbirlər, 
hətta,  Sovet  İttifaqı  Kommunist  Partiyasının  ilk  partiya 
təşkilatlarının  iclasları  da,  zəhmətkeş  deputatları  sovetinin  aşağı 
orqanlarının  iclaslan  da,  ali  təhsil  müəssisələrinin  partiya 
təşkilatlarının  iclaslan  da,  elmi  tədqiqat  İnstitutlarının  ilk  partiya 
təşkilatlannın iclasları da, rayon partiya təşkilatlarının konfransları 
da... «ikinci ana dili»ndə aparılırdı...
1969-cu  ilin  payız  ayları  idi.  Ölkənin  hər  yerində  olduğu 
kimi,  Azərbaycanda  da,  Bakı  şəhərində  də  ilk  partiya 
təşkilatlarında  «Hesabat-seçki  iclaslan»  keçirilirdi...  Payızın  son 
ayları  idi.  Bizim  Pedaqoji  İnstitutda  da  Azərbaycan  Kommunist 
Partiyasının  ilk  partiya  təşkilatının  Konfransı  keçirilirdi...  Hamı 
İnstitutun  Böyük  iclas  salonuna toplaşmışdır.  Konfransın  başlanış
78
A zərb a yca n şü n a slığ ın   əsasları
vaxtı  çatmışdır...  Elə  bu  anda  xəbər  verdilər ki,  İnstitutun  partiya 
təşkilatının  Konfransında  Azərbaycan  Kommunist  Partiyası 
Mərkəzi  Komitəsinin  Birinci  Katibi  Heydər  Əliyev  də  iştirak 
edəcəkdir...  Bu, hamının sevincinə səbəb oldu...
Aradan  bir  neçə  dəqiqə  keçmişdir  ki,  liderimiz  Heydər  Əl­
iyev  bir qrup yoldaşla  salona  daxil  olub,  Konfransın  İdarə heyəti­
nin masası arxasında əyləşdilər...
APİ-nin  Partiya təşkilatının katibi  əvvəlcə qonaqlan  salamla­
dı...  Sonra isə, həmişə olduğu kimi, Partiya Təşkilatının Konfransı 
açıq elan edildi...  Partiya Təşkilatının katibi  kürsüyə qalxdı.  Katib 
«APİ-nin  partiya  təşkilatının  Hesabat  məruzəsi»ni  rus  dilində 
oxumağa  başladı  (Çünki  o  dövrdə  rəsmi  tədbirlər  yalnız  «ikinci 
ana dili»ndə keçirilirdi).  Sonra  katibin  hesabat  məruzəsi  ətrafında 
müzakirələr-çıxışlar  başlandı...  Onu  da  qeyd  edim  ki,  çıxışlar 
zamanı  Heydər  Əliyevin  üz-gözündən  bir  ciddilik,  bir  etiraz,  bir 
narazılıq  hiss  olunurdu...  Bir  neçə  adam  çıxış  etdikdən  sonra 
dövrünün  tanınmış  siyasətçisi  və  dövlət  xadimi  Heydər  Əliyevə 
söz  verildi.  Gurultulu  alqışlar  altında  Heydər  Əliyev  kürsüyə 
yaxınlaşdı  və  hər  iki  əlini  yuxarı  qaldırıb,  onu  alqışlayanlara 
doğma Ana dilində öz təşəkkürünü bildirdi.  Sonra  isə, Ana dilimi­
zin-ədəbi dilimizin bütün  imkanlarından istifadə edərək, mahir bir 
natiq  kimi, dilimizin gözəlliyindən, saflığından, səlisliyindən, zən­
ginliyindən,  sabitliyindən,  i fadəlil iyindən  bəhrələnərək,  sadə, 
aydın,  anlaşıqlı,  hamının  başa  düşəcəyi  bir  dildə  geniş  bir  nitq 
söylədi.  Onun  bu  nitqi  hamının  qəlbinə  geniş  bir yol  tapdı.  İllərlə 
biz  onun  məharətli,  elmi  və  məntiqi  nitqinin  təsiri  altında  qaldıq. 
Aradan təxminən dörd-beş il keçməsinə baxmayaraq, biz, hələ də, 
həmin nitqin təəssüratlarından ayrıla bilmirik...
7 9


Yüklə 8,17 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə